Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2096/2022 24.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğvi; Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin 15 oktyabr 2021-ci il tarixli, ******* nömrəli qərarının ləğv edilməsi və İddi açı İsgəndər qızının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati üzrə Naxçıvan MR Ali Məhkəməsi İnzibati kollegiyasının 15 avqust 2022-ci il tarixli, 2-1(108)-16/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 24 fevral 1967-ci il tarixli, A3 ******* nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, iddiaçı 10 fevral 1967-ci ildə Ordubad rayonunun Dırnıs kəndində doğulmuşdur.
2. A3-İİ 391269 nömrəli səkkizillik təhsil haqqında şəhadətnaməyə əsasən iddiaçı Ordubad rayonunun Dırnıs kənd orta məktəbində oxumuş və 1982-ci ildə səkkizinci sinfi bitirmişdir. 3. 14 may 1985-ci il tarixli, İİİ-ЖГ 418022 nömrəli nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən iddiaçı ilə X2 nikahlarını bağlamışlar və nikahları Dırnıs kənd XDS İK-da nikahın bağlanması haqqında akt qeydləri kitabında 11 nömrə ilə qeyd edilmişdir. 4. Б 471978 nömrəli diploma əsasən iddiaçı 01 sentyabr 1990-cı ildə 166 nömrəli texniki peşə məktəbinə daxil olmuş və 04 iyul 1991-ci ildə orta təhsil bazasında meyvətərəvəz ustası peşəsi üzrə tam kursu bitirmişdir.
5. İddiaçı cavabdehə müraciət edərək onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmişdir. Cavabdehin 15 oktyabr 2021-ci il tarixli, ******* nömrəli qərarı ilə iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması qərara alınmışdır. Qərar onunla əsaslandırılmışdır ki, iddiaçının Azərbaycan Respub likasının ərazisində yaşayış yeri üzrə qeydiyyatı barədə məlumat aşkar edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin 15 oktyabr 2021-ci il tarixli, ******* nömrəli qərarının ləğv edilməsi və onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş etmişdir.
7. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, o, 10 fevral 1967-ci ildə Ordubad rayonunun Dırnıs kəndində anadan olmuşdur və bu barədə 24 fevral 1967-ci ildə X3 tərəfindən doğum haqqında şəhadətnamə verilmişdir. Onun hər iki valideyni Azərbayca n Respublikasının vətəndaşı olmuşdur. İddiaçı Dırnıs kənd orta məktəbində təhsil almış və bu barədə 03 iyul 1982-ci ildə ona səkkizillik təhsil haqqında şəhadətnamə verilmişdir. Bundan sonra 01 sentyabr 1990-cı ildə Ordubad rayonunda yerləşən 166 nömrəli texniki peşə məktəbinə qəbul olunmuş və 04 iyul 1991-ci il tarixdə texniki peşə məktəbini bitirmişdir. 14 may 1985-ci ildə X1 ilə rəsmi nikaha daxil olmuş və nikahları Dırnıs XDS İKda 11 nömrə ilə qeydə alınmışdır. 2001-ci ilədək ailəsi ilə birlikdə Dırnıs kəndində yaşamışdır. 1998-ci ildə həyat yoldaşı ilə Moskva şəhərində yaşasalar da, demək olar ki, hər il Dırnıs kəndinə gedib-gəlmişdir. Ordubad rayonunun Dırnıs kəndində özlərinə məxsus olan yaşayış evi vardır. O, haliyədə kənddə məskunlaşmaq istəyir, lakin müvafiq qərar buna imkan verm ir. Onun Azərbaycan Respublikasına mənsubiyyəti olduğu halda, həmin qərarla mənsubiyyəti tanınmamışdır. Bu baxımdan da o, qərara əsasən Azərbaycan Respublikasının vətəndaşı olduğu halda şəxsiyyət vəsiqəsi ala bilmir. Qeyd olunanlara əsasən iddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin 15 oktyabr 2021-ci il tarixli, ******* nömrəli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının xx.xx.2021-ci il tarixli müraciəti əsasında onun vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı araşdırılma aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin m üəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.1-ci bəndlərinə əsasən onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə xx.xx.2021-ci il tarixdə qərar qəbul edilmişdir. Dövlət Miqrasiya Xidməti sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Məmmədova (Əliyeva) Ərkinaz İsgəndər qızı 1967-ci ildə Ordubad rayonunun Dırnıs kəndində anadan olsa da, sonradan Rusiya Federasiyasına getmişdir, hazırda həmin ölkənin vətəndaşıdır. Qeyd olunmalıdır ki, qanunvericilik vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın aparılması hallarını konkret müəyyən etmişdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanuna (5.1-ci maddəsi) və “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin mü əyyənləşdirilməsi Qaydası”na (Qaydaların 3.4.3-ci bəndi) əsasən şəxs Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmuşdursa, Azərbaycan Respublikasının vətəndaşı sayılır. Göründüyü kimi, Məmmədova (Əliyeva) Ərkinaz İsgəndər qızının adıçəkilən Qanun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixədək) ölkə ərazisində qeydiyyatı olmamış və bu konkret hal kimi nəzərdə tutulduğundan onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasına dəlalət etmişdir. Ancaq o halda onun qeydiyyatda olmaması onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinə səbəb ola bilər ki, o yuxarıda adıçəkilən Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək-1998-ci il oktyabrın 7-dək Azərbaycan Respublikasının və ya Azərbaycan SSR-in vətəndaşlığında olubsa) və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxs olsun (yuxarıda adıçəkilən Qaydanın 4.3-cü bəndinə əsasən). Buna görə də şəxsə münasibətdə adıçəkilən Qaydanın 4.3-cü bəndi tətbiq edilə bilməz. İşin hallarından da görünür ki, şəxs Rusiya Federasiyasına getmiş və hal-hazırda həmin ölkənin vətəndaşıdır. Odur ki, cavabdeh inzibati orqan yuxarıda göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 27, 31, 48.2-ci maddələrini rəhbər tutaraq məhkəmədən iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş etmişdir.
9. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 1 mart 2022-ci il tarixli, 21(122)- 19/ 2022 nömrəli qərarı ilə (hakim H.X.Muradov) iddia rədd edilmişdir.
10. Məhkəmə hesab etmişdir ki, iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat aparılan zaman məlum olmuşdur ki, iddiaçı qanunda göstərilən müddətdə Azərbaycan Respublikası ərazisində yaşayış yeri üzrə qeydiyyatda olmamışdır. Belə ki, qanunvericilikdə vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün tələb olunan sənədlər sırasında Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslərə münasibətdə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatları barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilən sənəd (şəxsin yaşay ış yeri üzrə qeydiyyata alındığı və qeydiyyatdan çıxarıldığı tarixlər göstərilməklə) birbaşa olaraq tələb olunmuşdur. Həm cavabdeh inzibati orqan tərəfindən, həm də məhkəmə tərəfindən bu istiqamətdə aparılmış araşdırma müsbət nəticə verməmiş, iddiaçının Azərbaycan Respublikası ərazisində qeydiyyatda olması faktı öz təsdiqini tapmadığı kimi həmin şəxs barəsində qeydiyyatla bağlı hər hansı bir məlumat aşkar edilməmişdir.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. b. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
12. Naxçıvan MR Ali Məhkəməsi İnzibati kollegiyasının 15 avqust 2022-ci il tarixli, 2-1(108)-16/2022 nömrəli qərarı ilə (hakimlər: Ə.K.Allahverdiyev - sədrlik edən və məruzəçi, Y.S.Qurbanov və Ə.M.Xıdırov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin edilmiş, cavabdehin 15 oktyabr 2021-ci il tarixli, ******* nömrəli qərarı ləğv edilərək iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh mübahisələndirilən 15 oktyabr 2021-ci il tarixli, ******* nömrəli qərarının qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
15. Cavabdehin kassasiya şikayətində qeyd edilmişdir ki, yaşayış yeri üzrə qeydiyyatın araşdırması məsələsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən sözügedən şəxsə münasibətdə düzgün inzibati icraat aparılmışdır. Belə ki, inzibati icraat zamanı şəxsin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olub-olmaması ilə bağlı tərəfimizdən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə sorğu verilmiş, şəxsin adıçəkilən qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixinədək) ölkə ərazisində qeydiyyatının olmaması müəyyən edilmişdir (bu barədə sistem üzrə məlumatlar iş materiallarına əlavə edilmişdir). Məhkəmə icraatı zamanı məhkəmə tərəfin dən qeydiyyatla bağlı Daxili İşlər Nazirliyinə sorğu verilmiş, sorğuya cavab olaraq Daxili İşlər Nazirliyi tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatı haqqında məlumatların müəyyən edilməsinə onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il) qeydiyyatda olduğu və həmin qeydiyyatı özündə əks etdirən 19 nömrəli “ünvana gəlmə vərəqi” aşkar edildikdə yol verilməsi bildirilmişdir. Lakin məhkəmə bunu yenə nəzərə almamış, Ordubad rayon polis şöbəsinin verdiyi 1 nömrəli formanı əsas götürmüşdür. Ordubad Rayon polis şöbəsinin 19 noyabr 2021-ci il tarixli 7/1330 nömrəli məktubu ilə göndərilmiş 1 nömrəli ərizə forması isə (Forma 1) şəxsin yaşayış yeri üzrə qeydiyyatı ilə bağlı olmamışdır. Daxili İşlər Nazirliyindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə daxil olmuş 25 iyul 2022-ci il tarixli 1/2532 nömrəli məktubda da qeyd olunan hal aydın şəkildə öz əksini tapır. Belə ki, məktubda qeyd olunur ki, 19 nömrəli forma şəxsin qeydiyyata alınması, 20 nömrəli forma isə şəxsin qeydiyyatdan çıxarılması vərəqələridir və İddiaçı barəsində forma 19 və forma 20 vərəqələri mövcud deyil. Bu faktlar da şəxsin qeydiyyatının olmamasını bir daha təsdiq edir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanun (1998-ci il 30 sentyabr tarixdə qəbul edilmiş, 1998-ci il 7 oktyabr tarixdə qüvvəyə minmişdir): Maddə
1. Vətəndaşlıq hüququ Azərbaycan Respublikası Konstitusiyasını n 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır Maddə
5. Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət Aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyat da olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri döv lətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir 18. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli, 84 №-li qərarı ilə təsdiq edilmişdir): 1.1. Bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazı rlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir.... 2.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar aşağıdakılardır: 2.2.1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa; 2.2.2. Azərbaycan Respublikasının ərazisində doğulduqda (valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olduğu hallar istisna olmaqla); 2.2.3. valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla); 2.2.4. valideynl ərindən biri Azərbaycan Respublikasının vətəndaşıdırsa;...
4. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınan hallar 4.1. Aşağıdakı hallardan hər hansı biri müəyyən edildikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır: 4.1.1. bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda; 4.1.2. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduqda; 4.1.3. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum olan uşaq olduqda; 4.1.4. Azərbaycan Respublikasının ərazisində doğulmuş aşağı dakı şəxslərdən biri olduqda: 4.1.4.1. doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa; 4.1.4.2. doğulduğu anda hər iki valideyni vətəndaşlığı olmayan şəxs olmuşdursa; 4.1.5. Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxs; 4.1.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvadın hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa, həmin uşaq; 4.1.7. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, həmin uşaq; 4.1.8. valideynlərin vətəndaşlığı dəyişdikdə və bunun nəticəsində hər ikisi Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdi kdə, onların uşağı; 4.1.9. uşağın valideynlərindən biri məlumdursa, həmin valideyn Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onun uşağı; 4.1.10. Azərbaycan Respublikasının ərazisində yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxs, digəri isə vətəndaşlığı olmayan şəxs olduqda; 4.1.11. valideynlərdən birinin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilərsə, digəri isə Azərbaycan Respublikasının vətəndaşlığında qalarsa, onların uşağı. 4.2. Bu Qaydanın 4.1.6–4.1.10-cu yarımbəndlərində nəzərdə tutulan hallarda 14 yaşından 18 yaşınadək uşaqların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üçün onların razılıqları tələb olunur. 4.3. Bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan və Azərbaycan Respub likasının ərazisini tərk etməyən şəxslərin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamaları onların vətəndaşsızlığına səbəb olursa, həmin şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınır. 4.4. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır.
19. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norma larının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsin in qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edil miş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması ilə bağlı məsələ apellyasiya məhkəməsi tər əfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
25. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
26. Hazırkı işin düzgün həlli məqsədilə apellyasiya məhkəməsi tərəfindən müvafiq sorğular verilmiş və Ordubad Rayon Polis Şöbəsi, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş cavablar əsasında müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikasında yaşayış yeri üzrə ünvan 1 ünvanından çıxarılmamış, Dırnıs kənd İƏD üzrə nümayəndəliyin təsərrüfatbaşına kitabında qeydiyyatdadır. Yəni “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci ilin oktyabrın 7-dək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olmuş, hazırda da həmin ünvanda pasport qeydiyyatındadır. Onun həmin ünvanda pasport qeydiyyatından çıxarılması faktı müəyyən edilməmişdir.
27. Belə olan halda apellyasiya instansiyasi məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti lazımi araşdırma aparmadan yalnız Milli Avtomatlaşdırılmış Pasport Sistemi üzrə məlumat şöbəsinin verdiyi məlumata əsaslanıb iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə qərar qəbul etmişdir. MAPS tərəfindən verilən sorğuya cavabda isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın tələblərinə uyğun olaraq iddiaçının Azərbaycan Respublikasında yaşayış yeri üzrə nə vaxtdan qeydiyyatda olması və nə vaxt qeydiyyatdan çıxarılması barədə məlumatların olub olmaması ümumiyyətlə göstərilməmiş, sadəcə iddiaçı barəsində hər hansı məlumatın aşkar edilmədiyi qeyd edilmişdir.
28. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, işin halları və qanunvericiliyin yuxarıda i stinad edilən tələbləri baxımından apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğun sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli və apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin edilməsin Naxçıvan MR Ali Məhkəməsi İnzibati kollegiyası 15 avqust 2022-ci il tarixli, 2-1(108)16/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.