Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2094/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (iddianın mümkünlüyü; subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 24.08.2023 hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Qəribov Bəhman Fərhad oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2013-cü il tarixli, 54 nömrəli sərəncamın ləğv edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(104)-354/2023 nömrəli, 18 may 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxara q aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xx.xx.2013-cü il tarixli, 54 nömrəli sərəncamın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Başçısının 21 noyabr 2011-ci il tarixli, 150 saylı sərəncamı ilə Ceyrançöl qış otlaq sahəsindən 195 ha sahə İddiaçı rəhmətlik əri X3 10 il müddətinə icarəyə verilib. Həmin sərəncam əsasında tərəflər arasında 21 noyabr 2011-ci il tarixli, 11 nömrəli icarə müqaviləsi bağlanılmışdır. Bundan sonra Gədəbəy rayonu Qoşabulaq kənd sakinləri Məmmədov Əli və Məmmədov Rizvan tərəfindən həmin qış otlaq sahəsi zəbt olunub. İddiaçı bununla bağlı müvafi q orqanlara şikayətlər etmişdir. X3 verilən sərəncamdan 2 il sonra həmin sahə Gədəbəy rayonu Qoşabulaq kənd sakini X4 Cavabdeh başçısının 15 aprel 2013-cü il tarixli, 54 nömrəli sərəncamı ilə 10 il müddətinə icarəyə verilmişdir. İddia tərəf hesab edir ki, Cavabdeh Başçısının müvafiq sərəncamı əsasında İddiaçı rəhmətlik yoldaşı ilə bağlanılan icarə müqaviləsi qüvvədə olduğu zaman əsassız olaraq 2013- cü il tarixdə İcra Hakimiyyəti tərəfindən yeni sərəncam verilərək Gədəbəy rayonu Qoşabulaq kənd sakini X7 ilə eyni sahənin istifadəsi ilə bağlı icarə müqavilə bağlanılmışdır. Odur ki, həmin sərəncamı qanunsuz hesab edir. Cavabdeh başçısının 7-12/128 nömrəli 19 oktyabr 2022-ci il tarixli cavab məktubundan göründüyü kimi sərəncamının ləğvinə dair etdiyi müraciətə müsbət reaksiya verilməmişdir.
3. Belə ki, Cavabdeh başçısına ünvanladığı ərizə ilə 15 aprel 2013-cü il tarixli 54 nömrəli sərəncamının ləğv edilməsini xahiş edilmişdi. İcra Hakimiyyəti başçısının aparatı öz mövqeyini belə əsaslandırmışdır ki, ərizəçinin mərhum həyat yoldaşı X5 ilə rayon icra hakimiyyəti arasında xx.xx.2011-ci il tarixdə Çeyrançöl qış otlaq sahəsinə dair icarə müqaviləsi bağlanılmışdır. Lakin müqavilənin şərtlərinə əməl olunmadığından həmin müqaviləyə xitam verilmişdir. Bildirilib ki, Cavabdeh başçısının 15 aprel 2013-cü il tarixli, 54 nömrəli sərəncamının ləğv edilməsi üçün məhkəməyə müraciət etmək hüququ vardır. Həmin 19 oktyabr 2022-ci il tarixli imtina məktubu poçta 27 oktyabr 2022-ci ildə verilmiş, rəsmi qaydada isə poçt tərəfindən xx.xx.2022-ci il tarixdə poçt vasitəsi ilə təqdim edilmişdir. (bütün bunlar imtina məktubuna əlavə olunmuş zərfə vurulmuş möhürdən görünür). Yuxarıda göstərilən məktubda müqavilə şərtlərinə əməl olunmaması göstərilsə də, müqavilənin hansı şərtinin pozulması qeyd olunmamış və həmin şərtin pozulmasının müqaviləyə xitam verilməsi üçün səbəb olması əsaslandırılmamışdır. Belə ki, icarə müqaviləsinin 2.14-cü bəndində göstərilir ki, tərəflərdən hər hansı biri bu müqavilədə göstərilmiş öhdəlikləri pozduqda o biri tərəf rəsmi olaraq qaydaları pozmuş tərəfə faktlar haqqında məlumat verir. Pozulmuş qaydalar 60 gün müddətində düzəlməzsə, mövcud qanunlar əsasında müvafiq orqanlar və ya məhkəmə qarşısında iddia qaldırır. Düzəldilməsi mümkün olan qayda pozğunluğu, müqavilənin pozulmasına əsas vermir. Həmçinin qeyd edilir ki, ərizəçinin mərhum həyat yoldaşı X5 ilə rayon ic ra hakimiyyəti arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 11 nömrəli torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilənin 1.3-cü bəndində göstərilir ki, torpaq sahəsi icarəyə verən tərəfindən icarəçiyə heyvandarlığın inkişafi üçün verilib. İddiaçının özü və mərhum həyat yoldaşı, yəni icarəçi həmin torpaq sahəsindən də örüş kimi məhz heyvandarlıqla səmərəli məşğul olmaq üçün istifadə ediblər. Lakin sonradan qanunsuz olaraq sərəncam əldə edib torpağı zəbt edən şəxslər buna imkan verməmişlər. Ərazinin qanunsuz zəbt olunmağı ilə bağlı müvafiq polis şöbəsinə, rayon prokurorluğuna İcra Hakimiyyətinə müraciətlər, şikayətlər olsa da mübahisə ilə əlaqədar heç bir tədbir görülməmişdir.
4. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-980/2023 nömrəli, 14 fevral 2023-cü il tarixli qərardadı ilə (hakim Z. A.Quliyev) iddia mümkün sayılmamışdır.
5. Məhkəmə qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi ilə bağlı subyektiv hüququnun yaranması üçün Torpaq Məcəlləsinin 55-ci maddəsində sadalanan əsaslardan hər hansı biri olmalıdır. Yəni iddiaçının torpaqdan istifadə etməsinə ixtiyar verən müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və onlarla bağlanan müqavilə, bu torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair məhkəmə qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər əsaslar mövcud deyildir. İddiaçının ərizəsində qeyd etdiyi Cavabdeh Başçısının 21 noyabr 2011-ci il tarixli, 150 saylı sərəncamı və icarə müqaviləsi isə ləğv edilmiş, bununla da iddiaçının mübahisəli torpaq sahəsinə hüququ aradan qalxmışdır.
6. İddiaçı ape llyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini, işin mahiyyəti üzrə baxılmaq üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
7. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-354/2023 nömrəli, 18 may 2023-cü il tarixli qərardadı ilə (hakimlər R.Z.Mamedov /sədrlik edən və məruzəçi/, A.V.Bayramov və A.V.İsgəndərova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
9. İddiaçı kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞ İ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
10. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, X6 rəhmətə gedəndən sonra onun prosessual hərəkətlərdə (məhkəmə iclasında) prosessual hüquq varisi kimi məhz həyat yoldaşı kimi hazırki İddiaçı qəbul olunmalıdır. Çünki onun qanun üzrə vərəsəsi kimi icarədar qismində məhz İddiaçı tərəfindən məhz onun həyat yoldaşından sonra üçüncü şəxsə sərəncamın qanunsuz verilməsi barədə bir çox orqanlara da müraciəti, şikayətlər olunmuşdur. Ona görə iddianın məhz subyektiv hüquq (iddiaçı tərəfindən verilə bilməməsi) səbəbdən iddianın mümkün sayılmaması barədə Gəncə İnzibati Məhkəməsinin qərarını qanunsuz hesab edirik. Həmçinin qeyd edirik ki, iddiaçının həyat yoldaşı X1 üçüncü şəxsə sərəncam verilərkən o onkoloji xəstə olmuş, ona görə də məhkəməyə sərəncamın ləğvi ilə bağlı müraciət edə bilməmişdir. Torpaq Məcəlləsinin 55ci maddəsində göstərildiyi kimi hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüququ bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilə ilə iddiaçının həyat yoldaşı X6 nda yaranıb, vərəsəlik hüququ əsasında prosessual hüquq varisliyi ilə də İddiaçı keçib.
11. Həmçinin qeyd edir ki, xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016-cı ildə vəfat etmiş X2 vərəsələri: ünvan 2 ünvanında qeydiyyatda olan arvadı İddiaçı (AZE0*******, xx.xx.2004 Binəqədi RPİ, FİN:xxxxxxx, d/t:05, 03.1954) və o mirasdan 2/1 hissədə pay almalıdır. Burada qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə minik avtomobilinə verilsə də, ümumilikdə o nəticəyə gəlinir ki, İddiaçı əri X6 qanun üzrə prosessual hüquq varisidir.
12. Gəncə Apellyasiya Məhkəməsi bildirir ki, mübahisəli torpaq sahəsinin hər bir halda iddiaçıya aid olması barədə ilkin hüquq müəyyənedici sənədlər yoxdur, yəni bir növ iddiaçı torpaq sahəsinə dair özünün titul sahibliyini aşkara çıxarda bilməmişdir ki, hazırda da digər şəxslərin mülkiyyət hüququnu təsdiq edən sənədin ləğvini xahiş etsin. Beləliklə də, yuxarıda qeyd olunan hallar hazırkı iddia ilə bağlı iddiaçının subyektiv hüququ istisna edir. Halbuki tərəflər arasında bağlanan icarə müqaviləsi ilkin hüquqmüəyyənedici sənəd kimi qəbul oluna bilər.
13. Qeyd edir ki, iddiaçının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin əldə etməsi onun bu iş üzrə prosessual hüquq varisi olmasının göstəricisidir.
14. Gəncə Apellyasiya Məhkə məsi qeyd edir ki, iddiaçının ərizəsində qeyd etdiyi Cavabdeh Başçısının 21 noyabr 2011-ci il tarixli, 150 saylı sərəncamı və icarə müqaviləsi isə ləğv edilmiş, bununla da iddiaçının mübahisəli torpaq sahəsinə hüququ aradan qalxmışdır. Bu da iddianın mümkün sayılmaması üçün əsaslardan biridir.
15. Bununla bağlı qeyd edir ki, məhkəmə bu məsələdə yanlışlığa yol vermiş, inzibati işin mahiyyəti bağlı mübahisəyə qiymət vermişdir. Halbuki biz onu mübahisələndirir ki, tərəflər arasında icarə müqaviləsi qüvvədə ola-ola Cavabdeh qanunsuz olaraq iddiaçı tərəfə müqavilənin ləğvi məsələsi ilə bağlı bildiriş göndərmədən özbaşına ləğv etmiş, digər üçüncü şəxslə icra müqaviləsi bağlamışdır. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
18. İnzibati Prosessual Məcəllə Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılması nın hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətç inin tələbləri göstərilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
22. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələ rinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Qanunvericiliyi n yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi hazırkı iş üzrə iddianın mümkünsüzlüyünün əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
25. Bununla yanaşı məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
26. İstənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının ə saslandırdığı hallarda mümkün hesab edilir.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
28. İşin hallarına əsasən ilk öncə qeyd edilməlidir ki, iddiaçının mərhum h əyat yoldaşı X6 ilə cavabdeh arasında 21 noyabr 2011-ci il tarixdə bağlanmış icarə müqaviləsinin şərtlərinə uyğun olaraq 195 ha torpaq sahəsi 10 il müddətinə, yəni 21 noyabr 2021-ci il tarixədək icarəyə verilmiş, lakin həmin müqavilənin şərtlərinə əməl olunmaması əsası ilə müqaviləyə xitam verilmiş və hazırda mübahisələndirilən qərarla torpaq sahəsi başqa şəxsə icarəyə verilmişdir. X6 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir.
29. Bununla bağlı məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, mübahisəli torpaq sahəsinin hər bir halda iddiaçıya aid olması barədə ilkin hüquq müəyyənedici sənədlər yoxdur, yəni bir növ iddiaçı torpaq sahəsinə dair özünün titul sahibliyini aşkara çıxarda bilməmişdir ki, hazırda da digər şəxslərin mülkiyyət hüququnu təsdiq edən sənədin ləğvini xahiş etsin. Beləliklə də, yuxarıda qeyd olunan hallar hazırkı iddia ilə bağlı iddiaçının subyektiv hüququ istisna edir.
30. Nəzərə alınmalıdır ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi ilə bağlı subyektiv hüququnun yaranması üçün Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsində sadalanan əsaslardan hər hansı biri olmalıdır. Yəni onun torpaqdan istifadə etməsinə ixtiyar verən müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və onlarla bağlanan müqavilə, bu torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair məhkəmə qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər əsaslar mövcud deyildir. İddiaçının ərizəsində qeyd etdiyi Cavabdeh Başçısının 21 noyabr 2011-ci il tarixli, 150 saylı sərəncamı və icarə müqaviləsi isə ləğv edilmiş, bununla da iddiaçının mübahisəli torpaq sahəsinə hüququ aradan qalxmışdır.
31. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
32. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsi nin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-354/2023 nömrəli, 18 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.