Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2091/2025 20.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: şikayət üzrə müddətin üzrsüz səbəbdən ötürülməsi, prosessual müddətin bərpa edilməsi barədə ərizənin təmin edilməməsi, kassasiyanın mümkün sayılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzillə təmin olunma” tələbinə dair iş üzrə iddiaçı tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə əri zəyə və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 dekabr 2024cü il tarixli, 2-1(103)-4205/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 26 dekabr 1997-ci ildən güzəştli şərtlərlə mənzil növbəsində dayanması nəzərə alınmaqla, mənzillə təmin olunması vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin (hakim: H.A.Ağalarov) 27 avqust 2024-cü il tarixli, 21(112)-1446/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
3. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: M.N. Tağızadə /sədrlik edən və məruzəçi/, N.X.Nəbizadə və K.H.Əkbərov) 13 dekabr 2024-cü il tarixli, 2-1(103)-4205/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)1446/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. İddiaçı həmin qərardan kassasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təmin edilmə barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, N.X.Nəbizadə və K.H.Əkbərov) 21 fevral 2025-ci il tarixli, 2-1(103)-4205/2024 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 dekabr 2024-cü il tarixli, 2-1(103)-4205/2024 nömrəli qərarından kassasiya şikayəti vermə k üçün iddiaçı dövlət hesabına vəkillə təmin olunmuşdur.
5. Apellyasiya instansiyası məhkəməsinin həmin qərardadı 28 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasına göndərilmişdir.
6. İddiaçı 13 mart 2025-ci il tarixdə dövlət hesabına hüquqi yardım göstərilməsi ilə bağlı vəkillə müqavilə bağlamış və həmin tarixdə vəkil orderi yazılmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 9-1. İnzibati məhkəmə icraatının elektron qaydada aparılması... 9-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən məhkəmə qərarlarının, qərardadlarının, sərəncamlarının (bundan sonra – məhkəmə aktları), ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəs i müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 9-1.3. İnzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə
20. Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçıl arına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur.... Maddə
22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır.... Maddə
23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhk əmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olu nmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.... KASSASİYANİN MÜMKÜNLÜYÜ
8. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməli, şikayət üzrə kassasiya aşağıda qeyd olunan səbəblərdən mümkün sayılmamalıdır.
9. Belə ki, kassasiya şikayəti İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verildikdə kassasiya icraatı mümkündür.
10. İPM-in 23.1-ci və 94.1-ci maddələrinin tələbinə əsasən, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin ve rilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
11. Hazırkı işin halları qeyd olunan mümkünlük şərtləri baxımından araşdırılarkən, kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş 1 ay müddət ötürülməklə verildiyi müəyyən olunmuşdur.
12. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzib ati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1 ay müddətin hazırkı kassator - iddiaçı tərəfindən ötürüldüyü mübahisəsizdir.
13. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 fevral 2025-ci il tarixli, 2-1(103)-4205/2024 nömrəli qərardadı ilə ərizə təmin edilərək ərizəçi dövlət hesabına vəkillə təmin olunmuş, 13 mart 2025-ci il tarixdə dövlət hesabına hüquqi yardım göstərilməsi ilə bağlı vəkillə müqavilə bağlamış və həmin tarixdə vəkil orderi yazılmışdır. Buna baxmayaraq, kassasiya şikayətinin verilməsinin müddəti 14 aprel 2025-ci il tarixində (13 aprel 2025-ci il tarixi həftənin bazar günü olmuşdur) bitməsinə baxmayaraq, şikayət 15 aprel 2025-ci il tarixində təqdim edilmişdir.
14. Kassatorun vəkili Vəkil buraxılmış prosessual müddətin bərpa edilməsi b arədə ərizə təqdim edərək bildirmişdir ki, iddiaçıya dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin olunması barədə qərardad icra üçün xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “A.İ.M” Vəkil Bürosuna göndərilmişdir. Vəkil təyin olunmasına dair qərardad büroya gec daxil olduğundan, kassasiya şikayəti vermə müddəti üzrlü səbəbdən ötürülmüşdür.
15. Bu qərardadın 7-ci bəndində istinad olunan normaya görə, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir.
16. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti ötürməsi mübahisəsizdir. Ərizədə qeyd edilə n hallar müddətin ərizəçinin təqsiri olmadan, ondan asılı olmayan səbəblərdən buraxılması, beləliklə də, müddətin ötürülməsinin üzrlü səbəblərdən baş verməsi qənaətinə gəlmək üçün əsas hesab edilə bilməz. Odur ki, ərizə təmin edilməməli, ərizəçiyə münasibətdə kassasiya şikayətinin vaxtında verilməməsindən irəli gələn hüquqi nəticə tətbiq edilməli, verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmamalıdır.
17. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizə təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 dekabr 2024-cü il tarixli, 2-1(103)-4205/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.