Məhkəmə qərarları › İş №2-1(102)-2091/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2091/2023

25.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2091/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (müharibə veteranı adı və vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 20 aprel tarixli, 2-1(103)-527/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İş materiallarında olan 1972-ci il 23 fevral tarixində Nəsimi RHK tərəfindən verilmiş hərbi biletindən görünür ki, iddiaçı 1972-ci il tarixdə N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakultəsini bitirmiş, 1972-ci il 18 may tarixdə ona “tibbi xidmət leytenantı” hərbi rütbəsi verilmiş, xx.xx.1972-xx.xx.1974-cü illərdə tibb məntəqəsinin rəisi kimi həqiq hərbi xidmət keçmişdir.

2. Azərbaycan Tibb Universitetinin 1992-ci il 25 avqust tarixli, 1992-ci il 7 noyabr tarixli və 1994-cü il 2 mart tarixli əmrlərinə, habelə 2022-ci il 1 fevral tarix li və 2022-ci il 30 noyabr tarixli arxiv arayışlarına əsasən müəyyən olunur ki, iddiaçı: - 1992-ci il 11 avqust tarixindən 1992-ci il 20 avqust tarixinə qədər döyüş bölgəsində yaralılara göstərilən ixtisaslaşdırılmış tibb yardım göstərilməsi məqsədilə Qazax rayonunda ezamiyyətdə olmuş, 30 faiz ələvə əmək haqqı verilməklə 1992-ci il 1 sentyabr tarixindən 1992-ci il 31 dekabr tarixinədək Dağlıq Qarabağın cəbhə rayonlarında yaralı döyüşçülərə tibbi yardım göstərmiş; -1994-cü il 18 fevral tarixindən 1994-cü il 1 mart tarixinədək döyüş bölgələrinədə ixtisaslaşdırılmış tibbi yardım göstərilməsi məqsədilə Xanlar rayonunda ezamiyyətdə olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları A) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı (bundan sonra-“iddiaçı” və ya “İddiaçı”) cavabdeh Azərbaycan Res publikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (bundan sonra-“cavabdeh və ya “SHXÇDX”) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı və vəsiqəsi verilməsi barədə sərəncam verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı döyüş bölgələrində yaralılara ixtisaslaşdırılmış cərrahi yardımın səviyyəsinin artırılması məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1994-cü il 5 yanvar tarixli 1 N-li əmrinə və Azərbaycan Tibb Universitetinin rektorunun 1992-ci və 1994-cü illərin müvafiq tarixli əmrlərinə əsasən həkim-cərrah kimi cəbhənin müxtəlif zonalarına ezam olunub.1992-ci il 7 noyabr tarixli 266 №-li əmrinə əsasən 1992-ci il 1 sentyabr tarixindən 1992-ci il 31 dekabr tarixinə qədər Dağlıq Qarabağın cəbhə rayonlarına, 1994-cü il 2 mart tarixli 14/E N-li əmrinə əsasən 1994-cü il 18 fevral tarixindən 1994cü il 1 mart tarixinə qədər Xanlar rayonuna ezam olunmuşdur. Onunla eyni vaxtda ezam olunan bir çox həkimlər '‘Müharibə veteranı" adını və vəsiqəsini almışdır. O, 2 dəfə (2022-ci il 4 fevral və 4 mart tarixli məktublarla) cavabdehə ərizə ilə müraciət etmiş, cavabdeh 2022-ci il 18 fevral tarixli imtina məktubunda bildirmişdir ki, “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün deyildir. 2022-ci il 17 mart tarixli imtina məktubunda isə qeyd olunmuşdur ki, iş yeri üzrə müraciət etməyi məqsədəuyğundur. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Çünki, o, Azərbaycan Tibb Unive rsitetinin əmrlərinə əsasən cəbhə bölgələrinə ezam olunmuş, yaralılara ixtisaslaşdırılmış tibbi yardım göstərmişdir.

5. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etmiş, iddianı qəbul etməmiş, hesab etmişdir ki, iddiaçının özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını sübut edən sənədlər olmadığından, iddia təmin edilə bilməz.

6. Bakı İnzibati Məhkəməsinin 2022-ci il 15 avqust tarixli, 2-1(112)-7616/2022 nömrəli qərarı (hakim-G.Sevdimalıyeva) ilə iddiaçının cavabdehə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” iddiası təmin edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, hərbi qulluqçu olmayan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməli yyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə veteranı adı və vəsiqəsi verilə bilər:

8. Hazırkı işdə də məhkəmə hesab etmişdir ki, iddiaçının döyüş zonalarına tibbi yardım məqsədi ilə həmin döyüş zonalarına ezam olunduğu iş materialları ilə təsdiq olunur. Başqa sözlə, iddiaçı ezamiyyətdə olarkən döyüş zonasına tibbi yardım ilə bağlı xidməti vəzifəsini yerinə yetirmişdir. Bununla bağlı nəzərə almaq lazımdır ki, hərbi doktrina nöqteyi nəzərincə sülh və ya müharibə dövründə silahlı qüvvələrin arxa təminatı - silahlı qüvvələrin silahla, hərbi sursatla, yanacaqla, sair maddi-texniki vasitə lərlə təmin edilməsi üzrə kompleks tədbirlər sistemini ehtiva edir. Arxa hissə təminatı silahlı qüvvələrin döyüş qabiliyyətinin lazımi səviyyədə saxlanılması üçün onların ehtiyaclarının ödənilməsi, döyüş əməliyyatları zonasında hərbi hissələr tərəfindən hərbi vəzifələrin uğurla həyata keçirilməsinin təmin edilməsi məqsədlərinə xidmət edir və döyüş əməliyyatları təminatının tərkib hissəsi sayılır. Başqa sözlə, iddiaçının döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrə tibbi yardım üzrə hərbi tapşırıqları yerinə yetirməsi öz əhəmiyyətinə görə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi kimi dəyərləndirilməlidir.

9. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı ilə eyni vəziyyətdə olan şəxslərə “müharibə veteranı” vəsiqəsi verilmişdir. Belə ki, məhkəmə sorğusuna cavab olaraq ca vabdeh qurumun 2022-ci il 23 iyun tarixli məktubu ilə bildirilmişdir ki, Xidmətin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi komissiyası”nın 2019-ci il 17 sentyabr tarixli qərarı ilə X5 MV 00967 nömrəli və 2021-ci il 30 dekabr tarixli qərarı ilə X4 MV 01230 nömrəli “müharibə veteranı” vəsiqəsi verilmişdir. Odur ki, eyni vəziyyətdə olan şəxslərə münasibətdə fərqli rəftarın ağlabatan əsaslandırması cavabdeh tərəfindən məhkəməyə bildirilməmişdir.

10. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. B) apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 20 aprel tarixli, 2-1(103)527/2023 saylı qərarı ilə (hakimlər-C.Yusifov/sədrlik edən, P.Hüseynov və Ş.Məmmədova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2022-ci il 15 avqust tarixli, 2-1(112)-7616/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

12. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə tam razılaşmış, qərarını birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik normalarına istinad etməklə əsaslandırmış, əlavə olaraq aşağıdakıları qeyd etmişdir.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin qeyd olunan məzmunundan göründüyü kimi, o cümlədən, döyüş əməliyatları aparan bölgələr hesab edilən Göygöl (keçmiş Xanlar) və Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərdə döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı və vəsiqəsi verilə bilər.

14. İddiaçı məhkəməyə verdiyi izahatında bildirmişdir ki, ezamiyyə vərəqələrini ezam olunduğu cəbhə bölgələrində hospitalda qeydə aldırmış, qayıtdıqda universitetə təhvil vermiş, onun bunu təsdiq edəcək şahidləri vardır.

15. Hazırkı mərhələdə məhkəmənin iddiaçının qeyd olunan ezamiyy ə vərəqələri ilə bağlı Azərbaycan Tibb Universiterinə verilmiş sorğuya məhkəməyə ünvanlanmış 2023-cü il 13 fevral tarixli cavab məktubunda bildirilmişdir ki, Universitetin “2000-ci il 26 yanvar tarixli aktına əsasən arxivdə saxlanılan mühasibatlığın 1984-1996-cı illəri tam və qismən əhatə edən, tarixi, elmi və əməli əhəmiyyətini hərtərəfli itirmiş sənədlərin məhv edilməsinə və Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin

1. İdarəçilik sisteminin təşkilinin 20-ci maddəsinin “v” bəndinə əsasən saxlama müddəti bitdiyinə görə ləğv edilmişdir.”

16. Tibb Universitetinin məktubuna əlavə olunmuş istinad olunan həmin Aktın 17-ci bəndindən də görünür ki, “1992-1996-cı illər üzrə ezamiyyə və məzuniyyət xərclərinin ödənilməsinə dair əmrlər, hesab kartoçkaları cədvəllər və sair məhv edilmişdir.”

17. Məhkəmə kollegiyası iddiaçıya verilmiş ezamiyyə vərəqələrin həmin cəbhə bölgələrində təsbit olunmasına aydınlıq gətirilməsi üçün məhkəməyə təqdim etdiyi şahidlər dindirilərkən və onlara sullar verilərkən:

18. X3 ifadəsində göstərmişdir ki, “uzun müddət iddiaçı ilə bir işləmişdir. Onları baş həkim çağırıb ezamiyyə yazdı. Həmin vaxt Xocalıdan donmuşlar gəlirdi. Onları Gəncə hospitalına göndərdilər.Hospitalda onları qəbul edib ezamiyyə vərəqələrində qeyd aparıldı. İddiaçı ilə eyni otaqda qalırdılar, bir hospitalda işləyib xəstələrə yardım göstərirdilər. Gedib-gəldikdən sonra ezamiyyə vərəqələrini buxalteriyaya təhvil verdilər.”

19. X7 da, həmçinin, ifadəsində və ona verilən sualları cavablandırarkən, iddiaçı ilə Xanlar rayonunda rastlaşdığını, onu tibb Universitəteindən ezam olunmuş əməkdaş kimi tanıdığını, “Murov” dağına onunla bir getdiyini, onun yüzlərlə yaralının həyatını qurtardığını bildirmişdir.

20. Tədqiq olunan sübutlarla müəyyən olunan hallardan göründüyü kimi, bir-birini tamamlayır və iddiaçının həqiqətən, sözügedən tarixlərdə qeyd olunan cəbhə bölgələrinə ezam olunduğuna və orada yaralılara ixtisaslaşdırılmış tibb yardım göstərdiyinə inandırıcı yanaşmağa imkan verir. Odur ki, həmin sübutlarla müəyyən olunan məlumatları məhkəmə kollegiyası, iddiaçının sözügedən cəbhə bölgələrində olduğunu və yaralılara tibbi yardım göstərdiyini təsdiq edən mötəbər məlumatlar kimi qiymətləndirir.

21. Beləliklə də, sübutlarla müəyyən olunan hallarla cavabdeh tərəfindən iddiaçıya veteran adı və vəsiqəsi verilməsindən imtina olunması əsassız olduğu sübuta yetirilir. Bu isə onu deməyə əsas verir ki, həmin imtina iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur.

22. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri A) Kassasiya şikayətinin dəlilləri

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərh əd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam ol unmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Prezidentin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və X1 Xidməti, X2 Dövlət Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə bi rgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin halhazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər e htiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezamolunmuş mülki şəxslərin isə ezamolunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Prezidentin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və X1 Xidməti və X2 Dövlət Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir (“Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və m üvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 30 dekabr tarixli, 420 nömrəli Qərarının 1.3-cü bəndi). Qanunvericilikdə baş verən dəyişiklik (mövcud qanunvericiliyin tələbləri) nə Bakı İnzibati Məhkəməsi, nə də Bakı Apellyasiya Məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Hansı ki, sözügedən qanunvericilik norması iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət olunan zaman, həmçinin proses davam edən zaman qüvvədə olan qanunvericilik normasıdır. İddiaçı mülki şəxsdir və əgər qeyd olunursa ki o, ezam olunmuşdur o zaman yuxarıda qeyd olunan qanunvericilik norması məhkəmə t ərəfindən nəzərə alınmalı idi.

24. Məhkəmə qərar qəbul edərkən şahid ifadələrinə əsaslanmışdır. Şahid ifadələri mötəbər sübut kimi qiymətləndirilə bilməz.

25. İddiaçının ezam olunduğu rayonun müvafiq icra hakimiyyəti orqanının və ya hərbi komissarlığının, Müdafiə Nazirliyinin, tibb müəssisəsinin hər hansı arayışı və ya qeydi iş materiallarında mövcud deyildir.

26. Əlavə olaraq bildiririk ki, məhkəmə qərarında qeyd edilmişdir ki, Ali Məhkəmənin işə əlavə olunmuş qərarlarından görünür ki, oxşar işlər üzrə müvafiq məhkəmə qərarları mövcuddur. Lakin, eyni zamanda bunun əksini sübut edən məhkəmə qərarları da mövcuddur. Sözügedən məhkəmə qərarları cavabdeh tərəfindən məhkəməyə təqdim edilsə də (surəti əlavə olunur), qərar qəbul olunan zaman bu halların heç biri nəzərə alınmamışdır. Kassasiya şik ayətinə qarşı etirazın dəlilləri

27. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

29. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. TƏTBİQ EDİLƏN HÜQUQ 30. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3.Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılır.... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər....” Maddə 7.Veteran adlarının və vəsiqələrinin verilm əsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir.Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilindı müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. 31. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmişdir):

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada veri lir:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmişDQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş ş əxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və X1 Xidməti, X2 Dövlət Agentliyi və hərbi idarəetmə or qanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında;... Qeyd.

1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.... Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin halhazırda xidm ət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Prezidentin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və X1 Xidməti və X2 Dövlət Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir....” 32. “İnzibati Prosessual Məcəllə: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur....” Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarını n düzgün tətbiq edilməsini yoxlayır. “Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Ap ellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.

34. X9 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

35. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zərur i olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

36. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

37. Bununla belə məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin qeyd olunan məzmunundan göründüyü kimi, o cümlədən, döyüş əməliyatları aparan bölgələr hesab edilən Göygöl (keçmiş Xanlar) və Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərdə döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı və vəsiqəsi verilə bilər.

39. İşdə olan Azərbaycan Tibb Universitetinin 1992-ci il 25 avqust tarixli, 1992-ci il 7 noyabr tarixli və 1994-cü il 2 mart tarixli əmrlərinə, habelə 2022-ci il 1 fevral tarixli və 2022-ci il 30 noyabr tarixli arxiv arayışlarına əsasən iddiaçının döyüş bölgəsində olduğu və yaralılara tibbi xidmət göstərməsi müəyyən olunur.

40. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçı hərbi qulluqçu olmamışdır, sadəcə həkim kimi xidmət göstərmişdir ki, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər hərbi qulluqçu olduğu halda onlara müharibə veteranı adı və vəsiqəsi verilə bilər.

41. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 32-ci bəndində göstərilən normaların məzmunundan görünür ki, qanunvericilikdə həm hərbi qulluqçulara, həm də hərbi qulluqçu olmayan şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi nəzərdə tutulmuşdur. H əmin normanın məzmununa görə hərbi qulluqçu olmayan aşağıdakı şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilə bilər: döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslər; döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslər; döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər.

42. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, iddiaçı döyüş əməliyyatları aparan hərbi hissəyə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunduğundan hazırkı qərarın 32-ci bəndində göstərilən şəxslərin dairəsinə aiddir.

43. Bəhs olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi nin gəldiyi nəticə əsaslı olduğundan, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

44. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.

45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 20 aprel tarixli 2-1(103)527/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir. İddiaçı Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iş üzrə (№ 2-1(102)-2091/2023) hakim Rahib Nəbizadənin XÜSUSİ RƏYİ İşin hallarına görə iddiaçı döyüş bölgələrində yaralılara ixtisaslaşdırılmış cərrahi yardımın səviyyəsin in artırılması məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.1994-cü il tarixli 1 N-li əmrinə və Azərbaycan Tibb Universitetinin rektorunun 1992-ci və 1994-cü illərin mavafiq əmrlərinə əsasən həkim-cərrah kimi cəbhə bölgəsində yerləşən xəstəxanalarına ezam olunmuşdur. İddiaçı döyüş bölgələrində yaralılara göstərilən ixtisaslaşdırılmış tibbi yardım səviyyəsinin artırılması məqsədilə Dağlıq Qarabağın cəbhə rayonlarına və Xanlar rayonuna ezam edildiyini, döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirildiyini bildirib ona müharibə veteranı adı və vəsiqəsi verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilm əsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin doqquzuncu abzasında təsbit olunmuş “döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş” məzmunda müddəanın iddiaçıya aid edilməsi, iddianın da məhz həmin müddəaya istinadla təmin edilməsi ilə bağlı məhkəmə tərkibinin qənaəti ilə aşağıdakı səbəblərə görə razı deyiləm. Normanın məzmunundan göründüyü kimi, “döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş,” müddəasından sonra “şəxslər” müddəası göstərilmədən durğu işarəsi (,) qoyulmuş, həmin müddəa “həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara ” məzmunda müddəa ilə davam etdirilmiş və həmin müddəanın məhz “döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara ezam olunmuş hərbi qulluqçular”a aid edildiyi aşkar olaraq təsbit olunmuşdur. Həmkarlarım qənaətlərinin hüquqi əsası kimi Əsasnamənin 1-ci hissəsinin doqquzuncu abzasına istinad edərək hesab etmişlər ki, “hazırkı qərarın 21-ci bəndində göstərilən normaların məzmunundan görünür ki, qanunvericilikdə həm hərbi qulluqçulara, həm də hərbi qulluqçu olmayan şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi nəzə rdə tutulmuşdur. Həmin normanın məzmununa görə hərbi qulluqçu olmayan aşağıdakı şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilə bilər: - döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslər; - döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslər; - döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər.”. İstinadın özündən də göründüyü kimi, Əsasnamənin müddəalarının məzmununda hərbi qulluqçuların hamısının “şəxslər”ə aid olduğu ilə yanaşı, “şəxslər”in heç də hamısının hərbi qulluqçu olmadıqları da aşkar göstərilib. Nəzərə alınmalıdır ki, “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin “A zərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər” müddəasında “şəxslər” sözü ümumiləşmiş formada ifadə edilməklə özündə həm hərbi qulluqçuları, həm də hərbi qulluqçu olmayan digər şəxsləri ehtiva edir. Məhz bu səbəbdən hesab edirəm ki, həmin Qanunun icrasının təmin olunması üçün qəbul edilən və Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtlərini müəyyən edən Əsasnamədə “hərbi qulluqçular”a və “şəxslər”ə kimlərin aid edildiyi konkretləşdirilmişdir. Məsələn, məhkəmənin də istinad etdiyi normada “döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslər” və “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslə r” eyniləşdirilmir, əksinə, birinci halda, “şəxslər”in hərbi qulluqçu olmadıqları, ikinci halda isə, “şəxslər”ə məhz hərbi xidmət keçmiş şəxsləri aid etdiyi təsbit olunur. Məhkəmənin qeyd etdiyi “- döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər.” ifadəsi isə Əsasnamənin 1-ci hissəsinin doqquzuncu abzasında təsbit olunmuş “döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş” müddəası ilə uzlaşmır. Yuxarıda da qeyd olunduğu kimi, həmin müddəada “şəxslər” göstərilməmiş, “vergül” durğu işarəsindən sonra da “şəxslər” sözündən deyil, “hərbi qulluqçular” söz birləşməsində n istifadə olunmuş, həmin müddəanın məhz “hərbi qulluqçular” söz birləşməsinə bağlı olduğu təsbit olunmuşdur. Digər tərəfdən, həmin müddəanın məzmununa görə, hərbi qulluqçunun döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün istənilən hərbi hissəyə və ya orqana deyil, məhz döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara ezam olunması şərtdir. Hazırkı işdə həmin şərtin ödənildiyi təsdiq olunmur. Beləliklə, qeyd olunan şərtlərin ödənildiyi işin hazırkı vəziyyətində təsdiq olunmadığından, iddiaçının iddia etdiyi məzmunda tələbi təmin oluna bilməzdi. Hakim Rahib Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar