Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2095/2020 28.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası, hakimlər Zakir Quliyev – sədrlik edən və məruzəçi, Rahib Nəbizadə və İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Sumqayıt şəhər İcra İdarəsinə qarşı Sumqayıt şəhər İcra İdarəsinin xx xxxxxx 2019-cu il tarixli icraata başlanması haqqında qərarın müvəqqəti dayandırılması tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyaının xx xxxxxx 2020-ci il tarixli, 2-1(105)-246/2020 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş kasasiya şikayətinin mümkünlüyü məsə ləsinə xx xxxxxxx 2020-ci il tarixdə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Sumqayıt şəhər İcra İdarəsinə qarşı Sumqayıt şəhər İcra İdarəsinin xx xxxxxx 2019-cu il tarixli icraata başlanması haqqında qərarın müvəqqəti dayandırılması üçün qərarın qəbul edilməsi barədəiddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdirlər. Birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(118)-600/2020 nömrəli (sədrlik edən hakim Ceyhun Məmmədov) qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərardadından narazı qalan iddiaçılarapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadının ləğv edi lməsini, işə mahiyyəti üzrə baxılması barədə qərardadın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdirlər. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(105)-246/2020nömrəli (hakimlər Fərmayıl Zeynallı - sədrlik edən və məruzəçi, Hökümə Babayeva və Fuad Məmmədov) qərardadı ilə birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(105)-246/2020nömrəli qərardadından hər iki iddiaçı tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kasasiya şikayəti verilmişdirlər. İddiaçıların kasasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş, imzalanmamış və şikayətə vəkilin orderi əlavə edilməmişdir. Bununla bağlı Ali Məhkəmə tərəfindən iddiaçılara Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə müvafiq olaraq yardım edilmiş və göstərilən nöqsanları xx xxxxxxx 2020-ci il tarixə qədər aradan qaldırmaq təklif edilmişdir. Lakin iddiaçılar tərəfindən bu məsələ həll edilməmişdir. Buna görə də iddiaçılar tərəfindən verilmiş kasasiya şikayəti mümkün sayılmamalı, onun qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Həmin Məcəllənin 1.2-ci maddəsinə örə bu Məcəllə ilə başqa qayda müəyyən edilməd iyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə görə kasasiya və əlavə kasasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Azərbaycan Respublikası İPM-nin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kasasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 96.3-cü maddəsinə görə kasasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərar dad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.3-cü maddəsini rəhbər tutaraq QƏRARA A L D İ: İddiaçıların kasasiya şikayəti mümkün sayılmasın və onun icraata qəbulundan imtina edilsin. İş Sumqayıt Apelyasiya Məhkəməsinə geri qaytarılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-2095/2020
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2095/2020
28.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver