Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2097/2019 21.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası “xxxx” MMC Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi İddiaçının vəkili Vəkil2, cavabehin nümayəndəsi X1 və onun vəkili Vəkil1 iştirakı ilə, iddiaçı “xxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı qərarların ləğv edilməsi tələbinə dair i nzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-508/2019 saylı, 07 mart 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 21 avqust 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı "xxxx" MMC Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Departamentin "Vergilərin hesablanması barədə" 31.03.2015-ci il tarixli **********568100 və **********567400 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3407/2017 saylı, 28 sentyabr 2016-cı il tarixli qərarı ilə (hakim Ş.Məmmədova) iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzi bati-İqtisadi Kollegiyasının 2-1(103)-304/2018 saylı, 23 yanvar 2018-ci il tarixli qərarı ilə (sədrlik edən E.Nağıyeva, hakimlər H.Həmidov və X.Sarıyev) iddiaçı MMC-nin apellyasiya şikayətinin təmin edilməməsi, 1 saylı İnzibatiİqtisadi Məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)1543/2017 saylı, 20 noyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən A.Hüseynov, hakimlər R.Nəbizadə və X.Məmmədov) iddiaçı "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilmiş, Bakı Ape llyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 yanvar 2018-ci il tarixli qərarı ləğv edilmiş, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İşə apellyasiya qaydasında təkrar baxılarkən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-508/2019 saylı, 07 mart 2019-cu il tarixli qərarı ilə (sədrlik edən Ü.Mayılov, hakimlər M.Tağızadə və K.Abiyeva) iddiaçı «xxxx» MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3407/2017 saylı, 28 sentyabr 2017-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti (hazırda Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal G əlirlər Departamenti) tərəfindən qəbul edilmiş 31.03.2015-ci il tarixli **********568100 və **********567400 nömrəli «Vergilərin hesablanması barədə qərar»ların ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh ondan kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-508/2019 saylı iş üzrə 07.03.2019cu il tarixli qərarının ləğv edilərək iddia tələbinin 30.03.2015-ci il tarixli **********568100 qərarın ləğv edilməsi hissəsində iş üzrə icraata xitam verilməsi, qalan hissədə isə iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, yoxlama zamanı qüvvədə olan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələbi bundan ibar ətd idi ki, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Qanunvericiliyin mənasından da göründüyü kimi, 30 günlük müddətin axımı vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edilməsi ilə başlayır. Hazırkı vəziyyətdə vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi ödəyicisindən tələb edilməsinə baxmayaraq hər hansı sənəd və yazılı məlumat vergi orqanına təqdim edilməmişdir. Göründüyü kimi, həmin dövrdə qüvvədə olan Qanunda (AR VM Maddə 37.2) kameral vergi yoxlamasının vergi ödəyicisi tərəfindən bəyannamənin təqdim edilməsindən 30 gün ərzində keç irilməli olduğu kimi bir hal nəzərdə tutulmamışdır. Məhkəmənin qərarını əsaslandırmağa çalışarkən verdiyi şərh eyni zamanda Məcəllənin 83.3 və 83.4-cü maddələrinin də tələblərinə ziddir. Belə ki, həmin Qanunun 83.3-cü maddəsinin tələbinə görə, vergi orqanının səyyar və kameral vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır. Xüsusilə qeyd olunmalıdır ki, iddiaçının mübahisələndirdiyi 31.03.2015-ci il tarixli **********568100 və 31.03.2015-ci il tarixli **********567400 nömrəli qərarlar 2015-ci ilin müvafiq olaraq 23 və 24 iyul tarixlərində azalma verildiyi üçün cavabdeh tərəfindən ləğv edilmiş və 31.03.2015-ci il tarixl i **********568100 və 31.03.2015-ci il tarixli **********567400 nömrəli qərarlarla eyni məzmunlu 23.07.2015-ci il **********209600 və 24.07.2015-ci il **********646800 nömrəli qərarlar qəbul edilmişdir. Beləliklə, iddiaçının mübahisələndirdiyi qərarlar hal-hazırda qüvvədə deyildir. Həmin qərarlarla eyni məzmunlu, lakin tarixi və nömrəsi fərqli olan 23.07.2015-ci il **********209600 və 24.07.2015-ci il **********646800 nömrəli qərarlar sonradan qəbul olmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-508/2019 saylı iş üzrə 07.03.2019-cu il tarixli qərarının ləğv edilərək iddia tələbinin 30.03.2 015-ci il tarixli **********568100 qərarın ləğv edilməsi hissəsində iş üzrə icraata xitam verilməsi, qalan hissədə isə iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etdilər. İddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM- in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Hazırki işin hallarından görünür ki, iddiaçı «xxxx» MMC tərəfindən 01.04.2014-cü il tarixdə təqdim edilmiş 2013-cü ilin mənfəət vergisi üzrə cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi Bakı Vergilər Departamenti (hazırda Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti) tərəfindən 2015-ci ilin mart ayında kameral vergi yoxlaması həyata keçirilmiş və yoxlama nəticəsində qəbul edilmiş «Vergilərin hesablanması barədə» 31.03.2015-ci il tarixli, **********568100 və **********567400 saylı Qərarlarla iddiaçıya 2013-cü il dövrü üçün müvafiq olaraq 1.898.355,72 manat məbləğində ƏDV və 2.109.283,84 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində qəbul olunmuş "Vergilərin hesablanması barədə" 31.03.2015-ci il tarixli **********568100 və **********567400 nömrəli qərarlarının ləğv olunmasını xahiş etmişdir. İddianın təmin edilməsi nəticəsinə gələn apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 2013-cü il üzrə mənfəət vergisinin kameral qaydada yoxlanılması zamanı vergi orqanı kameral vergi yoxlaması keçirilməsinin qanunla müəyyən e dilmiş 30 günlük müddətini ötürmüşdür. Ona görə də, yoxlamanın keçirilməsi üçün qanunla müəyyən edilmiş müddətdən kənar aparılan vergi yoxlaması qanunsuzdur. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən, vergi ödəyicisi olan iddiaçı «xxxx» MMC-nin 2013-cü ilin mənfəət vergisi üzrə 01.04.2014-cü il tarixdə təqdim etdiyi mənfəət vergisinə dair vergi bəyannaməsi üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçıya «Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında» 16.03.2015-ci il tarixli **********50700 nömrəli uyğunsuzluq məktubu ünvanlanması və 31.03.2015-ci il tarixli **********568100 və ********** 567400 saylı «Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında» uyğunsuzluq məktubu ünvanlanmaqla və hazırkı iddia ilə mübahisələndirilən 31.03.2015-ci il tarixli «Vergilərin hesablanması haqqında» qərarların qəbul edilməsi kameral yoxlama aparılması üçün Vergi Məcəlləsinin 37-ci maddəsi ilə müəyyən edilmiş müddət ərzində aparılmamışdır. Belə ki, yoxlama aparılan zaman qüvvədə olan Vergi Məcəlləsinin 37.1-ci maddəsinə (01.01.2017-ci ilədək olan redaksiyası) əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənə dlər əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinin tələbinə görə, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2016-cı il tarixli sərəncamı ilə “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri” təsdiq edilmişdir. Həmin sənədin 7-ci bəndində göstərilmişdir ki, kameral vergi yoxlamaları zamanı aydın, şəffaf və ədalətli hesablama metodologiyasının tətbiqi və kameral vergi yoxlamalarının həyata keçirilməsinin vergi bəyannamələrinin təqdim edildiyi gündən sonrakı 30 gün müddəti ilə məhdudlaşdırılmışdır.(müəyyən edilmişdir ki, kameral vergi yoxlamaları vergi bəyannamələri təqdim edildikdən sonra növbəti 30 gün müddətində həyata keçirilməlidir və bu müddət başa çatdıqda həmin bəyannamələr üzrə kameral vergi yoxlamaları həyata keçirilə bilməz). Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın qərarları da, 30 günlük müddət başa çatdıqdan sonra qəbul edildiyindən qanuni hesab edilə bilməz. Belə ki, kameral vergi yoxlamasının nəticələrinə dair qərarın qəbul edilməsi üçün Vergi Məcəlləsində ayrıca müddət müəyyən edilmədiyindən (qərarın vergi ödəyicisinə göndərilməsi üçün Vergi Məcəlləsinin 37.4-cü maddəsində müəyyən edilmiş 5 günlük müddət istisna edilməklə) həmin qərar da kameral vergi yoxlaması üçün müəyyən edilmiş 30 günlük müddət daxilində qəbul edilməli idi. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir k i, mübahisələndirilən qərarlar inzibati icraat qaydalarının tələbləri pozulmaqla qəbul edildiyindən iddiaçının tələbi, artıq formal-hüquqi baxımdan da əsaslı olmuşdur. Pozuntulara yol verilən inzibati aktın ləğvi qanunvericiliyin tələblərinə uyğun olduğundan, mübahisələndirilən qərarın maddi-hüquqi baxımdan qanuniliyinin yoxlanılmasına zərurət qalmır. Cavabdeh kassasiya şikayətində həmin dövrdə qüvvədə olan Qanunda (AR VM Maddə 37.2) kameral vergi yoxlamasının vergi ödəyicisi tərəfindən bəyannamənin təqdim edilməsindən 30 gün ərzində keçirilməli olduğu kimi bir halın nəzərdə tutulmadığını mübahisələndirmişdir. Cavabdehin bu dəlili ilə bağlı kollegiya qeyd edir ki, istinad olunan normanın mətnində konkret olaraq bəyannamənin təqdim edilməsi nəzərdə tutulmasa da, qanunverici, “kameral verg i yoxlamasının verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin təqdim edildiyi gündən 30 gün müddətində həyata keçirilməli” olmasını qeyd edərkən elə sənədlər qismində bəyannaməni nəzərdə tutmuşdur. Bu məntiqi nəticə müddəaların ardıcıllığından irəli gəlir. Belə ki, Vergilər Məcəlləsinin: - 37.3-cü maddəsinə əsasən, kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər; - 37.4-cü maddəsinə əsasən, kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti o rqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. İstinad olunan normaların mətnindən göründüyü kimi, ilk olaraq vergi ödəyicisi bəyannaməsini və orada əks edilmiş göstəricilərlə bağlı digər sənədlərini təqdim etməlidir ki, məhz bu sənədlərdə vergi orqanı ziddiyyət və ya səhv aşkar etdikdə əlavə sənədləri tələb edə bilsin. Bu müddəaların tələblərinin işin hallarına münasibətdə tətbiqi isə onunla bağlıdır ki, vergi orqanı ilk olaraq hansı əsasdan çıxış etməklə iddiaçı tərəfindən vergilərin az göstərdiyini mənbəyi məlum olan məlumatlara istinadən, yerlərə getmədən aşkar etdiyini bildirməlidir. Bu halda həmin məlumat Məcəllənin 37.1-ci maddəsində göstərilmiş “vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sən ədlər və mənbəyi məlum olan məlumat" kimi qiymələndirilməlidir. Bunun əksi olmuş olsaydı, qanunverici öz iradəsini dəqiqləşdirib Vergi Məcəlləsinin 37.2-ci maddəsinə aşağıda qeyd edilən məzmunda dəyişiklik edərək bilavasitə “bəyənnamə” sözünü normanın mətninə daxil etməzdi. Belə ki, təsadüfi deyildir ki, Vergi Məcəlləsinin 37.2-ci maddəsinə 16 dekabr 2016-cı il tarixli 454-VQD nömrəli qanunla dəyişiklik edilmiş və həmin maddə yeni redaksiyada verilmişdir. Həmin maddənin hazırda qüvvədə olan redaksiyasında deyilir ki, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.21-ci maddəsi ndə göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmənin qərarını əsaslandırmağa çalışarkən verdiyi şərh eyni zamanda Məcəllənin 83.3 və 83.4-cü maddələrinin də tələblərinə ziddir. Həmin normaların tələbinə görə vergi orqanının 3 il ərzində vergi hesablamaq hüququ vardır. Zamana görə qüvvədə olan Vergi Məcəlləsinin 83.3-cü maddəsinin tələbinə əsasən, vergi orqanının səyyar və kameral vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır. Əvvəla, göründüyü kimi qanunverici vergi orqanına yoxlama qurtardıqda n 3 il sonra deyil, vaxtında hesablanmış vergiləri 3 il ərzində yenidən hesablamaq hüququ vermişdir. Hazırki işdə isə yoxlamanın nəticələrinin yenidən hesablanması halına rast gəlinmir. Bundan əlavə, 16 dekabr 2016-cı il tarixli 454-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Vergi Məcəlləsinin həmin maddəsinə dəyişiklik edilmiş, 83.3cü maddədə “kameral” sözündən sonra “(bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla)” sözləri əlavə edilmişdir. Bununla da qanunverici kameral vergi yoxlaması ilə hesablamanın 30 günlük müddətlə məhdudlaşdırdığına dair mövqeyini bir daha təsdiqləmişdir. Cavabdeh kassasiya şikayətində mübahisələndirilən qərarların hələ 2015-ci ildən ləğv edildiyini bildirsə də, bu halı təsdiq edəcək sübutu işə baxan məhkəmələrə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apelyasiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, iddiaçının mübahisələndirdiyi "Vergilərin hesablanması barədə" 31.03.2015-ci il tarixli **********568100 və **********567400 nömrəli qərarların qəbulu qanun pozuntusu ilə müşayiət olunduğundan ləğv edilməlidir və bu nəticəyə gələn apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mad di və prosessual hüquq normaları pozulmamışdır. Cavabdeh tərəfindən kasassiya şikayətində göstərilən dəlillərin hüquqi əsası olmadığından həmin şikayət təmin oluna və apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilə bilməz. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-508/2019 saylı, 07 mart 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2097/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2097/2019
21.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver