Məhkəmə qərarları › İş №2-1(102)-2095/2022

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2095/2022

14.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2095/2022 14.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsinin 1 saylı QubaXaçmaz regional filialına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kasasiya şikayətinin mümkünlüyü, şikayətin vəkilsiz tərtib edilməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Ş əxsinin 1 saylı Quba-Xaçmaz regional filialına qarşı “01 may 1991-20 iyul 1992-ci illər dövründə Quba rayonunun X.Səfərəliyev adına kolxozda işlədiyi dövr və 01 yanvar 2006-31 mart 2006-cı il dövrü sığorta stajına daxil edilməklə əmək pensiyasının xx.xx.2017-ci il tarixdən təyin edilməsi və xx.xx.2017-ci il tarixdən hazırki iddia tələbi ilə bağlı məhkəmənin qərarı icra edildiyi ana qədər ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-306/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2021-ci il tarixd ə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 01 may 1991-20 iyul 1992-ci illər dövründə Quba rayonunun X.Səfərəliyev adına kolxozda işlədiyi dövr və 01 yanvar 2006-31 mart 2006-cı il dövrü sığorta stajına daxil edilməklə əmək pensiyasının xx.xx.2017-ci il tarixdən təyin edilməsi və xx.xx.2017-ci il tarixdən hazırki iddia tələbi ilə bağlı məhkəmənin qərarı icra edildiyi ana qədər ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-1781/2021 nömrəli qərarı ilə İddiaçı 01 may 1991-20 iyul 1992-ci illər dövründə Quba rayonunun “X.Səfərəliyev adına kolxoz”da işlədiyi dövr və 01 yanvar 2006- 31 mart 2006-cı il dövrü sığorta stajına daxil edilməklə əmək pensiyasının xx.xx.2017-ci il tarixdən təyin edilməsi və xx.xx.2017-ci il tarixdən hazırki iddia tələbi ilə bağlı məhkəmənin qərarı icra edildiyi ana qədər ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Dövlət Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X1 şəxsin 2 saylı regional ərazi filialının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.

3. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)306/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qə rarı ləğv edilmiş, iddiaçının iddiası rədd edilmişdir.

5. İddiaçı apellyasiya məhkəməsinin qərarından kasasiya şikayəti vermiş, şikayət vəkil tərəfindən imzalanmamış və vəkilin orderi şikayətə əlavə olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

6. İnzibati Prosessual Məcəllə: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi il ə verilir. Maddə 96.3. Kasasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kasasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır...

7. Mülki Prosessual Məcəllə (bundan sonra MPM): Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır... Maddə 407.4. Şikayətə vəkilin orderi...əlavə olunur. Maddə. 408.1.3. Kasasiya şikayətinə vəkilin orderi...əlavə edilməmişsə, kasasiya şikayəti qaytarılır. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

8. İddiaçı apellyasiya məhkəməsinin 30 iyun 2022-ci il tarixli qərarından kasasiya şikayəti tərtib etmiş, kasasiya şikayəti vəkil tərəfində n imzalanmamış və vəkilin orderi şikayətə əlavə edilməmişdir. KASSASİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

9. İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti vəkil tərəfindən imzalanmadığından və vəkilin orderi şikayətə əlavə edilmədiyindən, bununla bağlı şikayətin mümkünlüyünə baxılması zərurəti yaranmış və bu məqsədlə kasasiya şikayətinin mümkünlük məsələsinə baxılması təyin edilmişdir. Bu barədə kasasiya şikayətini tərtib etmiş iddiaçıya 19 oktyabr 2022-ci il tarixli məhkəmə bildirişi göndərilmiş, ona şikayətin vəkil tərəfindən tərtib edilmədiyi və imzalanmadığı qeyd edilərək göstərilən nöqsanın aradan qaldırılması təklif edilmiş, əks halda kasasiyanın mümkün sayılmayacağı barədə xəbərdar olunmuşdur.

10. Ali Məhkəmə tərəfindən iddiaçıya məlumat verilərək kasasiya şikayəti ilə bağlı qanunvericilikdə nəz ərdə tutulan tələblərə əməl edilməsi ona bildirilmiş, nöqsanlar aradan qaldırılmadığı halda, onun hüquqi nəticələri iddiaçıya izah edilmişdir. Buna baxmayaraq iddiaçı vəkillə tərtib edilmiş kasasiya şikayətini təqdim etməmişdir.

11. Kasasiya şikayətini vəkil imza etmədiyindən və şikayətə vəkilin orderi əlavə olunmadığından, həmçinin verilən müddətdə nöqsanlar aradan qaldırılmadığından kasasiya mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir.

12. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)306/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qərarından verdiyi şikayət üzrə kasasiya mümkün sayılmasın. Kasasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar