Məhkəmə qərarları › İş №2-1(102)-2093/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2093/2023

12.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2093/2023 12.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının kameral qərarının ləğv edilməsi;) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı X3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və bor cun silinməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 may 2023-cü il tarixli, 2-1(103)-241/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Xətai rayon Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinə ünvanlanmış xx.xx.2020-ci il tarixli təqdimatda qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi 6 ünvanında yerləşən avtoyuma məntəqəsinin sahibi X7 tərəfindən vergi qanunvericiliyinin tələbləri pozulduğuna görə tədbirləri kobud surətdə pozulmaqla vergi ödəyicisi olmayan vətəndaşlar X11, X8 və X2 1 il müddətində aylıq 500 manat ödəmək şərtilə həmin avtoyuma məntəqəsini heç bir müqav ilə bağlamadan icarəyə götürərək işlətmişlər. Odur ki, avtoyuma məntəqəsinin heç bir müqavilə olmadan icarəyə verməklə vergi qanunvericiliyin tələblərini pozduğuna görə X7 barəsində müvafiq tədbirlər görülməli, habelə görülən tədbirlər barəsində qanunla nəzərdə tutulmuş bir ay müddətinə rayon Prokurorluğuna məlumat verilməlidir. Bundan sonra, Həmin operativ vergi nəzarətinin nəticələrinə dair xx.xx.2020-ci il tarixdə tərtib olunmuş aktın məzmunundan görünür ki, həmin yoxlama ünvan 2 ünvanda yerləşən moykada onu işlədən fiziki şəxs X4 barəsində tərtib olunmuşdur. 3. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə **********649400 saylı xx.xx.2020-ci il tarixli qərarın surətindən müəyyən olunur ki, X5 (VÖEN: **********) 2019-cu il üzrə bəyannamə və hesabat t əqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 840,00 manat vergi hesablanmışdır.

4. Vergi borcunun ödənilməsinə dair **********9 saylı xx.xx.2020-ci il tarixli Bildirişin surətindən müəyyən olunur ki, X3 xx.xx.2020-ci il tarixə dövlət büdcəsinə ümumilikdə 1.027,32 manat, o cümlədən 840,00 manat vergilər üzrə; 0,00 manat maliyyə sanksiyası; 187,32 manat faizlər üzrə; 0.00 manat məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə borcu vardır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə **********649400 saylı xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi, hesablanmış borcun və faizlərin silinməsini xahiş etmişdi r.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona (VÖEN **********) 840,00 manat məbləğində borc və 187,32 manat faiz olmaqla, cəmi 1.027,32 manat borc hesablanmışdır. Poçt vasitəsilə ona yanvar ayının sonunda gətirilmiş zərfdə olan qərar və bildirişdə göstərilmişdir ki, borc ona “bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı” qismində hesablanmışdır. O, hesablanmış vergilərin hardan və hansı sənədlərə əsasən hesablanmasını bilməmişdir. Belə ki, o, heç bir kommersiya fəaliyyəti ilə məşğul olmamışdır. Yəni, həmin borcun hesablanmasına səbəb olan sənədlərdən xəbəri olmamışdır. Onun hansısa sahibkarlıq fəaliyyəti mövcud deyildir, faktiki olaraq da heç bir fəaliyyətlə məşğul olmur. Bu səbəbdən də həmin borc əsassız hesablanıb və ləğv edilməlidir.

7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Xətai rayon Prokurorluğu tərəfindən Bakı şəhəri LGBİ-yə daxil olmuş xx.xx.2020-ci il tarixli məktuba əsasən baş idarənin Operativ vergi nəzarəti idarəsi tərəfindən aparılmış araşdırma nəticəsində X5 (VÖEN: **********) məxsus ünvan 3 ünvanda yerləşən avtoyuma təsərrüfat subyektində (obyektində) faktiki olaraq X1 (VÖEN: **********) sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən olunmuşdur. Əlavə olaraq prokurorluq tərəfindən aparılan istintaq zamanı ünvan 4 ünvanda yerləşən avtoyuma məntəqəsinin sahibi X7 (VÖEN: **********) tərəfindən vergi qanunvericiliyinin tələbləri kobud surətdə pozulmaqla vergi ödəyicisi olmayan bir neçə vətəndaşa bir il müddətində aylıq 500 manat ödəmək ş ərti ilə həmin avtoyuma məntəqəsini heç bir icarə müqaviləsi bağlamadan icarəyə verildiyi müəyyən edilmişdir. Eyni zamanda, aparılan araşdırma zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2018-ci il tarixdə fəaliyyətinin 5 il müddətində müvəqqəti olaraq dayandırmağına baxmayaraq, sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı dövrlərdə faktiki olaraq fəaliyyət göstərdiyi aşkar edilmişdir. Yuxarıda qeyd olunanlar vergidən yayınma halı kimi qiymətləndirilərək, vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********538100 nömrəli uyğunsuzluq məktubu göndərilmişdir. Kənarlaşma barədə göndərilmiş uyğunsuzluq məktubuna vergi ödəyicisi tərəfindən heç bir münasibət bildirilmədiyindən, 2019-cu ilin gəlir vergisi bəyannaməsi üzrə qeyrisahibkarlıq fəaliyyətində n gəlir üzrə 840,00 manat (500 x 12 x 14%) məbləğində anoloji qaydada kameral hesablama aparılmaqla vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********649400 nömrəli qərar göndərilmişdir. Belə ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bu Məcəllənin 37.4-cü və 50.1.1- ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlu matlardan istifadə etməklə hesablamaq hüququ vardır. Qeyd olunan əlaqəli məlumatlar qismində qanunvericilik həmçinin, vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatları da özündə ehtiva edir. Yuxarıda qeyd olunanlardan aydın olur ki, vergi orqanı tərəfindən haqlı olaraq müvafiq vergi məbləği hesablanmış və əksini sübut edəcək sənədlər vergi ödəyicisi tərəfindən nə məhkəməyə, nə də vergi orqanına təqdim edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 1 iyun 2022-ci il tarixli, 2-1(112)-656/2022 nömrəli qərarı ilə (hakim: X9) iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Xətai rayon Prokurorluğunun yuxarıda qeyd olunan təqdimatı əsasında aparılmış araşdırma nəticəsində İddiaçı (VÖEN: **********) məxsus ünvan 3 ünvanında yerləşən av toyuma təsərrüfat subyektində (obyektində) faktiki olaraq X1 (VÖEN: **********) sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən olunmuş, prokurorluq tərəfindən aparılan istintaq zamanı ünvan 4 ünvanda yerləşən avtoyuma məntəqəsinin sahibi İddiaçı (VÖEN: **********) tərəfindən vergi qanunvericiliyinin tələbləri pozulmaqla vergi ödəyicisi olmayan bir neçə vətəndaşa bir il müddətində aylıq 500 manat ödəmək şərti ilə həmin avtoyuma məntəqəsini heç bir icarə müqaviləsi bağlamadan icarəyə verildiyi müəyyən edilmiş, vergi ödəyicisi tərəfindən xx.xx.2018-ci il tarixdə fəaliyyətinin 5 il müddətində müvəqqəti olaraq dayandırmağına baxmayaraq, sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı dövrlərdə faktiki olaraq fəaliyyət göstərdiyi aşkar edilmiş, qey d olunan hallar vergidən yayınma halı kimi qiymətləndirilərək, vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********538100 nömrəli uyğunsuzluq məktubu göndərilmiş, kənarlaşma barədə göndərilmiş uyğunsuzluq məktubuna vergi ödəyicisi tərəfindən heç bir münasibət bildirilmədiyindən, 2019-cu ilin gəlir vergisi bəyannaməsi üzrə qeyri-sahibkarlıq fəaliyyətindən gəlir üzrə 840,00 manat (500 x 12 x 14%) məbləğində anoloji qaydada kameral hesablama aparılmaqla vergi ödəyicisinə mübahisələndirilən qərar göndərilmişdir. Beləliklə, iddiaçının iddia ərizəsində qeyd etdiyi formal əsaslar hazırda mübahisələndirilən qərarların ləğvi üçün əsas ola bilməz və belə olan halda iddia təmin edilməməlidir

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin ol unmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 may 2023-cü il tarixli, 2-1(103)-241/2023 nömrəli qərarı ilə (hakimlər: X12 (sədrlik edən və məruzəçi), X13 və X14) Bakı İnzibati Məhkəməsinin 1 iyun 2022-ci il tarixli qərarı qismən, ““vergi orqanının xx.xx.2020-ci il tarixli qərarının iddiaçıya 630 manat gəlir vergisinin hesablandığı hissədə ləğv edilməsi” barədə iddia tələbinin rədd edildiyi” hissədə ləğv edilmişdir. İddia həmin hissədə təmin edilmişdir. Vergi orqanının xx.xx.2020-ci il tarixli qərarı “iddiaçıya 630 manat gəlir vergisinin hesablanması” hissəsində ləğv edilmişdir. İddiaçıya hesablanmış 630 manat vergi borcu və ona hesablanmış faizlərin silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)656/2022 saylı 01 iyun 2022-ci il tarixli qərarı qalan- “vergi orqanının xx.xx.2020-ci il tarixli qərarının iddiaçıya 210 manat vergi borcunun hesablandığı hissədə ləğv edilməsi və həmin vergi borcu və ona hesablanmış faizlərin silinməsi” barədə iddia tələbinin rədd edildiyi” hissədə dəyişdirilmədən saxlanılsın.11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh orqan tərəfindən iddiaçıya gəlir vergisi Prokurorluq orqanının təqdim etdiyi məlumatlar üzrə 2019-cu ilin yalnız 3 ayı- oktyabr, noyabr və dekabr ayları üzrə hesablana bilərdi. Çünki, 2019-cu ilin oktyabr ayından əvvəlki aylar üzrə də iddiaçıya məxsus obyektin icarədə olması və iddia çının bundan gəlir əldə etməsi faktı cavabdeh tərəfindən sübuta yetirilmir. Belə olan halda, cavabdeh orqanın iddiaçıya kameral qaydada hesabladığı 840 manat verginin yalnız 210 manat (500x3=1500x14%=210) hissəsi əsaslı olduğu üçün iddiaçının mübahisələndirdiyi xx.xx.2020-ci il tarixli qərar 630 manat (840-210=630) hissədə ləğv edilməlidir.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın iddia tələbinin rədd edilən hissəsinin ləğv edilməsini və iddia tələbinin həmin hissədə təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iş üzrə cavabdehin 30 iyun 2021-ci il tarixli etir azında mənə (VÖEN **********) verginin Bakı şəhəri Xətai Rayon Prokurorluğunun təqdimatı əsasında hesablanması qeyd edilmişdir. Lakin həmin təqdimatın verilməsinə əsas olmuş sənədlər məhkəməyə təqdim edilməmişdir. İddiaçının heç bir şəxs arasında nə yazılı, nə də şifahi icarə münasibətləri olmamışdır, heç bir məbləğdə icarə haqqı və hər hansı ödənişlər almamışdır. Bununla bağlı, iddiaçıya məlum olmayan təqdimatdan məlumatı yoxdur, heç bir vaxt Xətai Rayon Prokurorluğunda olmamışdır. Vergi orqanı da bununla bağlı mənimlə hər hansı araşdırma aparmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı 87.6 və 87.7ci maddəsinin tələblərini pozularaq qəbul edilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

15. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını cav abdehin iddia tələbinə etirazda göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Vergi Məcəlləsi Maddə

3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları... 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə

23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; Maddə

24. Vergi orqanlarının vəzifələri 24.0. Vergi orqanları: 24.0.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə;... 24.0.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə;... Maddə

37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral ve rgi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 17. “İnzibati icraat haqqında” Qanun: Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən is tinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.

18. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apellyasiya məhkəməsinin qərarı iddia tələbinin rədd edilən hissədə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHK ƏMƏSİNİN MÖVQEYİ

21. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.

22. İşin halları ilə müəyyən olunur ki, Bakı şəhəri Xətai rayon Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinə ünvanlanmış xx.xx.2020-ci il tarixli təqdimatda qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi 6 ünvanında yerləşən avtoyuma məntəqəsinin sahibi X7 tərəfindən vergi qanunvericiliyinin tələbləri pozulduğuna görə tədbirləri kobud surətdə pozulmaqla vergi ödəyicisi olmayan vətəndaşlar X11, X8 və X2 1 il müddətində aylıq 500 manat ödəmək şərtilə həmin avtoyuma məntəqəsini heç bir müqavilə bağl amadan icarəyə götürərək işlətmişlər. Odur ki, avtoyuma məntəqəsinin heç bir müqavilə olmadan icarəyə verməklə vergi qanunvericiliyin tələblərini pozduğuna görə X7 barəsində müvafiq tədbirlər görülməli, habelə görülən tədbirlər barəsində qanunla nəzərdə tutulmuş bir ay müddətinə rayon Prokurorluğuna məlumat verilməlidir.

23. Həmin təqdimat əsasında cavabdeh iddiaçı 3. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə **********649400 saylı xx.xx.2020-ci il tarixli qərarın surətindən müəyyən olunur ki, X5 (VÖEN: **********) 2019-cu il üzrə bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 840,00 manat vergi hesablanmışdır.

24. Lakin cavabdeh iddiaçıya vergi məsuliyyəti müəyyən edərkən araşdırma aparmadan sadəcə Xətai rayon Prokurorluğunun təqdimatı əsasında iddiaçı vergi borcu hesablamışdır. Həmin təqdimata əsas olan sənədlər tələb olunmamışdır.

25. İddiaçı tərəfindən 18 may 2022-ci il tarixdə məhkəməyə vəsatətlə müraciət edərək həmin təqdimatın verilməsinə əsas olan sənədləri tələb etsə də birinci instansiya məhkəməsi tərəfindən həmin vəsatət təmin edilməmişdir.

26. Həmçinin həmin təqdimatda qeyd olunur ki, Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi 6 ünvanında yerləşən avtoyuma məntəqəsinin sahibi X7 tərəfindən vergi qanunvericiliyinin tələbləri pozulmuşdur.

27. İş materiallarında olan MA seriyalı ******* saylıxx.xx.2012-ci il tarixli çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 68.0 kv.m olan qeyriyaşayış binası X6 xüsusi mülkiyyətindədir.

28. Göründüyü kimi, təqdimatda göstərilən ünvan ilə cavabde hin icarə münasibətlərinin mövcud olduğunu iddia etdiyi iddiaçının xüsusi mülkiyyəti olan ünvan fərqlidir. Cavabdehin təqdimata əsaslanaraq heç bir araşdırma aparmadan iddiaçı barəsində əsassız inzibati akt qəbul etmişdir.

29. Beləliklə, cavabdeh **********649400 saylı xx.xx.2020-ci il tarixli qərarı qəbul edərkən inzibati icraat haqqında hüquq normalarını və maddi hüquq normalarını pozmuşdur.

30. Həmçinin mübahisələndirilən inzibati akt özlüyündə qanunsuz olduğundan, həmin qərar nəticəsində cavabdeh tərəfindən hesablanmış faiz borcu da silinməlidir.

31. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 may 2023cü il tarixli, 2-1(103)-241/2023 nömrəli qərarı qismən - vergi orqanının xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi ilə bağlı iddianın rədd edilməsi hissəsində ləğv edilməli, iddia tam təmin edilməli, cavabdehin xx.xx.2020-ci il tarixli qərarının iddiaçıya 210 manat vergi borcunun hesablandığı hissədə ləğv edilməli, həmin vergi borcu və ona hesablanmış faizlərin silinməlidir.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 may 2023-cü il tarixli, 21(103)-241/2023 nömrəli qərarı qismən - vergi orqanının xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi ilə bağlı iddianın rədd edilməsi hissəsində ləğv edilsin. İddia tam təmin edilsin. Cavabdehin xx.xx.2020-ci il tarixli qərarının iddiaçıya 210 manat vergi borcunun hesablandığı hissədə ləğv edilsin, həmin vergi borcu və ona hesablanmış faizlərin silinsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar