Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2093/2019 23.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRAR Açar sözlər: diplom üzrə ixtisasın tanınması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı vəkili Vəkil oğlunun iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə (bundan sonra cavabdeh) qarşı “diplom üzrə ixtisasın tanınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-582/2019 sayl ı, 28 fevral 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 23 iyul 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçıya Ukraynanın V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən “Hüquqşünaslıq” ixtisası üzrə 12.07.2017-ci il tarixli, B17 № 195254 nömrəli diplom verilmişdir. 12.07.2017-ci il tarixli diploma əlavədə qeyd olunmuşdur ki, iddiaçı 02.10.201330.06.2017-ci illər ərzində 4 il müddətinə Ukraynanın V.N.Karazin adına Xarkov Milli Universitetində rus dilində, qiyabi formada təhsil almışdır. İddiaçı həmin diplomun Azərbaycan Respublikasında tanınması üçün cavabdeh orqana 22 yanvar 2018-ci il tarixdə müraciət etmişdir. Müraciətinə diplom və ona əlavə tərcümə edilməklə və apostil möhürü vurulmaqla əlavə olunmuşdur. Cavabdehin 12 iyun 2018-ci il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, Ukrayna Respublikasının V.N.Karazin adına Xarkov Milli Universitetinin tədris normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünün yerinə yetirilməsi qeyrimümkündür. Göründüyü kimi, qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələblərinə riayət edilməmişdir. Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq standartlarına qoyulan tələblər uyğun olmalıdır. Bu Qaydaların 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən imtina etmək üçün əsasdır. Həmin Qaydaların 3.7-ci bəndinə əsasən Ukrayna Respublikası V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən iddiaçıya verilmiş diplomun ölkə ərazisində tanınması mümkün sayılmır. İddiaçı cavabdehə qarşı 10 iyul 2018-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 12 iyun 2018-ci il tarixli imtinasının qanunsuz hesab edilməsi və ona Ukrayna Respublikası V.N.Karazin adına Xarkov Milli Universitetinin 12.07.2017-ci il tarixli, B17 № 195254 nömrəli diplomun və verilən ix tisasın tanınması ilə ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehin imtinası qanunsuz və əsassız olduğundan diplom və ixtisasın tanınması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İddianın maddi hüquqi əsası kimi “Təhsil haqqında” Qanunun 27.4, 29.0, 29.0.21-ci maddələrinə istinad olunmuşdur. Cavabdeh iddiaya qarşı etirazını onunla əsaslandırmışdır ki, nazirlikdə iddiaçının sənədləri araşdırılarkən, onun təqdim etdiyi diplom Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun gəlmədiyi ekspert qru pu tərəfindən müəyyən edilmişdir. Bununla əlaqədar ekspert qrupunun rəyinə əsasən, iddiaçıya müvafiq şəhadətnamənin verilməsi məqsədəuyğun sayılmamışdır. Belə ki, ekspert rəyində qeyd edilir ki, V.N.Karazin adına Xarkov Milli Universitetinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaş həmin ölkədə qısa müddət ərzində olduğundan, diploma əlavədə qeyd olunmuş tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. Buna görə də İddiaçı adına verilmiş diplomun ölkə ərazisində tanınması mövcud qanunvericiliyin tələblərinə ziddir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X3, 2-1(82)-3393/18 saylı iş) 1 oktyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya Ukraynanın V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən verilmiş B17 19525 4 nömrəli, 12 iyul 2017-ci il tarixli diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, Ukraynanın səlahiyyətli orqanı tərəfindən iddiaçıya verilmiş diploma apostil möhürü vurulmaqla həmin ölkədə diplomun qanuniliyi tanınmışdır. Eyni zamanda, Azərbaycan Respublikasının 18 iyul 2000-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında “Elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında” Saziş təsdiq edildiyindən, cavabdeh inzibati orqan iddiaçının diplomu üzrə ixtisasın tanınması və ekvivalentlik barədə şəhadətnamə verilməsi ilə bağlı məsələyə həmin Sazişin 5 -ci maddəsinə əsasən ərizəçinin aldığı təhsilin yalnız müddətinə və məzmununa uyğunluğuna qiymət verməklə (1 ay müddətində) münasibət bildirməli idi. İşin sadalanan halları (təhsilin müddəti və məzmunu) ilə bağlı isə tutarlı dəlillər gətirməmişdir. Cavabdehin dəlili, yəni iddiaçının həmin ölkədə qısa müddətdə olması imtina əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş Qaydaların 3.7-ci bəndində göstərilən hallarla uzlaşmır və onların dairəsinə daxil deyil. Belə ki, mövcud qanunvericilik ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən imtina üçün əsasların dairəsini konkret müəyyən etmişdir və onlardan biri də mənfi “ekspert rəyi”dir. Mənfi rəyin verilməsi üçün əsaslara gəldikdə isə Qaydaların 3.7-ci bəndində “konkret şəkildə ” nəzərdə tutulmuşdur, iddiaçıya münasibətdə nə inzibati icraatda, nə də hazırkı inzibati məhkəmə icraatında müəyyən edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X6məruzəçi, X4 və X5, 2-1(103)-582/2019 saylı iş) 28 fevral 2019-cu il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-3393/2018 saylı iş üzrə 1 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, həqiqətən də, iş üzrə iddiaçının tədris müddəti ərzində Ukrayna Respublikasında olduğu müddətlərdə iş materiallarına əlavə edilmiş diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri mümkündür. Buna görə də ona məxsus diplom üzrə ixtisasın tanınmasının heç bir hüquqi əsası yoxdur. İddiaçı 30 mart 2019-cu il tarixdə qərarın surətini almış, 26 aprel 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətlərinin dəlilləri: Ukrayna Respublikası V.N.Karazin adına Xarkov Milli Universiteti rəsmi və qanuni fəaliyyət göstərən ali təhsil müəssisəsidir. Əgər hər hansı qanunsuzluq olsaydı, bu halda Ukrayna Təhsil və Elm Nazirliyi iddiaçının diplomunu tanımaz və apostil möhürü ilə qanuniləşdirməzdi. Ali təhsil müəssisəsi kimi Ukrayna Respublikasında qanuni şəkildə fəaliyyət göstərən V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən tanınırsa və apostil möhürü ilə təsdiq o lunursa, cavabdeh qurum qanuni əsas olmayan bəhanə ilə diplomu tanımaqdan imtina edə bilməz. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında şəhadətnamə ekspertiza keçirilmədən verilir. 18 iyul 2000-ci il tarixli 919-İQ nömrəli Qanun ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Ukrayna NazirlərKabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş”də də qeyd edilən əsas tərəflərin öz dövlətlərinin ərazisində verilmiş təhsil haqqında sənədlərinin qarşılıqlı tanınmasının imtinasının əsaslarından biri deyildir. Buna baxmayaraq Təhsil Nazirliyi apellyasiya şikayətində bu Sazişə istinad etmədən özlərinin yaratdığı qrupun r əyini əsas götürmüşlər. Baxmayaraq ki, qanunla təsdiq olunmuş dövlətlərarası saziş daha yüksək hüquqi qüvvəyə malikdir. Qeyd olunanlar bir daha əsas verir ki, cavabdehin imtinası əsassızdır və qanunvericiliyin tələblərinə ziddir. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi işin yuxarıda qeyd olunan faktiki hallarını nəzərə almamış, bununla da işin hallarının tam, hərtərəfli, obyektiv araşdırılması prinsipini pozmuşdur. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir İddia növü məcburetmə haqqında iddiadır. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İşdə olan sənədlərə görə iddiaçı 2017-ci ildə Karazin adına Xarkov Milli Universitetinin hüquq fakültəsini bitirib, təhsil növü qiyabi olmaqla müddəti 4 il olmuşdur. İddiaçının arzuladığı aktı qəbul etmək səlahiyyəti cavabdehə məxsusdur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin mü əyyən edilməsi (nostrifikasiyası) Qaydalar”ın tələbləri ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət olunur, cavabdehin iddiaçının diplomunu tanımaqdan imtinası qanunvericiliyə uyğundur. İddiaçının təhsil müddəti Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilin standartlarına uyğun gəlmir. “Təhsil haqqında” Qanunun 27.4-cü maddəsinə görə xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 29.0.21-ci maddəsinə əsasən xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli 01.03.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.278.28-ci bəndlərinə görə nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) keçiri r və xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 05.09.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 və 44.2-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli, 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqınd a Əsasnamə”yə görə nazirlik xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının: -1.1-ci bəndinə əsasən bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışd ır; -1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; -3.2-ci bəndinə görə, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyə n edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). -3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; -3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli 117 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”nın 1.6-cı bəndinə əsasən, bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının cavabdehə müraciətindən sonra cavabdehin ekspertiza keçirməsini, mənfi rəy verilməsi üçün Qaydaların 3.7-ci bəndinə əsasən iddiaçıya verilən diplomun Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “bakalavr” ixtisas dərəcəsi haqqında verdiyi diploma təhsil müddətinə görə uyğunluğunu İPM-in 12 və 58.7-ci maddələrinə əsasən araşdırıb qiymətləndirmişdir. Azərbaycan Respublikasında bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 il, qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Yəni Azərbaycan R espublikasında bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti ən azı 4 ildir, qiyabi forma üzrə təhsil müddəti bir il artıq olduğundan bu forma üzrə təhsil müddəti 5 ildir. İddiaçı isə Xarkov şəhərində qiyabi forma üzrə 4 il təhsil almışdır. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarına görə xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda, mənfi rəy verilə bilər. Azərbaycan Respublikasında bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 il, qiyabi forma üzrə təhsil müddəti bir il artıq olduğundan, iddiaçı isə Xarkov şəhərində qiyabi forma üzrə 4 il təhsil aldığından, iddiaçının aldığı təhsilin müddəti Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “bakalavr” ixtisas dərəcəsi haqqında verdiyi diplomlara təhsil müddətinə görə uyğun gəlmədiyindən və buna görə iddia əsaslı olmadığından apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. İddiaçının kassasiya şikayətində istinad etdiyi Azərbaycan Respublikasının 18 iyul 2000-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Sazişin 5-ci maddəsində qeyd edilir ki, Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “ki çik mütəxəssis”, “bakalavr”, “mütəxəssis” və “magistr” ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. Göründüyü kimi, Sazişdə verilən diplomda təhsil müddətinə uyğun gəldiyi halda, diplomun müvafiq olaraq Ukrayna Respublikasında və Azərbaycan Respublikasında tanınmasından bəhs edilir. İddiaçı isə dörd il qiyabi formada təhsil aldığından və bu Azərbaycan Respublikasında olan təhsilin müddətinə uyğun gəlmədiyindən Sazişin müddəaları iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən s axlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-582/2019 saylı, 28 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2093/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2093/2019
23.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver