Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2089/2023 04.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: metropolitendə yol montyoru, güzəştli peşə, peşənin sonradan Siyahıya daxil edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1956-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 aprel 2023-cü il tarixli, 2-1(102)-847/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 2 sentyabr 1974-cü ildən 17 may 1975-ci ilədək Bakı şəhəri 22 saylı peşə texniki məktəbində tornaçı ixtisası üzrə təhsil almış, 10 may 1976-cı il tarixdən 10 may 1978-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir.
2. İddiaçının əmək kitabçasının məlumatlarına əsasən, o, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək B.Sərdarov adın a Maşınqayırma Zavodunun mexanika sexində tornaçı və qazma nasoslarının kəmər sexində nəqliyyat ilə mal nəql edən, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək Ordubad kolxozlararası tikinti sahəsində betonçu, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək 80 №li X1 “QacaranTikinti” Trestində fəhlə, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək Ordubad kolxozlararası tikinti sahəsində fəhlə, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək TMİ-619 Azərbaycan Hava Yollarının Yol Tikinti Trestində tornaçı, xx.xx.1980-cı il tarixdən xx.xx.1981-ci il tarixədək 3 saylı X3 “Baş Bakı Tikinti” Baş korpusda fəhlə və məhsullar anbarında takelajçı, xx.xx.1981-ci il tarixdən xx.xx.1986-cı il tarixədək həmin müəssisədə tornaçı, xx.xx.1986-cı il tarixdən xx.xx.1989-cu il tarixəd ək həmin müəssisədə mühəndis, xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək 3 №-li X2 tornaçı, xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək İstehsalat Birliyi 8 saylı X2 tornaçı, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək “Çinarə” kiçik müəssisəsində sex rəisi, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək 203 saylı İMİ Nəqliyyat sahəsində tornaçı, xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək Bakı Metropoliteni Yol xidməti 1 saylı hissədə yol fəhləsi vəzifəsində işləmişdir. xx.xx.2009-cu il tarixdən hal-hazıradək "xxxx" QSC Yol Xidməti 1 saylı yol hissəsi 3-cü sahəsində yol montyoru vəzifəsində işləyir. 3. "xxxx" QSC tərəfindən verilən A/09 nömrəli 14 yanvar 2021-ci il tarixli arayışa əsasən, iddiaçı xx.xx.2008-ci il tarixindən xx.xx.2014-cü il tarix inədək Bakı Metropoliteninin Yol xidmətində yol montyoru (tuneldə yalnız gecə xüsusi zərərli iş şəraitində (24%), iş saatı 23:30-dan 05:30-dək) peşəsində çalışmışdır. xx.xx.2014-cü il tarixindən "xxxx" QSCnin Yol xidmətində yol montyoru (tuneldə yalnız gecə xüsusi zərərli iş şəraitində (24%), iş saatı 23:30-dan 05:30-dək) peşəsində işləyir. Arayışın “qeyd” hissəsində göstərilmişdir Yol montyoru yol fəhləsi hesab edilir və yol fəhləsi tuneldə hər gecə ağır, xüsusi zərərli iş şəraitində (xüsusi zərərli ış şəraitinə görə əmək haqqına 24%, gecə saatına görə 40% əlavə ilə) işləyir.
4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
5. Cavabdehin 25 fevral 2021-ci il tarixli **********7 nömrəli imtina məktubunda göst ərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) metropolitenlər bəndində (21.5) yol montyoru vəzifəsi nəzərdə tutulmamışdır. Mərkəzi Filiala təqdim edilən "xxxx" QSC-nin 14 yanvar 2021-ci il tarixli A/09 nömrəli iddiaçıya dair arayışında xx.xx.2008-ci il tarixindən bu günədək "xxxx" QSCnin Yol Xidmətində yol montyoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi yol montyoru vəzifəsi yuxarıda qeyd olunan Siyahı üzrə metropoliten sahəsində olmadığından iddiaçının güzəştli iş stajı yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsind ə icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 2021-ci ilin yanvarından güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1956-cı ildə anadan olmuşdur və "xxxx" QSC-də işləyir. xx.xx.2008-ci il tarixdən hal-hazıradək yol montyoru vəzifəsini icra edir. İşlədiyi müəssisənin A/09, 14 yanvar 2021-ci il tarixli arayışı güzəştli pensiya almaq üçün cavabdehə təqdim olunmuşdur. Cavabdeh 25 fevral 2021-ci il tarixli, **********7 saylı məktubla güzəştli iş stajının olmaması səbəbi ilə müraciətin icrasından imtina etmişdir. İddiaçı qeyd etmişdir ki, iş yerindən təqdim olunmuş arayış və əmək kitabçasındakı qeydlər həmin stajın varlığ ını sübut edir. Nazirlər Kabinetinin xx.xx.2007 tarixli 12 saylı Qərar 12,5 il güzəştli əmək stajı olanlara 59 yaşdan güzəştli pensiya hüququ verir. Bildirmişdir ki, onun artıq 65 yaşı var, əmək stajı var və 30 il vergi ödəmişdir. 1975-ci ildən əmək fəaliyyətinə başlamış və həmişə ağır işlərdə işləmişdir. Qeyd etmişdir ki, 12 il 6 ay güzəştli iş stajı artıq yanvar ayında bitmişdir. Odur ki, ona həmin vaxtdan pensiya verilməlidir.
8. Cavabdeh iddiaya dair imtina məktubuna uyğun yazılı etiraz təqdim etmiş, əlavə olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubuna istinad edib iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2-1(112)-7400/2021 nömrəli qərarı ilə (h akim N.Abıyev) iddia təmin edilmiş, iddiaçıya yanvar 2021-ci ildən, yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçının işlədiyi vəzifə (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarları ilə təsdiqlənmiş siyahılarda konkret göstərilmişdir. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 60 yaşdan güzəştli şərtlər lə yaşa görə əmək pensiyası hesablanmalıdır.
11. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel 2022-ci il tarixli 2-1(103)-741/2022 nömrəli qərarı ilə (hakimlər: H.Həmidov -sədrlik edən və məruzəçi, E.Nağıyeva və C.Yusifov) Bakı İnzibati Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsində icraat
15. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 13 sentyabr 2022-ci il tarixli, 2-1(102)-1364/2022 nömrəli qərarı ilə (hakimlər: İ.Hüseynov – məruzəçi, N.Rəsulbəyova və K.Bədəlov) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel 2022-ci il tarixli 2-1(103)-741/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi nəzərə almalı idi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.5 bəndində “yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr:” nəzərdə tutulmaqla yanaşı, həmin “fəhlələr”ə məhz hansı peşə, iş və vəzifələrin aid edildiyi dəqiq göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsi də iddiaçının icra etdiyi işin, peşənin və ya vəzifənin həmin siyahıda göstərilən məhz hansı peşə, iş və ya vəzifəyə uyğun olduğunu müəyyən etməli idi. ç. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 aprel 2023-cü il tarixli, 2-1(102)-847/2023 nömrəli qərarı ilə (hakimlər: P.Hüseynov - sədrlik edən və məruzəçi, Ş.Məmmədova və K.Əkbərov) Bakı İnzibati Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli qərarı iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2021-ci il tarixdən hesablanaraq ödənilməsi göstərilmək lə dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı xx.xx.2008-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək "xxxx" QSC-nin Yol xidmətində yol montyoru (tuneldə yalnız gecə xüsusi zərərli iş şəraitində (24%), iş saatı 23:30-dan 05:30- dək) peşəsində işləmişdir və onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuşdur: Bölmə
21. Nəqliyyat, bənd 21.5. Metropolitenlər, yarımbənd 21.5.1. yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr: yol montyoru. Azərbaycan Respublikası Nazirlər Kabinetini n 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2022-ci il tarixli 451 nömrəli qərarı ilə qeyd olunan vəzifə əlavə edilmişdir (bənd 21.5, yarımbənd 21.5.1, yol montyoru).
19. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
20. Cavabdehin kassasiya şikayətində qeyd edir ki, apellyasiya məhkəməsinin qərarına əsasən iddiaçının müvafiq dövrlərdə işlədiyi yol fəhləsi və yol monty oru vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) metropolitenlər bəndində (21.5.1) uyğunlaşdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 451 nömrəli qərarı ilə qeyd olunan vəzifə - yol montyoru vəzifəsi əlavə edilmişdir. İddiaçıya isə xx.xx.2021-ci il tarixdən güzə ştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
21. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yasa görə əmək pensiyası təyin edilməsi barədə qərar qəbul edilsə də, həmin tarixdə (xx.xx.2021-ci il tarixdə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəqliyyat bölməsinin (21) metropolitenlər bəndində (21.5) yol montyoru vəzifəsi nəzərdə tutulmamışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Əmək pensiya ları haqqında” Qanun Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək ş əraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”. 21.5. Metropolitenlər 21.5.1. yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr:... yol montyoru...
25. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olun duğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə ( həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tə ləblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
29. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
30. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmə ləri üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 13 sentyabr 2022-ci il tarixli, 2-1(102)-1364/2022 nömrəli qərarında göstərilən hüquqi mövqeyə uyğun olaraq iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparmış, Ali Məhkəmənin yuxarıda qeyd olunan göstərişlərinə əsasən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmış və qanunlara uyğun qərar qəbul etmişdir.
31. Belə ki, işin təkrar apellyasiya baxışı zamanı apellyasiya məhkəməsi tərəfindən ünvanlanmış sorğuya "xxxx" QSC-nin 1 mart 2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2008-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək Bakı Metropoliteninin Yol xidmətində yol montyoru (yalnız gecə işi (iş saatı 23:30-dan 05:30dək), 24% zərərli iş şəraiti) peşəsində çalışmışdır. İddiaçı xüsusi zərərli əmək şəraitində işlədiyi peşə üzrə iş stajı 13 il 05 ay (on üç il beş ay) təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli 451 saylı Qərarın 1.4 (21.5 Metropolitenlər bəndi üzrə) və 1.4.1-ci (21.5.1-ci yarımbənd) bəndlərinin (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) yarımbəndi altında yer alan yol montyoru sətrinə aiddir.
32. Siyahıda 21.5-ci bənddə Metropolitenlər bölməsində əvvəllə r yol montyoru peşəsi nəzərdə tutulmamışdır. Həmin peşə Siyahıya Nazirlər Kabinetinin 24 dekabr 2022ci il tarixli qərarı ilə əlavə edilmişdir. İddiaçı isə 60 yaşının tamam olduğu 2016-cı ilin noyabr ayına qədər 12 il 6 aydan çox bu peşədə çalışmışdır.
33. Araşdırılmalı məsələ hazırda Siyahıda qeyd edilən yol montyoru vəzifəsinin funksiyalarının iddiaçının işləmiş olduğu peşə ilə uyğun olması, yəni iddiaçının işlədiyi peşənin güzəştli sayılması ilə bağlıdır. 34. "xxxx" QSC-nin 1 mart 2023-cü il tarixli məktubuna görə iddiaçı 2008-ci il tarixindən 2021-ci il tarixinədək Bakı Metropoliteninin Yol xidmətində yol montyoru peşəsində yalnız gecələr (iş saatı 23:30-dan 05:30-dək, 24% zərərli iş şəraiti) çalışmışdır. Bu peşə xüsusi zərərli əmək şəraitində olan peşə sayılır.
35. İş yerinin məktubu b u qənaətə gəlməyə əsas verir ki, iddiaçının əvvəllər işlədiyi yol montyoru vəzifəsinin funksiyaları ilə Siyahıya sonradan daxil edilmiş yol montyoru peşəsinin funksiyaları eyni olmuşdur. İddiaçı Siyahıya əlavə edilən yol montyoru peşəsində olan vəzifələri 2008-2021-ci illərdə icra etmişdir.
36. Odur ki, iddiaçı 24 dekabr 2022-ci il tarixdən Siyahıya əlavə edilmiş yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr:..yol montyoru peşəsində nəzərdə tutulan 12 il 6 aydan az olmayan güzəştli staja malik olmuşdur.
37. Yuxarıda istinad olunanlara görə və qeyd edilən səbəblərdən iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayılmalıdır.
38. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanunazidd olmuş və onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
39. İddiaçıya hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə apellyasiya məhkəməsinin qərarı əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 aprel 2023- cü il tarixli, 21(102)-847/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.