Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2093/2022 13.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarının mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.2011-ci il tarixdə qeydiyyat; VÖEN:7********) cavabdeh Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasi ya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-169/2022 nömrəli, 16 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh tərəfindən iddiaçıda səyyar vergi yoxlaması keçirilmiş (yoxlama ilə əhatə oluna vergi dövrü sentyabr 2017- dekabr 2019), yoxlamanın nəticələrinə dair 13 noyabr 2020-ci il tarixli akt tərtib edilmişdir.
2. Cavabdehin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 23 dekabr 2020-ci il tarixli qərarı ilə iddiaçı barəsində 2017, 2018, 2019-cu illər üzrə 351156,62 manat mənfəət vergisi, 2017-ci ilin sentyabrdekabr ayları, 2018, 2019-cu illər üzrə 30405,3 manat əlavə dəyər vergisi, 2017-ci ilin sen tyabr-dekabr ayları, 2018, 2019-cu illər üzrə 50943,76 manat ödəmə mənbəyində tutulan vergi, 2018-ci ilin 1-ci rübü, 2019-cu ilin 1, 2, 3-cü rübləri üzrə 42229,86 manat sosial sığorta haqları hesablanmış və həmin məbləğin 50 faizi məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
3. İddiaçı cavabdehə qarşı cavabdehin 23 dekabr 2020-ci il tarixli, **********142911 saylı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. iddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı MMC faktiki olaraq avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşınması, avtomobillər üçün hissələrin, qovşaqların və ləvazimatların topdansatışı ilə məşğul olur. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müəssisədə sonuncu mübasiləndirilən səyyar vergi yoxlaması aparılmış və bu səyyar vergi yoxlaması 2017-ci il sentyabr ayından 2019-cu ilin dekabr ayını əhatə etmişdir. Vergi yoxlaması təqdim olunmuş ilkin mühasibat sənədləri, gömrük bəyannamələri, memorial-orderlər, baş kitab, dövriyyə cədvəlləri və vergilərin hesablanması üçün zəruri sənədlər əsasında aparılmışdır. Yoxlama zamanı müəssisənin faktiki rekvizitləri ilə vergi orqanlarında olan uçot məlumatlarında olan rekvizitlər arasında kənarlaşma aşkar edilməmiş, lakin, buna baxmayaraq xx.xx.2020-ci il tarixdə **********197467 saylı səyyar vergi yoxlaması aktı tərtib edilmiş, bu aktın əsasında xx.xx.2020-ci il tarixli, **********142911 saylı “Vergi ödəyicisinin vergi qa nunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir.
5. Müəssisənin mühasibat sənədlərinə əsasən vergiyə cəlb edilməli olan məbləğ reallığa uyğun deyil. Vergilər hesablanarkən vergitutma bazası, yəni vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyət göstəriciləri düzgün araşdırılmamış, faktiki göstəricilərin hansı tarixdən müəyyən olunmuş hesab edilməsi düzgün qiymətləndirilməmişdir.
6. Səyyar vergi yoxlaması aktından görünür ki, vergi orqanı heç bir analoji vergi ödəyicisinə və əlaqəli məlumatlara istinad etməmiş, əlavə vergilərin hansı mənbəyə istinadən hesablanması öz əksini tapmamışdır. Qeyd edir ki, müəssisə gördüyü işlərə görə əldə etdiyi gəlirdən Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq bütün vergiləri hesablamış və dövlət büdcəsinə ödəmişdir. Lakin, aparılan yoxlama zamanı görülmüş işlərə və göstərilmiş xidmətlərə görə çəkilmiş xərclərin düzgün hesablanmadığı, işləri qəbul edən bütün cavabdeh dövlət orqanlarının hesablamalarının səhv aparıldığı iddia edilərək müəssisə tərəfindən işlərin görülməsi üçün alınmış, alınarkən ödənilmiş və əvəzləşdirilmiş ƏDV-nin bir hissəsi müəssisəyə sanksiya kimi hesablanmışdır. Müəssisədə aparılan bütün ödəmələr nağdsız qaydada həyata keçirilmişdir. Səyyar Vergi yoxlaması zamanı İddiaçı MMC-nin balansında olan nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının sərhəd keçid məntəqələrindən keçərkən sənədlərdə daşıyıcı olaraq hansı şəxslərin adının qeyd olunmasına və İddiaçı MMC tərəfindən həyata keçirilmiş daşımalara dair məlumatların Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsind ən alınmasına zərurət yaranmış və yaranmış zərurət ilə əlaqədar olaraq məktubla Dövlət Gömrük Komitəsinə Dövlət Vergi Xidməti tərəfindən rəsmi müraciət olunmuş, müraciətə baxılmış və İddiaçı MMC-nin balansında olan nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının sərhəd keçid məntəqələrindən keçərkən tərtib olunan sənədlər (ygb, İnvoys, CMR) 5 (beş) ədəd diskdə Dövlət Vergi Xidmətinə təqdim edilmişdir. Gömrük Komitəsi tərəfindən təqdim edilən disklər araşdırılarkən məlum olmuşdur ki, İddiaçı MMC balansında olan nəqliyyat vasitələri ilə həyata keçirdiyi daşımaların müəyyən qismi ilə bağlı qarşı tərəflərə e-qaimə təqdim etməmiş, daşımalarla bağlı MMC-in gəlirini və xərcini Gömrük Komitəsi tərəfindən təqdim edilən sənədlərdə müəyyən etmək mümkün olmadığından nəqliyyat vasitələri ilə həyata keçirilmiş daşımaların bazar qiymətinə uyğunluğunun müəyyən edilməsi və həmin daşımalar üzrə çəkilmiş xərcin müəyyən edilməsi üçün ekspertizanın təyin edilməsi zərurəti yaranmışdır. 7. xx.xx.2020-ci il tarixli **********140267 nömrəli “ekspertizanın təyin edilməsi haqqında” qərar qəbul edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası TicarətSənaye Palatasının “Azərekspertiza” Birliyinə tapşırılmış və birliyinin eksperti X3 xx.xx.2017-ci il tarixdən xx.xx.2019- cu il tarixədək olan dövr ərzində MMC-yə məxsus nəqliyyat vasitələri İlə həyata keçirilmiş daşımaların bazar qiymətinə uyğunluğunun müəyyən edilməsi və həmin daşımalar üzrə çəkilmiş xərcin müəyyən edilməsinin imkanları xaricində olduğunu bildirmişdir. Bundan sonra yoxlama ilə əhatə olunan dövrdə, yəni xx.xx.2017-ci il tarixd ən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində MMC-yə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilmiş daşımaların bazar qiymətinə uyğunluğunun müəyyən edilməsi və həmin daşımalar üzrə çəkilmiş xərcin müəyyən edilməsi məqsədi ilə xx.xx.2020-ci il tarixli **********140476 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” Qərar qəbul edilmiş, qərar üzrə Ekspertizanın aparılması "xxxx" MMC-yə tapşırılmış və həmin MMC-nin eksperti X1 da xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində İddiaçı MMC-nə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilmiş daşımaların bazarında qiymətinə uyğunluğunun müəyyən edilməsi və həmin daşımalar üzrə çəkilmiş xərcin müəyyən edilməsinin imkanları xaricində olduğunu bildirmişdir. Göründüyü kimi vergi orqanının dəvət etdiyi iki mütəxəssisdən heç biri vergi orqanının dəlilləri əsasında hər hansı bir vergilərin hesablanmasının mümkün olmadığını bildirmişdirlər. Həmin sürücülərlə bağlı araşdırılma aparılmadan, sürücülərlə müəssisə arasında olan iş münasibətlərinin hansı formada olması yoxlanılmadan, vergi orqanı heç bir əlaqəli məlumatlara istinad etmədən birbaşa olaraq mənfəəti ümumi dövriyyənin 20% şərti rentabelliyi əsasında Nazirlər Kabinetinin qərarı əsasında aparmışdır. Həmçinin, Gürcüstan Respublikasının vətəndaşları tərəfindən müəssisəyə məxsus yük avtomobilləri ilə sürücü xidməti göstərilməsinə görə “Sosial sığorta haqqında” qanunun 14.5.2-ci maddəsinə uyğun olaraq 25% miqdarında sosial sığorta məbləği hesablanmışdır. cavabdehin etirazları:
8. Cavabdeh tərəfindən iddia ərizəsinə yazılı etiraz təqdim edilərək bildirilmişd ir ki, aparılan yoxlama ilə müəssisənin 2017-2019-cu illər üzrə mənfəət vergisi yoxlanılmış və aşağıdakılar müəyyən edilmişdir: - Vergi yoxlaması zamanı iddiaçı MMC-nin balansında olan nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının sərhəd keçid məntəqələrindən keçərkən sənədlərdə daşıyıcı olaraq hansı şəxslərin adının qeyd olunmasına və MMC tərəfindən həyata keçirilmiş daşımalara dair məlumatların Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsindən alınmasına zərurət yaranmış və yaranmış zərurət ilə əlaqədar olaraq xx.xx.2020-ci il tarixli **********771600 nömrəli məktubla Gömrük Komitəsinə Dövlət Vergi Xidməti tərəfindən rəsmi müraciət olunmuşdur, ARGK tərəfindən qeyd olunan müraciət xx.xx.2020-ci il tarixli **********220100 nömrəli məktubla cavablandırılmış və MMC-nin balansında olan nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının sərhəd keçid məntəqələrindən keçərkən tərtib olunan sənədlər (ygb, invoys, CMR) 5 (beş) ədəd diskdə Dövlət Vergi Xidmətinə təqdim edilmişdir. Gömrük Komitəsi tərəfindən təqdim edilən disklər araşdırılarkən məlum olmuşdur ki, MMC balansında olan nəqliyyat vasitələri ilə həyata keçirdiyi daşımaların müəyyən qismi ilə bağlı qarşı tərəflərə e-qaimə təqdim etməmiş və bununla da həyata keçirdiyi daşımalarla bağlı gəlirini vergidən yayındırmışdır. Qeyd olunan e-qaimə təqdim edilməmiş daşımalarla bağlı MMC-in gəlirini və xərcini Gömrük Komitəsi tərəfindən təqdim edilən sənədlərdə müəyyən etmək mümkün olmadığından, nəqliyyat vasitələri ilə həyata keçirilmiş daşımaların bazar qiymətinə uyğunluğunun və həmin daşımalar üzrə çəkilmiş xərclərin müə yyən edilməsi üçün ekspertizanın təyin edilməsi zərurəti yaranmışdır. - xx.xx.2020-ci il tarixli **********140267 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” qərar qəbul edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikasi TicarətSənaye Palatasının "Azərekspertiza" Birliyinə tapşırılmış və birliyinin eksperti X2 xx.xx.2017-ci il tarixdən xx.xx.2019- cu il tarixədək olan dövr ərzində iddiaçı MMC- yə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilmiş daşımaların bazar qiymətinə uyğunluğunun və həmin daşımalar üzrə çəkilmiş xərcin müəyyən edilməsinin imkanları xaricində olduğunu bildirmişdir. Bundan sonra yoxlama ilə əhatə olunan dövrdə, yəni xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində MMC-yə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilmiş daşımaların baza r qiymətinə uyğunluğunun və həmin daşımalar üzrə çəkilmiş xərcin müəyyən edilməsi məqsədi ilə xx.xx.2020-ci il tarixli **********140476 nömrəli "Ekspertizanın təyin edilməsi haqqında" qərar qəbul edilmiş, qərar üzrə Ekspertizanın aparılması "xxxx" MMC-yə tapşırılmış və "xxxx" MMC-nin eksperti X1 da xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində "xxxx" MMC-yə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilmiş daşımaların bazar qiymətinə uyğunluğunun müəyyən edilməsi və həmin daşımalar üzrə çəkilmiş xərcin müəyyən edilməsinin imkanları xaricində olduğunu bildirmişdir. Göründüyü kimi müəssisə tərəfindən həyata keçirilən daşımalarla bağlı müəssisənin əldə olunan gəliri gizlədildiyi üçün müəssisənin gəlirini tam müəyyən etmək mümkün olmamışdır. Müəssisə tərəfindən 2017201 9-cu illər üzrə mənfəət vergisi bəyannamələrində xərc maddələrində göstərilən xərclər öz təsdiqini tapmışdır. - Qeyd olunan hallar əsas götürülərək müəssisənin 2017-2019-cu illər üzrə mənfəət vergisinin hesablanması üçün Vergi Məcəlləsinin 67.2 maddəsinə əsasən analoji fəaliyyət ilə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilməsinə zərurət yaranmış və **********926400 nömrəli məktubla 3 saylı Ərazi Vergilər İdarəsinin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları şöbəsinə müraciət olunmuş, lakin, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisi tapılmadığından Vergi Məcəlləsinin 83.9 maddəsinə və Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən (04 aprel 2003-cü il tarixli 42 saylı qərarı ilə edilmiş əlavə və dəyişikliklər nə zərə alınmaqla) (xərcə görə) şərti rentabellik norması əsasında aşağıdakı üsuldan istifadə edilmişdir. M= X x R:100 (M – vergiyə cəlb olunmalı mənfəət məbləği; X - vergi ödəyicisinin fəaliyyəti ilə bağlı xərclər; R - şərti rentabellik normasıdır və bu norma 20 % səviyyəsində götürülür). - Vergi ödəyicisinin 2017-ci il üzrə xərci 767323,24 manat olduğundan həmin il üzrə hesablanmış mənfəət vergisinin məbləği aşağıdakı kimi olacaqdır: M 2017 = 767323,24 x 20 /100 = 153464,64 - Vergi ödəyicisinin vergiyə cəlb olunan mənfəəti 153464,64 manat olduğundan həmin mənfəətdən hesablanacaq mənfəət vergisinin məbləği 30692,93 manat (153464,64 * 20% = 30692,92) olacaqdır. Vergi ödəyicisinə 2017-ci ilin mənfəət vergisi üzrə 30692,93 manat vergi hesablanması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50% miqdarında, yəni 15346.46 manat maliyyə sanksiyası tətbiq edilmişdir. - Vergi ödəyicisinin 2018-ci il üzrə xərcinin 5120591,56 manat olduğunundan həmin il üzrə hesablanmış mənfəət vergisinin məbləği aşağıdakı kimi olacaqdır: M 2018 = 5120591,56 x 20/100 = 1024118,31. - Vergi ödəyicisinin vergiyə cəlb olunan mənfəəti 1024118,31 manat olduğundan həmin mənfəətdən hesablanacaq mənfəət vergisinin məbləği 204823,66 manat (1024118,31* 20% = 204823,66) olacaqdır. Vergi ödəyicisi tərəfindən təqdim olunmuş 2018-cı ilin mənfəət vergisi üzrə 36243,4 manat hesablama nəzərə alındıqda yoxlama ilə Vergi ödəyicisinə 2018-ci ilin mənfəət vergisi üzrə 168580,27 manat vergi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50% miqda rında, yəni 84290,13 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicisinin 2019-cu il üzrə xərci 7074011,39 manat olduğundan həmin il üzrə hesablanmış mənfəət vergisinin məbləği aşağıdakı kimi olacaqdır: M 2019 = 7074011,39 x 20 / 100 = 1414802,27. - Vergi ödəyicisinin vergiyə cəlb olunan mənfəətinin 1414802,27 manat olduğundan həmin mənfəətdən hesablanacaq mənfəət vergisinin məbləği 282960,45 manat (1414802,27* 20% = 282960,45) olacaqdır. Vergi ödəyicisi tərəfindən təqdim olunmuş 2019-cu ilin mənfəət vergisi üzrə 131077,03 manat hesablama nəzərə alındıqda yoxlama ilə Vergi ödəyicisinə 2019-cu ilin mənfəət vergisi üzrə 151883,42 manat vergi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50% miqdarında, yəni 75941,71 manat maliyyə sanksiya sı tətbiq edilmişdir. - Yoxlama ilə əhatə olunan dövr ərzində müəssisə faktiki yük avtomobil nəqliyyatları ilə daşıma xidmətləri və yük avtomobil nəqliyyatlarının ehtiyyat hissələrinin satışı ilə məşğul olmuşdur. Yoxlama ilə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr əhatə olunmuşdur. Yoxlama ilə əhatə olunan dövrdə ümumi dəyərləri 52490,65 manat olan **********9291 və **********9292 nömrəli YGB-lər üzrə əvəzləşmə hüququ 2017-ci ilin noyabr ayında yaranmasına baxmayaraq vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2017-ci oktyabr ƏDV bəyannaməsində əvəzləşməyə salınmışdır. SVY ilə qeyd olunan YGB-lər 2017- ci ilin noyabr ayında ƏDV bəyannaməsində əvəzləşməyə salınmışdır. Qeyd olunanlarla əlaqədar 2017-ci oktyabr ayı üzrə 4724.16 manat maliyyə sanksiyası tətbiq edilmişdir. - Həmçinin Gürcüstan Respublikası vətəndaşları olan fiziki şəxslər müəssisəyə məxsus yük avtomobilləri ilə müəssisəyə sürücü xidməti göstərmiş, göstərilən xidmətin müqabilində müəssisə qeyri-rezident fiziki şəxslərə ödədiyi vəsaitdən ödəmə mənbəyində VM-nin 169.1-ci maddəsinə əsasən ödəmə mənbəyində 18% ƏDV tutmamışdır (şəxslərin adlı siyahısı və ödənişlər barədə məlumat yoxlama materiallarına əlavə olunmuşdur). Qeyd olunan hallara əsasən vergi ödəyicisinə ƏDV üzrə 30405,34 manat vergi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50% miqdarında, yəni 15202.67 manat maliyyə sanksiyası tətbiq edilmişdir. - ƏDV üzrə qeyri-rezident fiziki şəxslər tərəfindən MMC-də göstərilən sürücülük xidmətlərinə görə həmin fiziki şəxslərə edilən ödəmələrdən Vergi Məcəlləsinin 169.1-ci maddəsinə uyğun olaraq 18 faiz dərəcə ilə ƏDV hesablanmışdır. Ümumilikdə 30.410 manat vergi məbləği, yayındırılmış vergi məbləğinin 50% miqdarında yəni 15.200 manat maliyyə sanksiyası hesablanmışdır. Həmçinin 2019-cu ilin oktyabr ayı ƏDV bəyannaməsində əvəzləşdirməyə salınan ədv dəyəri 9.450 manat olan YGB noyabr ayı ƏDV bəyannaməsinə salınmışdır, qeyd olunanlara əsasən 4.720 manat maliyyə sanksiyası tətbiq edilmişdir. - ÖMV üzrə iddiaçıya göstərilən xidmətlərə görə digər şəxslərə ödənilən vəsaitlərdən Vergi Məcəlləsinin 124, 125.1.4, 125.1.5-ci maddələrinə əsasən ÖVM tutulmadığı üçün ümumilikdə 65,4 min manat (beynəlxalq yük daşımalarla bağlı ödənişlərdən 6 % - 48,51 min manat, qeyri-rezident fiziki şəxslər tərəfindən iddiaçıya göstərilən sürücülük xidmətlərinə görə həmin fiziki şəxslərə edilən ödəmələrdən 10% 16,89 min manat) vergi hesablanmış, yayındırılmış vergi məbləğinin 50% miqdarında yəni 32,7 min manat maliyyə sanksiyası tətbiq edilmişdir. - MDSS üzrə qeyri-rezident fiziki şəxslər tərəfindən rezident müəssisəyə göstərilən sürücülük xidmətlərinə görə həmin fiziki şəxslərə aparılan ödəmələrdən “Sosial sığorta haqqında” Qanunun 14.5.2-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyindən 25 faizi miqdarında yəni 42,23 min manat sosial sığorta haqları hesablanmış, yayındırılmış sosial sığorta haqlarının məbləğinin 50% miqdarında yəni 21,12 min manat maliyyə sanksiyası tətbiq edilmişdir. birinci instansiya məhkəməsindəki icraat
9. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-670/2021 nömrəli, 19 oktyabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən hakim C.B.Məmm ədov) iddia qismən təmin edilərək, Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci il tarixli **********142911 saylı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı 30.405,34 manat məbləğində ƏDV, 50943,76 manat məbləğində ÖMV hissəsi istisna olunmaqla, digər hissədə ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.5-ci maddəsində rezident və qeyri-rezidentin kim olması anlayışı verilmişdir. Belə ki, təqvim ilində üst-üstə 182 gündən artıq vaxtda həqiqətən Azərbaycan Respublikasının ərazisində olan və xarici ölkədə (hər hansı birində) fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, həmin fiziki şəxsin Azərbaycan Respublikasında daimi yaşayış yeri, həyati mənafelərinin mərkəzi, adətən yaşadığı yeri olduqda və şəxs Azərbaycan Respublikasının vətəndaşı olduqda o rezident, qeyd olunanlara aid edilməyən şəxslər isə qeyri-rezident hesab edilirlər. Vergi orqanı tərəfindən xidmət müqaviləsində adları göstərilmiş Gürcüstan Respublikası vətəndaşlarının xidmət müqaviləsinin 3 il müddətinə bağlanması və buna görə də həmin şəxslərin rezident hesab edilməsi ilə bağlı gətirdiyi arqumenti əsaslı hesab etmək olmaz. Qeyd olunan xidmət müqaviləsinin 3 il müddətinə qüvvədə olması Gürcüstan Respublikası vətəndaşlarının 182 gündən artıq ölkə ərazisində yaşamasına dəlalət etmir. Belə ki, həmin şəxslər daimi əsaslarla Azərbaycan Respublikasında yaşamış olsaydılar Dövlət Miqrasiya Xidmətində müvəqqəti qeydiyya ta düşərək müvafiq şəxsiyyət vəsiqəsinin almış olardılar. Nəzərə alınmalıdır ki, səyyar vergi yoxlamasının əhatə etdiyi və yoxlamanın aktının tərtib olunduğu tarixdə qüvvədə olan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının xx.xx.2014-cü il tarixli 4 N-li Qərarı ilə Məcburi Dövlət Sosial Sığorta Haqlarının toplanması qaydalarının 2.3-cü bəndində aşağıdakılar göstərilmişdir: - Təqvim ilində üst-üstə 182 gündən artıq vaxta sahibkarlıq fəaliyyətindən gəlir əldə edən əcnəbilər məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər hesab olunurlar. Təqdim olunmuş iş materiallarında isə Gürcüstan Respublikasının rezidentlərinin 182 gündən artıq vaxta sahibkarlıq fəaliyyətindən gəlir əldə etməsi ilə bağlı hər hansı bir məlumat öz əksini tapmamışdır. Bununla yanaşı qeyd edi lir ki, sosial sığorta haqqı ilə bağlı hesablanma aparılması Vergi Məcəlləsində 2019-cu ildən nəzərdə tutulmuşdur. Yəni Vergi Məcəlləsinə qeyd olunan dəyişikliyə əsasən vergi orqanlarına sosial sığorta haqlarını tələb etmək hüququ verilmişdir. Lakin, vergi orqanı tərəfindən 2018-ci ilin 1-ci rübü üzrə müəssisəyə sosial sığorta haqqı hesablanmışdır. Yəni qeyd olunan sığorta ödənişləri Dövlət Sosial Müdafiə Fondu tərəfindən hesablanmalı olduğu tədqirdə həmin ödənişlər vergi orqanı tərəfindən geriyə şamil edilməklə İddiaçı MMC-dən tələb edilmişdir. Bundan başqa oda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 304-cü maddəsinin 1-ci bəndinə əsasən sosial sığorta — müvafiq normativ hüquqi aktlarda nəzərdə tutan hallarda işçilərin əmək münasibətləri prosesində itirdikləri gəl irlərinin — əmək haqlarının, əmək haqqına əlavələrin, başqa ödənclərin, həmçinin digər xərclərin müəyyən olunmuş qaydada və məbləğdə əvəzinin ödənilməsi, habelə onların itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Sosial sığorta haqqında Azərbaycan Respublikasının Qanununun Sosial sığorta — bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Həmin Qanunun 12-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər; Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlir ləri əldə edən əcnəbilər məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar. Göründüyü kimi İddiaçı MMC ilə Gürcüstan Respublikasının vətəndaşları arasında bağlanmış saziş əmək deyil mülki hüquq münasibətlərindən irəli gələn xidmət müqaviləsidir. Yəni qeyd olunan əcnəbi vətəndaşlarının gələcəkdə itirə biləcəkləri əmək haqlarının qarşının alınması məqsədi ilə ödənilməli olan kompensasiyanın təmin edilməsi məqsədi ilə işəgötürən ilə əmək müqaviləsini bağlanması zəruri idi. Lakin adları xidmət müqaviləsində göstərilən şəxslərin İddiaçı MMC ilə işçi kimi əmək müqaviləsinin tərəfi olması müəyyən edilmədi. Digər tərəfdən nəzərə alınmalıdır ki, “İkiqat vergitutmanın aradan qaldırılmasına dair” Azərbaycan Höküməti ilə Gürcüstan Höküməti arasında bağlanmış və xx.xx.1998-ci ildən tətbiq edilən sazi şin 18-ci bəndinə əsasən sazişin tərəfləri olan dövlətlərin ərazisində pensiya təminatının həyata keçirilməsi üçün tətbiq edilən vergilər yalnız bir ölkənin ərazisində tutula bilər. Qeyd olunan Sazişin tələblərindən məlum olur ki, şəxsin gələcəkdə pensiya təminatının həyata keçirilməsi üçün vətəndaşı olduğu ölkənin qanunvericiliyinə əsasən vergiyə cəlb edilməsi (yəni MDSSH-rı) onun qeyri-rezident olduğu ölkə tərəfindən vergiyə cəlb edilməsi məsuliyyətindən azad edir. Vergi orqanı tərəfindən Gürcüstan Respublikası vətəndaşlarına Dövlət Sosial Müdafiə Fondu tərəfindən sosial sığorta haqlarının hesablanması öz təsdiqini tapmadı. Ona görə də məhkəmə hesab edir ki, xidmət müqaviləsində göstərilmiş Gürcüstan Respublikasının vətəndaşlarına görə hesablanmış 42.229,68 manat sosial sığorta haqları q anunsuzdur.
11. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın qismən, yəni iddianın təmin edilən hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-169/2022 nömrəli, 16 may 2022-ci il tarixli qərarı ilə (hakimlər H.Ç.Babayeva - sədrlik edən və məruzəçi, Z.T.Məmmədov və F.Ə.Məmmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmiş, iddia qismən təmin edilmiş, 3 saylı Ərazi Vergilər İdarəsinin 23 dekabr 2020-ci il tarixli, **********142911 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qər arı qismən – 2018-ci ilin 1-ci rübü üzrə 5079.50 manat MDSS və 2017-2019cu illər üzrə 351156,62 manat mənfəət vergisinin hesablanması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 178118.06 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
13. Məhkəmə kollegiyası hesab edir ki, qüvvədən düşmüş Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 18 noyabr 2014-cü il tarixli, 04 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığorta haqlarının toplanması qaydaları”nın 1.2.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (bundan sonra - DSMF) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət so sial sığortası üzrə fəaliyyəti həyata keçirən sığortaçı hüquqi şəxsdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Kollegiyasının 09 iyul 1997-ci il tarixli, 7/1 nömrəli qərarı ilə təsdiq olunmuş “Məcburi dövlət sosial sığorta haqlarının toplanması qaydaları haqqında Təlimat” ın 4-cü bəndinə əsasən məcburi dövlət sosial sığorta haqqısığortalamaya görə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu orqanlarına ödənilən pul vəsaitidir. Cavabdeh tərəfindən isə hazırkı iş üzrə səyyar vergi yoxlaması zamanı 2018- ci ilin 1-ci rübü üzrə də 5079.50 manat məbləğində əlavə sosial sığorta haqqı hesablanmışdır. Halbuki, həmin dövr üzrə məcburi dövlət sosial sığorta haqlarının hesablanması vergi orqanlarının deyil, Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətinə aid idi. Ona görə də, kolleg iya bu hissədə vergi orqanın qərarın ləğvinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apelyasiya şikayətinin dəlillini əsassız hesab edir.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın qismən, yəni iddianın təmin edilən hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
15. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qəbul etdiyi qərarında qeyd edir ki, vergi orqanı tərəfindən iddiaçının vergi orqanına təqdim edilmiş xərc sənədləri əsas götürülərək, NK xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiqlənmiş Qayd aların 6.1.3-cü bəndinə əsasən iddiaçının mənfəətini müəyyən etmişdir. Halbuki, iddiaçı tərəfindən 2017, 2018 və 2019-cu illər üzrə xərc sənədləri ilə birlikdə, həmçinin müəssisənin gəlirləri barədə məlumat verilmişdir. Belə olduğu təqdirdə vergi orqanının nəyə görə iddiaçının xərclərinin həqiqiliyinə şübhə ilə yanaşmaması, həmin xərclərə dair mənfəət barədə verilmiş məlumatların həqiqətə uyğun olmamasının bəyan edilməsi anlaşılan deyil. Vergi orqanı tərəfindən gətirilən arqument ondan ibarət olmuşdur ki, Dövlət Gömrük Komitəsindən əldə edilmiş video görüntülərlə iddiaçının mülkiyyətində olan nəqliyyat vasitələrinin ölkə ərazisinə giriş-çıxışının sayı nəzərə alınarsa, iddiaçı tərəfindən bəyannamələrdə təqdim edilmiş mallardan artıq malların idxal edilməsi və buna görə də iddiaçı tərəfindən əlavə mənfəətin əldə edilməsini müəyyən etmək olar. Lakin məhkəmə qeyd olunan arqumenti əsaslı hesab etmir. Belə ki, iddiaçı ilə Gürcüstan Respublikası vətəndaşları arasında bağlanmış xidmət müqaviləsinin tələblərinə əsasən iddiaçıya məxsus yük avtomobillərinin sürücülərin sahibliyində olmasını və sürücünün yalnız iddiaçının fəaliyyəti ilə əlaqədar verilmiş tapşırığın yerinə yetirilməsi zamanı dəymiş ziyana görə məsuliyyət daşıması göstərilmişdir. Qeyd olunan müqavilədən sürücünün iddiaçıdan başqa digər şəxslərə xidmət göstərməsinə hər hansı bir qadağanın mövcud olmasını müəyyən etmək olmur. Ona görə də məhkəmə hesab edir ki, vergi orqanının iddiaçının mülkiyyətində olan yük avtomobillərinin ölkə ərazisinə giriş-çıxış sayının çox olması onun tərəfindən bəyannamələrdə göstərilmiş idxal məh sullarından artıq məhsulların ölkə ərazisinə gətirilməsinə dəlalət edə bilməz. Belə ki, iddiaçı ləvazimatların topdan satışından başqa həmçinin yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir Ona görə də iddiaçıya məxsus yük avtomobillərinin digər hüquqi şəxslərə yükdaşıma xidmətlərinin göstərilməsi, o cümlədən həmin nəqliyyat vasitəsinin sürücüləri tərəfindən digər şəxslərə yükün daşınması zamanı ölkə ərazisinə yenidən daxil olması istisna deyil. Ona görə də vergi orqanı tərəfindən gətirilən hazırkı arqumenti əsaslı hesab etmək düzgün deyil.
16. Məhkəmənin qeyd olunan dəlilləri ilə bağlı bildirilir ki, vergi orqanı tərəfindən səyyar vergi yoxlaması zamanı Dövlət Gömrük Komitəsi tərəfindən alınmış məlumatlar əsasında iddiaçı tərəfindən həyata keçirilmiş bir sıra daşımalar üzrə elektron -qaimə fakturanın təqdim edilmədiyi müəyyən edilmişdir. Qeyd olunan daşımalar üzrə elektronqaimə fakturanın təqdim edilməməsi həmin xidmətlər üzrə gəlirlərin müəyyən edilməsini imkansız etmişdir.
17. Bu baxımdan da gəlirlər barədə məlumatların tam əks olunmadığı müəyyən olunmuş və gəlirlər şübhə altına alınmışdır. Qeyd olunan fakt üzrə birinci instansiya məhkəməsində proses zamanı-xx.xx.2021-ci il tarixdə baş tutmuş məhkəmə prosesi zamanı müzakirələr aparılmış, həm İddiaçının vəkili, həm də məhkəmə tərəfindən cavabdehin nümayəndəsinə suallar verilmişdir. Vəkil tərəfindən verilmiş “Nə üçün gəlirlər nəzərə alınmamışdır?” sualına cavab olaraq cavabdehin nümayəndəsi konkret dəlillərlə əsaslandırılmış cavab vermişdir. Belə ki, cavabdehin nümayəndəsi proses zamanı qarşılıqlı olaraq vəkilə sual i lə müraciət edərək “İddiaçı bütün daşımalar üzrə elektronqaimə faktura vermişdirmi? Sualına cavab olaraq iddiaçının nümayəndəsi "Bilmirəm” deyə cavab vermişdir. O zaman cavabdehin nümayəndəsi konkret olaraq sual verərək bildirmişdir ki, "xxxx" MMC və “Az-Granata’‘ MMC üzrə daşıma xidmətləri ilə əlaqədar iddiaçı tərəfindən elektron-qaimə faktura təqdim edilmişdirmi? sualına vəkil cavab verə bilməmişdir. O zaman cavabdehin nümayəndəsi izahatına davam edərək bildirmişdir ki, qeyd olunan müəssisələr və digər hüquqi şəxslər üzrə elektron-qaimə faktura təqdim edilməmişdir. Cavabdehin nümayəndəsinin irəli sürdüyü dəlili təkzib edəcək hər hansı arqument məhkəmə prosesi zamanı təqdim edilməmişdir.
18. Belə olan halda və konkret dəlilləri nəzərə alaraq hesab edilir ki, iddiaçı tərəfindən qeyd olun an şəxslərə göstərilən daşıma xidmətlərinə görə elektron-qaimə fakturaların təqdim edilməməsi işin mübahisəsiz halıdır.
19. Məhkəmə hər bir halda vergi orqanı tərəfindən mənfəət vergisinin hesablanması üzrə tətbiq edilən NK-nin xx.xx.2001-ci il tarixli, 55 saylı qərarı ilə müəyyən olunmuş Qaydaların tətbiqi əsaslarını şübhə altına almaqla hesablamaların səhv olması nəticəsinə gəlməyi hədəfləmişdir. Hesab edirik ki, yuxarıda qeyd olunduğu şəkildə, yəni məhkəmə prosesi zamanı birmənalı şəkildə iddiaçı tərəfindən bəyannamələr üzrə təqdim olunmuş gəlir məlumatlarının tam olmadığı sübut edilmiş və proses zamanı sual-cavab şəklində bu fakt birmənalı şəkildə təsdiqini tapmışdır. O zaman bir daha müəyyən olunmuşdur ki, iddiaçı vergi qanunvericiliyinə uyğun olaraq gəlirləri barədə lazımi qaydada uç ot aparmalı olduğu halda aparmamışdır. Məhkəmə prosesi zamanı bu fakt konkret dəlillərlə sübut olunmuşdur.
20. İddiaçının xərclər barədə yoxlanılan illər üzrə təqdim etdiyi məlumatlar sənədlərlə təsdiqini tapdığı üçün vergi orqanı ona verilmiş hüquq əsasında xərclərə söykənərək mənfəəti müəyyən etmişdir.
21. Bununla da müəyyən olunur ki, Vergi Məcəlləsinin 67.1, 67.14 və 83.9-cu maddələrinin qarşılıqlı tətbiqi üçün işin müəyyən olunmuş hallarına əsasən faktiki əsaslar mövcud olmuş və qeyd olunan faktiki hallara sözügedən maddi hüquq normalarının tətbiqi qanuni və əsaslı olmuşdur. Bu baxımdan hesab edirik ki, məhkəmənin mənfəət vergisi üzrə hesablamaları qanunsuz və əsassız hesab etməsi üzrə birinci dəlili uğurlu alınmamış, cavabdeh tərəfindən təqdim olunmuş arqumentlər birmənalı şəkildə tə kzib edilir.
22. Məhkəmənin mənfəət vergisi üzrə hesablamaları əsassız hesab etməsi üzrə ikinci dəlili Gürcüstan Respublikasının vətəndaşları ilə bağlanmış xidmət müqaviləsinin şərtləri ilə bağlı olmuşdur. Məhkəmə çox absurd bir dəlil irəli sürərək hesab etmişdir ki, qeyd olunan şəxslər arasında bağlanmış olan xidmət müqaviləsində həmin sürücülər tərəfindən digər şəxslərə daşıma xidməti göstərməsi qadağan olunmadığı üçün iddiaçıya məxsus nəqliyyat vasitələri ilə hər bir daşıma xidmətinin iddiaçıya məxsus olmasını hesab etmək doğru deyildir. Belə ki, məhkəmə hesab etmişdir ki, həmin nəqliyyat vasitələri ilə digər şəxslər də daşıma xidməti həyata keçirmişdir ki, bu hal nəzərə alınmamışdır. Məhkəmənin irəli sürdüyü qeyd olunan əsassız və qanunsuz dəlili onun işin halları barədə tam məlumatsız olduğunu təsdiq edir.
23. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı ilə Gürcüstan Respublikasının vətəndaşları arasında daşımalarla bağlı sürücü xidmətinin göstərilməsi ilə əlaqədar xidmət müqaviləsi bağlanmışdır. Həmin xidmət müqavilələrinin “Müqavilənin predmeti1 hissəsinə əsasən müqavilədə göstərilmiş şərtlərlə sifarişçiyə məxsus yük avtomaşınları ilə sürücünün xidmət göstərdiyi müəyyən olunmuşdur.
24. Xidmət müqaviləsindən göründüyü kimi müqavilə üzrə tərəflər iddiaçı və qeyrirezident şəxslərdir. Həmin şəxslər də razılaşdırılmış şərtlərlə müqavilə üzrə razılığa gələrək iradə ifadələrini təqdim etmişlər. Belə olan halda həmin sürücülərin iddiaçıya məxsus nəqliyyat vasitələri ilə başqa şəxslərə daşıma üzrə sürücülük xidməti göstərməsi müqavilə üzrə razılaşdırılmış hal olmadığı təqdirdə, bu halın müqavilə üzrə qadağan olunmaması qənaətinə gələrək həmin səlahiyyətlərin mövcud olması nəticəsinə gəlinməsi heç bir ağlabatan məntiqə cavab vermədiyi üçün tərəf olaraq bizdə təəssüf hissi doğurur.
25. O zaman məhkəmənin məntiqi ilə sürücülər həmin nəqliyyat vasitələri ilə şəxsi məqsədləri üçün də istifadə edə bilər, arzu etdiyi şəkildə həmin nəqliyyat vasitələrini istismar edə bilərlər. Məhkəməni bu qənaətə gətirən hüquqi düşüncə isə ondan ibarət olmuşdur ki, məhz həmin xidmət müqavilələrində bununla bağlı qadağalar olmamışdır. Hesab edir ki, məhkəmə konstitusion prinsip olan “Qadağan olunmayan hər bir hərəkət yolveriləndir” ifadəsini şəxslərin şəxsi mülkiyyətinə münasibətdə səhv salmışdır.
26. Digər tərəfdən isə məhkəmə həmin sürücülərin iddiaçıya məxsus nəqliyyat va sitələri ilə kimə sürücülük xidməti göstərməsini, daşıma xidməti göstərmiş hansı şəxsə xidmət etməsini təsdiq edən sübuta istinad etməmişdir. Məhkəmə sadəcə formal mülahizəyə əsasən hesab etmişdir ki, bu hal mövcud ola bilər.
27. Məhkəmə inzibati məhkəmə icraatının vəzifələrinə və rəhbər tutduğu prinsiplərə uyğun olaraq obyektiv həqiqəti müəyyən etmək üzrə vəzifəli və yüklü olduğu halda vəzifələrini icra etməmiş, əsaslandırma aparmadan “Həmin nəqliyyat vasitələrinin sürücüləri tərəfindən digər şəxslərə yükün daşınması zamanı ölkə ərazisində yenidən daxil olması istisna deyil” ifadəsini əks etdirməklə birmənalı şəkildə formal mülahizə əsasında qərar qəbul etdiyini təsdiq etmişdir.
28. Məhkəmə heç bir əsaslandırma aparmadan iki istiqamətdə təhrif olunmuş dəlil irəli sürərək mənfəət vergisi ü zrə hesablamaları şübhə altına almış və nəticədə həmin vergi üzrə hesablamaları ləğv etmişdir.
29. Həmçinin məhkəmə mənfəət vergisi və MDSSH üzrə isə qismən müvafiq nəticəyə gələrkən inzibati məhkəmə icraatı zamanı alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 07 sentyabr 2021-ci il tarixli, 9/3659 saylı ekspert rəyinə istinad etmiş, həmin rəyi mötəbər rəy hesab etmiş, lakin həmin rəy üzrə heç bir araşdırma aparmamış və qiymətləndirmə həyata keçirməmişdir. 30. 07 sentyabr 2021-ci il tarixli, 9/3659 nömrəli ekspert rəyi mənfəət vergisi və MDSSH üzrə əsassızdır. Belə ki, ekspert rəyində qeyd edilir ki, “Göründüyü kimi vergi orqanının dəvət etdiyi iki mütəxəssisdən heç biri hər hansı bir vergilərin hesablanmasının mümkün olmadığını bi ldirmişdirlər. Buna baxmayaraq yoxlama ilə həmin daşımalarla bağlı heç bir araşdırma aparılmadan yük sahibləri ilə müəssisə arasında olan iş münasibətlərinin hansı formada olması yoxlanılmamışdır. Belə ki, təqdim edilən iş materiallarında olan sənədlərdən (icarə müqavilələri, bəyannamələr və s.) göründüyü kimi, müəssisə nəqliyyat vasitələrini yoxlamanın əhatə etdiyi müəyyən dövrlərdə icarəyə vermişdir. Həmçinin təqdim edilən iş materiallarında mövcud olan sənədlərdən (icarə müqavilələri və s.) göründüyü kimi, müəssisə daşıma xidmətini digər vergi ödəyiciləri vasitəsi ilə də həyata keçirmişdir. Lakin vergi orqanı tərəfindən göstərilən halların nəzərə alınması ilə bağlı hər hansı bir qeyd öz əskini tapmamışdır. Yəni, aktda Dövlət Gömrük Komitəsindən 2017, 2018 və 2019-cu illər üzrə MMC-nin b alansında olan nəqliyyat vasitələri ilə aparılan daşımalar haqqında məlumat alındığı və daşımaların müəyyən qisminin MMC-nin rəsmi gəlirlərində əks olunmadığı qeyd edilir. 2017 və 2018-ci ilin 1-ci yarımilliyində MMC-nin balansında olan avtomaşınlar ayrı-ayrı şəxslərə icarəyə verilməsinə baxmayaraq, həmin dövrdə icarəyə verilmiş avtomaşınlar üzrə aparılan daşımalar vergi orqanı tərəfindən nəzərə alınmamışdır.
31. Qeyd olunanlarla bağlı bildirir ki, səyyar vergi yoxlaması zamanı keçirilən ekspertizaların nəticəsi olaraq daşımaların bazar qiymətinə uyğunluğunun və həmin daşımalar üzrə çəkilmiş xərclərin müəyyən olunmasının imkan xaricində olduğu bildirilmişdir. Sözügedən ekspertizalar tədqiqatı nəticəsində hər hansı vergilərin hesablanmasının mümkün olmadığı isə bildirilməmişdir. Sözügedən m əlumatlar iş materiallarında mövcuddur.
32. Həmçinin səyyar vergi yoxlaması aktının 21-ci səhifəsinin birinci abzasında məhz daşımaların bir hissəsinin müəssisəyə beynəlxalq yükdaşıma xidməti göstərmiş müəssisələr tərəfindən həyata keçirilməsi qeyd edilmiş və bu hal da ÖMV üzrə öhdəliyinin yaranması üçün əsas olmuşdur. Bu halın hansı şəkildə nəzərə alınmaması ekspert tərəfindən qeyd edilməmiş, münasibət tam aydın olmamışdır.
33. İddiaçı tərəfindən icarəyə verilmiş nəqliyyat vasitələri üzrə daşımalar verilmiş sorğunun cavabı olaraq Dövlət Gömrük Komitəsi tərəfindən alınmış məlumat əsasında nəzərə alınmışdır.
34. Belə ki, qeyd olunan məlumatlarla iddiaçı tərəfindən həyata keçirilən daşımalar müəyyən edilmiş və daşıma xidməti üzrə bir hissədə elektron-qaimə verilmədiyi müəyyən olunmuşdur. B u baxımdan da tərəfimizdən ekspert qarşısında “Daşıma xidməti göstərilmiş hansı müəssisələrə elektron-qaimə faktura verilməmişdir?” sualı qoyulmuşdur. Lakin qeyd olunan suala qanunsuz və əsassız olaraq heç bir münasibət bildirilməmişdir.
35. Yuxarıda göstərilənləri nəzərə alaraq, yəni iddiaçının gəlirlərini müəyyən etmək mümkün olmadığından iddiaçının mənfəət vergisi üzrə hesablamaları onun yoxlanılan dövr üzrə bəyan etdiyi xərclər təsdiq edildiyi üçün xərcə əsasən şərti rentabellik norması əsas götürülməklə hesablanmışdır.
36. İddiaçının daşıma xidməti göstərməsi mübahisə predmeti olmadığı üçün məhkəmə kollegiyasının konkret olaraq müqavilələrə istinad etməsi və bunu ekspert rəyinin təsdiqi kimi təqdim etməsi əhəmiyyətsiz haldır.
37. Eyni zamanda, məhkəmə kollegiyası ekspert rəyində olan dəlil ilə özünün təqdim etdiyi dəlili qarışıq salmış, müxtəlif fəaliyyət istiqamətlərini eyniləşdirməyə çalışmışdır.
38. Belə ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunan dəlili irəli sürərkən iddiaçının daşıma xidməti göstərməsini sübut etməyə çalışmış, nəticədə isə daşımanın digər şəxslər vasitəsi ilə də həyata keçirildiyini təqdim etməyə çalışmışdır. Halbuki qeyd olunan hallar ayrı-ayrı fəaliyyət istiqamətləri nəzərdə tutmaqdadır.
39. İşin faktiki halları baxımından məhkəmə tərəfindən qeyd olunan maddi hüquq normasının tətbiqi qanuni və əsaslı deyildir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
40. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
41. Vergi Məcəlləsi: Maddə
67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları Maddə 67.1. Bu M əcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankən ar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orq anının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. (-). 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. (-). 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Maddə
83. Vergi orqanları tərəfindən vergilərin hesablanması... Maddə 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiy yəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. 42. “İnzibati icraat haqqında” Qanun: Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
43. İnziba ti Prosessual Məcəllə: Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məc əllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını ) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
44. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
45. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANDİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ 4
6. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
47. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək qeyd edir ki, məhkəmə qərarının nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hü quq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
50. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlilləri ni təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
51. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarınd a ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
52. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətin təmin oluna bilməməsi, ilk növbədə cavabdehin mübahisələndirilən qərarının qanunsuz olmasından və iddiaçının hüquqlarını pozmasından irəli gəlir (İPM-in 70.1-ci maddəsi). İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır (“İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsi) və mübahisələndirmə haqqında i ddia əsasında ləğv olunmalıdır.
53. Cavabdeh vergitutma obyektinin müəyyənləşdirilməsi üçün Vergi Məcəlləsinin 67.1-ci maddəsində qeyd olunan əlaqəli məlumatlardan, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatlarından istifadə etmədən, birbaşa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalardan istifadə etməklə vergi hesablamışdır.
54. İstinad edilən Qaydaların birbaşa tətbiqi üçün inzibati orqanın hüquqi əsası olmamışdır. Belə ki, Vergi Məcəlləsinin yuxarıda istinad edilən normalarının tələbi, ilk növbədə vergi ödəyicisinin həm gəlirinin, həm də xərclər inin, buradan, vergitutma obyektinin müəyyənləşdirilməsinə yönəlmişdir. Vergi orqanı da bu nəticəyə nail olmaq üçün həmin normalarda təsbit olunmuş şərtlərə uyğun davranmalı, yalnız bundan sonra, vergi ödəyicisinin eyni vaxtda həm gəlirlərini, həm də xərclərini müəyyən etmək mümkün olmadıqda, lakin onlardan yalnız birini - gəliri və ya xərcləri müəyyən etdikdə mənfəət (gəlir) vergisini Vergi Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablaya bilər (VM-in 67.14-cü maddəsi). Hazırkı halda, vergi orqanının məhz yuxarıda qeyd olunan qaydada davrandığı müəyyən edilməmişdir.
55. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq, iddiaçıya səyyar yoxlama zamanı 42229,68 manat məbləğində məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına dair hissədə qərarın ləğvi ilə bağlı apelyasiya şikayətinin d əlillərini qismən əsaslı hesab etməkdə haqlı olmuşdur. Belə ki, 1 yanvar 2019-cu il tarixədək məcburi dövlət sosial sığorta haqlarının toplanması Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilmiş, 1 yanvar 2019-cu il tarixindən isə vergi ödəyicilərinə münasibətdə MDSS tutulması Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə aid edilmişdir. Cavabdeh orqan tərəfindən isə hazırkı iş üzrə səyyar vergi yoxlaması zamanı 2018-ci ilin 1-ci rübü üzrə 5079.50 manat məbləğində əlavə sosial sığorta haqqı hesablanmışdır. Halbuki, həmin dövr üzrə məcburi dövlət sosial sığorta haqlarının hesablanması vergi orqanlarının deyil, Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətinə aid idi. Ona görə də, məhkəmə kollegiyası bu hissədə vergi orqanın qərarın ləğvinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi n əticə ilə razılaşır.
56. Beləliklə, İPM-in 70.1-ci maddəsinin tətbiqi üçün əsaslar mövcuddur. Cavabdehin mübahisələndirilən qərarı yuxarıda qeyd olunan hissədə qanunazidd olmaqla yanaşı, iddiaçının hüquqlarını pozur.
57. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
58. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-169/2022 nömrəli, 16 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.