Məhkəmə qərarları › İş №2-1(102)-2094/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2094/2022

14.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2094/2022 14.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Quba rayon Zərdabi Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlük şərti; iddiaçının subyektiv hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Quba rayon Zərdabi Bələdiyyəsinə (üçüncü şəxs X5) qarşı “Quba rayon Zərdabi Bələdiyyəsinin 24 iyun 2020-ci il tarixli, 4 saylı qərarının X4 torpaq ayrılmasına dair hissədə ləğv edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati K ollegiyasının 2-1(105)-106/2022 nömrəli, 17 avqust 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. X5 xx.xx.2020-ci il tarixli ərizə ilə Quba rayon Zərdabi Bələdiyyəsinə müraciət edərək, yaşadığı binanın arxa tərəfində yerləşən 143 kv.m həyətyanı torpaq sahəsinin alqı-satqı yolu ilə ona satılmasını xahiş etmişdir.

2. Quba rayon Zərdabi Bələdiyyəsinin 24 iyun 2020-ci il tarixli, 4 saylı qərarına əsasən, K.Mirzəcaninin müraciəti məqsədəmüvafiq hesab edilmiş, bələdiyyə torpaqlarından 143 kv.m torpaq sahəsinin həyətyanı məqsədlə satılması ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması üçün aidiyyəti qurumlara müraciət edilməsi qərara alınmışdır.

3. Qub a rayon Zərdabi Bələdiyyəsinin 31 avqust 2020-ci il tarixli, 06 saylı qərarı ilə Zərdabi bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqlarına aid alqısatqı predmeti olan 0,01 ha torpaq sahəsinin həyətyanı məqsədlə mülkiyyətə verilməsi ilə bağlı müsabiqə və ya hərracın keçirilməsi üçün həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması qərara alınmışdır. 4. 2 dekabr 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən 0,01 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Zərdabi Bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

5. Quba rayon Zərdabi Bələdiyyəsinin 25 dekabr 2020-ci il tarixli, 10 saylı qərarına əsasən, həmin torpaq sahəsinin fər di yaşayış evinin tikintisi məqsədilə müsabiqə və hərrac keçirilmədən X1 qərara alınmışdır. 6. 29 dekabr 2020-ci il tarixdə notarial qaydada 0,01 ha torpağın AN seriyalı ******* nömrəli alqı-satqısı müqaviləsi bağlanılmış və X3 həmin torpaq sahəsinə dair hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla bununla bağlı xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Quba rayon Zərdabi Bələdiyyəsinin 24 iyun 2020-ci il tarixli, 4 saylı qərarının X4 torpaq alqısatqısı barədə qərarının və 29 dekabr 2020-ci il tarixli, AN-İ ******* saylı Zərdabi bələdiyyəsi ilə X5 arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. Daha sonra iddiasını dəqiqləşdirərək Quba rayon Zərdabi Bələdiyyəsinin 24 iyun 2020-ci il tarixli, 4 saylı qərarının X4 torpaq alqı-satqısına dair hissədə ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə protokola əsasən icraata qəbul edilmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonu Zərdabi qəsəbəsində yaşadıqları mənzil iki mərtəbəli səkkiz mənzilli binada yerləşir. Həmin binanın həyətində yerləşən 143 kv.m torpaq sahəsi uzun müddətdir ki, iddiaçının istifadəsində olmuşdur. Həmin sahədə ağaclar, gül-çiçək əkib-becərmişlər. Müxtəlif illərdə həmin sahənin iddiaçıya satılması və ya icarəyə verilməsi barədə Zərdabi Bələdiyyəsi nə müraciət etsə də, bələdiyyə tərəfindən həmin sahə mübahisəli olduğu üçün icarə müqaviləsinin bağlanması təxirə salınmış və ümumi istifadədə olan sahə olduğu üçün alqı-satqı predmeti ola bilməməsi bildirilmişdir. Sonradan ona məlum olmuşdur ki, 2020-ci ildə X5 iddiaçının istifadəsində olan torpaq sahəsini bələdiyyədən icarəyə alıb, hətta tikili inşa edir. Bununla əlaqədar bələdiyyəyə müraciət etdikdə, bələdiyyədən ona bildirilmişdir ki, icarə müqaviləsi bir illik bağlanıb, müddət başa çatdıqdan sonra müraciətlərinə ədalətlə baxılacaqdır. İddiaçı qonşuluq münasibətlərini nəzərə alaraq həmin sahənin bərabər hissədə olmaqla ikisinin istifadəsinə verilməsinə etiraz etməmişdir. Müraciətlərinə baxılmadığından müxtəlif instansiyalara müraciət etdikdən sonra ona məlum olmuşdur ki, Zərdabi Bələ diyyəsinin 24 iyun 2020-ci il 4 saylı qərarı ilə 29 dekabr 2020-ci il tarixində Zərdabi Bələdiyyəsi ilə X5 arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Hesab edir ki, yaşadıqları mənzilin ümumi istifadəsində olan torpaq sahəsi gizli formada və qanunsuz olaraq Könül Mirzəcaninin mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin alqı-satqısı barədə bələdiyyə qərarı ilə hüquqları pozulmuşdur. Belə ki, "Bələdiyyə torpaqlarının idarə olunması” haqqında Qanunun 7.2-ci maddəsinə əsasən, ümumi istifadədə olan...... torpaqlar xüsusi mülkiyyətə verilə bilməz”.

10. Üçüncü şəxs tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı iddia ərizəsində yazılanlar tam əsassızdır, iddiaçı ərizədə yazır ki, uzun müddətdir ki, guya Quba rayon Zərdabi qəsəbəsində ki, mənzilin həyətində ki, 1 43 km torpaq sahəsi onların ixtiyarındadır. Halbuki, 20 ildən yuxarıdır ki, adı çəkilən binanın 1-ci mərtəbəsində özü yaşayır və 143 km torpaq sahəsi öz istifadəsindədir, mənzilinin giriş-çıxışına aiddir, mənzilinin pəncərəsinin qarşısındadır, iddiaçının yazdıqlarına əsaslansalar adı çəkilən torpaq sahəsi başqa şəxslərə verilsəydi üçüncü şəxsin giriş-çıxış və evinin pəncərələri bağlanmalıdır. Buna görə də 20 ildən yuxarı istifadəsində olan torpaq sahəsi qanunla nəzərdə tutulma qaydalarına uyğun olaraq Bələdiyyə həmin torpağın üçüncü şəxsin istifadəsində olması və onun evinin giriş - çıxışı olmasına görə üçüncü şəxslə alqı-satqı olunub. İddiaçı onun 3 övladla dul qalmağından və qərəzlik yaradaraq istifadəsində və mülkiyyətində olan torpaq sahəsinə maneəçilikdən başqa məqsədi olmamışdır. İdd iaçı iddiasını qəbul etmir və bunu onunla əsaslandırır ki, iddiaçı onun evinin giriş-çıxışını bağlamaq və evinin pəncərələrinin önünü kəsmək istəyir. Dəfələrlə adı çəkilən torpaq sahəsinə görə iddiaçı ilə aralarında söz-söhbətlər olmuşdur. Hətta iddiaçının böyük oğlu X7 ona xəsarət yetirdiyinə görə inzibatı tənbeh verilərək Quba rayon Məhkəməsi 20 gün həbs etmişdir.

11. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1085/2021 nömrəli, 27 avqust 2021-ci il tarixli qərarı ilə (sədrlik edən hakim İ.R.Quliyev) iddia tələbi təmin edilmiş, Quba rayon Zərdabi Bələdiyyəsinin 24 iyun 2020-ci il tarixli, 4 saylı qərarı X4 torpaq ayrılması ilə bağlı hissədə ləğv edilməsi qərara alınmışdır.

12. Məhkəmə qeyd etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinin faktiki istifadəsi ilə bağlı iddiaçı ilə üçüncü ş əxs X5 arasında mübahisə olduğu, iddiaçının həmin torpaq sahəsinin onun icarəsinə və ya mülkiyyətinə verilməsi ilə bağlı iradəsinin mövcud olduğu və cavabdehin bundan məlumatlı olduğu halda, mübahisə predmeti olan torpaq sahəsinin üçüncü şəxsə satılması ilə bağlı inzibati icraata iddiaçının cəlb edilməməsi qanunvericiliyin tələblərinə zidd olmuşdur. Cavabdeh bələdiyyə mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının istifadəsində olmasını təsdiq etdiyi halda, onu inzibati icraata cəlb etmədən inzibati icraat aparmış, bununla da həm inzibati icraatla bağlı qanunvericiliyin, həm də bələdiyyə torpaqları ilə bağlı qanunvericiliyin tələblərinə əməl etməmiş və nəticədə iddiaçının hüquqlarını pozmuşdur. Bu baxımdan, məhkəmə iddianı təmin etmişdir.

13. Üçüncü şəxs qərardan apellyasiya şikayəti v erərək, qərarın ləğv edilməsini xahiş etmişdir.

14. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-106/2022 nömrəli, 17 avqust 2022-ci il tarixli qərardadı ilə (hakimlər: H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, Z.T.Məmmədov və F.Ə.Məmmədov) apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, üçüncü şəxsə satılan torpaq sahəsinin ümumi istifadədə olan torpaq sahəsi olması ilə bağlı iddiaçının dəlilinə münasibətdə işdə olan sənədlərdən görünür ki, sö zügedən 0.01 ha torpaq sahəsi yaşayış məntəqələri kateqoriyasına aid olmaqla həyətyanı torpaq sahəsidir. Beləliklə, Zərdabi Bələdiyyəsi xx.xx.2020-ci il tarixli, 04 saylı qərarı qəbul edərkən qanunvericiliklə ona verilmiş hüquqlardan istifadə etməklə mülkiyyətində olan sahəyə dair sərəncam vermişdir. Bundan başqa kollegiya qeyd edir ki, hazırkı mübahisəyə məhkəmədə baxılan ərəfədə 25 fevral 2022-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Zərdabi Bələdiyyəsi tərəfindən iddiaçının yaşadığı binanın qarşısında yerləşən sahədən 0,0245 ha torpaq sahəsi iddiaçının ailə üzvü X2. Beləliklə, kollegiyanın qənaətinə görə, iddiaçı sözügedən torpaq sahəsinə dair hər hansı hüquq sahibi olmadığı üçün həmin sahəyə dair Bələdiyyə tərəfindən verilmiş qərarı mübahisələndirmək hüququna malik deyildir. İşə baxan birinci instansiya məhkəməsi isə işin qeyd edilən xüsusatını nəzərə almadan iddia tələbinə mahiyyəti üzrə baxmışdır.

17. İddiaçı qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının bələdiyyə torpağını bələdiyyə ərazisində yaşayan vətəndaş olaraq üçüncü şəxs K. Mirzəcani kimi almaq hüququ olmasını və bu hüququn cavabdeh və 3-cü şəxs tərəfindən necə məhdudlaşdırılmasına yönələn halları, sənədləri məhkəmə kollegiyasının təsdiq etməməsi təəssüf doğurur.

19. İş materiallarına əlavə ed ilmiş işin 155-ci səhifəsinə tikilmiş torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, cavabdeh iddiaçının mübahisəli torpağı almaq hüququna maneə yaratmaq üçün 3-cü şəxs Mirzəcani Könüllə xx.xx.2020-ci ildə həmin 143 kv.m torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixə kimi icarə müqaviləsi bağlamışdır. Həmin müqavilədə K.Mirzəcaninin torpağın icarəyə verilməsi barədə ərizəsi olması göstərilmir.

20. İş materiallarının 62-ci səhifəsindən məlum olur ki, Könül Mirzəcani xx.xx.2020-ci ildə Zərdabi Bələdiyyəsinin sədri Aygün Sadıqovaya ərizə yazır ki, “balkonumun arxa tərəfində olan 143 kv.m həyətyanı sahəni mənə satın.” İşin 62-ci səhifəsindən məlum olur ki, Aşkari Şahnaz, yəni iddiaçının həyət yoldaşı xx.xx.2020-ci il tarixdə Bələdiyyə sədri Aygün Sadıqovaya ərizə verir ki, “ pəncərəmin altındakı 143 kv.m həyətyanı torpaq sahəsini mənə icarəyə verəsiniz”. Bələdiyyə sədri Aşkari Şahnazın xx.xx.2020- ci il tarixli ərizəsinə xx.xx.2020-ci il tarixdə dərkənar qoyub ki, “mühasib əmrləşdirin”. Mirzəcani Könülün ərizəsinə xx.xx.2020-də dərkənar qoyub ki, “qeydiyyata alın”. Bundan sonra Zərdabi Bələdiyyəsi xx.xx.2020-ci il tarixli 4 N°-li qərarı ilə Könül Mirzəcaniyə 143 kv.m torpaq satılması barədə qərar qəbul edir. Aşkari Şahnazın ərizəsi müzakirə edilmir, hansı ki, bələdiyyə sədri 01,06.2020-ci il tarixdə dərkənar qoyub ki, “mühasib əmrləşdir”. İş materiallarının 60-cı səhifəsindən məlum olur ki, Zərdabi Bələdiyyəsi xx.xx.2019-cu il tarixli Aktla təsdiq edib ki, mübahisəli torpaq sahəsi sovetlər dönəmindən İddiaçı istifadəsindədir. Hazırda həmin torpaqda onun tərəfi ndən əkilmiş və qulluq edilmiş müxtəlif növ ağaclar mövcuddur.

21. Bütün bunlar göstərir ki, cavabdeh Zərdabi Bələdiyyəsi iddiaçının torpağın, onun icarəsinə verilməsi barədə xx.xx.2020-ci il tarixli ərizəsini Bələdiyyənin xx.xx.2020-ci il tarixli iclasında müzakirəyə və baxılmağa çıxarmadığından, münasibət bildirmədiyindən onun yaşadığı ərazidə bələdiyyə mülkiyyətində olan torpaq sahələrindən digər vətəndaşlar kimi istifadə, icarə, mülkiyyət hüququ əldə etmə hüquqları pozulmuşdur.

22. Şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci hissəsinə və İPM-in 35.1-ci maddəsinə istinad edilmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

24. İnzib ati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim o lunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən hədd ə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, mübahisəli hüquq münasibətini tənzim ləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar olmamışdır.

28. İşin hallarına görə Quba rayon Zərdabi Bələdiyyəsinin 24 iyun 2020-ci il tarixli, 4 saylı qərarına əsasən bələdiyyə torpaqlarından 143 kv.m torpaq sahəsinin həyətyanı məqsədlə satılması ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması üçün aidiyyəti qurumlara müraciət edilməsi qərara alınmış, bələdiyyənin 31 avqust 2020-ci il tarixli qərarı ilə bələdiyyənin mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqlarına aid alqı-satqı predmeti olan 0,01 ha torpaq sahəsinin həyətyanı məqsədlə mülkiyyətə verilməsi ilə bağlı müsabiqə və ya hərracın keçirilməsi üçün həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət h üququnun qeydiyyata alınma proseduruna başlanması qərara alınmış, xx.xx.2020-ci il tarixli çıxarışa əsasən 0,01 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə bələdiyyənin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, bələdiyyənin 25 dekabr 2020-ci il tarixli, 10 saylı qərarına əsasən, həmin torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə müsabiqə və hərrac keçirilmədən X1 qərara alınmışdır.

29. Hazırkı iş üzrə iddiaçının tələbi 24 iyun 2020-ci il tarixli, 4 saylı qərarın ləğv edilməsi ilə bağlıdır.

30. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanu nvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının hüquqi marağının olmasıdır.

31. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarın 6.1-ci bəndində qeyd edilir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatma q üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Həmin qərarın 6.2-ci bəndinə görə iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

32. Qanunvericilikdə torpaq sahəsi üzərində bələdiyyə mülkiyyətinin qeydə alınması prosedurunu qadağan edən birbaşa norma nəzərdə tutulmamışdır.

33. Bələdiyyə ona məxsus torpaq sahəsinə sərəncam vermək məqsədilə həmin torpaq sahəsinə bələdiyyənin hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün mütləq müəyyən prosedur hərəkətlərə başlamalıdır. Belə hərəkətə başlamaq üçün hazırkı halda bələdiyyə tərəfindən 24 iyun 2020-ci il tarixli qərar qəbul edilmişdir.

34. Bələdiyyən in qəbul etdiyi qərarda istər iddiaçı, istərsə də üçüncü şəxsə torpaq sahəsi ayrılması ilə bağlı, həmçinin iddiaçının hüquqlarının pozulması ilə bağlı heç bir bənd və müddəa mövcud olmamışdır.

35. Odur ki, məhkəmə tərkibi hesab edir ki, hazırkı mübahisəyə münasibətdə qeyd olunmuş səbəblərdən iddiaçının hüquqi marağının mövcudluğu təsdiq olunmur.

36. İddiaçının tələbinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, torpaq sahəsi üzərində sərəncam vermək məqsədilə həmin torpaq sahəsinə hüququn qeydə alınması üçün prosedura başlama barədə qərar qəbul etmək, qanunvericiliklə bələdiyyənin hüququdur və bu hüququn məhdudlaşdırılması ilə bağlı iddiaçının tələb irəli sürməsi üçün yuxarıda qeyd edilən əsaslara görə hüquqi marağı mövcud olmamışdır.

37. Apellyasiya instansiyası məhkəməsi iddiaçının subyek tiv hüququ olmaması əsası ilə iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası hesab edir ki, “Quba rayon Zərdabi Bələdiyyəsinin 24 iyun 2020-ci il tarixli, 4 saylı qərarının ləğv olunması tələbi üzrə iddiaçının hüquqi marağı mövcud olmadığından iddia mümkün iddia deyildir.

38. İPM-in 96.7-ci maddəsinə görə mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir.

39. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərardadının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərardad digər əsaslar üzrə düzgün olduğundan, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-106/2022 nömrəli, 17 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar