Məhkəmə qərarları › İş №2-1(102)-2095/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2095/2023

12.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2095/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 12.10.2023 hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Koll egiyasının 2-1(104)308/2023 nömrəli, 25 may 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikasının Qarabağ bölgəsində və başqa rayonlarında erməni hərbi birləşmələrinin təcavüzü nəticəsində zərər çəkmiş vətəndaşın həlak olması, yaxud səhhətinin başqa cür zədələnməsi haqqında 154 nömrəli akta görə, İddiaçı xx.xx.1992-ci il tarixdə (saat 11:00-da baş vermiş hadisə nəticəsində) Ağdərə bölgəsi uğrunda gedən döyüşlərdə erməni quldurlarına qarşı könüllü döyüşən zaman başından və ayaqlarından çoxsaylı qəlpə yarası, həmçinin qapalı kəllə-beyin travması almışdır.

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şuşa rayon Polis Şöbəsi tərəfindən verilmiş x x.xx.1999-cu il tarixli, 305 nömrəli arayışda qeyd edilmişdir ki, İddiaçı 1990-cı ildən 1992-ci ilin avqust ayına kimi Şuşa rayon polis şöbəsinin nəzdində özünümüdafiə batalyonunun tərkibində könüllü kimi erməni işğalçılarına aparılmış döyüşlərdə fəal iştirak etmiş və 1992-ci ilin avqust ayında Ağdərə rayonunun Mehmanə kəndində gedən döyüşlərdə bədən və baş nahiyəsində çoxsaylı qəlpə yaraları almışdır. Şöbənin nəzdində fəaliyyət göstərən könüllülər ləğv edilən zaman İddiaçı xəstəliklə əlaqədar könüllü olaraq azad edilmişdir.

3. Şuşa Rayon Hərbi Komissarlığının xx.xx.1999-cu il tarixli, 4/296 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı Respublikanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib yaralanmışdır.

4. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün cavabdeh ə müraciət etmişdir.

5. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının döyüş əməliyyatlarında iştirakını sübut edən sənədlər və ya hüquqi qüvvəsi olan sənədlər əsasında yazılmış arayışlar (sənədlərin (arayışların) imza və möhürlə təsdiq olunmuş əsli və ya notarial qaydada təsdiq edilmiş surəti), həmçinin digər tələb olunan sənədlər tam toplandığı təqdirdə “müharibə veteran” adı və vəsiqəsinin verilməsi məsələsinə müvafiq dövlət orqanının aidiyyəti komissiyasında baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət e dərək, ona müharibə veteranı adının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6105/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. iddiaçının əsaslandırması:

8. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, 1990-cı ildən 1992-ci ilin avqust ayına kimi Şuşa rayon Polis Şöbəsinin tərkibində yaradılmış “Şuşa özünümüdafiə” batalyonunun tərkibində könüllü olaraq erməni işğalçılarına qarşı aparılan döyüş əməliyyatlarında fəal iştirak etmişdir. 1992-ci ilin avqust ayının 28-də Ağdərə rayon Mehmanə kəndi ərazisində döyüşlər zamanı ağır yaralanmış, X1 isə həmin döyüşdə şəhid olmuş və Prezidentin fərmanı ilə igidliyə görə medalı ilə təltif olunmuşdur. Onun İ Qarabağ döyüşlərində Şuşa rayon Polis Şöbəsinin tərkibində döyüşməsini və yaralanmasını təsdiq edən bütün sənədləri var. Həmçinin bu faktı həmin dövrdə Şuşa rayon Polis Şöbəsinin rəhbərliyində təmsil olunmuş hər kəs təsdiq edə bilər. Bunu təsdiq edə biləcək arayışları da illər öncə Şuşa rayon Polis Şöbəsi ona təqdim etmişdir. Ümumiyyətlə dediklərini təsdiq edəcək bütün sənədləri var və həmin sənədlərin surətini ərizəsinə əlavə etmişdir. Arayışda da onun şəxsi işi və hərbi bileti işğal zamanı Şuşa RPŞ-nin inzibati binasında qalması göstərilmişdir. Şəxsi işi işğal zonasında qaldığı üçün onun cəzalandırılmağı və sanki cəza olaraq “X5” adının verilməsindən imtina edilməsi ədalətsizlik olardı. Ona müharibə veteranı adının verilməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon şöbəsinə müraciət etmiş, AR SHXÇ üzrə DX-nin Xocalı rayon bölməsi Azərbaycan Respublikası DİN-nə sorğu göndərmiş, lakin sorğuya cavab olaraq onun sənədlərinin DİN-nin arxivində olmaması bildirilmişdir.

9. Veteran adını almaq üçün müxtəlif dövlət qurumlarına, Azərbaycan Respublikası Prezidentinə, AR DİN-nə və AR SHXÇ üzrə DX-nə müraciət etmiş, hər 3 ərizəsinə cavab olaraq bildirilmişdir ki, “Müharibə veteranı, silahlı qüvvələr və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” AR Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq olunmuş Əsasnamənin tələbinə əsasən ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsini AR SHXÇ üzrə DX verir. AR SHXÇ üzrə DX-i onun sonuncu müraciətinə cavab olaraq bildirmişdir ki, döyüşdüyünü sübut edən sənədləri notarial qaydada təsdiq etdirərək göndərmişdir. O sənədləri notarial qaydada təsdiq edərək göndərməyinə baxmayaraq yenə eyni məzmunda cavab verilmişdir. Döyüş əməliyyatlarında iştirak etməyi barədə Şuşa Rayon Hərbi Komissarlığı ona xx.xx.1999-cu il tarixdə 4/296 nömrəli arayış vermiş, lakin sonuncunun yerinə yaradılmış SHXÇ üzrə DX canı və qanı bahasına qazandığı haqqını özünə vermir. cavabdehin etirazları:

10. Cavabdeh iddia tələbinə qarşı etirazı təqdim edərək bildirmişdir ki, İddiaçı adına tərtib edilmiş keçmiş Şuşa rayon hərbi komissarlığının xx.xx.1999-cu il tarixli, 4/296 nömrəli arayışı və Şuşa rayon Pol is şöbəsinin xx.xx.1999-cu il tarixli, 305 nömrəli arayışının verilməsinə əsas olmuş sənədlərin hüquqi qüvvəsi müəyyən edilməmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. Şuşa və Xocalı Rayon İcra Hakimiyyətlərinin "Döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin adlı siyahıları”nı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etmişlər, lakin tərtib olunmuş siyahılarda İddiaçı adı keçmir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-82/2023 nöm rəli, 11 yanvar 2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, şəxsə müharibə veteranı statusu verilməsi üçün yalnız yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar deyil, siyahı ilə yanaşı döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. Xocalı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 999 nömrəli məktubunda isə təqdim edilmiş siyahının Xocalı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının nümayəndəliklərinin və yerli əhalinin şahidliyi əsasında tərtib edildiyi qeyd edilmişdir. Bu fakt isə həmin siyahının mötəbərliyini öz-özlüyündə şübhə altına alır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının könüllü özünümüdafiə dəstələrinin tərkibində iştirak etməsinə dair arxiv sənədləri nin mövcud olmaması onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci ilin fevralın 1-dən 1992-ci ilin 18 may tarixinədək erməni millətçi dəstələrinə qarşı Xocalı rayonu ərazisində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstəsinin tərkibində iştirak etməsini şübhə altına almışdır. Bununla yanaşı iddiaçının döyüş əməliyyatlarında iştirakı arxiv sənədləri ilə öz təsdiqini tapmadığından cavabdehin imtinası əsaslı olmuş və iddiaçının hər-hansı hüququnun pozulmasına səbəb olmamışdır.

13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-308/2023 nömrəli, 25 may 202 3-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, İddiaçı “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Xocalı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 999 nömrəli məktubundan da müəyyən edilir ki, Xocalı rayon İcra Hakimiyyəti başçısı Aparatının nümayəndəliklərinin və yerli əhalinin şahidliyi əsasında tərtib edilmiş, Xocalı rayon İcra Hakimiyyəti başçısı Aparatı tərəfindən təsdiq edilmiş "12 fevral 1988-ci ildən 26 fevral 1992-ci ilə qədər erməni silahlı qüvvələrinə qarşı keçirilmiş hərbi əməliyyatlarda və Xocalı şəhərinin müdafiəsi uğrunda döyüşlərdə iştirak etmiş Xocalı ərazi dəstələrinin üzvləri"nin adlı siyahısında İ ddiaçı adı 452-ci sırada qeyd edilmişdir.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı 12 fevral 1988-ci ildən 26 fevral 1992-ci ilə qədər erməni silahlı qüvvələrinə qarşı keçirilmiş hərbi əməliyyatlarda və Xocalı şəhərinin müdafiəsi uğrunda döyüşlərdə fəal iştirak etməsi iş materialları ilə sübut olunur.

17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

18. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsinə qarşı verilmiş etirazda göstərilənlər təşkil edir.

19. Bundan əlavə, şikayətdə qeyd olunur ki, şəxsə müharibə veteranı statusu verilməsi üçün yalnız yerli icra hakimiyyəti orqan larının təsdiq etdikləri siyahılar deyil, siyahı ilə yanaşı döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. Xocalı Rayon İcra Hakimiyyəti başçısının sözügedən məktubda isə təqdim edilmiş siyahının nümayəndəliklərinin və yerli əhalinin şahidliyi əsasında tərtib edildiyi qeyd edilmişdir. Bu fakt isə həmin siyahının mötəbərliyini öz-özlüyündə şübhə altına alır. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, o, 1990-cı ildən 1992-ci ilin avqust ayına kimi, yəni yaralanana kimi Şuşa rayon Polis şöbəsinin tərkibində yaranmış Şuşa özünümüdafıə batalyonun tərkibində könüllü olaraq erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir.

21. Qeyd edir ki, 1992-ci ilin avqust ayının 28-də Ağdam rayonu, Mehmanə kəndi uğrunda gedən döyüşlərdə ağır yaralanmışdır. X1 isə qəhrəmancasına şəhid olmuşdur. Buna görə də Prezidentin fərmanı ilə igidliyə görə medalı təltif olunmuşdur. Məhkəməyə təqdim etdiyi sübutlarla tam aydın olunur ki, həqiqətən də Şuşa rayon Polis şöbəsinin tərkibində yaradılmış “Şuşa özünümüdafiə” batalyonun tərkibində yaralanana kimi bütün döyüş əməliyyatlarında iştirak etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Veteranlar haqqında” Qanun: Maddə

3. Aşağıdakılar müharibə veteranları sayılırlar:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əmə liyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cina yət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.... Maddə

7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə”nin müddəalarına əsasən: - müharibə veteranı adı – Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi d axil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xid mət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq h aqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin so nuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

24. İnzibati Prosessual Məcəllə Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumat lar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstəri lmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası mübahisəyə dair işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səb əbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından hazırkı tələb üzrə işin halları apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

29. Cavabdehin kassasiya şikayətinin dəlilləri Şuşa rayon hərbi komissarlığının arayışı və Şuşa rayon Polis şöbəsinin arayışının verilməsinə əsas olmuş sənədlərin hüquqi qüvvəsinin müəyyən edilməməsi və Şuşa və Xocalı Rayon İcra Hakimiyyətlərinin "Döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin adlı siy ahılar” da İddiaçı adının keçməməsi ilə bağlıdır.

30. İşin apellyasiya məhkəməsi tərəfindən araşdırılmış hallarına əsasən qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Qarabağ bölgəsində və başqa rayonlarında erməni hərbi birləşmələrinin təcavüzü nəticəsində zərər çəkmiş vətəndaşın həlak olması, yaxud səhhətinin başqa cür zədələnməsi haqqında 154 nömrəli akta əsasən, İddiaçı xx.xx.1992-ci il tarixdə (saat 11:00-da baş vermiş hadisə nəticəsində) Ağdərə bölgəsi uğrunda gedən döyüşlərdə çoxsaylı qəlpə yarası, həmçinin qapalı kəllə-beyin travması almışdır.

31. Bundan başqa, Şuşa rayon Polis Şöbəsi tərəfindən verilmiş arayışa görə, İddiaçı 1990-cı ildən 1992-ci ilin avqust ayına kimi Şuşa rayon polis şöbəsinin nəzdində özünümüdafiə batalyonunun tərkibində könüllü kimi erməni işğalçılarına apa rılmış döyüşlərdə fəal iştirak etmiş və 1992-ci ilin avqust ayında Ağdərə rayonunun Mehmanə kəndində gedən döyüşlərdə bədən və baş nahiyəsində çoxsaylı qəlpə yaraları almışdır. Şöbənin nəzdində fəaliyyət göstərən könüllülər batalyonu ləğv edilən zaman İddiaçı xəstəliklə əlaqədar könüllü olaraq azad edilmişdir.

32. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçının erməni silahlı qüvvələrinə qarşı hərbi əməliyyatlarda iştirakı iş materialları ilə təsdiq olunduğundan, onun yuxarıda istinad edilən normativ aktlardan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.

33. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-308/2023 nömrəli, 25 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar