Məhkəmə qərarları › İş №2-1(102)-2090/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2090/2019

25.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2090/2019 25.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçının vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “plan ölçünün tərtib edilməsi və çıxarışın verilməsi” tələblərinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 19 fevral tarixli 2-1(103)-569/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: “x” DETLİ-nin nəzdində “x” üzvlərinin 1987-ci il 12 avqust tarixli iclasının protokolqərarına əsasən yoldaşlıq üzvlərinin siyahısında iddiaçının adı 19-cu sırada qeyd olunmuş, ona x ərazisində yerləşən 31 saylı bağ sahəsi verilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 31 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 28 iyun tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, ərizəyə əlavə olunmuş sənədlər surətdir. Aparılan araşdırma zamanı məlum olmuşdur kı, bağ sahəsi qonşu bağ sahəsi ilə bir hasar daxilindədır, ara mərz nişanları şərtidir. Mərzçəkmə i şlərinin görülməsi, arxiv cizgisinə uyğun olaraq notarial qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim olunması məqsədəuyğundur. Bundan əlavə, təqdim olunmuş sənədlərdə uyğunsuzluqlar mövcuddur. Belə ki, ərizəyə əlavə olunmuş bağçılıq-yoldaşlığının üzvlük kitabçasında bağ sahəsinin ölçüsü 550,0 kv.m qeyd edilsə də, təqdim olunmuş bağçılıq-yoldaşlığının üzvlərinin siyahısında bağ sahəsinin ölçüsü 833,0 kv.m qeyd edilmişdir. Eyni zamanda, təqdim olunmuş protokolda bağ sahəsinin ölçüsü qeyd edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İddiaçı 2018-ci il 20 iyul tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “x” DETLİ-nin nəzdində “x” üzvlərinin 1987-ci il 12 avqust tarixli ümumi yığıncağının 2 saylı protokoluna əsasən ona “x”nın Türkan qəs əbəsi ərazisində yerləşən bağ sahəsində verilmiş sahəsi 550 kv.m olan və “x”nın 1997-ci il 30 yanvar tarixli ümumi yığıncağının 2 saylı protokoluna əsasən sahəsi 833,0 kv.m olmuş 31 saylı bağ sahəsinə dair onun adına olan torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, “x” DETLİ-nin nəzdində “x” üzvlərinin 1987-ci il 12 avqust tarixli iclasının protokoluna əsasən ona x ərazisində sahəsi 550 kv.m olan 31 saylı bağ sahəsi verilmişdir. “x”nın 1997-ci il 30 yanvar tarixli iclasının 2 saylı protokoluna əsasən ona ayrılan bağ sahəsi 833.0 kv.m olmuşdur. Həmin bağ sahəsi bu günə kimi onun istifadəsindədir. İdd iaçı göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 2.2.2, 8.1.1, 33.1-ci maddələrinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 29 noyabr tarixli 2-1(82)3534/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, “x” DETLİ-nin nəzdində “x” üzvlərinin 1987-ci il 12 avqust tarixli ümumi yığıncağının 2 saylı protokoluna əsasən iddiaçıya “x”nın Türkan qəsəbəsi ərazisində yerləşən bağ sahəsində verilmiş sahəsi 550 kv.m olan və “x”nın 1997-ci il 30 yanvar tarixli ümumi yığıncağının 2 saylı protokoluna əsasən sahəsi 833,0 kv.m olmuş 31 saylı bağ sahəsinə dair onun adına olan torpaq sahəsinin planölçüsünün tərtib edilməsi və dövl ət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 19 fevral tarixli 2-1(103)-569/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmış, qərarın nəticə hissəsində qeyd edilmiş - “sahəsi 550 kv.m olan” sözləri çıxarılmışdır. Məhkəmənin qərarı cavabdehə 2019-cu il 4 mart tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2019-cu il 2 aprel tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, mübahisəli bağ sahəsində mərzçəkmə işləri aparılmamışdır. İşin obyektiv araşdırılması məqsədilə Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhər Xəzər Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi məhkəmə tərəfindən inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməli və ekspertiza təyin olunmalıdır. Həmçinin, apellyasiya instansiyası məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2, 8, 11.1, 12.1, 23-cü maddələrinin tələblərinə əməl e tməmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi 2019-cu il 19 fevral tarixə təyin edilmiş məhkəmə iclası barədə İdarəyə bildiriş göndərməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. İddiaçının vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əsaslandırma hissəsi: Cavabdehin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-c ü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər... “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsə rrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.7-ci maddələrinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bağ sahəsinə dair protokol-qər ar və üzvlərin siyahısına uyğun üzvlük kitabçası təqdim edilməklə qanunda nəzərdə tutulan şərt iddiaçı tərəfindən ödənilmişdir. Beləliklə, iddiaçının İPM-in 34.1-ci maddəsindən irəli gələn tələb hüququ vardır. Məhkəmə kollegiyası bağ sahəsində mərzçəkmə işlərinin aparılmaması barədə cavabdehin dəlili ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyəty anı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrinə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli, 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Re spublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na, “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşə n və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda; torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə mərzçəkmə işləri aparılır. Göründüyü kimi, iddiaçının qanuni istifadəsindəki bağın yerləşdiyi torpağın onun mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhəd lərini mərzçəkmə qaydasında müəyyən etmək cavabdehin vəzifəsidir. Bakı şəhəri İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin məhkəmə tərəfindən inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməli olduğuna dair dəlil də əsassızdır. Belə ki, həmin orqanların icra etdikləri səlahiyyətlər bilavasitə Dövlətə məxsus olan hüquqlardır, Dövlət isə özünün orqanı olan cavabdehin timsalında hazırkı iş üzrə məhkəmə icraatında təmsil olunduğundan hər hansı digər dövlət orqanının icraata cəlb edilməsi üçün əsas yoxdur. Şikayətin digər dəlili ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi 2019-cu il 19 fe vral tarixə təyin edilmiş məhkəmə iclası barədə İdarəyə bildiriş göndərməmişdir. Həmin dəlil də əsassızdır. Belə ki, cavabdehin nümayəndəsi əvvəlki - 2019-cu il 12 fevral tarixli məhkəmə iclasında iştirak etmiş, məhkəmə iclasının 2019-cu il 19 fevral tarixə təxirə salınması bilavasitə həmin nümayəndənin yanında elan edilmiş, bu barədə məhkəmə qəbzinə imza etmiş və 2019-cu il 19 fevral tarixli məhkəmə iclasında iştirak etmişdir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 19 fevral tarixli 2-1(103)-56 9/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova Z.M.Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar