Məhkəmə qərarları › İş №2-1(102)-2096/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2096/2019

15.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2096/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRAR Açar sözlər: diplom üzrə ixtisasın tanınması GİRİŞ HİSSƏ 15.10.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, X5 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı və vəkili Vəkil, cavabdehin nümayəndəsi X6 və vəkili X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı diplom üzrə ixtisasının tanınması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İ qtisadi Kollegiyasının 2-1(103)-310/2019 saylı iş üzrə 28 fevral 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 15 oktyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı 28 fevral2013-cü ildə Ukrayna Respublikası “Krok” İqtisadiyyat və Hüquq Universitetinin qiyabi şöbəsinə daxil olmuş, 2016-cı il 21 dekabr tarixdə həmin təhsil müəssisəsini bitirmiş, ona 2016-cı il 21 dekabr tarixli, B16 253152 saylı diplom və “Maliyyə və Kredit Bakalavrı” ixtisası verilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Ukrayna Respublikası “Krok” İqtisadiyyat və Hüquq Universiteti tərəfindən onun adına verilmiş 2016-cı il 21 dekabr tarixli, B16 253152 saylı diplomu üzrə ixtisasın tanın masını xahiş etmişdir. Cavabdeh 2017-ci il 30 mart tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Ukrayna Respublikası “Krok” İqtisadiyyat və Hüquq Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünün yerinə yetirilməsi qeyri-mümkündür. İddiaçı cavabdehin imtinasını əsassız hesab edərək hazırkı tələblə məhkəməyə müraciət etmiş Ukrayna Respublikası “Krok” İqtisadiyyat və Hüquq Universiteti tərəfindən onun adına verilmiş 2016-cı il 21 dekabr tarixli, B16 253152 saylı diplomu üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2510/2017 saylı, 21 iyun 2017-ci il tarixli qərarı (hakim – E.M.Mustafayev) ilə iddia təmin edilmiş, Ukrayna Respublikası «KROK» İqtisadiyyat və Hüquq Universiteti tərəfindən iddiaçının adına verilmiş B16 253152 saylı, 21 dekabr 2016 tarixli diplomu üzrə aldığı ixtisasın tanınması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2131/17 saylı, 11 oktyabr 2017-ci il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – S.Q.Hüseynov, hakimlər – S.S.Seyidova və V.M.Məmmədov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2510/2017 saylı, 21 iyun 2017-ci il tarixli qərarı ləğv olun maqla iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)140/2018 saylı, 24 yanvar 2018-ci il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – N.İ.Rəsulbəyova, hakimlər – İ.K.Hüseynov və Z.M.Quliyev) ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 oktyabr 2017-ci il tarixli, 2-1(103)-2131/2017 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-855/2018 saylı, 13 aprel 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – A.B.Nuriyeva, hakimlər – V.M.Ağayev və C.A.Yusifov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 s aylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2510/2017 saylı, 21 iyun 2017-ci il tarixli qərarı ləğv olunmaqla iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)1596/18 saylı, 17 oktyabr 2018-ci il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – S.Ə.Hüseynova, hakimlər – İ.A.Dadaşov və K.H.Bədəlov) ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 aprel 2018-ci il tarixli, 2-1(103)-855/2017 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-310/2019 saylı, 28 fevral 2019-cu il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – Ü.A.Mayılov, hakimlər – M.N.Tağızadə və K.N.Abiyeva) iləcavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2510/2017 saylı, 21 iyun 2017-ci il tarixli qərarı ləğv edilmiş iş üzrə yeni qərar çıxarılmaqla İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “diplom üzrə aldığı ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 fevral 2019-cu il tarixli qərarını ləğv edib iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi tərəfindən işin halları dü zgün araşdırılmamış, maddi və prosessual hüquq normaları mübahisəyə düzgün tətbiq edilməmişdir. Belə ki, hazırkı iş üzrə bundan əvvəlki Bakı Apellyasiya Məhkəməsinin qərarından verilmiş kassasiya şikayəti üzrə işə baxan kassasiya məhkəməsi kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi dəlillərlə razılaşmamış, onları əsassız hesab etmiş və öz qərarında göstərmişdir ki, apellyasiya məhkəməsinin iddianı təmin etməmək üçün irəli sürdüyü dəlillər əsassızdır və bunlar iddianın rədd edilməsi üçün əsas ola bilməz. Ali Məhkəmənin mübahisə edilən iş üzrə gəldiyi hüquqi mövqe yenidən işə baxan apellyasiya məhkəməsi kollegiyası üçün məcburi olmasına baxmayaraq, məhkəmə kollegiyası bu prosessual tələbi nəzərə almamış və yenidən iddianı rədd etmək barədə qərar qəbul etmişdir ki, bu halda məhkəmən in qərarını qanuni və əsaslı hesab etmək olmaz. Apellyasiya məhkəməsi iddianı rədd etmək üçün ona əsaslanmışdır ki, guya iddiaçı 4 il yox, cəmi 3 il 9 ay oxumuşdur. Bu isə çox absurd dəlildir. Belə ki, təhsil müddətləri barədə deyilən il təqvim ilini deyil, akademik il və akademik saatı nəzərdə tutur. Heç Azərbaycanda da 4 il təhsil alanlar ilin 12 ayı təhsil almırlar, ilin 9 ayı təhsil alınır, 3 ayı isə tətil olur. Belə çıxır ki, onda Azərbaycanda da tələbələr 4 il deyil, 3 il təhsil alırlar (9 ay x 4 il = 36 ay, bu da bərabərdir 3 il). Onda belə çıxır ki, Azərbaycan Universitetlərində 4 il yox, 3 il təhsil alıblar? Bu nə qədər absurd bir dəlil və hesablamadır? O, 3 il 9 ay deyil, 4 akademik il təhsil almış, bütün semestrlərdə şəxsən iştirak etmiş, bu barədə rəsmi sənədlər almış və təhsil Proqramını tam mənimsəmiş və imtahanlarını uğurla verib diplom almışdır. Həmçinin nəzərə alınmalıdır ki, Cavabdeh rəsmi saytında «Krok» Universiteti Təhsil Nazirliyinin tanıdığı universitetlər sırasında olmuşdur. İddiaçı və digər vətəndaşlarımız da bunu əsas götürərək həmin Univesritetdə təhsil almaq qərarına gəlmişlər. Təhsil Nazirliyində əvvəlcədən məlumat olmuşdur ki, «Krok» Universitetində qiyabi təhsil 4 ildir və buna rəğmən diplomlarını tanıyacağı barədə öhdəlik götürmüşdür. İndi cavabdehin qiyabi təhsilin 4 il olmasını əsas gətirərək diplomu tanımaması və məhkəmənin də bu dəlili qəbul etməsi qanunsuz və əsassızdır. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçı və vəkili kassasiya şikayətində göstərilən məzmunlu izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi və vəkili şikayətin təmin edilmədən, qanuni və əsaslı olduğu üçün apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iddianın təmin olunmasına dair yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli, 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.2-ci bəndinə görə ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). Həmin Qaydaların 3.3-cü bəndində təsbit edilmişdir ki, t əhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır. Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Qaydaların 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilmə sinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Həmin Qaydaların 3.8-ci bəndinə görə isə tanınmaq və ekvivalentlik haqqında Şəhadətnamə almaq üçün təqdim olunmuş ixtisasla Azərbaycan Respublikasında qüvvədə olan mütəxəssis hazırlığının məzmununa və səviyyəsinə qoyulan məcburi minimum tələblər arasında müəyyən fərqlər yarandığı və ya hazırlıq sahəsi Azərbaycan Respublikasında qəbul edilmiş ali ixtisas təhsilinin istiqamətlərinin və ixtisaslarının siyahısına uyğun gəlmədiyi halda sınaq yoxlamaları da aparılır. Zəruri olduğu halda və özünün istəyi əsasında ərizəçi sınaq yoxlamaları verəcəyi fənlər üzrə ali məktəblərdə mühazirələrdə iştirak edir. Bundan başqa, Azərbaycan Respublikasının 18 iyul 2000-ci il tаrixli 919-İQ №-li Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalen tliyi haqqında Saziş»in 2-ci maddəсi ilə müəyyən оlunmuşdur ki, Azərbaycan Respublikası və Ukraynada orta ümumtəhsil və texniki-peşə təhsili haqqında verilən dövlət sənədlərinin nümunələri qarşılıqlı surətdə tanınır və növbəti pillədə təhsili davam etdirərkən ekvivalent sayılır. Həmin Sazişin 5-ci maddəsi ilə isə tərəflər razılığa gəlmişlər ki, Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. Sazişin 6-cı maddəsinə görə, bu Sazişin ali təhsilə aid olan müd dəaları Azərbaycan Respublikası və Ukraynada mülkiyyət formasından asılı olmayaraq, akkreditə olunmuş (qeydiyyatdan keçmiş) bütün ali təhsil müəssisələrini əhatə edir. İşin hallarından müəyyən olunur ki, cavabdeh diplomu tanımaqdan imtina edərkən iddiaçının Ukrayna Respublikası “Krok” İqtisadiyyat və Hüquq Universitetininnormativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunmuş tədris yükünün yerinə yetirilməsinin qeyri-mümkün olduğuna əsaslanmışdır. Lakin cavabdeh bu zaman özünün mövqeyini dəqiqiləşdirməmiş, tələb olunan müddətin nə qədər olduğunu göstərməmişdir. Bununla bağlı olaraq apellyasiya məhkəməsi tərəfindən sərhədkeçmə məlumatları əsas götürülməklə əldə edilmiş məlumatlara qiymət verilərək he sab edilmişdir ki, iddiaçı qiyabi təhsili 3 il 9 ay müddətində almışdır və bu hal Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq еdilmiş «Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın 1.6-cı maddəsinə ziddir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq еdilmiş «Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın 1.6cı maddəsinə əsasən, bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Kollegiya apellyasiya məhkəməsinin sözügedən mövqeyini əsassız hesab edir. Belə ki, Ukrayna Respublikası “Krok” Universitetin tərəfindən verilmiş 18 sentyabr 2019cu il tarixli, 1126 saylı məktub da (arayış-məlumatda) qeyd edilmişdir ki, İddiaçı “maliyyə və kredit” hazırlıq istiqaməti üzrə 1 kurs qiyabi şöbəyə 28 fevral 2013-cü il tarixdə qəbul edilmşidir. Normativ üzrə təhsil müddəti – 2016-cı ilin dekabrınadək olmuşdur. İddiaçı 28.02.2013-cü ildən 21.12.2016-cı ilədək olan müddətdə tədris planının tələblərini tam yerinə yetirmiş, ali təhsil almaq istəyənlərin attestasiyasından keçmiş və imtahan komissiyasının qərarı ilə ona “maliyyə və kredit” istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir. Təhsil sessiyalarla təşkil edilmişdi və ildə bir tədris-imtahan sessiyası olmuşdur, bu da auditoriya tədris məşğələlərinin aparılması üçün lazım olan saatların lazım olan miqdarda olmasına imkan yaratmışdır. Sessiyalararası dövrlərdə təhsil “Krok” Universitetinin prosessor-müəllim heyətinin məs ləhətləri ilə birlikdə tələbələrin müstəqil işi şəkilində olmuşdur. Tələblər yoxlama və digər yazılı işləri yerinə yetirmişlər. Tələbə aşağıdakı dövrlərdə “Krok” Universiteti tərəfindən təşkil edilmiş tədris-imtahan sessiyalarını keçmiş, aşağıdakı imtahan və məqbulları vermişdir: 21.03.2013-27.03.2013 Kiyev şəhərində, 02.03.2014-15.03.2014 Tbilisi şəhərində (2014-cü ilin yazında Ukraynada sosial-siyasi vəziyyətin kəskinləşməsi ilə əlaqədar olaraq “Krok” Universiteti tələbələrinin təhlükəsizliyini təmin etmək məqsədilə tədris-imtahan sessiyasını Gürcüstanda, Tbilisi şəhərində Kostava küçəsi 77 ünvanında keçirmişdir. Sessiyanın keçirilməsi üçün “Krok” Universitetinin 8 əməkdaşı ezam olunmuşdur. “Krok” Universiteti sessiyanın Gürcüstanda keçiriləcəyinə dair Azərbaycan Respublikasının Təhsil N azirliyinə məlumat vermişdir), 26.02.2015-29.03.2015 Kiyev şəhərində və 08.08.201602.10.2016-cı il Kiyev şəhərində. 21.12.2016-cı ildə Kiyev şəhərində tələbəyə ali təhsil haqqında B16 253152 saylı diplom və Avropa nümunəli diploma əlavə verilmişdir. Həmin diplom və diploma əlavə Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindən AZ-19997-16 nömrəli apostil ştampı ilə təsdiqlənmişdir. Bu sənədlər Avropa nümunəli diploma əlavənin 5 bölməsində nəzərdə tutulmuş akademik və peşə hüquqları verir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən 15 mart 2019-cu il tarixdə təqdim olunmuş sərhədkeçmə ilə bağlı məlumatlardan müəyyən olunur ki, İddiaçı 2013-2016cı illərdə dövlət sərhəddindən hərəkəti aşağıdakı qaydada olmuşdur: 20.03.2013 çıxış 28.03.2013 giriş, 11.06.2013 çıxış – 11.06.2013 giriş, 0 2.03.2014 çıxış – 15.03.2014 giriş, 25.02.2015 çıxış – 30.03.2015 giriş, 05.08.2015 çıxış – 11.08.2015 giriş, 08.08.2016 çıxış – 03.10.2016 giriş, 19.12.2016 çıxış – 23.12.2016 giriş. Beləliklə, yuxarıda sadalanmış faktiki hallarla dair məlumatların təhlilindən müəyyən olunur ki, İddiaçı təhsil aldığı Ukrayna Respublikası “Krok” Universiteti tərəfindən müəyyən olunmuş təhsil sessiyalarında tam olaraq iştirak etmişdir. Universitetin bildirdiyi tədris-imtahan sessiyaları ilə bağlı dövrlərdə iddiaçı tədrisin həyata keçirildiyi Ukrayna Respublikasında və Gürcüstanda olmuşdur. Ona görə də, iddiaçının tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğuna dair cavabdehin bildirdiyi hallar əsassız olmuşdur. Öz növbəsində apellyasiya məhkəməsinin cavabdehin bildirdiyi əsasla razılaşmaqla iddianı rədd etməsi də qanunsuz və əsassız olmuşdur. Beləliklə, cavabdeh iddiaçının təhsil almaq üçün tələb olunan müddətin qarşılığında Ukraynada qısa müddət ərzində olduğuna və buna görə də, diploma əlavədə qeyd olunmuş tədris yükünün yerinə yetirmədiyinə əsaslanmasına baxmayaraq bu halın mövcudluğunu sübut edə bilməmişdir. Halbuki, İPM-in 14.3-cü maddəsinə əsasən bu halda sübutetmə yükü cavabdeh inzibati orqanın üzərinə düşür. Həmin maddəyə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Kollegiya həmçinin qeyd edir ki, iş materiallarında olan cavabdeh tərəfindən təqdim olunmuş sənədlərdən müəyyən olunur ki, X1 Respublikası “Krok” İqtisadiyyat və Hüquq Universitetinin 2012-ci ildə qiyabi şöbəsinə daxil olmuş, 2016-cı il 21 dekabr tarixdə həmin təhsil müəssisəsini bitirmiş, ona 2016-cı il 21 dekabr tarixli, B16 253154 saylı diplom və “Maliyyə və Kredit Bakalavrı” ixtisası verilmişdir. Təhsil Nazirliyi həmin diplomu 2018-ci ildə tanımış və 013820 qeydiyyat nömərli şəhadətnamə vermişdir. Bununla bağlı Təhsil Nazirliyi tərəfindən təqdim edilmiş sənədlərin təhlilində müəyyən edilir ki, F.Sadıxovanın aldığı təhsil, təhsilin normativ müddəti və onun tərəfindən sessiyalarda iştirak müddəti iddiaçının vəziyyəti ilə eynilik təşkil etmişdir. Lakin Təhsil Nazirliyi X2 diplomunu tanıyaraq müvafiq şəhadətnamə versə də, iddiaçıya münasibətdə əsaslandırılmamış şəkildə fərqli davranmış, ümumi qaydada, hər hansı konkret hallara və sübutlara istinad etmədən tədris yükünün yerinə yetirilmədiyinə əsaslanmaqla diplomu tanımaqdan imtina etmişdir. Bu isəyolverilməzdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 12.1 və 12.2-ci maddələrində təsbit edilmişdir ki, hamı qanun və inzibati orqan qarşısıda bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-310/2019 saylı iş üzrə 28 fevral 2019-cu il tarixli qərarı ləğv edilsin. İddia təmin olunsun. Ukrayna Respublikası “Krok” İqtisadiyyat və Hüquq Universiteti tərəfindən İddiaçı verilmiş 21 dekabr 2016 tarixli, B16 253152 saylı diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması vəzifəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar