Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2096/2020 01.12.2020 ALİ MƏHKƏMƏ İddiaçı1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron Rayon Şöbəsinə qarşı iş üzrə (Açar sözlər: pensiyanın təyin olunması; təhsil və hərbi xidmət illərinin sosial sığorta stajına daxil edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı1, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron Rayon Şöbəsinə qarşı “təhsil aldığı və hərbi xidmətdə olduğu müddətin sosial sığorta stajına daxil edilməklə pensiyanın təyin olunması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(105)-257/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı1 xx.xx.1954-cü ildə anadan olmuş, xx.xx.1970-ci ildən xx.xx.1971-ci il tarixinə qədər quşçuluq üzrə mexanizator peşə təhsili almış, xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinə qədər N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuş, 19822005-ci illərdə X1 Müəssisəsi – “X2” ASC-də işləmişdir.
2. İddiaçı xx.xx.2019-cu il tarixində cavabdeh orqana ərizə ilə m üraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh xx.xx.2019-cu il tarixli **********2 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir.
3. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında xx.xx.1982-xx.xx.2005-ci illərə aid əmək stajı yerində yoxlanarkən işə girmə və işdən azad olunma əmrlərinə rast gəlinsə də, xx.xx.1997-ci ildən sonrakı dövrlərdə əmək haqqı alması barəsində heç bir sənəd təqdim olunmamışdır. Odur ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən xx.xx.2006-cı il tarixinədək 17 il 05 ay 06 gün sosial sığorta stajı topladığından, 25 il ümumi iş stajı olmadığından onun yaşa görə əmək pensiyası hüququ yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı xx.xx.2019-cu ildə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təhsil aldığı müddətin, hərbi xidmətdə olduğu müddətin iş stajına daxil edilməsi, pensiya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizəsini belə əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən təhsil müddəti, o cümlədən hərbi xidmətdə olan dövrlər iş stajına daxil edilir. Həmin müddətlər nəzərə alındıqda iddiaçının 25 ildən çox iş stajı var ki, bu da yaşa görə əmək pensiyası almaq hüququnun olmasına əsas verir.
6. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etmiş və etirazında imtina məktubunda qeyd olunan əsaslara istinad etmişdir.
7. Sumqayıt İnzi bati Məhkəməsinin 2-1(118)-264/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə (hakim – İ.R.Quliyev) iddianın təmin edilməsi, iddiaçının təhsil aldığı müddətin, hərbi xidmətdə olduğu müddətin iş stajına daxil edilməsi və pensiya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının 1982-2005-ci il tarixlərində iş stajı əmək kitabçası ilə təsdiq olunur və xx.xx.1997-ci ildən sonrakı dövrlərdə əmək haqqı alması barəsində heç bir sənəd təqdim olunmaması iddiaçının məsuliyyətinə səbəb ola bilməz. Bundan başqa, “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən təhsil illəri iddiaçının iş stajına daxil edilməlidir. Hərbi xidmət illərinin iş stajına daxil edilməsi ilə bağlı isə cavabdeh tərəfindən hər hansı bir mübahisə yoxdur.
9. Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-264/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsinə və iddianın tələbinin təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-257/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – F.G.Zeynallı, hakimlər – Z.İ.Məmmədov və F.Ə.Məmmədov) ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-264/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının dəyi şdirilmədən saxlanılması qərara alınmışdır.
11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı hazırki iddiası ilə bağlı üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilmiş, hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Cavabdeh isə iddiaçıya imtina cavabı verməkdə haqlı olmamışdır və bu barədə cavabdehin istinad etdiyi dəlillər əsassızdır.
12. Məhkəmə qərarını cavabdeh xx.xx.2020-ci il tarixində almışdır.
13. Cavabdeh həmin qərardan xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-257/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin müddəalarını mübahisəyə düzgün tətbiq etməmişdir. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi sığorta stajının hesablanması üçün zəruri tələb kimi qoyulmuşdur. Yəni, şəxsin iş stajını təsdiq edən əmək kitabçası, əmr və s. sənədlər o zaman sığorta stajının hesablanması üçün əsas ola bilər ki, həmin şəxsin işlədiyi dövr ərzində müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini təsdiq edən sənəd olsun. Məhkəmənin qanunvericiliyinin əsas tələbini nəzərə almadan birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlaması qanunvericiliyin qeyd olunan tələ binə ziddir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. İddiaçı1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə sinin müddəaları tətbiq oluna bilər.
19. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
20. İddiaçının ali təhsil aldığı dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş satjına daxil edilir.
21. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.2-ci maddəsinə əsasən, işəgötürənlər tərəfindən əmək kitabçasında işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır. Həmin Qaydaların 4.1-ci maddəsinə əsasən, işçinin əmək k itabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. 23. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. 24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzib ati orqanın üzərinə düşür.
26. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi t ərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı təhsil illərini iş stajına daxil edilməsi hüququnu təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə əsasən əldə etmişdir ki, sonradan qanunvericiliyin tələblərinin dəyişməsi onun bu hüququndan məhrum edilməsinə səbəb ola bilməz. Belə ki, hazırkı qərarın 20-ci bəndində göstərilən normadan göründüyü kimi iddiaçı təhsil aldığı dövrdə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş satjına daxil edilirdi.
31. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, əmək kitabçasında aparılan qeydlərin düzgünlüyünü müəyyən etmək mümkün olmamışdır
32. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini əsaslı hesab etmir. Belə ki, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən iddiaçının əmək kitabçasında olan qeydlərin qanunvericiliyin tələblərinə uyğun olduğu müəyyən edilmiş, onların mötəbərliyini şübhə altına alan heç bir hal aşkarlanmamışdır. İddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur, həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən əmək kitabçasındakı qeydlər mötəbər hesab olunmalıdır.
33. Bundan başqa, işə nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyası məhkəməsində baxılarkən cavabdeh inzibati orqan iddiaçının hərbi xidmət illərinin onun iş stajına daxil edilməsinə etiraz etmədiyindən hərbi xidmət illərinin iş stajına daxil edilməsi ilə bağlı məhkəmənin mövqeyi əsaslıdır.
34. Məhkəmə kollegiyası işin göstərilən hallarını nəzərə alaraq qeyd edir ki, təhsil illəri və hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla iddiaçının tələb olunan 25 ildən artıq ümumi iş stajı vardır.
35. Eyni zamanda, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-257/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.