Məhkəmə qərarları › İş №2-1(102)-2095/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2095/2019

17.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2095/2019 17.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarların qanunsuz hesab edilməsi və qaçqın statusunun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi Koll egiyasının 2-1(103)-834/2019 nömrəli, 03 aprel 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 17 iyul 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra – iddiaçı) Əfqanistan İslam Respublikasının vətəndaşıdır. O, ailə üzvləri (əri, 1985-ci ıl təvəllüdlü X3 və qızı, 2013-cü il təvəllüdlü X5) ilə birlikdə 26 aprel 2018-ci il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə (bundan sonra - cavabdeh) müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına 86-2018 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla müsahibə keçirilmişdir. Cavabdehin 25.07.2018-ci il tarixli, İQ-88/4 nömrəli qərarı ilə ona qaçqın statusu verilməsindən imtina edilmişdir. Həmin qərarla razılaşmayan iddiaçı cavabdehin şikayət instansiyasına şikayətlə müraciət etmiş, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin 03.10.2018-ci il tarixli, 261 nömrəli qərarı ilə şikayət əsassız olduğundan təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, iddiaçı cavabdehin üzərinə ona qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin qoyulması, tərəflər arasındakı hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-88/4 nömrəli 25 iyul 2018-ci il tarixli qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarının və o nun şikayət instansiyasının 261 saylı 03 oktyabr 2018-ci il tarixli inzibati şikayətin təmin edilməməsi haqqında qərarının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1989-cu ildə Əfqanıstanın Ghazni vilayətinin Jagori rayonunun Hotqool kəndində anadan olmuşdur, Əfqanıstan vətəndaşıdır, etnik mənsubiyyətinə görə Hazaradır (Şiə). Evlidir və bir qızı var. Ailə üzvləri onunla birlikdə Azərbaycana gəliblər. Onun yeddi bacı-qardaşı var. Onun iki qardaşı İranda, biri İndonoziyada, digəri isə Norveçdə yaşayır. Bacıları Əfqanıstandadır. Valideyinlərı də Əfqanıstanda yaşayır. O, orta təhsilini yerli məktəbdə alıb, ailəsinin maddi çətinliyi səbəbindən təhsilini davam etdirə bilməmişdir. 2008-ci ildən başlayaraq o, fars dili üzrə müəllimə işləyib, həmçinin “X4" məktəbində rəsm çəkməklə bağlı dərslər verib. O, 2017-ci ilin noyabr-dekabr aylarında əri ilə birlikdə qızını Ghazni vilayətinə həkimə apararkən yolda Taliban tərəfindən saxlanılıblar. Avtobusda onlardan əlavə daha iki kişi olub. Onlar əvvəl kişiləri yoxlayıb, daha sonra ona yaxınlaşıblar. Onun çantasını yoxlayan zaman orada əmək kitabçası və maaş kartını görüblər. Onlar onun müəllimə olduğunu bildikdə onu təhqir etməyə başlayıblar. Bundan sonra onu harasa aparmaq istəyiblər, lakin o, ağalayıb və onu buraxmaları üçün onlara yalvarıb. Söz verib ki, müəllimə kimi fəaliyyətinə son qoyacaq. Onlar onun barmaq izlərini götürüb, şəklini çəkib və bir daha müəllimə işləməyəcəyinə söz verdiyi ərizə imzaladıblar. Bundan sonra onları sərbəst buraxıblar. O və ailəs i Qəzniyə gəlib, burada bir neçə gün qaldıqdan sonra Kabilə gediblər. Kabildə 1516 gün qaldıqdan sonra 24 fevral 2018-ci ildə ailəsi ilə birlikdə Azərbaycana gəliblər. O, 26 aprel 2018-ci ildə cavabdehə müraciət edərək ona sığınacaq verilməsini xahiş etmişdir. Cavabdeh onun qeydiyyata alınmasına dair şəxsi iş açaraq onunla müsahibə keçirib. Cavabdeh 25 iyul 2018-cı ildə onun sığınacaq vəsatətini rədd edib. O, cavabdehin qərarından inzibati şikayət verib. Verilmiş iddianı müdafiə edir vəhesab edir ki, iddiası tam əsaslıdır. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə rəsmi qaydada hər h ansı münasibət bildirilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-393/2019 nömrəli, 15 yanvar 2019-cu il tarixli qərarı ilə (hakim: A.A.Abdullayeva) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya qaçqın statusunun verilməsi üçün qanunla müəyyən edilmiş əsaslar olmadığından cavabdehin imtinası qanuni və əsaslıdır. Məhkəmənin həmin qərarından iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-834/2019 nömrəli iş üzrə 03 aprel 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: M.N.Tağızadə, hakimlər: Ü.A.Mayılov və K.N.Abiyeva) apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-393/2019 nömrəli, 15 yanvar 2019-cu il tarixli qərarı dəyişdir ilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı kasassiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, cavabdehin qərarı (əlverişli inzibati aktın qəbul edilməsindən imtina edilməsinə dair akt, yaxud imtinaedici akt) qanuni və əsaslı deyil. Qanunilik dedikdə, inzibati aktın maddi və prosessual hüquq normalarına uyğunluğu; əsaslılıq dedikdə, inzibati aktın gəldiyi nəticənin iş materialları ilə təsdiqlənməsi başa düşülür. Cavabdehin qərarında iki fundamental səhvə yol verilib: cavabdeh işin mühüm faktlarını müəyyən etməyib və iş üzrə mühüm faktların mötəbərliyini qiymətləndirməyib. Daha sonra qeyd edilir ki, qaçqın statusu verilməsi iki mərhələli yoxlamadan ibarətdir: 1-ci mərhələ, işin mühüm faktlarının müəyyən edilməsi və bu faktların mötəbərliyinin qiymətləndirilməsi; 2-ci mərhələ, əsaslı təqib qorxusunun və real riskin qiymətləndirilməsi. Mühüm faktların müəyyən edilməsi mərhələsində iddiaçının izahatlarına əsasən iş üzrə mühüm faktlar müəyyən edilməli və həmin faktların mötəbərliyi qiymətləndirilməlidir. Təqib qorxusunun qiymətləndirilməsi mərhələsində isə müəyyən edilmiş mühüm faktların işığında iddiaçıya münasibətdə əsaslı təqib qorxusunun və real riskin olub-olmadığı yoxlanılmalıdır. İddiaçı hesab edir ki, cavabdehin qərarı maddi-hüquqi və prosessual baxımdan qanuni olmasa da, apelyasiya məhkəməsi əsassız olaraq onun iddiasını təmin etməmiş, qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahi sə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürü lmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən, “Qaçqın” - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. 10-cu maddəsinin birinci hissəsinə görə, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublika sının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər; ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; 12-ci maddəsinin birinci hissəsinə əsasən, qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir; 13-cü maddəsinin birinci hissəsinə görə, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qə bul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının preambulasına əsasən, bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli, 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” sta tusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. Həmin “Qayda”nın 1-ci bəndinin 3-cü abzasına əsasən, “Qaçqın” statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində “Qaçqın” statusu verilmə xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Həmin “Qayda”nın 7-9-cu bəndlərinə əsasən, “Qaçqın” statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. - Müsahibə zamanı şəxs “Qaçqın” statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona “Qaçqın” statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. -“Qaçqın” statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya “Qaçqın” statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq “Qaçqın” statusu verməkdən imtina edilir. Cavabdeh orqanın imtina qərarından görünür ki, qanunvericiliyin qeyd olunan tələblərinə uyğ un olaraq aparılmış araşdırma nəticəsində iddiaçının vəsatəti təmin edilməmiş, ona qaçqın statusu verilməsindən əsaslandırılmış şəkildə imtina olunmuşdur. Belə ki, cavabdehin iddiaçı ilə apardığı müsahibə zamanı və digər sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı özü və ailəsi vətəndaşı olduğu ölkədə dövlət orqanları və digər şəxslər tərəfindən təqibə məruz qalmamış, siyasi əqidəsinə, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İddiaçının hər hansı şəxslərin təqibindən ehtiyat etməsi ilə bağlı bildirdikləri isə ona qaçqın statusunun verilməsinə əsas kimi qəbul oluna bilməz. Çünki, iddiaçı tərəfindən belə təqib qorxusunun əsaslılığına dair nə cavabdehə, nə də məhkəməyə sübut təqdim edilməmişdir. İşə baxılarkən apelyasiya məhkəməsi tərəfindən maddi və prosessual hü quq normaları pozulmamışdır. Odur ki, məhkəmə kollegiyası apelyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-834/2019 nömrəli iş üzrə 03 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar