Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2094/2020 01.12.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: qeyri-yaşayış sahəsinə dair çıxarış və plan ölçünü verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsin ə qarşı “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, texniki pasportun verilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(105)-98/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Abşeron rayon Mehdiabad qəsəbəsi ərazisində 0,12 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. İddiaçıya Abşeron rayon Mehdiabad qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsində razılaşdırılmış eskiz əsasında ticarət obyektinin tikintisinə icazə verilmişdir.
3. İddiaçı xx.xx.2018-ci il tarixində ərizə ilə cavabdeh orqana müraciət edərək Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsini xahiş etmişdir.
4. Cavabdeh xx.xx.2018-ci il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və imtinanı belə əsaslandırmışdır ki, təqdim edilən sənədlərin forma və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyil. Sözügedən qeyriyaşayış binasının 103,0 m2 hissəsi zəbt edilmiş torpaq sahəsində inşa edilmiş, torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növü həyətyanı olduğu halda, təyinatı üzrə müəyyən edilmiş istifadə rejiminə uyğun tələbləri gözləmədən üzərində qeyri-yaşayış obyektinin tikildiyi müəy yən edilmişdir. Bundan başqa, müayinə zamanı 0,0120 ha. torpaq sahəsinin zəbt edildiyi, torpaq sahəsinin üzərində icazəsiz tikililərin olduğu aşkar edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2018-ci il tarixli, M-17139/03-24 saylı məktubunun qanunsuz hesab edilməsi, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binasının üzərində mülkiyyət hüququnun daşışnmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İ ddia ərizəsini belə əsaslandırmışdır ki, iddiaçı torpaq sahəsinin üzərində Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 318 nömrəli sərəncamı ilə 1158 m2 sahəsi olan ticarət obyekti inşa etmişdir. Tikinti işlərini yekunlaşdırdıqdan sonra xx.xx.2011-ci il tarixində binanın istismara qəbul edilməsi haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən akt tərtib edilmiş, həmin vaxtdan tikili ticarət obyekti kimi fəaliyyətə başlayaraq vətəndaşlara xidmət göstərməkdədir. İddiaçı tərəfindən heç bir torpaq sahəsinin zəbt edilməməsinə və binanı icazəsiz inşa etməməsinə baxmayaraq, cavabdeh həmin bina üzərində qeydiyyat hüquqlarının qeydə alınmasından imtina etmişdir. Halbuki, tikinti iddiaçının mülkiyyətində olan 0,12 ha. torpaq sahəsinin üzərində yerləşməklə şəhərsalma və tikinti normaları, qaydalarına uyğun inşa edilmişdir.
7. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binasının üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-135/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə (hakim – V.E.Əzizova) iddianın qismən təmin edilməsi, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən və iddiaçının xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binasının üzərində, əlavə 78,82 m2 torpa q sahəsində yerləşən hissəsi istisna olmaqla, iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
9. Məhkəmə hesab etmişdir ki, tikilinin istismara qəbul edilməsi barədə akt səlahiyyətli müvafiq icra hakimiyyəti orqanı tərəfindən tərtib edilmiş, həmin aktın tərtibatı zamanı qanunvericiliyin tələblərinin pozulmasına yol verildiyinə görə iddiaçı məsuliyyət daşımamalı və bununla bağlı onun hüquqları məhdudlaşdırılmamalıdır. Məhkəmə tikilinin yaşayış məntəqəsi kateqoriyalı torpaqlarda inşa edilməsi barədə cavabdehin dəlilinə münasibətdə qeyd etmişdir ki, bununla bağlı qanunvericilikdə hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır, yəni yaşayış mənt əqəsi kateqoriyasına aid torpaqlarda ticarət obyektinin inşa edilməsi qanunvericiliyin tələblərinə zidd deyildir və bu hal iddiaçının tələbinin təmin edilməsindən imtina üçün əsas ola bilməz.
10. İş üzrə alınmış mütəxəssis rəyinə əsasən iddiaçının inşa etdiyi qeyri-yaşayış sahəsinin 78,82 m2 ölçüdə hissəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin üzərində yerləşdiyi müəyyən edilmişdir. Həmin hissələr binanın ikinci mərtəbəsindən başlayaraq obyektin ön hissəsində 46,6 m2 təşkil edən çıxıntı, həmin çıxıntının altında yerləşən 18,46 m2 zirzəmiyə girişin bir hissəsi və çıxıntının altında olmayan 32,22 m2-dən ibarət zirzəmiyə girişin digər hissəsindən ibarətdir. Belə olan halda, həmin hissə (78,82 m2) istisna olmaqla qeyri-yaşayış sahəsinin üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alı nması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(105)-98/2020 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Z.İ.Məmmədov, hakimlər – F.Ə.Məmmədov və M.Ə.Rzayev) apellyasiya şikayətlərinin təmin edilməməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-135/2019 s aylı, xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etmişdir ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 318 saylı xx.xx.2008-ci il tarixli sərəncamı ilə iddiaçıya torpaq sahəsində ticarət obyektinin tikintisinə icazə verilmiş və həmin sərəncam qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunmamışdır. Həmin sərəncamla ticarət obyektinin tikintisinə icazə verilmiş və iddiaçı da ona əsaslanaraq özünə məxsus torpaq sahəsində ticarət obyekti tikmişdir. Bundan başqa, Abşeron Rayon Memarlıq və Tikinti Şöbəsi ilə razılaşdırılmış eskiz layihəsinə əsasən Abşeron rayon Mehdiabad qəsəbəsində həyətyanı sahədə qanuna müvafiq qaydada ticarət obyektinin tikintisi məqsədilə tikinti işlərinin aparılmasına etiraz edilməmişdir. Odur ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır.
15. Məhkəmə qərarı cavabdehə xx.xx.2020-ci il tarixində təqdim edilmişdir.
16. Məhkəmə qərarından cavabdeh xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(105)-98/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh kassasiya şikayətinin dəlillərində imtina məktubuna qeyd olunan əsaslara istinad etmişd ir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını əhəmiyyətli dərəcədə pozmuş və düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı ol madan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə i xtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 22. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəl illərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
23. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
24. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən, hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır.
25. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
26. Həmin Qanunun 24.3-cü ma ddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
27. İnzibati Prosessual Məcəllənin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzif əsi həmin inzibati orqanın üzərinə düşür.
28. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarını n tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Hazırkı qərarın 21-ci bəndində göstərilən normalardan görünür ki, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları göstərilmişdir və həmin əsaslardan biri olduğu halda inzibati orqanlar hüquqların dövlət qeydiyyatına alınmasında imtina edə bilərlər.
33. İşin apellyasiya instansiya məhkəməsində müəyyən edilən hallarından görünür ki, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərinə uyğun araşdırma aparmadan və yuxarıda qeyd edilən əsaslara istinad etmədən iddiaçının ərizəsini təmin etməmişdir.
33. Halbuki, inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparılmalı, bu zaman həmin icraatda aidiyyəti digər inzibati orqanların, iddiaçının və zəruri hesab edərsə digər maraqlı şəxlərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların əldə edilməsi ilə bağlı tədbirlər görməli idi.
34. Lakin cavabdeh hazırkı qərarın 22-25-ci bəndlərində göstərilən maddi hüquq normalarının tələblərinə zidd olaraq hər hansı araşdırma aparmadan (bu barədə cavabdeh hər hansı sübut təqdim etmədi) hərəkətsizliyə yol vermiş və məhkəmə araşdırması zamanı iddia ilə razılaşmayaraq öz etirazını əsaslandıra bilməmişdir.
35. Torpaq sahəsinin iddiaçı tərəfindən təyinatına uyğun istifadə edilməməsi barədə cavabdehin dəlilinə münasibətdə məhkəmələr haqlı olaraq qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş sənədlərlə (Abbşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 318 saylı sərəncamı, Abşeron Rayon Memarlıq və Tikinti Şöbəsi ilə razılaşdırılmış eskiz layihəsi) Abşeron rayon Mehdiabad qəsəbəsində həyətyanı sahədə qanunamüvafiq qaydada ticarət obyektinin tikinti işlərinin aparılması, həmin tikintinin aparılmasına icazə verilməsi sübut olunur və cavabdeh bu əsasla iddiaçının hüquqlarını dövlət reyestrində qeydə almaqdan imtina etməklə onun hüquqlarını pozmuşdur.
36. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia olduğundan hazırkı qərarın 27-ci bəndinə uyğun olaraq inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin hazırkı iş üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyindən belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İşə aşağı instansiya məhkəmələrində baxılarkən cavabdeh sözügedən qeyri-yaşayış sahəsinə dair dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsini istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etsə də, bunu sübut edə bilməmişdir.
37. Beləliklə, cavabdehin kassasiya şikayətinin dəlilləri əsassız olduğundan kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyidirilmədən qüvvədə saxlanılmalıdır.
38. Yuxarıda qeyd olun anlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(105)-98/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.