Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2092/2023 12.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: plan-cizginin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “Bakı şəhər Suraxanı RİHB-nın xx.xx.1998-ci il tarixli 328 nömrəli Sərəncamı ilə ayrılmış torpaq sahəsinə dair plan-cizginin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiy a Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-831/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər Suraxanı rayon İHB-nın xx.xx.1998-ci il tarixli 328 nömrəli sərəncamı ilə iddiaçıya fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsi 7 nömrəli taksi parkının arxa tərəfindəki sahədə 600 kv.m torpaq sahəsi ayrılmış, həmin sahədə 185-000111C nömrəli bir tinli layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir.
2. İddiaçı ona ayrılmış torpaq sahəsinin planı və cizgisi sənədi olmadığından torpaq sahəsinə çıxarış ala bilmədiyini əsas gətirərək plan və cizgi sənədinin verilməsi üçün cavabdehə müraciət etmiş, sonuncu xx.x x.2022-ci il tarixli E-2-091 nömrəli məktubla imtina edərək bildirmişdir ki, RİH-nin sənədləri 2016-cı il daxil olmaqla Dövlət Arxivinin Bakı Filialına təhvil verilmişdir və bu barədə Suraxanı RİH-də heç bir məlumat yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhər Suraxanı RİHB-nın xx.xx.1998-ci il tarixli 328 nömrəli Sərəncamı ilə ayrılmış torpaq sahəsinə dair plan-cizginin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı RİHB-nın xx.xx.1998-ci il tarixli 328 nömrəli Sərəncamı ilə onun icra hakimiyyətinə mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müra ciətinə müsbət cavab olaraq Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 7 nömrəli taksi parkının arxasında 600 kv.m torpaq sahəsi ayrılmışdır. Faktiki olaraq 1998-ci ildən ona ayrılmış torpaq sahəsinin üzərində fərdi yaşayış evi inşa etmişdir. 28 ildir ki, ayrılmış torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evində yaşasa da, fərdi yaşayış evinin hüquq müəyyənedici sənədi olan çıxarışı mövcud deyildir. Fərdi yaşayış evinə dair çıxarışın alınması üçün qanunvericiliyin tələblərinə əsasən ilkin olaraq Bakı şəhəri Suraxanı RİHB-nın xx.xx.1998-ci il tarixli 328 nömrəli Sərəncamı ilə ayrılmış torpaq sahəsinə dair torpaq sahəsinin plan-cizgisi olmalıdır. Lakin ayrılmış torpaq sahəsinin plan və cizgisi olmadığından, torpağa dair çıxarış ala bilmir. Bu səbəbdən ilkin olaraq Bakı şəhəri S uraxanı RİHB-nın xx.xx.1998-ci il tarixli 328 nömrəli Sərəncamı ilə ayrılmış torpaq sahəsinə dair arxiv plan-cizginin verilməsi ilə bağlı Dövlət Arxivinin Bakı filialına rəsmi müraciət etmiş, arxiv idarəsi müraciətinə cavab olaraq Bakı şəhəri Suraxanı RİHB-nın xx.xx.1998-ci il tarixli 328 nömrəli Sərəncamının kserosurətini ona təqdim etmiş, lakin torpaq sahəsinin ayrılması ilə bağlı plan-cizginin olmaması barədə xx.xx.2020-ci il tarixli C-169 nömrəli məktubla rəsmi məlumat vermişdir. Daha sonra cavabdehə sərəncamla ayrılmış torpaq sahəsinə dair plan-cizginin verilməsi ilə bağlı rəsmi müraciət etsə də, cavabdeh xx.xx.2022-ci il tarixli məktubu ilə səlahiyyəti xaricində olması əsası ilə müraciətindən imtina etmişdir.
5. Cavabdeh xx.xx.2022-ci il tarixli 1/1321 nömrəli məktubla bildirmişdir ki, Suraxanı rayon Qaraçuxur qəsəbəsi 7 nömrəli taksi parkının arxasında fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinə dair torpaq sahəsinin plan-cizgisi həmin dövrdə sərəncamla birlikdə vətəndaşa təqdim edilmişdir. RİH-nin ötən illərə, o cümlədən 1998-ci ilə aid sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilmişdir.
6. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-8441/2022 nömrəli qərarı (hakim H.A.Ağalarov) ilə iddia təmin edilmiş, Bakı şəhəri Suraxanı RİHB-nın 18 mart 1998-ci il tarixli 328 nömrəli sərəncamına əsasən iddiaçıya Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 7 nömrəli taksi parkının arxa tərəfindəki sahədə ayrılmış 600 kv.m torpaq sahəsinə dair cizginin (ayrıc aktının) verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
7. Bi rinci instansiya məhkəməsi qərarında mövqeyini onunla əsaslandırmışdır ki, torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsi (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür) qüvvədə olmuşdur. Torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, hazırda həmin torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyildir. Məhkəmənin sorğusuna əsasən Milli Arxiv İdarəsinin Bakı filialı tərəfindən bildirilmişdir ki, sözügedən sərəncama eskiz və ya ayrıc aktı əlavə olunmamışdır. Belə olan halda iddiaçının torpaq sahəsinə cizginin verilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndi rilməlidir.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-831/2023 nömrəli qərarı (hakimlər: R.Ə.Eyvazov /sədrlik edən və məruzəçi/, G.T.Axundova və F.F.Babayev) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-8441/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və qərarında xx.xx.1991-ci il tarixli Torpaq Məcəlləsinin 14, 22, 29 və 57-ci maddələrinə istinad edərək qe yd etmişdir ki, nə qədər ki, iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılması barədə Bakı şəhəri Suraxanı RİH-in xx.xx.1998-ci il tarixli sərəncamı mübahisələndirilməmişdir və qüvvədədir, həmin qurum torpaq ayrılan həmin qərarda nəzərdə tutulmuş torpaq sahəsinin cizgisinin verilməsindən imtina etməkdə haqlı olmamışdır və bu imtina qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olan haldır. Torpaq sahəsinin cizgisi sərəncam qəbul olunan zaman onun ayrılmaz hissəsi kimi təqdim olunmalı idi (hətta həmin vaxt sözügedən cizgi təqdim olunmuşdursa belə, onu təkrarən tələb etməkdə iddiaçı haqlıdır).
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİY A ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” də rayon icra hakimiyyətləri tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək səlahiyyəti nəzərdə tutulmamışdır. Yerquruluşu işləri Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikasının xx.xx.1991-ci il tarixli Torpaq Məcəlləsi (27 fevral 2001- ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə
14. Müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir.... Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Maddə
22. Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, t orpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək;... 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. Maddə
29. Torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən so nra qüvvəyə minir. Maddə
57. Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir.
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə
58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır..... 58.6. Sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir..... b) Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6cı bəndinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaq ların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
17. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan za man prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. Belə ki, iş materialları ilə müəyyən olunduğu kimi, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə hüquqi marağı Suraxanı rayon İHB-nın xx.xx.1998-ci il tarixli 328 nömrəli Sərəncamı ilə ona ayrılmış 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün həmin torpaq sahəsinə plan-cizginin, başqa sözlə ayrı aktının verilməsindən ibarətdir.
20. Məhkəmə kollegiyası qeyd edir ki, işin birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş və iş materiallarında olan sənədlər əsasında təsdiq edilmiş halları ilə müəyyən olunur ki, Bakı şəhər Suraxanı rayon İHB-nın xx.xx.1998-ci il tarixli 328 nömrəli sərəncamı ilə iddiaçıya fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsi 7 nömrəli taksi parkının arxa tərəfindəki sahədə 600 kv.m torpaq sahəsi ayrılmış, həmin sahədə 185-000-111C nömrəli bir tinli layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Sərəncam mübahisələndirilməmişdir, qüvvədədir, sərəncamla ona ayrılmış torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir. Lakin, torpaq sahəsinin ayrıc aktı nə Suraxanı RİH-də, nə də arxiv idarəsində mövcud deyildir.
21. Məhkəmə kollegiyası qeyd edir ki, istər torpaq sahəsi iddiaçıya ayrılarkən qüvvədə olmuş Torpaq Məcəlləsinin, istərsə də Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakim iyyətləri haqqında Əsasnamə”nin tələbləri baxımından RİH tərəfindən iddiaçıya torpaq sahəsi ayrılan zaman onun ayrıc aktı olmalı və həmin akt sərəncama əlavə edilməli idi. Yəni iddiaçı həmin ayrıc aktını tələb etməkdə haqlıdır.
22. Cavabdehin kassasiya şikayətindəki “plan-cizginin, yəni ayrıc aktının verilməsinin onun səlahiyyətinə aid olmaması” ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, icra hakimiyyətləri tərəfindən vətəndaşlara torpaq sahəsi ayrılan zaman cavabdehin də istinad etdiyi qanunvericiliyin tələbləri baxımından torpaq sahəsinin yeri, planı əvvəla icra hakimiyyətləri tərəfindən dəqiq müəyyən edilməli, bundan sonra torpaq sahəsinin ayrılması barədə sərəncama həmin torpaq sahəsinin yerləşmə yerini təsdiq edən ayrıc aktı əlavə edilməlidir.
23. Cavabdeh inzibati orqan birinci ins tansiya məhkəməsinə ünvanlandığı məktubda həmin dövrdə ayrıc aktının iddiaçıya verildiyini, onlarda qalan sənədlərin də arxivə təhvil verildiyini bildirsə də, faktiki olaraq həmin ayrıc aktı nə iddiaçıda, nə cavabdehdə, nə də arxivdə yoxdur.
24. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə hazırki qərarın 14 və 15a bəndində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olduğundan əsaslı olmuşdur.
25. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü i l tarixli, 21(103)-831/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.