Məhkəmə qərarları › İş №2-1(102)-2092/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2092/2019

21.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2092/2019 21.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Cavabdeh nümayəndəsi X2, üçüncü şəxsin vəkili iştirakı ilə İddiaçı Cavabdehnə qarşı sərəncamın etibarsız hesab edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-475/2019 saylı 19 fevral 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 21.06.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxar aq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı ərizə ilə Cavabdehnə müraciət edərək Ünvan1 və Ünvan2 kəsişməsində yerləşən istirahət parkının ərazisində yeni layihə əsasında bərpa etdiyi mövcud pavilyonun onun adına rəsmiləşdirilməsinə icazə verilməsini xahiş etmişdir. Bununla əlaqədar 15.09.2007-ci il tarixli məktubla Bakı şəhər İcra Hakimiyyətinə müraciət olunmuş, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsindən rayon İcra Hakimiyyətinə daxil olmuş 03.10.2007-ci il tarixli, 18/03-8/5974 saylı məktubla qaldırılan məsələnin müsbət həllinə razılıq verilməklə, pavilyonun təqdim edilmiş eskiz layihəsi Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış və sənədləşdirmə rayon icra hakimiyyətinə həvalə edilmişdir. Bununla əlaqədar olaraq Cavabdeh Başçısının 05.10.2007-ci il tarixli 328 nömrəli sərəncamı ilə Ünvan1 və Ünvan2 kəsişməsində yerləşən istirahət parkının ərazisində yerləşən pavilyonun iddiaçının adına rəsmiləşdirilməsi qərara alınmışdır. Bakı şəhəri Cavabdehn Başçısının 30.09.2014-cü il tarixli 7 nömrəli İcazə ilə tikinti obyektinin istismarına icazə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 17.05.2016-cı il tarixli RX seriyalı ******* saylı Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası iddiaçının istifadəsindədir. Bakı şəhəri Cavabdeh Başçısının 11.01.2016-cı il tarixli 01 nömrəli sərəncamı ilə Cavabdeh Başçısının 05.10.2007-ci il tarixli 328 nömrəli sərəncamı və 24.09.2012-ci il tarixli 246 saylı sərəncamı etibarsız hesab edilmişdir. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə mə hkəməyə müraciət edərək 11.01.2016-cı il tarixli 01 nömrəli sərəncamının qismən, yəni 05.10.2007-ci il tarixli 328 saylı sərəncamının ləğv edilməsi hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 182/2017 saylı, 31 yanvar 2017-ci il tarixli qərarı ilə iddia rədd edilmiş. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-893/17 saylı, 20 aprel 2017-ci il tarixli qərarı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 182/2017 saylı, 31 yanvar 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, Ali Məhkəmənin İnzibati-İqtisadi Məhkəməsinin 21(102)- 1568/2017 saylı, 22 avqust 2017-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-893/17 saylı, 20 a prel 2017-ci il tarixli qərarı qüvvədə saxlanılmışdır. Bundan sonra İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Cavabdeh Başçısının 11.01.2016-cı il tarixli 01 nömrəli sərəncamının qismən - Cavabdeh Başçısının 05.10.2007-ci il tarixli 328 nömrəli sərəncamının etibarsız hesab edilməsi- hissəsində etibarsız sayılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)3451/2018 saylı 26 oktyabr 2018-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)3451/2018 saylı 26 oktyabr 2018-ci il tarixli qərarından iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-475/2019 saylı 19 fevral 2019-cu il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)3451/2018 saylı 26 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı hazırda qismən etibarsız hesab edilməsini tələb etdiyi sərəncamın eyni əsaslarla ləğv edilməsini məhkəmə qaydasında tələb etmiş və həmin sərəncamın qanuni olması artıq qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən öz təsdiqini tapmışdır. Bundan əlavə, Cavabdeh Başçısının 11.01.2016-cı il tarixli 01 nömrəli sərəncamının “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində qeyd edilən əsaslardan birinə uyğunluğu məhkəmə tədqiqatında müəyyən olunmadığından iddia tələbi əsaslı deyildir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kolleg iyasının 2-1(103)-475/2019 saylı 19 fevral 2019-cu il tarixli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiya məhkəməsi qərarını əsaslandırmamış və bununla da İPM-nin 2, 14, 68.2, 70.1, 87-ci maddələrinin tələblərini pozmuşdur. Bundan əlavə, iddiaçının iştirakı təmin edilmədən qərar qəbul edilmişdir. Həmçinin məhkəmə qərar qəbul edərkən nəzərə almamışdır ki, cavabdeh mübahisələndirilən sərəncamı qəbul etməklə öz salahiyyət həddini aşmışdır. Kassator “İnzibati icraat haqqında” Qanunun 17, 21.1, 58, 65, 67-ci maddələrinə, İPM-nin 91, 94.1, 96.5-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-475/2019 saylı 19 fevral 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 vəkilsiz təmsil olunduğundan işə onun izahatı alınmadan baxılmışdır. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-475/2019 saylı 19 fevral 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İn zibati-İqtisadi Kollegiyasının 2-1(103)-475/2019 saylı 19 fevral 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İlk növbədə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-475/2019 saylı 17 yanvar 2019-cu il tarixli qərardadı ilə apellyasiya şikayətinə baxılması 05.02.2019-cu il tarixə təyin edilmiş, 05.02.2019-cu il tarixdə hakim V. Ağayev xəstə olduğu üçün iclas keçirilə bilməmiş və iclas 19.02.2019-cu il tarixə keçirilmiş, iddiaçıya bu barədə SMS xəbərdarlıq göndərilmiş, lakin həmin SMS xəbərdarlığın iddiaçıya çatması ilə bağlı sübut (“Elektron məhkəmə” informasiya sistemindəın çıxarış) iş materiallarında mövcud olmadığından, iddiaçı lazımi qaydada iclas barəsində məlumatlandırılmış hesab olunmur. Belə ki, İPM-nin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 20.3-cü maddəsinə əsasən məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. MPM-nin 135.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olu nduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. İPM-nin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. İnsan Hüquqlarının və X3 X1 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və aç ıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Beləliklə, işə baxan apellyasiya instansiya məhkəməsi yuxarıda sadalanan normaların tələblərini pozmaqla, iddiaçının məhkəmə iclasında iştirakını təmin etmədən, tərəflərin çəkişmə prinsipini pozmaqla qərar qəbul etmişdir. Belə ki, 19.02.2019-cu il tarixli məhkəmə iclası barədə iddiaçıya SMS xəbərdarlıq göndərilsə də, lakin həmin SMS xəbərdarlığın iddiaçıya çatması ilə bağlı sübut (“Elektron məhkəmə” informasiya sistemindəın çıxarış) və ya iddiaçıya hər hansı qaydada prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələblərinə uyğun bildirişin iddiaçıya təqdim edilməsi barədə sübut mövcud deyildir. Bundan əlavə, iddiaçının hazırkı iş üzrə tələbi Bakı şəhəri Cavabdeh Başçısının 11.01.2016-cı il tarixli 01 nömrəli sərəncamının qismən, Cavabdeh Başçısının 05.10.2007ci il tarixli 328 nömrəli sərəncamının etibarsız hesab edilməsi hissəsində etibarsız sayılmasıdır. İşə baxan apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı hazırda qismən etibarsız hesab edilməsini tələb etdiyi sərəncamın eyni əsaslarla ləğv edilməsini məhkəmə qaydasında tələb etmiş və həmin sərəncamın qanuni olması artıq qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən öz təsdiqini tapmışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində inzibati aktın etibarsız sayılmasının əsasları qeyd edilmişdir: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın ol mayan inzibati akt. Həmin Qanunun 67-ci maddəsi Qanunsuz inzibati aktın ləğv olunmasına müddəaları tənzimləyir. Göründüyü kimi qanuvericilik inzibati aktın ləğv edilməsi və etibarsızlığı əsaslarını bir-birindən fərqləndirmişdir. Belə olan halda, iddiaçının tələbinə yalnız “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinin tələbi baxımından qiymət verilməli və əsaslandırılmış qərar qəbul edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 65.1.5-ci maddəsinə əsasən faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt etibarsız hesab olunur. Cavabdeh Bakı şəhəri Cavabdeh Başçısının 11.01.2016-cı il tarixli 01 nömrəli sərəncamında “İnzibati icraat haqqında” Qanunun 65.1.5-ci maddəsinə istinad edərək Ünvan1 və Ünvan2 kəsişməsində yerləşən istirahət parkının ərazisində yerləşən pavilyonun i ddiaçının adına rəsmiləşdirilməsinə dair Cavabdeh Başçısının 05.10.2007-ci il tarixli 328 nömrəli sərəncamı etibarsız hesab etmişdir. Başqa sözlə, Cavabdeh Başçısının 05.10.2007-ci il tarixli 328 nömrəli sərəncamı faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt kimi hesab edilmişdir. Halbuki, sözügedən sərəncam icra olunmuş, Ünvan1 və Ünvan2 kəsişməsində yerləşən istirahət parkının ərazisində yerləşən pavilyon onun adına rəsmiləşdirilmiş, Bakı şəhəri Cavabdehn Başçısının 30.09.2014-cü il tarixli 7 nömrəli İcazə ilə tikinti obyektinin istismarına icazə verilmiş, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binası iddiaçının istifadəsində olmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 17.05.2016-cı il tarixli RX seriyalı ******* saylı Çıxarış verilmiş, bunu nla da iddiaçının sözügedən əmlak üzərində mülkiyyət hüququ yaranmışdır. İddiaçı iddia tələbinin əsası kimi İPM-nin 65.1.5-ci maddəsinə istinad etmişdir. “İnzibati icraat haqqında” Qanunun 65.1.5-ci maddəsinə əsasən faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt etibarsız hesab olunur. Belə olan halda apellyasiya instansiya məhkəməsi işə baxarkən mübahisələndirilən sərəncamın göstərilən maddi hüquq normasının tələbi baxımından qiymət verməli olduğu halda bunu etməmişdir. Beləliklə, mübahisələndirilən Bakı şəhəri Cavabdeh Başçısının 11.01.2016-cı il tarixli 01 nömrəli sərəncamının icrası mümkün olan inzibati akt olub olmamasına qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam e tdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi iddiaçının iştirakını təmin etməklə iddia tələbinə baxmalı və müvafiq qərar qəbul etməlidir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-475/2019 saylı 19 fevral 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar