Məhkəmə qərarları › İş №2-1(102)-209/2017

Ali Məhkəmə Qərar — İş №2-1(102)-209/2017

24.01.2017 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-209/2017 24.01.2017 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı Cavabdehə (üçüncü şəxs Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi) qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-209/2017) Bakı şəhəri 24 yanvar 2017-ci il giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X3, X2 ibarət tərkibdə, İddiaçı, Cavabdeh nümayəndəsi X13, vəkili Vəkil, üçüncü şəxs Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin nümayəndəsi X11, vəkili X5 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi-bundan sonra üçüncü şəxs) “cavabdehin 25 fevral 2015 -ci il tarixli, 37/k nömrəli əmrinin iddiaçıya aid hissədə, 03 aprel 2015-ci il tarixli, 73/k nömrəli əmrinin ləğv edilməsi və iddiaçının Cavabdeh Mingəçevir regional şöbəsinə məsləhətçi vəzifəsinə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə bərpa edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi kollegiyasının 2-1(107)-239/2016 saylı, 06 sentyabr 2016-cı il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 24 yanvar 2017-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 01.05.2002-ci il tarixli 22 nömrəli əmri ilə Mingəçevir şəhər İHB aparatının sosial-iqtisadi məsələlər şöbəsinə iqtisadçı vəzifəsinə təyin edil miş və ona “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcəsinin verilməsi Qaydaları” haqqında 03.09.2001-ci il tarixli, 569 nömrəli Fərmanına uyğun olaraq 29.08.2003-cü il tarixli 63 nömrəli əmrlə kiçik dövlət qulluqçusu, 01.10.2004-cü il tarixli 72 nömrəli əmrlə 3-cü dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. 03.09.2007-ci il tarixdə könüllü olaraq işdən azad edilmişdir. Bundan sonra müxtəlif müəssisələrdə çalışmış və sonda cavabdehin 31.05.2012-ci il tarixli 236/k nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Qanunun 28-ci maddəsinə əsasən daimi dövlət qulluğuna qəbul edilərək, Xidmətin Mingəçevir regional şöbəsinə məsləhətçi vəzifəsinə təyin olunmuşdur. Cavabdehin 25.02.2015-ci il tarixli 37/c nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Qanunun 33.1.4-cü maddəsinə əsasən qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildiyinə görə 25.02.2015-ci il tarixdən onun dövlət qulluğuna xitam verilmişdir. Xidmətin 03.04.2015-ci il tarixli 73/c nömrəli əmri ilə onun əmək müqaviləsinə xitam verildiyi tarix 25.02.2015-ci il tarixdən 10.03.2015-ci il tarixə dəyişdirilmişdir. İddiaçı 11 mart 2016-cı il tarixdə cavabdehə qarşı Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin 25 fevral 2015-ci il tarixli, 37/k nömrəli əmrinin ona aid hissədə, 03 aprel 2015-ci il tarixli, 73/k nömrəli əmrin etibarsız hesab edilməsi və onun Cavabdeh Mingəçevir regional şöbəsinə məsləhətçi vəzifəsinə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə bər pa edilməsi barədə qərar qəbul edilməsini xahişetmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1985-ci ildə Ç.İİdırım adına Azərbaycan Politexnik İnstitutunun avtomobil və avtomobil təsərrüfatı ixtisası üzrə tam kursunu bitirərək mühəndis-mexanik ixtisasına yiyələnmiş, ona həmin institutu bitirməyi barədə diplom verilmişdir. O, 2012-ci ilin may ayının 31-də Cavabdeh Mingəçevir regional şöbəsinə məsləhətçi vəzifəsinə işə qəbul edilmişdir. Mingəçevir şəhər İcra Hakimiyyətində lisenziyalaşdırma şöbəsinin rəisi vəzifəsində işləyərkən ona kiçik dövlət qulluqçusu xüsusi rütbəsi, sonra isə 3-cü dərəcəli dövlət qulluqçusu rütbəsi verilmişdir. X4 Xidmətinin Mingəçevir Regional şöbəsində öz ixtisasına tam uyğun işdə işləmiş, lakin 25 fevral 2015ci il tarixdə X4 Xidməti rəisinin 37/k saylı əmri ilə işdən azad edilmişdir. İddiaçı Dövlət Avtomobil Xidməti rəisinin bu əmrini qanunsuz hesab edir. Belə ki, əmrin əsaslandırıcı hissəsində göstərilir ki, cavabdeh orqanda kadrlarla aparılan işin təşkili və hüquqi məsələlərin həlli vəziyyətinin öyrənilməsi üzrə komissiyanın yaradılması haqqında Nəqliyyat nazirinin 06 fevral 2012-ci il tarixli 11/ü saylı əmrinə əsasən yaradılmış komissiya tərəfindən Dövlət Avtomobil Xidmətində aparılmış araşdırma zamanı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27.1 və 28.1-ci maddələrinin tələbləri pozularaq Azərbaycan Respublikasının Prezidenti yanında X7 üzrə Komissiya tərəfindən keçirilən müsabiqədə və ya müsahibədə iştirak etməyən, təhsil haqqında diplomu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli qərarı i lə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməyən şəxslərin daimi dövlət qulluğuna qəbul edilməsi halları aşkar edilmiş və bunun əsasında adları əmrdə göstərilən işçilər, o cümlədən də iddiaçı işdən azad olunmuşdur. İddiaçı qeyd edir ki, Azərbaycan Respublikasının vətəndaşıdır, diplomu Azərbaycan Respublikasının Ali təhsil ocağı-Politexnik İnstitutu tərəfindən verilmişdir və onun bir daha tanınmasına ehtiyac yoxdur. İddiaçının işə götürülməzdən əvvəl müsabiqədən və müsahibədən keçməməsi onun günahı deyildir. Bu sırf işəgötürənin günahıdır və bu günaha görə iddiaçı cavab verməli deyil. İddiaçını işə götürməzdən əvvəl Dövlət Avtomobil Xidmətinin rəhbərliyi onunla müsahibə apardıqdan sonra işə qəbul olunması barədə əmr vermişdir. İddiaçı fevral ayının 24-dən xəstəliyilə əlaqədar bülletendə olmuşdur. Əmək qanunvericiliyinə əsasən isə işçi əmək qabiliyyətini müvəqqəti itirdiyi və müalicədə (bülletendə) olduğu zaman onun işdən çıxarılması, onunla əmək müqaviləsinə xitam verilməsi yolverilməzdir. Sonradan cavabdeh 03 aprel 2015-ci il tarixdə, 73/k nömrəli əmr qəbul edərək, əvvəlki əmrlə edilmiş pozuntunu aradan qaldırmaq istəsə də, yenidən əmək qanunvericiliyinin tələblərini pozaraq 03 aprel 2015-ci il tarixdə qəbul etdiyi əmrlə iddiaçını 10 mart 2015-ci il tarixdən işdən azad etmişdir. Bütün bu hallar sübut edir ki, iddiaçının işdən çıxarılması əmək qanunvericiliyinin pozulm ası ilə həyata keçirilmiş, onun konstitusiya ilə nəzərdə tutulmuş hüquqları pozulmuşdur. Mingəçevir şəhər 2 nömrəli Poliklinika tərəfindən verilmiş 24 fevral 2015-ci il tarixli əmək qabiliyyəti olmamaq vərəqəsinə əsasən iddiaçı 24 fevral 2015-ci il tarixdən 01 mart 2015-ci il tarixədək işdən azad edilmişdir. İddiaçı iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 71, 79, 83 və 84-cü maddələrinə istinad edərək hesab edir ki, həmin əmrlər etibarsız hesab edilməlidir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 04 aprel 2016-cı il tarixli qərardadı ilə Azərbaycan Respublikası Prezidenti yanında X7 üzrə Komissiya üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir. (Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2016-cı il tarixli Fərmanı ilə X7 üzrə Komissiya ləğv edilmiş, onun səlahiyyətləri yeni yaradılmış publik hüquqi şəxs olan Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə verilmişdir.) Cavabdeh iddiaya dair etiraz verərək bildirmişdir ki, “Dövlət qulluğu haqqında” Qanunun 33-cü maddəsinə əsasən, qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə dövlət qulluğuna xitam verilə bilər. Qanunvericilik pozuntu zamanı qulluğa qəbul edənin və ya qəbul olunanın təqsirini meyar kimi müəyyən etməyib. Yəni, pozuntunun olması kifayətdir. İddiaçının özü də dövlət qulluğuna qəbul zamanı pozuntunun olduğunu etiraf etmiş, lakin haqsız olaraq təqsirə istinad etmişdir. Bundan başqa “Dövlət qulluğu haqqında” Qanunun 34-cü maddəsinin tələblərinə əsasən həmin Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər əmək qanunvericiliyi ilə tənzimlənir. İddiaçının mübahisələndirdiyi əmrlər “Dövlət qulluğu haqqında” Qanunla tənzimləndiyindən hazırkı mübahisəyə əmək qanunvericiliyi tətbiq oluna bilməz. İddiaçı iddia tələbinə dəqiqləşmə verərək cavabdehin 25 fevral 2015-ci il tarixli, 37/k nömrəli əmrin ona aid hissədə, 03 aprel 2015-ci il tarixli, 73/k nömrəli əmrin ləğv edilməsi və Cavabdeh Mingəçevir regional şöbəsinə məsləhətçi vəzifəsinə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə bərpa edilməsi barədə qərar qəbul edilməsini xahişetmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 04 aprel 2016-cı il tarixli qərardadı ilə dəqiqləşmə barədə ərizə icraata qəbul edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim X1, 2-1(84)-368/2016 saylı iş) 31 may 2016-cı il t arixli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdeh orqana işə qəbul olunana qədər faktiki olaraq 5 ildən artıq müddətdə dövlət qulluğunda olmuş, onun bu statusu hüquqi baxımdan da müvafiq əmrlərlə rəsmiləşdirilmişdir. Bu, o deməkdir ki, iddiaçının artıq “Dövlət qulluğu haqqında” Qanunun 28.1-ci maddəsinin tələbi baxımından dövlət qulluğuna qəbul edilməsi üçün müsabiqə mərhələsindən keçməsinə hüquqi baxımdan zərurət olmamışdır. İddiaçının 01.05.2002-ci ildən 03.09.2007-ci il tarixədək dövlət qulluğunda olması işin mübahisələndirilməyən halıdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 31 may 2016-cı il tarixli ilə razılaşan Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X6-məruzəçi, X9 v ə X10, 2-1(107)-239/16 saylı iş) 06 sentyabr 2016-cı il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Cavabdeh 23 sentyabr 2016-cı il tarixdə qərarın surətini almış, 11 oktyabr 2016-cı il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Qərar qanunsuz və əsassız olduğuna görə ləğv edilib, iddia tələbinin rədd ediİməsi haqqında qərar qəbul edilməlidir. Belə ki, məhkəmə “Dövlət qulluğu haqqında” Qanunun normalarını, əsasən 28.1-ci, 29-cu və 33.1-ci maddələrini düzgün tətbiq etməmişdir. İddiaçının 5 ildən artıq dövlət qulluqçusu olmasını əsas gətirən məhkəmə həmin maddəyə istinadən hesab etmişdir ki, iddiaçının dövlət qulluğuna qəbul edilməsi üçün müsabi qə mərhələsindən keçməsinə zərurət olmamışdır. İddiaçı isə 2007-ci ildə dövlət qulluğundan azad edilmişdir. İddiaçının yenidən dövlət qulluğunda vəzifə tutması üçün məhkəmənin özünün də qərarda istinad etdiyi, həmin qanunun 29.3-cü maddəsinin tələblərinə görə, o müsahibədən (Azərbaycan Respublikasının Prezidenti yanında X7 üzrə Komissiya tərəfindən keçirilən ümumi müsahibədən) keçməli idi. Bu müsahibə, həmin qanunun 29.429.9-cu maddələrinin tələbləri nəzərə alınmaqla, müvafiq komissiya tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada keçirilməlidir. İddiaçı isə qanunla müəyyən edilmiş bu müsahibədən keçməmişdir. Beləliklə də, onun dövlət qulluğuna qanunun 33.1.4-cü maddəsilə xitam verməkdə cavabdeh haqlı olmuşdur. Məhkəmənin qətnamənin sonuncu səhifəsində istinad etdiyi 28.6 və 28.8-ci maddələrin mübahisəyə heç bir aidiyyəti yoxdur. Belə ki, əvvəllər dövləti qulluğunda olmuş şəxsin dövlət qulluğuna yenidən qəbul edilərkən staj və sınaq müddəalarının ona tətbiq edilməməsi, onu müsahibədən keçməkdən azad etmir. İddiaçı iddia müddətini buraxmışdır (ötürmüşdür). İş materiallarından da göründüyü kimi, 2015-ci ilin fevral və aprel aylarında qəbul edilmiş əmrlərin mübahisələndirilməsi haqqında iddianı iddiaçı Şəki İnzibati-İqtisadi Məhkəməsinə 2016-cı ilin martında təqdim etmişdir. Onun əvvəlcə səhv məhkəməyə müraciət etməsi bu halda müddətin bərpasına əsas hesab edilə bilməz. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 28 iyul 2015-ci il tarixli qərardadı ilə də ona məlum olmuşdur ki, iddiaya ümumi məhkəmədə deyil, inzibati məhkəmədə baxılmalıdır. Birinci instansiy a məhkəməsi və ona müvafiq olaraq da apellyasiya instansiya məhkəməsi müddətin heç bir halda bərpa edilməsinə yol verilmədiyi halda, müddəti bərpa etməklə də, İPM-in müddətlərlə bağlı normalarını pozmuşdur. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyinə görə çıxışlarda iştirak etməmişdir. Üçüncü şəxsin nümayəndəsi məhkəmə kollegiyasının iclasında cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti ilə razılaşmış, cavabdeh tərəflə eyni mövqedə olduqlarını bildirmiş, şikayətin təmin edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu g ündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı onun işdən azad edilməsi barədə cavabdehin qəbul etdiyi qərarı mübahisələndirir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İddia mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabde hə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Cavabdeh şikayətində iddiaçının iddia müddətinə əməl etməməsini bəyan etmişdir. İPM-in 38.1-ci maddəsinin tələbinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İşdə olan məhkəmə qərarlarından görünür ki, iddiaçı barəsində olan işdən çıxma əmrlərinin ləğv olunması, əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi boşdayanma günləri üçün əmək haqqı tələbi barədə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət etmiş, həmin vaxt iddia müddətinə əməl olunmuş, birinc i instansiya məhkəməsi tərəfindən iddia təmin olunsa da, yuxarı məhkəmələrin mövqeyinə görə mübahisə inzibati hüquq münasibətləri ilə bağlı olduğundan və mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olduğundan iş üzrə icraata xitam verilmiş, bundan sonra iddiaçı hazırkı iddia ilə inzibatiiqtisadi məhkəməyə müraciət etmişdir. Bəhs olunanlara əsasən qanunvericilikdə nəzərdə tutulan iddia müddəti buraxılmadığına görə iddia müddətinin ötürülməsi barədə şikayətin dəlili əsaslı sayıla bilməz. Cavabdehin şikayətinin digər dəlilinə görə iddiaçının əvvəllər 5 ildən artıq dövlət qulluğunda vəzifə tutması nəzərə alınaraq hazırkı vəzifəni tutmaq üçün “Dövlət qulluğu haqqında” Qanunun 29.3-cü maddəsinin tələblərinə görə, o müsahibədən (Azərbaycan Respublikasının Prezidenti yanında X7 üzrə Komissiya tərəfindən keçirilən ümumi müsahibədən) keçməli idi. İddiaçı isə qanunla müəyyən edilmiş müsahibədən keçmədiyindən adı çəkilən Qanunun 33.1.4-cü maddəsilə dövlət qulluğuna xitam verməkdə haqlı olmuşdur. İddiaçının əvvəllər başqa dövlət orqanında 5 ildən çox dövlət qulluğu vəzifəsində işləməsi və hazırda dövlət orqanlarında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatına uyğun olan vəzifə tutması mübahisə olunmur. “Dövlət qulluğu haqqında” Qanunun 29.3-cu maddəsinin birinci hissəsində qeyd edilir ki, dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı istisna olmaqla) inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibatı vəzifələrdə çalışmış şəxslər tərəfindən tutulması müsahibə yolu ilə həyata keçirilir. Həmin Qanunun 29.3-cü maddəsinin ikinci hissəsinə əsasən inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin tutulması məqsədi ilə dövlət orqanı rəhbərinin qərarı əsasında, ilk növbədə, həmin dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçularının iştirakını nəzərdə tutan müsahibə (daxili müsahibə) keçirilə bilər. Müsahibə bu Qanunun 29.4-29.9-cu maddələrinin tələbləri nəzərə alınmaqla, bu Qanunun 29.6-cı maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Həmin Qanunun 29.4-cü maddəsinin müvafiq olaraq birinc i və ikinci hissələrinə görə bu Qanunun 29.3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş hal istisna olmaqla, müsahibə barədə elan müvafiq dövlət orqanının müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən kütləvi informasiya vasitələri ilə müsahibənin keçirilməsi tarixinə bir ay qalmış verilir. Müsahibənin bu Qanunun 29.3-cü maddəsinin ikinci hissəsinə uyğun keçirilməsi barədə dövlət orqanı rəhbərinin qərarı müsahibənin keçirilməsi tarixinə bir ay qalmış həmin dövlət orqanında rəsmi elan olunur. Eyni zamanda “Dövlət qulluğu haqqında” Qanunun 33.1.4-cü maddəsinə görə qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə, dövlət qulluğuna xitam verilə bilər. Məhkəmə kollegiyası bəhs olunan qanunvericiliyə əsaslanaraq qeyd edir ki, iddiaçının dövlət orq anında azı 5 il qulluq stajı olduğundan, o hazırkı vəzifəni müsahibə yolu ilə tuta bilərdi. Lakin cavabdeh qanunvericiliyin tələbinə əməl etməyərək bu barədə müsahibəni keçirən dövlət orqanına müraciət etməmişdir. Cavabdeh qanunvericiliyin tələbləri pozulmaqla iddiaçının dövlət qulluğu vəzifəsinə təyin edildiyini bildirib iddiaçı tərəfindən mübahisə olunan inzibati aktı qəbul etmişdir. “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edi lməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir (2.0.6-cı maddə). İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır (67.1-ci maddə). Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər (67.2-ci maddə). Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər (67.4-cü maddə). Qanunsuz inzibati akt, həmin akt ın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur (67.12-ci maddə). Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz:rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda (67.6, 67.6.1-ci maddə) İddiaçı Cavabdeh Mingəçevir regional şöbəsinə məsləhətçi vəzifəsinə cavabdehin 31 may 2012-ci il tarixli əmri ilə təyin edilmişdir. Cavabdeh yuxarıda qeyd edilən qanunvericiliyin müddəalarına 2015-ci ilin fevralında istinad edərək dövlət qulluğuna xitam vermişdir. “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində qeyd edildiyi kimi iddiaçının rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilm əsinə nail olması barədə işdə hər hansı sübut yoxdur və bu halla bağlı cavabdeh mübahisə açmamışdır. İddiaçı mübahisə olunan əmrin verilməsini “Dövlət qulluğu haqqında” Qanunun 29.3 və 29.4-cü maddələrinin tələblərinin pozulması ilə əsaslandırmışdır. “Dövlət qulluğu haqqında” Qanun 2001-ci ilin fevralından qüvvədədir və cavabdeh 2012-ci ilin may ayında iddiaçının işə götürülməsi barədə əmri imzaladıqdan sonra onun ləğv edilməsini şərtləndirən hal 2012-ci ilin may ayında ona məlum idi və 2012-ci ilin may ayından başlayaraq 1 il ərzində əmri ləğv edə bilərdi. Lakin cavabdeh həmin müddətdə bu səlahiyyətindən istifadə etməmişdir. Odur ki, cavabdeh “Dövlət qulluğu haqqında” Qanunun 33.1.4-cü maddəsinə istinad edərək mübahisə olunan inzibati aktları qəbul etməkdə haqlı olmamışdır. İPM-in 70.1-ci maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İddiaçının mübahisə açdığı inzibati akt onun Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsində nəzərdə tutulan əmək hüququnun pozulmasına səbəb olduğundan haqlı olaraq məhkəmə tərəfindən ləğv edilmişdir. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəm əsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-239/2016 saylı, 06 sentyabr 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir. Sədrlik edən: Hakimlər: R.Nəbizadə N.Rəsulbəyova İ.Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar