Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2097/2021 30.11.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirmədən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyin at üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.08.2021-ci il tarixli, 2-1(103)-1985/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1966-cı ildə doğulmuş, 26.07.1988-ci il tarixdən 22.12.1988-ci il tarixə kimi Bakı kamvol kombinatının Əyirmə sexində əyirmə avadanlığı operatorunun şagirdi, 15.02.1989-cu il tarixdən 01.09.1998-ci il tarixə kimi 2, 5 saylı sexin laboratoriyasının texniki nəzarət şöbəsində nəzarətçi vəzifəsində, 10.05.2001-ci il tarixdən 01.01.2009-cu il tarixə kimi Sumqayıt “Sintez kauçuk” zavodunda kompressor qurğ u maşinisti, butadien sexinin məşəl qurğusuna 4-cü dərəcəli qazın təmizlənməsi aparatçısı, qovucu aparatçısı vəzifəsində işləmiş və 01.01.2009-cu il tarixdə əvvəlki işinə bərpa edilərək hal-hazıradək işləyir.
2. Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 11.12.2019-cu il tarixli 2(060)-9757/2019 saylı qətnaməsinə əsasən İddiaçı 01.06.1982-ci ildən 23.02.1988-ci ilədək Ermənistan SSR Sisian rayonu Aqudi kənd kolxozunda tütünçü-fəhlə işləməsi faktı müəyyən edilmişdir.
3. İddiaçı 13.07.2020-ci il tarixində güzəştli şərtlərlə pensiya təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, cavabdeh 24.09.2020-ci il tarixli **********4 nömrəli məktubla iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtinanın əsası kimi Mərkəzi Filiala təqdim edilmiş “X1” zavodunun 09.07.2020-ci il tarixli 76 nömrəli arayışında onun 09.02.1998-09.08.1998-ci il tarixləri arasındakı dövr ərzində ödənişsiz məzuniyyətdə olduğu qeyd olunduğu, bu səbəbdən də onun 01.01.2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən az (19 il 9 ay 2 gün) təşkil etdiyi, bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 52 yaşı tamam olan tarixdən, yəni 18.03.2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoy ulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. İddia ərizəsini belə əsaslandırmışdır ki, o, xx.xx.1966-cı ildə doğulmuşdur. 1982ci il tarixdən 23.02.1988-ci ilə kimi Ermənistan SSRİ Sisian rayonu Aqudi kənd kolxozunda tütünçü-fəhlə kimi əmək fəaliyyətinə başlamış, Sumqayıt Şəhər Məhkəməsinin 11.12.2019-cu il tarixli qətnaməsi ilə onun 01.06.1982-ci ildən-23.02.1988-ci ilədək Ermənistan SSRİ Sisian rayonu Aqudi kənd kolxozunda tütünçü-fəhlə işləməsi faktı müəyyən edilmişdir. 15.02.1989- 01.09.1998-ci illərdə Sumqayıt şəhərində əmək fəaliyyətinə başlayaraq Azərbaycan Respublikası “Azərikimya” İstehsalat Birliyinin keçmiş “X1” zavodunun xlor və kaustik soda istehsalatının laboratoriyasında işləmişdir. 10.05.2001-ci ildən Azərbaycan Respublikası “Azərikimya” İstehsalat Birliyinin “Etil enPolietilen” zavodunun yeni butadien sexində operator vəzifəsində işləmişdir və hal-hazırda işləməkdə davam edir. 18.03.2018-ci ilə kimi ümumi 33 il əmək stajı vardır. Əmək pensiyası alması ilə əlaqədar cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh onun ərizəsini təmin etməyərək, bildirmişdir ki, tələb olunan ümumi iş stajı olmadığına görə yaşa görə əmək pensiyası hüququ yoxdur. Hesab edir ki, imtina əsassızdır. Çünki onun əmək kitabçası var, bundan əlavə işləməsini təsdiq edən sənədləri, qanuni qüvvədə olan məhkəmə sənədlərini və sairə rəsmi sənədləri də cavabdehə təqdim etmişdir.
6. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya dair etirazında (mülahizə) göstərmişdir ki, yaş və staj məsələsində keçmiş qanunvericiliyin tətbiqinə imkan yaratsa da, pensiya kapitalı kimi digər məsələlər üçün belə bir istisna nəzərdə tutulmur. İddiaçı isə pensiya kapitalı ilə bağlı tələbə cavab vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 50000,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 31895,92 manat təşkil edir. Bundan əlavə, iddiaçıya 01.01.2006-cı ilə qədərki qanunvericiliyin tətbiq edilə bilməsi üçün o, həmin tarixə qədər ümumi və güzəştli iş stajını toplamış olmalı idi. İddiaçının isə həmin tarixə qədərki ümumi iş stajı 19 il 9 ay 2 gün təşkil edir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4793/2021 nömrəli 03.06.2021-ci il tarixli qəra rı ilə (hakim Nəriman Abıyev) iddia təmin edilmiş, iddiaçıya 52 yaşdan, yəni 18.03.2018-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
8. Məhkəmə hesab etmişdir ki, iddiaçı 01.01.2006-cı il tarixədək 20 ildən çox ümumi əmək stajı ilə bərabər 10 ildən çox, yəni 19 il 10 ay 29 gün əmək şəraiti zərərli işlərdə işləmiş (məhkəmə qətnaməsi ilə müəyyən olunmuş dövr-01.06.1982-ci ildən 23.02.1988 (5 il 8 ay 22 gün); işəgötürən tərəfindən verilmiş güzəştli arayışlara əsasən 15.02.198931.01.1991; 01.02.1991-01.09.1998; 10.05.2001-30.04.2002; 01.05.2002-31.03.2004; 01.04.2004- 31.12.2005 (14 il 2 ay 7 gün) gün) lakin cavabdeh orqan iddiaçıya əsassız olaraq pensiya təyin edilməsindən imtina etmişdir
9. Cavabdeh həmin qərardan ape llyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1985/2021 saylı, 27.08.2021-ci il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – Səadət Bəktaşi, hakimlər – Azər Hüseynov və Vüsalə Baxışova) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4793/2021 nömrəli 03.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Məhkəmə qərarı cavabdehə 13.09.2021-ci il tarixində təqdim edilmişdir.
13. Cavabdeh həmin qərardan 20.09.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1985/2021 saylı, 27.08.2021-ci il tarix li qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN TƏRƏFLƏRİN MÜLAHİZƏLƏRİ VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, a. Kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi yaş və staj məsələsində keçmiş qanunvericiliyin tətbiqinə imkan yaratsa da, pensiya kapitalı kimi digər məsələlər üçün belə bir istisna nəzərdə tutulmur. İddiaçı isə pensiya kapitalı ilə bağlı tələbə cavab vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 50000 manat hesablandığ ı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 31895,92 manat təşkil edir. Bundan əlavə, iddiaçının 01.01.2006-cı il tarixinədək 20 il ümumi iş stajı tamamlanmamışdır. Belə ki, iddiaçı 09.02.1998-09.08.1998-ci il tarixləri arasındakı dövr ərzində ödənişsiz məzuniyyətdə olmuş, işləməmiş, əmək haqqı almamışdır. Bu səbəbdən də, 01.01.2006-cı il tarixinə qədər iş stajı 19 il 9 ay 2 gün təşkil edir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c. Tərəflərin mülahizələri
16. İşə tərəflərin iştirakı olmadan yazılı məhkəmə icraatı qaydasında baxıldığından tərəflərin izahatı dinlənilməmişdir.
17. İşə yazılı məhkəmə icraatı qaydasında baxılacağı, bununla bağlı olaraq kassasiya şikayətinin mahiyyəti ilə bağlı mülahizə vermək hüquqları barədə tərəflərə bildiriş göndərilmişdir.
18. Ali Məhkəmə kollegiyası işə yazılı qaydada baxılmasına dair tərəflərin etirazı olmadığını, kassasiya şikayətinin mahiyyətinə dair heç bir mülahizə təqdim edilmədiyini nəzərə alaraq işə yazılı məhkəmə icraatı qaydasında baxılmasını mümkün hesab edir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 20. 01.01.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin b) bəndinə görə axırıncı iş yerindən asılı olmayaraq əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir.
21. Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.
22. Həmin Qanunun 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.
23. Əmək Məcəlləsinin 111.1-ci maddəsinə əsasən məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir.
24. Həmin Məcəllənin 112-ci maddəsinə görə, işçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir: (-) ç) ödənişsiz məzuniyyət;
25. Həmin M əcəllənin 129.2-ci maddəsinə görə, İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.
26. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orq anın üzərinə düşür.
27. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
28. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
29. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
31. Apellyasiya instansiyası məhkəməs inin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Hazırkı qərarın 19-21-ci bəndlərində göstərilmiş normaların məzmunundan görünür ki, 52 yaşına çatmış qadınlar azı 20 il ümumi iş stajına malik olduqda, onun isə 10 ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışdırlarsa, güzəşt li şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə edirlər. Belə peşələrin siyahısı isə müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmalıdır, lakin əgər istinad edilmiş qanun qüvvəyə minmədən əvvəl sadalanmış işlərdə işləyən şəxslər həm ümumi iş stajını, onun daxilində xüsusi stajı da işləyən dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən toplamışdırlarsa, pensiya hüququnun əldə edilməsi üçün yaş həddi ilə bağlı şərt də həmin qanunvericiliyin müddəasına əsasən müəyyən edilməlidir.
34. Cavabdeh kassasiya şikayətində iddiaçının tələb edilən 20 il ümumi iş stajının olmaması və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan ver mədiyinə istinad edir. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara əsasən kassatorun dəlillərini əsassız hesab edir.
35. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tərəfindən təqdim olunmuş qanuni qüvvədə olan məhkəmə qətnaməsi də nəzərə alınmaqla, onun 01.01.2006-cı il tarixədək 20 ildən artıq, yəni 20 il 3 ay 25 gün (məhkəmə qətnaməsi ilə müəyyən olunmuş dövr-01.06.1982-ci ildən 23.02.1988 (5 il 8 ay 22 gün); əmək kitabçasında olan qeydlər: 26.07.1988-22.12.1988; 15.02.1989-01.09.1998; 10.05.2001- 01.01.2006 (14 il 7 ay 3 gün) ümumi iş stajı mövcuddur.
36. Kassator iddiaçının ödənişsiz məzuniyyətdə olduğu 09.02.1998-09.08.1998-ci il tarixləri arasındakı dövrdə işləmədiyinə, əmək haqqı almadığına görə həmin dövrün sığorta stajına əlavə edilməsini qanunsuz h esab edir. Lakin hazırkı qərarın 22-25-ci bəndlərində göstərilmiş normaların məzmunundan görünür ki, ödənişsiz məzuniyyətdə olduğu müddət işçinin əmək stajına daxil edilir. Həmin dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən də mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir (bax: hazırkı qərarın 22-ci bəndi). Odur ki, 09.02.1998-09.08.1998-ci il tarixlərində iddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövrdə ona əmək haqqı ödənilməmiş olsa da, həmin dövrün iddiaçının sosial sığorta stajına əlavə edilməsi barədə məhkəmələrin mövqeyi əsaslıdır.
37. Bundan başqa, iddiaçı 01.01.2006-cı ilədək qüvvədə olmuş qanunvericiliyin tələbləri üzrə ümumi və xüsusi stajı toplamışdır. 01.01.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün pensiya kapitalının olması tələb olunmurdu.
38. Göründüyü kimi, sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh iddiaçıya 52 yaşdan güzəştli şərtlə pensiya təyin edilməsindən imtinaya əsas olan faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
39. Odur ki, cavabdehin kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1985/2021 saylı, 27.08.2021-ci il tarixli qərar dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1985/2021 saylı, 27.08.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.