Məhkəmə qərarları › İş №2-1(102)-209/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-209/2023

17.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-209/2023 17.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Bakı şəhəri Cavabdehə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərəncamın etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Cavabdehə qarşı (üçüncü şəxs X8) “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2189/2022 nömrəli, 21 sentyabr 2022-c i il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Nərimanov rayon X4 İcraiyyə Komitəsinin 12 aprel 1989-cu il tarixli qərarı ilə X2 11 nəfər ailə üzvü (özü, bacısı, qardaşları, 2 oğlu, qardaşı arvadı) ilə birlikdə özbaşına tikili olan Bakı şəhəri, R.Axundov küçəsi 43 ünvanında daimi pasport qeydiyyatına alınması qərara alınmışdır.

2. Bakı şəhər İcra Hakimiyyətinin 800 nömrəli, xx.xx.2001-ci il tarixli qərarı ilə X6 yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, R.Axundov küçəsi 43 nömrəli özbaşına tikilmiş evə qeydiyyat vəsiqəsinin verilməsinə razılıq verilmişdir. 3. xx.xx.2002-ci il tarixdə X3, İddiaçı1, X1 və X7 ərizə verərək həmin evin X2 adına özəlləşdirilməsinə etiraz etmədiklər ini bildirmişlər.

4. Bakı şəhəri, Nərimanov rayonu, R.Axundov küçəsi 43 ünvanında yerləşən 7 otaqlı 96.7 kv.metr yaşayış, 175.8 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evinə dair X2 xüsusi mülkiyyət hüququ Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.2002-ci il tarixdə 48 saylı reyestr kitabında qeydə alınmış və bu barədə FM seriyalı 011730 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir.

5. Bakı şəhəri Cavabdehin xx.xx.2017-ci il tarixli, 479 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, R.Axundov küçəsi 43 ünvanında yerləşən fərdi yaşayış evinin təqdim olunmuş layihəyə uyğun mövcud istifadə vəziyyətində vətəndaş X2 adına sənədləşdirilməsinə icazə verilmişdir. 6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(82)-4500/2017 nömrəli qərarı ilə iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə və torpaq sahəsinə vahid əmlak kimi reyestrdən çıxarış verilməsi” tələbinə dair iddiası təmin edilmiş və X2 Bakı şəhəri, Nərimanov rayonu, R.Axundov küçəsi 43 ünvanında yerləşən evin 115,9 kv.m ölçüdə tikintialtı torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq həmin evlə birlikdə sözügedən torpaq sahəsinə dair vahid əmlak kimi reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(103)-1477/2018 saylı qərarı ilə təmin edilməmişdir. 7. xx.xx.2018-ci il tarixdə X2 ünvan 2 ünvanla ünvan 3ahəsi 306.7 kv.metr olan fərdi yaşayış evi və onun yerləşdiyi 0.01159 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

8. İddiaçılar 19 avqust 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin ünvan 4 ünva nda yerləşən fərdi yaşayış evi ilə bağlı xx.xx.2017-ci il tarixli, 479 nömrəli sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, sözügedən mübahisəli evdə İddiaçı1 1989cu ildən, arvadı İddiaçı3 xx.xx.1997-ci il tarixdən gəlin köçməklə (nikah xx.xx.2004-cü il tarixdə rəsmiləşdirilmiş), övladları isə anadan olduğu vaxtdan yaşayırlar və həmin ünvanda rəsmi qeydiyyatdadırlar. Mübahisəli ev məhkəmə tərəfindən iddiaçıların xəbəri və iştirakı olmadan işə baxılmaqla və onların qanunla qorunan hüquqları pozulmaqla qəbul edilmiş qərar əsasında X8 tərəfindən ev özəlləşdirilmişdir. Qeyd edilmişdir ki, Nərimanov rayon Məhkəməsinə verilən iddia ərizəsinə əlavə edilmiş 08 avqust 2020-ci il tarixli arayışda qeydiyyatda olan şəxslərin sayı 21 nəfər göstərilmişdir. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakının Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mübahisəli evin özəllzşdirilməsinə əsas olan sənədlər barədə 24 oktyabr 2001-ci il tarixli arayış təqdim olunmuşdur. Həmin arayışda isə 12 nəfərin qeydiyyatda olduğu göstərilmişdir. Qanunvericiliyin tələblərinə əsasən özəlləşdirmə ilə bağlı müraciət edilən anda bununla bağlı razılığının alınması tələb olunan şəxslərin sırasına yalnız mənzil kirayə müqaviləsində adı göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri daxildir. Bildirilmişdir ki, Bakı şəhəri Cavabdeh başçısının 27 noyabr 2017-ci il tarixli, 479 nömrəli sərəncamı ilə iddiaçıla rın hüquqları pozulmuşdur. Belə ki, sərəncama əsasən R.Axundov küçəsində yerləşən 43 saylı ev uzun müddətdir ki, vətəndaş X2 istifadəsindədir. Lakin sərəncam verilərkən nəzərə alınmamışdır ki, iddiaçıların yaşayış sahəsi bir ünvanda olsa da, ayrı-ayrılıqda yerləşir. Hətta onların və X2 yaşayış sahələrinin arasında başqa şəxsə məxsus fərdi yaşayış sahəsi mövcuddur. Qeyd edilmişdir ki, məhkəmə tərəfindən yerli baxış keçirilərsə, görmək olar ki, X2 evindən sonra qonşunun evi, sonra isə iddiaçıların evi mövcuddur. Bundan əlavə iddiaçıların yaşadıqları evin bütün kommunal xidmətlərinin göstərilməsi ilə bağlı (su, qaz və işıq) sayğaclar (müqavilələr) İddiaçı1 adınadır və 2002-ci ildən hal-hazıradək onun tərəfindən ödənişlər aparılır. Qeyd edilmişdir ki, mübahisələndirilən Bakı şəhər Cavabdeh baş çısının 27 noyabr 2017-ci il tarixli, 479 saylı sərəncamı qəbul edilərkən cavabdeh tərəfindən qanunla nəzərdə tutulmuş qaydada inzibati icraat aparılmamış, bu zaman iddiaçılar həmin icraata cəlb edilməmişlər (razılıq ərizələri yoxdur), inzibati orqan işin bütün faktiki hallarını xidməti vəzifəsinə görə aydınlaşdırmamış və bunun üçün zəruri sübutları toplamamış, inzibati akt qəbul edərkən iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara qiymət verməmiş və nəhayət, qəbul edilmiş inzibati akt qanunda nəzərdə tutulmuş qaydada əsaslandırılmamışdır.

10. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə X8 hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.

11. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iş üzrə iddiaçı, onun ailə üzvləri v ə 3-cü şəxs Ermənistan SSR qaçqınlarıdır. Mübahisəli yaşayış sahəsinə Nərimanov rayon XDS İcraiyyə Komitəsinin 12 aprel 1989-cu il tarixli, 11 nömrəli qərarı əsasında X8 11 nəfərlik ailə üzvləri ilə birlikdə qaçqın ailəsi kimi daimi pasport qeydiyyatına alınmışlar. AR Prezidentinin xx.xx.2001-ci il tarixli, 562 nömrəli Fərmanının tələbləri qaydasında mübahisəli yaşayış sahəsinin özəlləşdirilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti başçısı tərəfindən xx.xx.2011-ci il tarixli, 800 nömrəli Sərəncam verilmişdir. Mübahisəli yaşayış sahəsi üzrə X2 adına mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması üçün həmin sahədə yaşayan həddi-buluq yaşlı bütün ailə üzvlərinin müvafiq qaydada razılıq ərizələri verilmişdir və mübahisəli yaşayış sahəsi X2 mülkiyyətidir (xx.xx.2002-ci il tarixli, 011730 Qey diyyat Vəsiqəsi). Cavabdehin xx.xx.2017-ci il tarixli, 479 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, R.Axundov küçəsi 43 ünvanında yerləşən fərdi yaşayış evi təqdim olunmuş layihəyə uyğun mövcud istifadə vəziyyətində vətəndaş Z.H.Həsənovun adına sənədləşirilmişdir. Hazırki iş üzrə məhkəmənin xx.xx.2021-ci il tarixə, saat 11:15-ə təyin edilmiş iclasında iddia tərəfləri (İddiaçı1 və İddiaçı3) Nərimanov RİH başçısının sözügedən Sərəncamından 2020-ci ililn sentyabr-oktyabr aylarından məlumatlı olduqlarını etiraf etdilər. Onların etirafları digər sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, İddiaçı1 30 sentyabr 2020ci il tarixdə ərizə ilə Nərimanov RİH-ə müraciət edərək, mübahisəli yaşayış sahəsi üzrə Nərimanov RİH tərəfindən Sərəncamla əlaqədar sənədləşdirilmə işlərinin aparıldığı nı bildirərək həmin sənədlərin geri qaytarılmasını tələb etmişdir. Nərimanov RİH-in xx.xx.2020-ci il tarixli, H-145-011 nömrəli İddiaçı1 ünvanlanmış məktubla sənədləşmə işlərinin Nərimanov RİH başçısının xx.xx.2017-ci il tarixli, 479 nömrəli Sərəncamına əsasən təqdim edilmiş layihəyə uyğun aparıldığı bildirilmişdir. Yəni iddia tərəfinin etiraf etdiyi kimi, artıq Sərəncamın mövcudluğu barədə onlar xx.xx.2020-ci il tarixdən məlumatlı idilər. Göstərilənlərə əsasən cavabdeh iddianın mümkün sayılmamasını xahiş etmişdir.

12. Üçüncü şəxs məhkəməyə təqdim etdiyi etirazda göstərmişdir ki, onlar 11 nəfər ailə tərkibi ilə 1989-cu il tarixində Ermənistandan məlum hadisələrlə bağlı qaçqın düşərək ünvan 7 ünvanda olan iki mərtəbəli evin ikinci mərtəbəsində 43,3 kv.m olan yaşayış sahəsində məskunlaşmış lar. Həmin yaşayış sahəsində yerləşmə çətinliyi yarandığından birinci mərtəbədə olan üç otaqlı mənzili 1990-cı ildə 1200 rubla, 1996-cı ildə həmin üç otaqlıya bitişik bir otaqlı mənzili 700 ABŞ dollarına, təxminən 2001-ci ildə isə yaşadıqları evlə üzbəüz olan üç otağı 2900 ABŞ dollarına satın almışdır. 2002-ci ildə həmin ünvanda olan yaşayış evi onun və ailə üzvü olan digər şəxslərin notariat kontorunda təsdiq olunmuş yazılı ərizələri əsasında X2 adına özəlləşdirilmiş və 26 fevral 2002-ci il tarixli xüsusi mülkiyyətə dair qeydiyyat vəsiqəsi verilmişdir. Eyni zamanda iddiaçının ailəsinin yerləşdirilməsi üçün onun adına Sabunçu rayonu İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli Sərəncamı ilə Şəhər şossesi döngə 3 ünvanında 4 sot torpaq sahəsi ayrılmış və o öz vəsaiti hesabına 6 otaqdan ibar ət bir mərtəbəli ev tikdirərək ona vermişdir. İddiaçı Sabunçuda ona tikilən evi satmışdır və özünün Ramanada tikdiyi evə isə uzun müddətdir ki, müxtəlif bəhanələr etməklə köçmək istəmir. Köçməməyinin əsas səbəbi isə X2 yaşadığı evin bir hissəsinə məhkəmələrdə qaldırdığı iddialar vasitəsilə əsassız sahib olmaqdır. İddiaçılar sərəncamın ləğvi barədə məhkəməyə müraciət etmiş, lakin xx.xx.2021-ci il tarixdə iddialarını geri götürmüşlər. Göstərilənlərə əsasən iddianın mümkün sayılmamasını xahiş etmişdir.

13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2020/2022 nömrəli, 14 yanvar 2022-ci il tarixli qərarı ilə (hakim S.İ.Salahova) iddia təmin edilməmişdir.

14. Məhkəmə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, iddiaçıların etibarsızlığın ın tanınmasını tələb etdikləri cavabdehin xx.xx.2017-ci il tarixli, 479 nömrəli sərəncamının etibarsız sayılması üçün əsas yoxdur. Belə ki, həmin sərəncam Bakı şəhəri Cavabdehin başçısı tərəfindən qəbul edilmiş (hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlumdur), qanunvericiliyə əsasən yazılı formada qəbul edilməsi nəzərdə tutulan sərəncam olmaqla həmin formaya uyğun olmuş, sərəncamda maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər edilməsi tələb olunmamış, faktiki səbəblər üzündən icrası mümkünsüz olmamış və üçüncü şəxs barəsində qəbul olunmaqla kimə ünvanlandığı aydın olmuşdur.

15. Bundan başqa, məhkəmə iclasında İddiaçı1 və onun vəkilinin verdiyi izahatdan müəyyən olunur ki, onlar hazırkı iddianı qaldırarkən müvafiq sərəncamın İİQ-nın 65.1.2-ci madd əsinə əsasən etibarsız sayılmasını xahiş edirlər, çünki cavabdehin belə bir sərəncam qəbul etmək səlahiyyətinin olmadığını iddia edirlər. İİQ-nin 65.1.2-ci maddəsinə əsasən müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Lakin burada müvafiq səlahiyyəti olmayan inzibati orqan dedikdə, nəyin nəzərdə tutulmasının müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, İİQ-nin 65.1-ci maddəsində nəzərdə tutulan digər əsaslar nəzərdən keçirildikdə aydın olur ki, İİQ-nin 65.1.2ci maddəsində səlahiyyəti olmayan inzibati orqan dedikdə, yalnız açıq-aşkar müvafiq səlahiyyətə malik olmayan inzibati orqanlar başa düşülməlidir. Misal üçün, vətəndaşların yaşayış və ya olduğu yer üzrə qeydiyyatını aparan inzibati orqanın tikintiyə icazə verməsi və sair. 1

6. Bu cür inzibati aktların düzgün olmadığını aydın şəkildə görmək və buna görə də həmin inzibati aktın açıq-aşkar müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul olunduğunu müəyyənləşdirmək mümkündür. Lakin müəyyən səbəblərdən həmin aktın icrası təhlükəsi yaranarsa, şəxs aktın etibarsızlığı, yəni yararsız olmasını məhkəmə qaydasında tələb edə bilər. Səlahiyyətli olduğu rayonun hüdudlarından kənarda yerləşən evin tikintisinə icazə vermiş inzibati orqanın hərəkəti isə yalnız qanuna zidd hesab olunmalı və onun mübahisələndirilməsinə yol verilməlidir. Çünki ilk baxışdan həmin aktın etibarsızlığının müəyyən edilməsi mümkün deyildir.

17. Bundan başqa, məhkəmə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiy yətləri haqqında Əsasnamə”nin və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq maddələrinə istinad etməklə qeyd etmişdir ki, qanunverici yerli icra hakimiyyəti orqanlarına yaşayış sahəsinin tikintisinə icazə vermək (xx.xx.2019-cu il tarixədək), məlumatlandırma icraatı çərçivəsində layihəyə münasibət bildirmək kimi bir çox səlahiyyət vermişdir. Buna görə də cavabdehin üçüncü şəxs Z.Həsənovun əlavələr etməklə tikinti apardığı fərdi yaşayış evinin mövcud istifadə vəziyyətində sənədləşdirilməsinə icazə verdiyi xx.xx.2017-ci il tarixli, 479 nömrəli sərəncam İİQ-nin 65.1.2-ci maddəsinə uyğun olaraq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt kimi qiymətləndirilə bilməz. İddia ərizəsindən də görünür ki, iddiaçılar sərəncamın etibarsızlığını irə li sürərkən bunu daha çox inzibati orqan tərəfindən inzibati icraatın aparılması qaydalarının pozulması, onların dinlənilmək hüququnun təmin edilməməsi və sair kimi prosessual normaların pozulması ilə əsaslandırmışlar.

18. İddiaçılar apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2189/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2020/2022 nömrəli, 14 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyas iya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

21. İddiaçılar kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

22. Kassasiya şikayətininin iddia ərizəsinin və apelyasiya şikayətinin məzmununu təkrarlayan dəlillərində qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsində işin icraatının dayandırılması barədə iddiaçılar tərəfindən verilən vəsatət əsassız olaraq təmin edilməmişdir. Belə ki, Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsin ə, zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb edilmiş İddiaçı1 və qeyrilərinə qarşı fərdi yaşayış evinə və torpaq sahəsinə vahid əmlak kimi reyestrdən çıxarışın verilməsi tələbinə dair 2-1(112)-9936/2022 saylı inzibati iş üzrə məhkəmə-tikinti ekspertizası keçirilməsi barədə vəsatət verildiyindən, habelə qəbul olunacaq məhkəmə aktı hazırkı iş üçün preyudisial əhəmiyyət kəsb etdiyindən həmin mübahisəyə baxılıb yekun qərar qəbul edilənədək iş üzrə icraat dayandırmalı idi.

23. Bundan başqa, qeyd edilmişdir ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi qərarda qeyd etmişdir ki, “qanunverici yerli icra hakimiyyəti orqanlarına yaşayış sahəsinin tikintisinə icazə vermək (xx.xx.2019-cu il tarixədək), məlumatlandırma icraatı çərçivəsində layihəyə münasibə t bildirmək kimi bir çox səlahiyyət vermişdir.” Lakin sərəncama nəzər yetirsək, orada yaşayış sahəsinin mövcud vəziyyətdə sənədləşdirilməsinə icazə verilməsi göstərilmişdir. Bu isə o deməkdir ki, tikintisinə sərəncam verilməyən, qanunsuz tikilinin sənədləşdirilməsinə yerli icra hakimiyyətinin sərəncam verməsi qanuna ziddir. Özbaşına tikilinin tikilməsinə nəzər yetirsək, qanunvericiliyin tələblərinə əsasən rayon icra hakimiyyəti tərəfindən bu cür sərəncamın verilməsi yolverilməzdir. Belə ki, bu hal Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.2, 180.3 və 180.4-cü maddələrində öz əksini tapmışdır.

24. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11-ci bəndində yerli icra hakimiyyəti baş çılarının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində malik olduğu səlahiyyətlər təsbit edilmişdir. Həmin Əsasnamənin 4.11.13-cü bəndinə əsasən "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu, 17-ci və 26cı maddələrinə əsasən təsdiq olunmuş şəhərsalma sənədlərində yeni obyektlərin yerləşdirilməsinə, habelə mövcud tikililərin yenidən planlaşdınlmasına, yenidən qurulmasına, konstruktiv dəyişikliklər aparılmasına razılıq vermək nəzərdə tutulsa da, lakin özbaşına tikiliyə mövcud vəziyyətdə sərəncam vermək ümumiyyətlə Qanunla nəzərdə tutlmamışdır.

25. Beləliklə mübahisələndirilən Bakı şəhər Cavabdeh başçısının 27 noyabr 2017-ci il tarixli, 479 saylı sərəncam qəbul edilərkən “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin müvafiq tələbləri pozulmuş və qanuna zi dd olaraq yaşadığımız evin sənədləşdirilməsinə icazə verilmişdir. kassasiya şikayətinə dair etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə

64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı -64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. -64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini sa xlayır və hüquqi cəhətdən etibarlı sayılır. -64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. -64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə

65. İnzibati aktın etibarsız sayılması -65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: -65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; -65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; -65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; -65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hə rəkətlər etməyi tələb edən inzibati akt; -65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt;

28. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə: -4.9.12. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada tikinti norma və qaydalarına riayət etməklə yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması barədə qərar qəbul etmək; -4.11.11.1. təsdiq edilmiş memarlıq layihələrini qeydiyyatdan keçirmək; -4.11.11.2. memarlıq obyektinin layihəsini və layihənin texniki və ekoloji ekspertiza qaydalarını memarlıq-planlaşdırma tapşırıqları verən orqanla razılaşdırmaqla təsdiq etmək; -4.11.11.3. qəbul edilmiş memarlıq layihəsinin memarlıq həllini n bütün dəyişikliklərinə razılıq vermək və nəzarət etmək; -4.11.11.4. tikinti üçün sənədlərin tərtibatı və ya memarlıq obyektinin inşası zamanı müəllifin razılığı ilə memarlıq layihəsinə edilən dəyişikliklər memarlıq-planlaşdırma tapşırığının tələblərindən və ilkin razılaşdırma layihəsindən kənara çıxdıqda, bu dəyişiklikləri təsdiq etmək; -4.11.11.5. İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; -4.11.12. müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək; -4.11.13. "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 10cu, 17-ci və 26-cı maddələrinə əsasən təsdiq olunmuş şəhərsalma sənədlərində yeni obyektlərin yerləşdirilməsinə, habelə mövcud tikililərin y enidən planlaşdırılmasına, yenidən qurulmasına, konstruktiv dəyişikliklər aparılmasına razılıq vermək, şəhərsalma sənədlərinin həyata keçirilməsində sifarişçinin, tərtibatçının və podratçının fəaliyyətinə nəzarət etmək, şəhərsalma fəaliyyəti ilə əlaqədar yaranan mübahisələrə baxmaq;

29. İnzibati Prosessual Məcəllə (İPM) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsasl andırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

31. Apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

34. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

35. Qanunvericiliyin yuxarıda istinad olunan nor maları baxımından, cavabdehin sərəncamının etibarsızlığının müəyyən edilməsinə dair məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

36. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

37. Hazırkı mübahisədə iddiaçının tələbi cavabdehin xx.xx.2017-ci il tarixli, 479 nömrəli sərəncamının etibarsız hesab edilməsinə yönəlmişdir. Yəni iddiaçı inzibati aktın etibarsızlığının tanınmasına nail olmaq istəyir və bu m ənada həmin tələbi ifadə edən iddia tanınma haqqında iddia kimi qəbul olunmalıdır.

38. Hazırkı qərarın 27-ci bəndində qeyd edilən normaların məzmunundan göründüyü kimi, qanunverici inzibati aktın etibarsızlığı və qanunsuzluğu institutlarını biri-birindən fərqləndirir. Belə ki, həmin normaların mahiyyəti baxımından qəbul edildiyi andan “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi anlamında etibarsız sayılmayan inzibati aktlar, hətta qanunsuz olsalar belə, qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Bu baxımdan inzibati aktın, o cümlədən qanunsuz inzibati aktın hüquqi qüvvəsi onun etibarlılığına bağl ıdır və yalnız etibarlı inzibati aktlar hüquqi qüvvəyə malik olur. Etibarsız inzibati aktlara münasibətdə isə qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi anlamında etibarsız sayılan inzibati aktlar qəbul edildiyi andan hüquqi qüvvəyə malik olmur və bu mənada hər hansı hüquqi nəticə yaratmır. Başqa sözlə, istinad olunan norma anlamında etibarsız inzibati akt mövcud olmamış, yarasız və əhəmiyyətsiz inzibati akt kimi qiymətləndirilir.

39. Bununla bağlı nəzərə almaq lazımdır ki, hazırkı qərarın 27-ci bəndində istinad olunan normada etibarsız inzibati aktların dairəsi konkret olaraq müəyyən edilmişdir. Başqa sözlə, qanunverici tərəfindən inzibati aktın qəbul edildiyi andan etibarsız sayılmasını şərtləndirən hallar və bunun üzərindən qəbul edildiyi andan etibarsız sayıl an inzibati aktlar əvvəlcədən həmin normada təsbit edilmişdir. İstinad olunan həmin normaya əsasən hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati aktlar, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən, faktiki səbəblər üzündən icrası mümkün olmayan, kimə ünvanlandığı aydın olmayan inzibati aktlar etibarsız sayılır. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 40. “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda, inzibati orqan öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. İnzibati orqan bundan imtina etdiyi hallarda, şəxs İPM-in 36-cı maddəsinə əsasən həmin aktın etibarsızlığının tanınmasına dair müəyyən etmə və ya tanınma haqqında iddia növündə iddia ilə məhkəməyə müraciət edə bilər. Bununla bağlı qeyd olunmalıdır ki, belə iddianın qaldırılmasında şəxsin xüsusi hüquqi marağı qısa müddətdə etibarsızlığın müəyyən olunmasına və etibarsızlıq faktının konstatasiyasına yönəlmiş olur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, etibarsızlığın tanınması haqqında iddialar üzrə məhkəmə araşdırmasının predmeti “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması i lə məhdudlaşır və həmin halların müəyyən edilmədiyi təqdirdə, tanınma haqqında iddianın təmin olunmasından imtina olunur. Başqa sözlə, həmin iddia yalnız “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğu hallarda əsaslı sayıla bilər.

41. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, etibarsız inzibati aktların ləğv edilməsinə dair “mübahisələndirmə haqqında” iddia qaldırılması istisna olunur. Belə ki, yuxarıda istinad olunan normalara görə, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Nəzərə almaq lazımdır ki, belə hallarda iddia predmeti mövcud olmadığı üçün mübahisələndirmə haqqında iddianın məqsədləri baxımından iddiaçının həmin etibarsız, yəni mövcud olmayan, yararsız inzibati aktdan məhkəmə qaydasında müdafiəsinə ehtiyac da mövcud olmur.

42. Hazırkı mübahisəyə münasibətdə “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində təsbit edilmiş və cavabdehin sərəncamının etibarsızlığını şərtləndirən əsasların mövcud olduğu işin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş halları ilə təsdiq olunmur. Bu baxımdan iddiaçı həmin sərəncamın etibarsız hesab olunmasını tələb etməkdə haqlı sayıla bilməz.

43. Bundan əlavə, həmçinin nəzərə almaq lazımdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(82)-4500/2017 nömrəli qərarı ilə iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə və torpa q sahəsinə vahid əmlak kimi reyestrdən çıxarış verilməsi” tələbinə dair iddiası təmin edilmiş və X2 Bakı şəhəri, Nərimanov rayonu, R.Axundov küçəsi 43 ünvanında yerləşən evin 115,9 kv.m ölçüdə tikintialtı torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq həmin evlə birlikdə sözügedən torpaq sahəsinə dair vahid əmlak kimi reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(103)-1477/2018 saylı qərarı ilə təmin edilməmiş və həmin mübahisəyə dair iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minmişdir. Başqa sözlə, cavabdehin sərəncamının aid olduğu torpaq sahəsi və onun üzərində yerləşən y aşayış evi üzərində hazırkı işdə üçüncü şəxsin mülkiyyət hüququ ilə bağlı qanini qüvvəyə minmiş məhkəmə qərarının hazırkı mübahisəyə münasibətdə preyudisial əhəmiyyətə malik olduğu da nəzərə alınmalıdır.

44. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir. Odur ki, məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

45. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.

46. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsas lanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçıların kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2189/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar