Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2091/2019 11.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçının vəkili X1 iştirakı ilə İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair Bakı Ap ellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 fevral 2019-cu il tarixli 21(103)-592/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 11.06.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ xx.xx.1956-cı il təvəllüdlü iddiaçı 01.09.1973-28.02.1975-ci il tarixləri arasında 2 saylı texniki peşə məktəbində təhsil almış, 25.11.1975-15.12.1977-ci il tarixləri arasında hərbi xidmətdə olmuş, 15.05.1978-ci ildən əmək fəaliyyətinə başlamış, 15.05.1978-ci ildən 01.06.1979-cu ilədək “xxxx”ndə vaqonların təmiri üzrə çilingər, 01.06.1979-cu ildən 03.10.1985-ci ilədək elektrik qatarının maşinist köməkçisi, 03.10.1985-ci ildən 27.07.1987ci ilədək elektrik qatarının maşinisti, 27.07.1987-ci ildən 20.06.2005-ci ilədək İstismar sexində manevr üzrə maşinist, 20.06.2005-ci ildən 01.01.2007-ci ilədək İstismar sexində maşinist, 01.01.2007-ci ildən 15.02.2007-ci ilədək İstismar sexində manevr üzrə maşinist köməkçisi, 15.02.2007-ci ildən 02.02.2009-cu ilədək İstismar sexində maşinist, 02.02.2009-cu ildən 18.07.2014-cü ilədək İstismar sexində depo növbətçisi vəzifələrində işləmiş, 18.07.2014-cü ildən hal-hazıradək Depolar üzrə İş Departamentinin İstismar Sahəsində depo növbətçisi vəzifəsində işləyir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh 27.08.2018-ci il tarixli 18/04-5783 saylı imtina məktubu ilə bildirmişdir ki, güzəştli iş stajında uyğunsuzluq olduğundan ərizəni təmin etmək mümkün deyildir. İddiaçı cavabd eh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” QSC-də Depolar üzrə İş Departamentinin İstismar Sahəsində depo növbətçisi vəzifəsində işləməsi nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək ona 57 yaşının tamam olduğu 15.12.2013-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə əqrar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3892/2018 saylı 06 noya br 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3892/2018 saylı 06 noyabr 2018-ci il tarixli qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 fevral 2019-cu il tarixli 2-1(103)-592/2019 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3892/2018 saylı 06 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının 15.12.2013-cü ilədək 25 ildən artıq ümumi və 12 il 06 aydan çox güzəştli iş stajı olduğundan iddia tələbi əsaslıdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 fevral 2019-cu il tarixli 2-1(103)-592/2019 nömrəli qərarın dan cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda nəzərdə tutulmadığından iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yoxdur. Kassator İPM-nin 90-99-cu maddələrinə, MPM-nin 416, 417.1.5, 418, 419-cu maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 fevral 2019-cu il tarixli 2-1(103)-592/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə icl asının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X2 Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 fevral 2019-cu il tarixli 2-1(103)-592/2019 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 fevral 2019-cu il tarixli 2-1(103)-592/2019 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01.07.2017-ci il tarixədək qüv vədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, xx.xx.1956-cı il təvəllüdlü iddiaçı 01.09.1973-28.02.1975-ci il tarixləri arasında 2 saylı texniki peşə məktəbində təhsil almış, 25.11.1975-15.12.1977-ci il tarixləri arasında hər bi xidmətdə olmuş, 15.05.1978-ci ildən əmək fəaliyyətinə başlamış, 15.05.1978-ci ildən 01.06.1979-cu ilədək “xxxx”ndə vaqonların təmiri üzrə çilingər, 01.06.1979-cu ildən 03.10.1985-ci ilədək elektrik qatarının maşinist köməkçisi, 03.10.1985-ci ildən 27.07.1987ci ilədək elektrik qatarının maşinisti, 27.07.1987-ci ildən 20.06.2005-ci ilədək İstismar sexində manevr üzrə maşinist, 20.06.2005-ci ildən 01.01.2007-ci ilədək İstismar sexində maşinist, 01.01.2007-ci ildən 15.02.2007-ci ilədək İstismar sexində manevr üzrə maşinist köməkçisi, 15.02.2007-ci ildən 02.02.2009-cu ilədək İstismar sexində maşinist, 02.02.2009-cu ildən 18.07.2014-cü ilədək İstismar sexində depo növbətçisi vəzifələrində işləmiş, 18.07.2014-cü ildən hal-hazıradək Depolar üzrə İş Departamentinin İstismar Sahəsində depo növbət çisi vəzifəsində işləyir. Hazırkı iş üzrə iddiaçının 25 ildən artıq ümumi iş stajının olması işin tərəflər arasında mübahisələndirilməyən hallarına aiddir. İşin tərəflər arasında mübahisələndirilən yeganə halı iddiaçının güzəştli iş stajının olmamasıdır. Halbuki, iddiaçının işlədiyi peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 21.4-cü bəndində nəzərdə tutulmuş “elektrik qatarlarının maşinistləri” peşə növünə uyğun hesab edilməlidir. İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı ona güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəm ə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnz ibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 fevral 2019-cu il tarixli 2-1(103)-592/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-2091/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2091/2019
11.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver