Məhkəmə qərarları › İş №2-1(102)-2095/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2095/2021

14.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2095/2021 14.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iş üzrə QƏRARİ Açar sözlər: daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınmasına görə kompensasiya ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı kompensasiya ödənilməklə daşınmaz əmlakın boşaldılması öhdəliyinin qoyulması, iddiaçılar Cavabdeh1 və X2 cava bdeh İddiaçınə qarşı kompensasiyanın ödənilməsi öhdəliyinin qoyulması və sair tələblərə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-398/2021 nömrəli, 16 avqust 2021-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 ünvan 1 ünvanında daimi pasport qeydiyyatındadırlar.

2. Eyni zamanda ünvan 1 ünvanında yerləşən iki mərtəbəli, ümumi sahəsi 65,41 kv.m. (yaşayış sahəsi 44,88 kv.m., yardımçı sahəsi 20,53 kv.m.) olan fərdi yaşayış evinin 2/3 hissəsinin Cavabdeh1, 1/3 hissəsinin isə X2 paylı mülkiyyətində olduğu Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən Bakı şəhər Ə razi İdarəsinin RX seriyalı, ******* №-li, 05.09.2013-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla təsdiq olunur.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə» 358 saylı, 11 noyabr 2015-ci il tarixli qərarına əsasən, Bakı şəhərinin Yasamal rayonu («Sovetski» deyilən ərazidə) Nəriman Nərimanov prospekti ilə Abdulla Şaiq, Lev Tolstoy, Əlibəy Hüseynzadə küçələri və Azərbaycan prospekti ilə Abdulla Şaiq, Çingiz Mustafayev və Süleyman Rəhimov küçələri arasındakı ərazidə 730, Nabat Aşurbəyova, X10, Çingiz Mustafayev və Bəşir Səfəroğlu küçələri arasındakı ərazidə 175 ədəd, Cəfər Cabbarlı küçəsi ilə Balababa Məcidov küçəsinin kəsişməsind ən Nəriman Nərimanov prospektinə qədər olan ərazidə 70 ədəd və Balababa Məcidov küçəsi ilə Nabat Aşurbəyova küçəsinin kəsişməsindən Süleyman Rəhimov küçəsinə qədər olan ərazidə 118 ədəd, ümumilikdə sayı 1093 olan, vətəndaşlara məxsus yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün alan orqan kimi Bakı şəhər İddiaçı müəyyən edilmişdir. 4. 25 may 2016-cı il tarixli və 18 aprel 2017-ci il tarixli qiymətləndirmə aktları ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 noyabr 2015-ci il tarixli, 358 saylı qərarına əsasən, Bakı şəhəri İddiaçı tərəfindən dövlət ehtiyacları üçün alınan ünvan 2 ünvanında yerləşən mülkiyyətdə və istifadədə olan (22 şərti kodu ilə işarələnmiş) daşınmaz əmlakın faktiki mövcud olan sahəsi, müstəqil qiymətləndirici qismində cəlb edilmiş "xxxx" MMC tərəfindən həmin əmlakın 2015-ci il dekabr ayına olan bazar dəyəri və «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş bütün növ kompensasiya növləri nəzərə alınaraq, həmin daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar cəmi 48281 manat məbləğində (əsas sahə 18,45 kv.m x 1500 manat = 27675 manat, köməkçi sahə 11,3 kv.m. x 1500 manat = 16950 manat, bağlı eyvan 3,32 kv.m. x 800 manat = 2656 manat, 2 aylıq kirayə haqqı 1000 manat) qiymətləndirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki birinci icraat

5. İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabde h5, Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzilə sahibliyin alan orqan İddiaçı tərəfindən “Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və ünvan 1 ünvanında yerləşən mənzilin dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdehlərə 56530 manat məbləğində kompensasiya ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. Məhkəmənin 08 fevral 2017-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.

7. Sonradan İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə sahibliyin alan orqan İddiaçı tərəfindən “Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və ünvan 1 ünvanında yerləşən mənzilin dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdehlərə 48281 manat məbləğində kompensasiya ödənilərək mənzilin boşaldılması barədə qərar qəbul olunmasını xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir.

8. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, «Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə» Azərbaycan Respublikasının Nazirlər Kabineti 358 saylı, 11 noyabr 2015-ci il tarixli qərar vermişdir. Qərara əsasən Zərgərpalan küçəsi, ev 67 ünvanında yerləşən mənzilin ərazisinin dövlət əhəmiyyətli yolların və di gər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi Yasamal RİH müəyyən edilib. Qərarın icrası məqsədi ilə Yasamal RİH «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq «Daşınmaz əmlakın alınması qrupu»nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb etmişdir. Cavabdehlər ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayırlar. Həmin ev qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 358 saylı 11 noyabr 2015-ci il tarixli qərarının təsiri altına düşür. Cavabdehlərə danışıq (könüllü alqı-satqı) yolu ilə onların qeydiyyatda olduqları daşınmaz əmlakın satın alınmasına razılıq barədə bildiriş göndərilmişdir. Yasamal RİH «Tor paqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq cavabdehlərə sahibliyində olan ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində müəyyən edilən mövcud bazar qiyməti və «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə birlikdə 48281 manat məbləğində kompensasiya (2 aylıq kirayə haqqı və köçmək xərci də daxil olmaqla) ödəməyə hazır olduğunu bildirmişdir. Lakin cavabdehlər təklif olunan kompensasiyanı almaqdan imtina edir.

9. Cavabde h1 və X1 rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 5 evin sökülməsi nəticəsində 177615 manat dəymiş ziyanın, evin sökülməsi ilə əlaqədar ev əşyalarının məhv edilməsi nəticəsində hər birinə daşınar əmlaka dəymiş ziyan olaraq 5000 manat vəsaitin, ödənilmiş 30 manat dövlət rüsumunun, Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq tutulacaq məbləğin 20% artımı nəzərə alınaraq cavabdeh Bakı şəhəri İddiaçındən onların xeyrinə tutulması barədə qərar qəbul olunmasını xahiş etmişlər.

10. Cavabdeh1 və X4 iddia tələbini onunla əsaslandırmışlar ki, ünvan 3 ünvanında yerləşən evin 2/3 hissəsi Cavabdeh1, 1/3 hissəsi isə X2 xüsusi mülkiyyətindədir. Həmin ev söküntü zonasında yerləşdiyindən cavabdehin təşkil etdiyi komissiyada dəfələrlə olmuşlar. Göstər ilən ünvan sökülmüş, əşyaları isə məhv edilmişdir. Bununla bağlı dəfələrlə cavabdehə müraciət etsələr də, müraciətlərinə cavab verilməmişdir. Hesab edirlər ki, mülkiyyətlərində və istifadələrində olan 118,41 kv.m daşınmaz əmlakın dəyəri - 177615 manat, ev əşyalarının məhv edilməsi nəticəsində hər birinə daşınar əmlaklarına dəymiş ziyan olaraq 5000 manat, Azərbaycan Respublikasının Prezidentinin Fərmanına uyğun olaraq məbləğin 20% artımı cavabdehdən onların xeyrinə tutulmalıdır. 11. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1966/2017 saylı, 19 aprel 2017-ci il tarixli qərarı ilə (hakim: E.Q.Məmmədov) iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən mənzilə sahibliyi alan orqan İddiaçı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun un tələblərinə uyğun olaraq əldə olunması təsdiq edilmiş, həmin ünvanda yaşayan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 48.281 manat məbləğində kompensasiya ödənilərək ünvan 1 ünvanında yerləşən mənzilin boşaldılması öhdəliyi qoyulmuşdur.

12. Məhkəmə hesab etmişdir ki, cavabdehlərə məxsus yaşayış sahəsi “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq söküldüyündən onlara kompensasiya ödənilməlidir.

13. Cavabdeh1 və X4 birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını xahiş etmişlər. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

14. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1209/2019 nömrəli iş ü zrə 02 iyun 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən: K.N.Abiyeva, hakimlər: M.N.Tağızadə və N.Y.Mustafayev) apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1966/2017 saylı, 19 aprel 2017-ci il tarixli qərarı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi digər mülkiyyətçinin də mülkiyyətdə payının olub-olmamasını araşdırmamaqla qanunvericiliyin tələblərini pozmuşdur. c) birinci instansiyası məhkəməsindəki ikinci icraat

16. Bakı İnzibati Məhkəməsinin Kollegiyasının 2-1(112)-348/2020 nömrəli iş üzrə 16 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakim: Ş.A.Həsənova) iddiaçi İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı Azərbaycan Respublikası Maliyyə Nazirliyi və X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla kompensasiya ödənilməklə daşınmaz əmlakın boşaldılması tələbinə dair iddiası təmin edilməmiş, iddiaçılar Cavabdeh1 və X2 cavabdeh İddiaçınə qarşı Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, ünvan 5 ünvanda yerləşən, sahəsi 65,41 kv.m. olan yaşayış evinin sökülməsi nəticəsində 98.115 (doxsan səkkiz min yüz on beş) manat dəymiş ziyanın cavabdeh Bakı şəhəri İddiaçındən tutularaq iddiaçılar Cavabdeh1 və X3 ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

17. Birin ci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki işdə Cavabdeh1 və X2 mülkiyyətində olan daşınmaz əmlak dövlət ehtiyacları üçün geri alınsa da, onlara müvafiq kompensasiya ödənilməmiş, onların daşınmaz əmlakdan istifadə və üzərində sərəncam vermək imkanı itirilmiş və beləliklə də həm milli, həm də beynəlxalq qanunvericiliklə müdafiə olunun mülkiyyət hüququna müdaxilə edilərək həmin hüquqları pozulmuşdur. Bu halda, Cavabdeh1 və X4 mülkiyyətində olan daşınmaz əmlakın əvəzinin ədalətli şəkildə kompensasiya edilməsini tələb etməkdə haqlı olmuşlar.

18. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab etmişdir ki, iddiaçı Cavabdeh1 və X2 mülkiyyətində olan daşınmaz əmlaka görə təklif edilən kompensasiya məbləği həmin əmlakın əsl dəyərinə münasibətdə ağlabatan olmadığından hə min məbləğ ədalətli hesab edilə bilməz. Həmçinin, Cavabdeh1 və X4 onlara məxsus fərdi yaşayış evinin faktiki ölçülərinin 118,41 kv.metr olmasını qeyd etsələr də, həmin əmlakın mülkiyyəti təsdiq edən sənəd üzrə sahəsi 65,41 kv.metr olmuşdur. Eyni zamanda daşınmaz əmlak söküldüyündən, həmin əmlakın faktiki sahəsini müəyyən etmək mümkün deyildir. Bu əsasdan məhkəmə Cavabdeh1 və X2 iddiası qismən, yəni 65,41 kv.metr sahəyə görə dəymiş ziyanın (kompensasiyanın) ödənilməsinin təmin edilməsini məqsədəuyğun hesab edir.

19. Məhkəmə dəymiş ziyanın (kompensasiyanın) məbləğini müəyyən edərkən 25 may 2016-cı il tarixli və 18 aprel 2017-ci il tarixli qiymətləndirmə aktlarında qiymətləndirici tərəfindən həmin yaşayış evinin əsas və köməkçi sahələrinin 1 kv.metrinə görə «Torpaqların dövlət ehtiyacları üçü n alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş bütün növ kompensasiya növləri nəzərə alınaraq müəyyən edilmiş 1500 manatın əsas götürülməsini ağlabatan və ədalətli hesab etmişdir.

20. Həmçinin, məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 və X3 mənəvi ziyan vurulması və daşınar əşyalarının evin söküntüsü zamanı məhv edilməsi sübuta yetirilmədiyindən bu barədə tələbləri təmin edilməməlidir.

21. Birinci instansiya məhkəməsinin qərarından tərəflər apelyasiya şikayəti vermişlər. b) apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

22. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-398/2021 nömrəli iş üzrə 16 avqust 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: V.M.Məmmədov, hakimlər: A.S.Hüseynov və V.Ə.Baxışova) apellyasiya şikayətləri təmin edilməmiş, B akı İnzibati Məhkəməsinin Kollegiyasının 2-1(112)-348/2020 nömrəli iş üzrə 16 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi razılaşmışdır.

24. Apelyasiya instansiyası məhkəməsinin qərarından tərəflər kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti

25. Kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və işə təkrar baxılması üçün həmin məhkəməyə qaytarılması xahiş olunur.

26. Belə ki, Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun 7.1-cı maddəsinə əsasən, torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torp ağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Qanunvericiliyin tələblərindən görünür ki, X7, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 alınmanın təsirinə məruz qalan şəxslərdir. Lakin, məhkəmə qanunvericiliyin tələblərinə məhəl qoymamışdır və iddia tələbimizin digər alınmanın təsirinə məruz qalan şəxslərə kompensasiya ödənilməsi hissəsinə öz qərarında münasibət bi ldirməmişdir. Məhkəmə hansı səbəbdən sözügedən şəxslərə kompensasiya ödənilməməsi qənaətinə gəlməsini öz qərarında əsaslandırmamışdır. Habelə, alınmanın təsirinə məruz qalan xxxx Rəşidə ödənilən kompensasiya məbləğini ümumi kompensasiya məbləğindən çıxmadan, hüquqmüəyyənedici sənədlərə əsasən əmlakın ümumi sahəsinə görə yalnız mülkiyyət hüquqları olan şəxsləri alınmanın təsirinə məruz qalan şəxslər hesab etməklə bütövlükdə yalnız onlara kompensasiya ödənilməsi qənaətinə gəlməklə hüquq normalarının pozuntusuna yol vermişdir. b) Cavabdeh1 və X4 tərəfindən verilmiş kassasiya şikayəti

27. Kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qərarının qismən iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsi və iddia tələbinin tam həcmdə təmin edilməsi xahiş olunur.

28. Şikayət müəl lifləri bildirirlər ki, təyin edilmiş kompensasiya əmlakın bazar qiymətinə uyğun deyildir. Bundan əlavə, əmlaka qiymət qoyularkən 20% ümumi məbləğə əlavələr edilməmişdir. Baxmayaraq ki, Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 07 dekabr 2007-ci il tarixli, 506-1İİQD saylı Qanununun tətbiq edilməsi haqqında» 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-cü bəndinə görə, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir.

29. Həmçinin şikayətdə qeyd edilir ki, evlər sökülərkən onlar mənəvi sarsıntı keçirmişlər. Buna gö rə onların hər birinə 50000 manat pul ödənilməlidir. Eləcə də evləri söküntüyə məruz qalarkən onlara məxsus 10000 manatlıq əşyalar da məhz edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

31. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə

29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır.... İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətində n məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər

32. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 15.9. Dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyeklərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədilə alınır. Maddə 157.9 Dövlət ehtiy acları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 246.1 Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir; Maddə 248.1 Alınmanı n təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər. Maddə 248.2 Alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəməyə müraciət alan orqan tərəfindən aşağıdakıların təsdiq olunması üçün edilir: 248.2.1. torpağın alınmasının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmasının; 248.2.2. alınan torpağa sahibliyin “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının; 248.2.3. alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növünün və məbləğinin. 33. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respu blikasının Qanunu: Maddə 4.1 Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər; Maddə 6.1 Torpaqları dövlət ehtiyacları üçün alan orqan (bundan sonra - alan orqan) bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir; Maddə 19.1 Müvafiq icra hakimiyyəti orqanı bu Qanun un 18-ci maddəsinə uyğun olaraq təqdim edilmiş torpağın alınması təklifi və bununla bağlı sənədləri, habelə məqsədəuyğun hesab etdiyi digər sənədləri araşdırdıqdan sonra alan orqanın təklifini tam və ya qismən nəzərə almaqla, torpağın dövlət ehtiyacları üçün alınması barədə qərar qəbul edə bilər; Maddə 19.3 Müvafiq icra hakimiyyəti orqanının torpağın alınması haqqında qərarı ilə alınan torpağın, həmçinin həmin torpağın hər bir mülkiyyətçisinə məxsus hissələrinin və onlarla birlikdə alınacaq digər əmlakın qiymətləndirilməsi üçün qiymətləndirmə komissiyası yaradılır. Maddə 20.1 Torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən: 20.1.1 həmin torpaq alınan torpaq kimi tanınır; 20.1.2 alınan torpaqda yaşayan və ya ondan istifadə edən, bu Qanunun 11-ci maddəsinin müddəalarına əsasən siyah ıya alınmış şəxslər alınmanın təsirinə məruz qalan hesab edilir; 20.1.3 alan orqan alınan torpağın alınması ilə bağlı tələb olunan tədbirləri yerinə yetirmək öhdəliyini daşıyır; 20.1.4 köçürülmə planı və (və ya) təlimatı tələb olunan hallarda, alan orqan onların alınmanın təsirinə məruz qalan şəxslərlə məsləhətləşməklə ağlabatan müddətdə hazırlanmasını təmin etmək öhdəliyini daşıyır; 20.1.5 alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara ödəniləcək kompensasiyanın müəyyən edilməsi məqsədilə alınan torpağın və həmin torpaqda yerləşən tikililərin (inşası başa çatdırılmamış tikililər də daxil olmaqla), məhsulun, bitkilərin, bütün digər təbii əşyaların və tikilmiş əmlakın qiymətləndirilməsində qiymətləndirmə komiss iyasına kömək etmək öhdəliyini daşıyır; 20.1.6 alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara kompensasiya ödəmək öhdəliyini daşıyır; 20.1.7 alan orqan kompensasiyanın ödənilməsi məqsədilə aidiyyəti dövlət orqanlarından vəsait almaq üçün zəruri sənədləri hazırlamaq öhdəliyini daşıyır; Maddə 22.1 Alınma prosesini həyata keçirmək məqsədilə alan orqan müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələrinin də daxil olduğu tərkibdə torpağın alınması qrupunu (qruplarını) təşkil edir; Maddə 24.1 Müstəqil qiymətləndirici hər bir torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təkliflərini bütün müvafiq sənədlərlə birlikdə qiymətləndirmə komissiyasına və nəzarət orqanına təqdim edir; Maddə 30.1 Alan orqan bu Qanunun 7.3.1-7.3.4-cü maddələrində nəzərdə tutulmuş alınmanın təsirinə məruz qalan şəxslərin alınan torpaqla bağlı hüquqlarını bu fəsildə müəyyən edilmiş qaydada danışıq (könüllü alqı-satqı) yolu ilə əldə edə bilər; Maddə 31.1 Torpağın alınması barədə bu qanunun 19-cu maddəsində nəzərdə tutulmuş qərar qəbul edildikdən sonra alan orqan bu Qanunun 7.3.1-7.3.4-cü maddəsində nəzərdə tutulmuş şəxslərə həmin torpaqlar üzərində hüquqların danışıq könüllü alqı-satqı) yolu ilə satın alınmasına razılığı barədə bildiriş göndərir; Maddə 52.1 Alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər; 52.2-ci maddəsinə əsasən, alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəməyə müraciət alan or qan tərəfindən aşağıdakıların təsdiq olunması üçün verilir: 52.2.1 torpağın alınmasının bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olmasının; 52.2.2 alınan torpağa sahibliyin bu Qanunun tələblərinə uyğun olaraq əldə olunmasının; 52.2.3 alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növünün və məbləğinin; Maddə

53. Alan orqanın bu Qanunun 52-ci maddəsində nəzərdə tutulmuş qaydada etdiyi müraciətindən sonra torpağa sahibliyin əldə edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etməyərək sahiblikdən imtina etmək istəməyən şəxslər barəsində icra haqqında qanunvericiliyin müvafiq müddəaları tətbiq olunur.

34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərar dadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

35. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.

36. İddiaçı apelyasiya məhkəməsinin qərarını bütövlüklə, Cavabdeh1 və Q.xxxx isə qərarı qismən mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYA Sİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

37. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin şikayətləri əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

38. Söküntüyə məruz qalmış evin yerləşdiyi torpaq sahəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2018-ci il tarixli 572 nömrəli “Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus yaşayış və qeyri-yaşayış obyektlərinin bir qisminin dövlət ehtiyacları üçün alınması haqqında” Qərarının 1-ci bəndinin təsiri altına düşməsi və dövlət ehtiyacları üçün alınması işin mübahisəsiz halıdır. Tərəflər bu halı mübahisə etmir.

39. Mübahisə edilən hal kompensasiyanın məbləği ilə bağlıdır. Məhkəmə tərkibi apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə tam razılaşaraq bildirir ki, mövcud inzibati praktikaya əsasən, hər kv.m-ə görə ödənilən 1.500 manat pul bütün kompensasiya növlərini, o cümlədən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun və “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 07.12.2007-ci il tarixli 506-VİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 26.12.2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan əlavələri ehtiva edən kompensasiya məbləği olduğu üçün, doğru olaraq 65,41 kv.m. x 1.500 manat = 98.115 manat hissədə iddia təmin edilmişdir. Belə ki, sözügedən evin ümumi sahəsinin 65,41 kv.m. olması işdə olan hüquqmüəyyənedici sənədlərə əsasən müəyyən edilir.

40. Bundan əlavə, İddiaçı kompensasiya ilə bağlı dəlili ilə əlaqədar olaraq məhkəmə tərkibi bildirir ki, eyni dəlillə iddiaç ı apelyasiya instansiyası məhkəməsinə müraciət etmiş, apelyasiya instansiyası məhkəməsi isə öz növbəsində əsaslı olaraq bildirmişdir ki, alan orqan qismində çıxış edən Yasamal RİH 39.778 manat məbləğdə kompensasiyanı hətta öz iddia ərizəsində cavabdeh kimi göstərmədiyi R.xxxx adlı şəxsə ödəmişdir və onun bu qaydada hərəkət etməsi Cavabdeh1 və Q.xxxxin dövlət qeydiyyatına alınmış mülkiyyət hüquqlarına xitam vermir.

41. Cavabdeh1 və Q.xxxx kassasiya şikayətində bildirirlər ki, evlər sökülərkən evdə olan 10000 manatlıq əşyalarda məhv edilmişdir. Bu dəlili əsassız hesab edən məhkəmə tərkibi bildirir ki, cavabdeh onun mənzili söküntüyə məruz qalan vaxt orada olan və söküntü vaxtı məhv edilən məişət əşyaları və onların qiyməti barədə sübut təqdim edə bilmədiyindən, evdə olan əşyalara görə 10000 manat tələb etməsi əsassızdır.

42. Şikayət müəllifləri həmçinin bildirir ki, ev sökülərkən onlar mənəvi iztirab keçirmişlər. Məhz bu səbəbdən onların hər birinə 50000 manat kompensasiya ödənilməlidir.

43. Bu dəlili də əsassız hesab edən məhkəmə tərkibi bildirir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş vermiş, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqə və zərər vuranın təqsiri müəyyən edilmiş olsun. Hazırki işdə isə qeyd olunan halların mövcud olmaması maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı tələbin təmin olunmasını istisna edir.

44. Eyni zamanda, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələ rinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reak siyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. 45. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 saylı qərarında isə qeyd edilir: Məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mül ki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. 10-cu bənd. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli ol malıdır.

46. Beləliklə məhkəmə tərkibi apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayətləri təmin edilmədən, qərar dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-398/2021 saylı iş üzrə 16 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar