Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2090/2023 14.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: inzibati icraat aparılmadan pensiya ödənişinin dayandırılması, dayandırılmış əmək pensiyası üzrə ödənişin bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1947, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmə k və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının dayandırılması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz sayılması və dayandırıldığı tarixdən əmək pensiyasının bərpa edilərək ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1146/2023 nömrəli, 18 may 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya 01 yanvar 2006-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.
2. Daha sonra iddiaçıya pensiya ödənişlərinin verilməsi 06 noyabr 2020-ci il tarixdən cavabdeh tərəfindən d ayandırılmışdır. İddiaçının pensiyanın ödənilməsinin bərpa edilməsinə dair müraciəti ilə bağlı cavabdeh 15 oktyabr 2021-ci il tarixli, eləcə də 19 mart 2021-ci il tarixli məktublarında bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu tərəfindən mütəmadi olarag pensiya təminatı sahəsində müxtəlif risk grupları və parametrlər üzrə aparılan araşdırmalar nəticəsində analoji hallar və ya şübhələr yarandıgda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə müvafig icra hakimiyyəti organı tərəfindən təyin edilmiş əmək pensiyalarının ödənişi “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olarag dayandırılır. Qeyd ol unanlara əsasən sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu hüquqi müstəvidə araşdırılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmək pensiyası hüququnuza yenidən baxılacaqdır. Sizə pensiya hüququ yaradan zəruri sənədlərin üzləşdirilərək araşdırılması məqsədilə onların əsillərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi xahiş olunur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək əmək pensiyasının dayandırılması ilə bağlı cavabdehin hərəkətləri qanunsuz sayılması və əmək pensiyasının dayandırıldığı 06 noyabr 2020-ci il tarixdən bərpa edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1972-ci ildən 1993-cü ilə qədər X5 Daşları Qazma İdarəsində və X7 X2 İdarəsində, BP Şirkətinin istismar etdiyi Azəri, Çıraq, Günəşli və Türkmənistanın istismar etdiyi Kəpəz, Barinova, Qubkina, Jdanov və Promejutoçnaya dəniz neft mədənlənin kəşf ediləsində iştirak etmişdir. 1993-cü ildən isə ABŞın İPESCO, ADVANCED DRİLLİNG COMPANY və OXSUS ENERGY şirkətlərində çalışmışdır. 2020-ci ilin dekabr ayınadək təqaüdünü vaxtında almış, COVİD 19 pandemiyası başladıqdan sonra onun pensiya ödənişi dayandırılmışdır. İddiaçıya təkcə məktub göndərilmiş, pensiya ilə bağlı barəsində hər hansı inzibati aktın qəbul edilib-edilməməs i ilə bağlı isə məlumat verilməmişdir.
5. Cavabdeh iddia tələbinə dair etiraz ərizəsində qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçıya 1 yanvar 2006-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Ona təyin olunmuş əmək pensiyası 6 noyabr 2020-ci il tarixdə dayandırılmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu tərəfindən mütəmadi olaraq pensiya təminatı sahəsində müxtəlif risk grupları və parametrlər üzrə aparılan araşdırmalar nəticəsində analoji hallar və ya şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilmiş əmək pensiyalarının ödənişi “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Eyni zamanda, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı cinayət törətməkdə təqsirləndirilən şəxslərə məxsus götürülmüş maddi sübutlar araşdırılarkən iddiaçıya əmək pensiyası təyin olunması üçün zəruri sənədlərlə yanaşı, onların surətləri və digər faktlar aşkar edilmişdir, müvafiq qurumun müraciətinə əsasən aşkar olunmuş həmin sənədlər əsasında iddiaçıya təyinat aparılaraq ödənilmiş pensiya işinin qanunvericiliyinə uyğunluğunun Nazirlik tərəfindən araşdırılması aparılır. Bu məsələ ilə bağlı iddiaçıya 19 mart 2021-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən **********7 nömrəli məktubla məlumat verilmiş və ond an müvafiq əmək pensiyası hüququ yaradan zəruri sənədlərin üzləşdirilərək araşdırılması məqsədilə onların əsillərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunması xahiş olunmuşdur. Buna baxmayaraq iddiaçı tərəfindən həmin sənədlər təqdim olunmamışdır. İş üzrə tam və obyektiv araşdırmanın aparılmasını təmin etmək məqsədilə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə 10 fevral 2022-ci il tarixində sorğu verilərək İddiaçı sənədlərinin V.A.Əliyevin ofisində aşkar olunması ilə bağlı həyata keçirilmiş cinayət təqibi üzrə materialların və qəbul edilmiş müvafiq prosessual qərarın surətinin mümkün qədər qısa müddətdə təqdim edilməsi xahiş edilmişdir. 08 aprel 2022-ci il tarixdə qeyd edilən sorğuya cavab Mərkəzi Filiala daxil olmuşdur. Sorğuda qeyd edilm işdir ki, X3 barəsində DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Vüsal Əliyevin icarəyə götürdüyü Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən “Elite” ticarət mərkəzinin 3-cü mərtəbəsində yerləşən ofisinə baxış zamanı aşkar edilmiş bütün sənədlər əlavə araşdırma aparılmadan bir ədəd çantada qablaşdırılmışdır. X4 barəsində istintaq edilən cinayət işinin materiallarından 12 yanvar 2021-ci il tarixdə ayrıca icraata ayrılmış material sübut əhəmiyyəti kəsb edən bir ədəd çanta ilə birlikdə araşdırmanın davam etdirilməsi üçün istintaq aidiyyəti üzrə AR Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə göndərilmişdir. Odur ki, sözügedən cinayət işinin mübahisənin hə llinə təsir edə biləcəyi hal kimi nəzərə alınmalıdır. Bundan başqa, iddiaçının 02 yanvar 1997-ci il tarixində tərtib olunmuş MT-0134438 nömrəli əmək kitabçasının 8-9-cu səhifələrində onun 25 noyabr 2002-ci il tarixdən 1 sentyabr 2005-ci il tarixədək “Oksus enerji” şirkətində işlədiyi aydın olur. Amma “Oksus enerji” X1 nümayəndəliyi Bakı şəhər Vergilər Departamentində 15 may 2003-cü il tarixində uçota, 27 mart 2003-cü il tarixdə isə AR Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Yəni iddiaçının həmin müəssisədə işlədiyini iddia etdiyi dövrdə o müəssisə dövlət qeydiyyatından keçməmiş və Azərbaycan Respublikası Vergilər Nazirliyindən VÖEN almamışdır. Buna görə də, bu məsələ iddiaçının həmin müəssisədə işləyib əmək haqqı alması faktının mötəbərliyinə əsaslı şübhələr yaradır.
6. Bakı İ nzibati Məhkəməsinin 2-1(112)-4159/2022 nömrəli, 15 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakim R.L.Kərimli) iddia təmin edilmiş, İddiaçı təyin olunmuş əmək pensiyasının dayandırılması ilə bağlı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hərəkətləri qanunsuz sayılmış və əmək pensiyasının dayandırıldığı 6 noyabr 2020-ci il tarixdən bərpa edilərək ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulmuşdur.
7. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, inzibati orqan tərəfindən iddiaçıya münasibətdə pensiya ödənişinin dayandırılması ilə bağlı hərəkətlər aparılarkən müvafiq qərar qəbul olunmaması ilə bərabər, həm də onun (iddiaçının) məlumatlandırılması da təmin edilməmişdir. Bundan başqa, cavabdeh inzibati orqan nə inzibati icraat çər çivəsində, nə də hazırkı inzibati məhkəmə icraatında iddiaçıya təyin olunmuş pensiyanın ödənişinin dayandırılmasının “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsinin və “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinin tələbləri baxımından zəruriliyi və əsaslılığı ilə bağlı heç bir sübut təqdim etməmişdir.
8. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1146/2023 nömrəli, 18 may 2023-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi – C.A.Yusifov, hakimlər – P.A.Hüseynov və Ş.A.Məmmədova) apellyasiya şikayəti təmin olunmamış, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4159/ 2022 nömrəli, 15 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
10. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayəti cavabdeh tərəfindən təqdim olunmuş iddia tələbinə dair etirazla eyni məzmunda əsaslandırılmışdır. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pens iyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır:... 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. 15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların m ülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardar:... 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati akt qəbul etmək vəzifəsi; Maddə
64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlı lığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə
67. Qanunsuz inzibati aktın l əğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
16. İnzibati Prosessual Məcəllə Maddə 16.3. Bu Məcəllənin 96.4-cü maddəsində nəzərdə tutulmuş halda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şi kayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə b ilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
18. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
21. Məhkəmə kollegiyası kassas iya şikayətinin dəlilləri ilə bağlı əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
22. Hazırkı işin hallarından göründüyü kimi cavabdeh iddiaçıya daha əvvəl inzibati aktla (Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinin 02 iyun 2008-ci il tarixli qərarı ilə) təyin edilmiş əmək pensiyası üzrə ödənişi 06 noyabr 2020-ci il tarixdə dayandırarkən qanunvericiliyin tələb etdiyi qaydada lazımi icraat aparmamış və hər hansı qərar (inzibati akt) qəbul etməmişdir. Cavabdehin pensiya ödənişini dayandırma səbəbi isə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı cinayət törətməkdə təqsirləndirilən şəxslərə məxsus götürülmüş maddi sübutlar araşdırılarkən iddiaçıya əmək pensiyası təyin olunması üçün zəruri sənədlərlə yanaşı, onların surətlərinin və digər faktların aşkar edilməsi, müvafiq qurumun müraciətinə əsasən aşkar olunmuş həmin sənədlər əsasında iddiaçıya təyinat aparılaraq ödənilmiş pensiya işinin qanunvericiliyinə uyğunluğuna dair Nazirlik tərəfindən araşdırılmanın aparılması olmuşdur. Eyni zamanda, cavabdehin digər dəlili, iddiaçıya məxsus əmək kitabçasının müvafiq səhifələrində onun 25 noyabr 2002-ci il tarixdən 1 sentyabr 2005-ci il tarixədək “Oksus enerji” şirkətində işləməsi faktı ilə bağlı müvafiq qeydlərin olduğu, lakin həmin müəssisənin nümayəndəliyinin Bakı şəhər Vergilər Departamentində 15 may 2003-cü il tarixində uçota, 27 mart 2003-cü il tarixdə isə AR Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındığı, yəni iddiaçının həmin müəssisədə işlədiyin i iddia etdiyi dövrdə sözügedən şirkətin dövlət qeydiyyatından keçmədiyi və Azərbaycan Respublikası Vergilər Nazirliyindən VÖEN almaması iddiaçının həmin müəssisədə işləyib əmək haqqı alması faktının mötəbərliyinə əsaslı şübhələr yaratması ilə əlaqədar olmuşdur.
23. Məhkəmə kollegiyası ilkin olaraq hesab edir ki, inzibati orqanın özü tərəfindən iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası sonradan – 2020-ci ilin 06 noyabr tarixindən mötəbər sübutlara əsaslanaraq deyil, şübhələrə istinadən dayandırılmışdır. Bununla əlaqədar isə qeyd olunmalıdır ki, inzibati orqan inzibati akt qəbul edərkən və ya faktiki xarakterli müvafiq hərəkətlər həyata keçirərkən ehtimala əsaslana bilməz. Onun hərəkətlərinin qanuni ola bilməsi üçün iş üzrə müəyyən olunmuş həqiqi faktiki hallara və mötəbər sübutlara əsaslanmalıdır.
24. Cavabdehin isə istinad etdiyi cinayət işinin hazırkı işə aidiyyəti müəyyən olunmur. Belə ki, cavabdeh orqan tərəfindən istinad olunan cinayət işindəki hər hansı müəyyən edilmiş halın və ya sübutun cari işə, eləcə də iddiaçıya təyin olunmuş pensiyaya müəyyən təsiri olubolmadığı müəyyənləşdirilmədən sözügedən pensiya ödənişləri dayandırılmışdır. Belə olan halda, məhkəmələr əsaslı olaraq inzibati orqanın hərəkətlərini qanunsuz hesab etməklə, pensiya ödənişinin bərpası haqqında qərar vermişlər.
25. Həmçinin qanunverici qüvvədə olan inzibati aktın ləğv edilməsi əsaslarını “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsində müəyyən etmişdir. Cavabdeh “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsi ilə müəyyən olunmuş qaydada iddiaçıya pensiya təyin edilməs i barədə qərarın ləğv olunması ilə bağlı məhkəmələrə hər hansı sübut təqdim etməmişdir.
26. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cavabdeh pensiya ödənişinin dayandırılması məsələsini həm “Əmək pensiyaları haqqında” Qanunun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun verilməsi və pensiya ödənişinin dayandırılması məsələlərini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməli idi.
27. Qeyd olunmalıdır ki, iddiaçıya pensiyanın cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh pensiyanın təyin olunması barədə qərarı ləğv etməyə və ya dəyişdirməyə haqlıdır. Lakin bu haqqından istifadə edərək pensiyanın təyin olunması bar ədə qərarın ləğvi ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əmək pensiyaları haqqında” Qanunun və digər normativ aktların yaşa görə əmək pensiyası hüququnun verilməsi və pensiya ödənişinin dayandırılması məsələlərini tənzimləyən müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından, inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istəd iyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmi ş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.
28. Nəzərə alınmalıdır ki, təyin olunmuş pensiyanın ləğvini şərtləndirən normada nəzərdə tutulmuş bu və ya digər əsas aşkar edildikdə, cavabdeh inzibati orqan əvvəlki qərarın qəbulu üzrə inzibati icraatı təzələməli, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı və icraat nəticəsində aşkar olunmuş əsasın təsdiq edildiyi təqdirdə bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, pensiyanın təyin olunmasına dair əvvəlki i nzibati aktın qüvvədə olduğu müddətdə faktiki hərəkətlərlə pensiya ödənişinin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı.
29. İşin hallarından isə görünür ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə əsas olan inzibati akt (02 iyun 2008-ci il tarixli qərar) inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş, bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır.
30. Aşağı instansiya məhkəmələrində araşdırma zamanı, eləcə də kassasiya icraatı zamanı iddiaçının pensiya ödənişi dayandırılarkən yuxarıda göstərilən tələblərə cavabdeh tərəfindən əməl olunması müə yyən edilməmişdir. Cavabdeh özü də bu barədə heç bir dəlil və sübut təqdim etməmişdir.
31. Cavabdehin iddiaçının əmək kitabçasındakı qeydlərin mötəbərliyini şübhə altına alan dəlili də hazırkı işin halları baxımından əsaslı deyildir. Yuxarıda da qeyd edildiyi kimi, cavabdeh həmin dəlilə ümumi qaydada istinad etməklə pensiya ödənişini dayandırmaq hüququna malik deyildir. Bu zaman cavabdeh bu Qərarın 28-ci bəndində göstərilən qaydada davranmalı idi.
32. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kolleg iyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1146/2023 nömrəli, 18 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.