Məhkəmə qərarları › İş №2-1(102)-2094/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2094/2019

19.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2094/2019 19.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Bakı İstintaq Təcridxanasına qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Vəkil iştirakı ilə İddiаçı İddiaçı cavabdeh Bakı İstintaq Təcridxanasına qarşı “qardaşı X1 ilə görüşməsinə icazə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 aprel 2019-cu il tarixli 21(103)-981/2019 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasə n işə Ali Məhkəmənin binasında 19.06.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Bakı İstintaq Təcridxanasına poçt vasitəsi ilə müraciət edərək qardaşı ilə görüşməsinə icazə verilməsini xahiş etmiş, cavabdeh iddiaçının müraciətinə cavab verməmişdir. İddiaçı cavabdeh Bakı İstintaq Təcridxanasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qardaşı X1 ilə görüşməsinə icazə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 2-1(82)1246/2019 saylı iş üzrə qəbul etdiyi 18 fevral 2019-cu il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xa hiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 aprel 2019-cu il tarixli 2-1(103)-981/2019 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 2-1(82)1246/2019 saylı iş üzrə qəbul etdiyi 18 fevral 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, hazırki iş üzrə iddiaçının tələbi inzibati məhkəmə icraatı qaydasında baxılan məsələlər sırasına aid olmadığından iddianın hazırki icraat qaydasında baxılması mümkün deyildir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 aprel 2019-cu il tarixli 2-1(103)-981/2019 nömrəli qərardadından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə id dia tələbi cinayət prosessual fəaliyyətindən irəli gəlmir. Belə ki, iddiaçının Bakı İstintaq Təcridxanasında saxlanılan qardaşı ilə görüşünə icazə vermək, bunu təmin etmək həmin təcridxananın rəhbərliyinin səlahiyyətinə aiddir və onun vəzifəsidir. Bundan əlavə, iddiaçının qardaşının təqsirləndirildiyi cinayət işinə baxan Bakı Ağır Cinayətlər Məhkəməsi məhkəmə nəzarəti qaydasında verilən şikayətlərə baxmaq səlahiyyətinə malik deyil. Hazırkı iddia tələbi İPM-nin 2.2.2-ci maddəsinə əsasən məcburetmə növündə iddialara aiddir. Kassator “Həbs yerində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun 19.6, 33.1.6-cı maddələrinə, “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsinə, CPM-nin 67.3, 69, 74.9, 442.1-ci maddələrinə, İPM-nin 2-ci maddəsinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 aprel 2019-cu il tarixli 2-1(103)-981/2019 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 aprel 2019-cu il tarixli 2-1(103)-981/2019 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 aprel 2019-cu il tarixli 2-1(103)-981/2019 n ömrəli qərardadı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə iddiaçının tələbi qardaşı X1 ilə görüşməsinə icazə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasıdır. Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 161.1.5-ci maddəsinə əsasən həbs edilmiş şəxslərin müdafiəçisi, qanuni nümayəndəsi, yaxın qohumları ilə və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərlə görüşlərini təmin etmək istintaq təcridxanasının müdiriyyətinin vəzifəsidir. “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun 19.8-ci maddəsinə əsasən tutulmuş şəxsin telefonla zəng etmək, həbs edilmiş şəxsin müdafiəçi istisna olmaqla, digər şəxslərlə görüşmək, telefonla zəng etmək və telefon danışıql arından istifadə etmək hüququ hazırlanan cinayətlərin qarşısını almaq, cinayət təqibini və şəxslərin təhlükəsizliyini təmin etmək məqsədi ilə cinayət prosesini həyata keçirən orqanın və ya həbs yerində rejimi təmin etmək zərurəti yarandıqda həbs yerinin müdiriyyətinin əsaslandırılmış qərarı ilə müəyyən müddətə məhdudlaşdırıla bilər. Belə qərar qəbul edildikdə tutulmuş və ya həbs edilmiş şəxs həmin hüquqlardan yalnız müvafiq qərarı qəbul etmiş orqanın yazılı razılığı olduqda istifadə edir. Bu maddədə nəzərdə tutulan hüquqların məhdudlaşdırılmasına dair qərardan qanunla müəyyən edilmiş qaydada məhkəməyə, həbs yerinin müdiriyyətinin qərarından isə habelə yuxarı vəzifəli şəxsə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə t əsdiq edilmiş İstintaq təcridxanalarının daxili intizam Qaydalarının 18.1-ci maddəsinə əsasən həbs edilmiş şəxs yaxın qohumları və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslər ilə ayda dörd dəfə 4 saatadək müddətə müvafiq şəraitdə və nəzarət altında görüşmək hüququna malikdir. Həmin Qanunun 18.2-ci maddəsinə əsasən həbs edilmiş şəxslərə qohumları və əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərlə görüşləri müdiriyyətin nümayəndəsinin iştirakı ilə verilir. Görüşün təqdim olunmasına etiraz edildikdə, həbs edilmiş şəxsin və ya onunla görüşmək istəyən şəxsin ərizəsində etirazın səbəbləri barədə qeyd aparılır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən görüşün təqdim edilməsinə icazə istintaq təcridxanasının rəisi tərəfindən həbs edilmiş şəxsin, yaxud görüşə gəlm iş şəxsin ərizəsi, şəxsiyyətini və qohumluq əlaqəsini təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi, pasport, hərbi qulluqçuların və hüquq mühafizə orqanları əməkdaşlarının xidməti vəsiqəsi və qəyyumluq orqanlarının sənədləri) əsasında verilir. Həbs edilmiş şəxslər və görüşə gəlmiş şəxslər ərizə blankları ilə müəssisənin müdiriyyəti tərəfindən təmin edilirlər. İşə baxan apellyasiya instansiya məhkəməsi CPM-nin 442-ci maddəsinə istinad edərək hesab etmişdir ki, hazırki iş üzrə iddiaçının tələbi inzibati məhkəmə icraatı qaydasında baxılan məsələlər sırasına aid olmadığından iddianın hazırki icraat qaydasında baxılması mümkün deyildir(Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 442.1-ci maddəsinə əsasən məhkəmə nəzarəti istintaq hərəkətlərinin məcburi aparıldığı, prosessual məcburiyyət tə dbirinin tətbiq edildiyi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirildiyi yer üzrə səlahiyyət daxilində müvafiq birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 442.2-ci maddəsinə (442.2.1-ci və 442.2.2-ci maddələrinə) görə məhkəmə hər kəsin azadlıq, mənzil toxunulmazlığı, şəxsi toxunulmazlıq, mülkiyyət hüququnu, şəxsi sirrinin (o cümlədən ailə həyatının, yazışmaların, telefon danışıqlarının, poçt, teleqraf və başqa məlumatların) saxlanılması hüququnu məhdudlaşdıran, habelə dövlət, peşə və ya kommersiya sirrini özündə əks etdirən məlumatları ilə bağlı istintaq hərəkətlərinin məcburi aparılmasına, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsinə və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair vəsatət və təqdimatlara, cinayət prosesini həy ata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında baxır). Halbuki, yuxarıda sadalanan normaların məzmunundan aydın olur ki, həbs edilmiş şəxslərin digər şəxslərlə görüşlərini təmin etmək istintaq təcridxanasının müdiriyyətinin vəzifəsidir və həmin görüşlərin təqdim edilməsinə icazə istintaq təcridxanasının rəisi tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş İnzibati orqanların Təsnifatının 2.1.8-ci bəndinə əsasən cəzaçəkmə müəssisələri və istintaq təcridxanaları inzibati orqanlardır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi hazırkı iş üzrə iddianın mümkünlük şərtlərin ə qiymət verərkən Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 161.1.5-ci maddəsinin, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş İstintaq təcridxanalarının daxili intizam Qaydalarının və “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun normalarını nəzərə almadan qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası he sab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməlidir. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi hazırkı iş üzrə iddianın mümkünlük şərtlərinə Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 161.1.5ci maddəsinin,o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş İstintaq təcridxanalarının daxili intizam Qaydalarının və “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun normalarını nəzərə alınmaqla yenidən qiymət verməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbə r tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiаçı İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 aprel 2019-cu il tarixli 2-1(103)-981/2019 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar