Məhkəmə qərarları › İş №2-1(102)-2097/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2097/2024

05.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2097/2024 05.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mansarda mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi; işin hallarının tam araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “qeyriyaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 aprel 2024-cü il tarixli, 2-1(103)56/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında mansarda mərtəbəsində yerləşən, ümumi sahəsi 65,1 kv.m. olan qeyri-yaşayış sahəsinə dair iddiaçının xüsusi mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə qeydə alınmış və qeyriyaşayış sahəsinə dair texniki pasport tərtib edilmişdir.

2. Tərəflər arasında əvvəllər qeyd edilən məsələ ilə əlaqədar məhkəmə mübahisəsi mövcud olmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-1316/2020 nömrəli qərarına əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, yaşayış sahəsin in qeyri-yaşayış sahəsinə keçirilməsi üçün cavabdeh inzibati orqana təqdim edilməsi tələb olunan sənədlərdən biri də keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planıdır. Lakin həmin işdən məlum olur ki, iddiaçı bu planı cavabdehə təqdim etməmişdir. Keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planının cavabdehə təqdim olunmamasını iddiaçı da təsdiq edir və bunu "xxxx" MTK-nın həmin olanı ona verməməsi ilə əsaslandırır.

3. Qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın mərtəbəli planı hazırkı inzibati işin materiallarına əlavə olunmuşdur.

4. İddiaçının ona məxsus, mansarda mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir.

5. Cavabdehin xx.xx.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublika sı Mənzil Məcəlləsinin 21-ci maddəsinin 21.2.3 və 21.2.4-cü maddələrində nəzərdə tutulan sənədlər, sahənin texniki təsviri göstərilməklə planı və sahənin yerləşdiyi binanın mərtəbəli planının notarial qaydada təsdiq olunmuş surəti Rayon İcra Hakimiyyətinə təqdim olunduqdan sonra müraciətə yenidən baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, ünvan 2 (mansarda) ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2015-c i ildə "xxxx" MTK ilə bağlanmış müqavilə əsasında Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsini satın alıb. Həmin qeyri-yaşayış sahəsini xüsusi mülkiyyət kimi daşınmaz əmlakının dövlət reyestrində qeydiyyatdan keçirdikdən sonra öz adına xx.xx.2015-ci tarixli, RX seriyalı, ******* nömrəli, qeydiyyat nömrəsi **********1 olan çıxarış almışdır. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2842/2016 nömrəli, xx.xx.2016-ci il tarixli qətnaməsi ilə əvvəllər qeydiyyatda olduğu ünvan 3 ünvanından istifadə hüququnu itirdikdən sonra o və ailə üzvlərinin faktiki yaşadığı yer üzrə qeydiyyata düşmək zərurəti yaranmışdır. Bu səbəbdən o, mülkiyyətində olan sözügedən qeyri-yaşayış sahəsinin (mansardın) yaşayış sahəsinə keçirilməsi üçün tələb olunan sənədləri əlavə etməklə ərizə ilə cavabdehə müraciət etsə də, müsbət nəticə əldə etməmişdir. Artıq 6 ilə yaxındır ki, yaşadığı qeyri- yaşayış sahəsi tam olaraq mənzil şəraitlidir, heç bir qonşuya maneəçilik yaratmır və sanitar qovşağı ilə də təmin edilmişdir. Faktiki olaraq yaşadığı mənzilin sənəd üzərində qeyri-yaşayış sahəsi olaraq qalması onun və ailə üzvlərinin mənafeyinə ziddir və hüquqlarını məhdudlaşdırır.

8. Cavabdehin iddiaya qarşı etirazında göstərilmişdir ki, çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir. Buna baxmayaraq, Dövlət Reyestr Xidməti tərəfindən iddia olunan texniki mərtəbəyə xx.xx.2015-ci il tarixdə çıxarış verməklə digər sakinlərin hüquqlarını pozmuşdur. Bundan əlavə, iddiaçı Mənzil Məcəlləsinin 21-ci m addəsində nəzərdə tutulan sənədləri tam əlavə etməmişdir, bununla əlaqədar iddiaçının müraciətinə xx.xx.2021-ci il tarixli məktubla cavab verilmişdir.

9. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə məhkəmə mühəndis-texniki ekspertizasının keçirilməsi qərara alınmışdır. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim olunmuş 16 iyul 2021-ci il tarixli 10/1695 nömrəli ekspert rəyinin təsviri hissəsində qeyd edilmişdir ki, ünvana keçirilən baxış zamanı mansarda mərtəbəsində daxili konstruktiv işlər görülərək dəyişikliklərin aparılması, arakəsmələrin yerinin dəyişdirilməsi, əlavə otaqlar yaradılması müəyyən edilmişdir. Yaradılmış otaqlardan biri təbii işıq ilə təmin olunmur, həmin otağa plastik materialdan nəfəslik quraşdırılmışdır. Rəyin nəticə h issəsinə əsasən Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən qeyriyaşayış sahəsinin (mansard) təyinatı, mərtəbəsi, daşınmaz əmlakın adı, ünvanı, mülkiyyət növü, qeyri-yaşayış sahəsi üzərində hüququn növü iş materiallarında olan **********2305301-083009 reyestr nömrəli, seriya RX № 0640961, qeydiyyat nömrəsi ********** olan çıxarışda qeyd olunmuşdur. Mansarda mərtəbəsinin yüksək hissəsində hündürlüyün 3.0 metr olduğu nəzərə alınarsa, təbii işıq ilə təmin olunmayan yaşayış otağı təbii işıqla və havalandırma ilə təmin olunduqdan sonra yaşayış kimi istifadə edilməsi mümkündür. Həmin qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinin qonşulara hər hansı maneəçiliyin törədib-törətməməsi xüsusi bilik tələb etmədiyindən bu sual üzrə tədqiqat aparılmamışdır. Belə ki, sözügedən qeyri-yaşayış sahəsin in yaşayış sahəsinə keçirilməsinin qonşulara hər hansı maneəçiliyin törədib-törətməməsini müəyyən etmək üçün qonşuların məhkəməyə dəvət edilməsi tövsiyə olunmuşdur.

10. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə təkrar məhkəmə mühəndis-texniki ekspertizasının keçirilməsi qərara alınmışdır. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim olunmuş 21 sentyabr 2022ci il tarixli 10/3731 nömrəli ekspert rəyinin təsviri hissəsində qeyd edilmişdir ki, təqdim olunan tikilinin konfiqurasiyası, ümumi ölçüləri həmin qeyri-yaşayış sahəsinə dair tərtib olunmuş Texniki Pasporta uyğundur. Texniki pasportda qeyd olunan 1 saylı dəhliz, 2 saylı və 3 saylı otaqlar arasındakı arakəsmə divarlar sökülmüş, yeni arakəsmə divarlar hörülərək yeni otaqlar və mətbəx inşa edilmişdir. Faktiki vəziyyətdə tikili mənzil kimi istifadə olunmaqla iki yaşayış otağından, bir mətbəx, bir yardımçı otaq və bir sanitar qovşağından ibarətdir. Faktiki olaraq yaşayış otağı kimi istifadə olunan iki otaq təbii işıqla təmin olunur, sanitar qovşağı, dəhliz və yardımçı otağın isə təbii işıqlandırma ilə təchiz olunması üçün pəncərə boşluğu mövcud deyil. Rəyin nəticə hissəsinə əsasən Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən qeyriyaşayış sahəsinin (mansard) təbii işıqlandırma ilə təmin olunmayan otağının daxili hündürlüyünün 2,1 metrdən az olmamasını, təbii işıqla təmin olunmamasını nəzərə alaraq həmin otağın təyinatı üzrə yardımçı tikili olduğu və həmin otaqda təbii işıqlandırmanın olmamasının digər otaqlardan yaşayış sahəsi kimi istifadə olunmasına hər-hansı məhdudiyyət yaratmad ığı müəyyən edilir.

11. Bakı İnzibati Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2-1(112)-650/2022 nömrəli qərarı (hakim G.A.Sevdimalıyeva) ilə iddia təmin edilmişdir.

12. Birinci instansiya məhkəməsi ekspert rəylərinə istinad edərək qərarını onunla əsaslandırmışdır ki, qeyri-yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətindədir, qeyri-yaşayış sahəsinə dair qeydiyyat ləğv və ya etibarsız hesab edilməmişdir. Belə olan halda, cavabdeh qurumun imtinası iddiaçının vəziyyətinə, eləcə də qanunun güddüyü məqsədə mütənasib hesab edilə bilməz və iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. A pellyasiya instansiya məhkəməsinin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə hazırkı iş üzrə mübahisələndirilən qeyri-yaşayış sahəsi ilə eyni mərtəbədə yerləşən qonşu sahələrinə dair X2, X1 və X3 adına olan çıxarışlar və texniki pasportlar təqdim edilmişdir. Həmin çıxarışlara əsasən qeyd edilən şəxslərin mülkiyyətində olan daşınmaz əmlakların növü qeyri-yaşayış sahəsi kimi qeyd edilmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 aprel 2024-cü il tarixli, 2-1(103)-56/2024 nömrəli qərarı (hakimlər K.H.Əkbərov /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və R.Ə.Səmədov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 14 noyabr 2022- ci il tarixli, 2-1(112)-650/2022 nömrəli qərarı ləğv edilmiş, iddia rədd olunmuşdur.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinə bitişik olan digər sahələrlə əlaqədar olaraq təqdim edilmiş müvafiq sənədlərə əsasən göstərilən mərtəbədəki sahələrin qeyri-yaşayış sahəsi olması öz təsdiqini tapmışdır. Hazırkı iş üzrə iddiaçıya məxsus Bakı şəhəri, ünvan 2 (mansard) ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi inzibati icraatın ümumi prinsiplərindən olan bərabərlik prinsipinin pozulması ilə nəticələnə bilər.

17. Bundan başqa, birinci instansiya icraatı zamanı məhkəmə tərəfindən mübahisələndirilən qeyri-yaşayış sahəsinə bitişik olan sahələrin təyinatı ilə bağlı hər hansı araşdırma aparılmamışdır. İddiaçının hazırkı tələbi ə sassız olmuş və cavabdeh inzibati orqan haqlı olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.

18. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

19. İddiaçı qeyd edir ki, maddi hüquq normasının tələbinə görə qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsini yolverilməz edən 3 hal müəyyən edilib: belə sahə müəyyən edilmiş tələblərə cavab verməməlidir; bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmamalıdır; bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edildiyi halda xeyrinə yüklülük müəyyən edilmiş şəxslərin razılığı olmamalıdır. Məhz bu 3 haldan biri olduğu halda qeyri-yaşayış sahəsinin yaşayış sa həsinə keçirilməsinə yol verilmir. Birinci instansiya məhkəməsində aparılmış ekspertiza ilə müəyyən edilmişdir ki, qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsini yolverilməz edən ilk iki hal sözügedən qeyri-yaşayış sahəsinə münasibətdə mövcud deyil. Üçüncü hal ilə bağlı qeyd edir ki, bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilməyib.

20. Apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayan iddiaçı qeyd edir ki, Mənzil Məcəlləsinin 20-ci maddəsində qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsini yolverilməz edən hallar qismində qeyri-yaşayış sahəsinə bitişik olan və başqa şəxslərə məxsus sahələrin təyinatının qeyri-yaşayış sahəsi olduğu halda digər qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə çevrilməsini yolverilməz edən bir hal qeyd ed ilməmişdir. Əgər şəxs sözügedən qeyri-yaşayış sahəsindən ailəsi ilə birgə yaşayış sahəsi kimi istifadə edirsə və buna görə də həmin sahənin təyinatını dəyişdirməklə bağlı aidiyyəti orqana müraciət edirsə, lakin həmin əraziyə bitişik olan ərazisinin mülkiyyətçiləri onlara məxsus sahələrin təyinatını dəyişdirmək istəmirsə, bu hal niyə görə bərabərlik hüququnun pozulmasına səbəb olur ki?! Bərabərlik hüququnun pozulması o halda olardı ki, eyni vaxtda 2 qonşu qeyri-yaşayış sahəsinin mülkiyyətçisi sahənin təyinatının dəyişdirilməsi ilə bağlı aidiyyəti orqana müraciət edir, lakin onlardan birinin tələbi təmin edilir, digərinin tələbi təmin edilmir. İndiki halda belə bir hal olmadığı üçün bərabərlik hüququnun pozulmasından söhbət gedə bilməz.

21. Cavabdeh orqanın imtina səbəbi sözügedən qeyri-ya şayış sahəsinə bitişik olan sahələrin təyinatı ilə bağlı yox, məhz sözügedən qeyri-yaşayış sahəsinin təyinatının dəyişdirilməsi üçün təqdim olunan ərizəyə Mənzil Məcəlləsinin 21-ci maddəsində qeyd edilən sənədlərin əlavə edilməməsi olmuşdur. İşə baxa apellyasiya instansiyası məhkəməsi isə əsassız olaraq cavabdeh orqanın imtina əsaslarını sözügedən qeyriyaşayış sahəsinə bitişik olan sahələrin təyinatı ilə əlaqələndirmişdir və cavabdeh orqanın imtina əsaslarını ümumiyyətlə araşdırmamışdır. c) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

22. Kassasiya şikayətinə qarşı hər hansı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

23. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə

20. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəs inin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. 20.3. Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. 20.4. Qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə o halda yol verilmir ki, belə sahə müəyyən edilmiş tələblərə cavab verməsin və ya bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmasın, yaxud bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edildiyi halda xeyrinə yüklülük müəyyən edilmiş şəxslərin razılığı olmasın. 20.5. Mülkiyyətç i tərəfindən xüsusi mənzil fonduna aid çoxmənzilli binanın yaşayış sahələrinin və yaşayış evlərinin bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri kimi istifadə edilməsi üçün bu Məcəllənin İİİ fəslinə uyğun olaraq yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi tələb olunmur. Maddə

21. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi qaydası 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. 21.2. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keç irilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. 21.2-1. Bu Məcəllənin 21.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin X5 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qu rumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin X5 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. 21.3. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. 21.4. Sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digə r sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. 21.5. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq göstərilən qərarlardan birinin qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sahənin keçirilməsini həyata keçirən orqan ərizəçiyə həmin sənədi verməklə və ya göndərməklə yanaşı, qəbul edilmiş qərar barədə barəsində qərar qəbul edilən sahəyə bitişik olan sahələrin mülkiyyətçilərini məlumatlandırır. 21.6. Keçirilən sahənin yaşayış və ya qeyri-yaş ayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda bu Məcəllənin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir. 21.7. Əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyriyaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. 21.8. Sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilirsə, bu M əcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd həmin sənəddə nəzərdə tutulmuş müvafiq yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) siyahısı göstərilən digər işlərin ərizəçi tərəfindən görülməsi üçün əsasdır. 21.9. Bu Məcəllənin 21.8-ci maddəsində göstərilən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. 21.10. Keçirilmiş sahə yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilərkən yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblərə, o cümlədən, çoxmənzilli binalarda qeyri-yaşayış sahələrinin istifadəsinə dair tələblərə riayət olunmalıdır. Maddə

22. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtina 22.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: 22.1.1. bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 21.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla); 22.1.2. bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; 22.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda. 22.2. Sahənin keçirilməsindən imtina haqqında qərar bu Məcəllənin 22.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad edilməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılmalıdır. 22.3. Sahənin keçirilməsindən imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində ərizəçiyə təqdim edilir və ya göndərilir və həmin qərardan ərizəçi tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllə si: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dai r tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüv vədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayətləri vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olara q yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, habelə işin halları tam və hərtərəfli olaraq araşdırılmamışdır. Odur ki, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

28. Hazırki işin hallarından müəyyən olunur ki, ünvan 1 ünvanında mansarda mərtəbəsində yerləşən ümumi sahəsi 65,1 kv.m. olan qeyri-yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış həmin qeydin ləğv edildiyi və etibarsızlığı işin hallarından müəyy ən edilmir.

29. İddiaçı qeyd edilən əmlakdan uzun müddətdir ki, yaşayış sahəsi kimi istifadə etdiyini və həmin ünvana qeydiyyata düşmək istədiyini qeyd edərək daşınmaz əmlakın növünün qeyri-yaşayış sahəsindən yaşayış sahəsinə keçirilməsini tələb edir.

30. İddiaçının mübahisələndirilən sahədən yaşayış sahəsi kimi istifadə etməsi həm ekspert rəyləri, həm də apellyasiya instansiya məhkəməsində icraat zamanı yerində müayinə ilə öz təsdiqini tapmışdır.

31. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi işə baxarkən Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələblərini nəzərə almamış, işin tam, obyektiv və hərtərəfli araşdırılmasını hazırkı qərarın 23-cü bəndində qeyd edilən normaların tələbləri baxımdan təmin etməmişdir.

32. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin İİİ fəsli (20-22-ci maddələr) yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi ilə bağlıdır. Mənzil Məcəlləsində qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri, qaydaları və imtinanın əsasları konkret olaraq göstərilmişdir.

33. Ona görə də, işə təkrar baxacaq apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi ilə bağlı mübahisəni həll edərkən Mənzil Məcəlləsinin tələblərini rəhbər tutmalı, mübahisələndirilən daşınmaz əmlakın yaşayış sahəsi kimi istifadəyə dair tələblərə cavab verib-verməməsini, bununla bağlı, birinci instansiya məhkəməsində icraat zamanı əldə edilən ekspert rəylərinin mötəbərliyini və sübut kimi qəbul edilməsinin mümkünlüyünü, habelə, yaşayış sahəsinə keçirilmənin digər şəxslərin hüquqlarını məhdudlaşdıran nəticələr yaradıbyaratmamasını (işin hallarına əsasən hal-hazırda bu xüsusat öz təsdiqini tapmır) araşdırmalıdır. Bu zaman, Mənzil Məcəlləsinin 20.4-cü maddəsinin dispozisiya şərtlərinin ödənilib-ödənilmədiyi yoxlanılmalı, eləcə də cavabdehin 21.6-cı maddədən irəli gələn dəlillərə istinad etmədiyi nəzərə alınmalıdır.

34. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi öz qərarında bərabərlik prinsipini mübahisəyə düzgün tətbiq etməmişdir. Belə ki, bərabərlik hüququnun tələblərinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağan edilir. Eynilə, inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müx təlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır.

35. İşin hallarından göründüyü kimi, iddiaçının qeyri-yaşayış sahəsindən yaşayış sahəsinə keçirilməsini tələb etdiyi daşınmaz əmlakın yerləşdiyi mansarda mərtəbəsində digər əmlaklar da qeyri-yaşayış sahəsi kimi qeydiyyatdan keçmişdir. Lakin həmin qeyriyaşayış sahələrinin mülkiyyətçilərinin özlərinə məxsus əmlakın yaşayış sahəsinə keçirilməsinə dair müraciətlərinin olması işin halları ilə müəyyən edilmir. Digər tərəfdən də nəzərə almaq lazımdır ki, mübahisələndirilən daşınmaz əmlakın qeyri-yaşayış sahəsindən yaşayış sahəsinə keçirilməsi Mənzil Məcəlləsinin tələblərinə uyğun olduğu halda, belə keçirilmə digər mülkiyyətçilərə münasibətdə bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz.

36. Çünki Azərbaycan Respublika sının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.15-ci maddəsinə əsasən mansarda mərtəbəsi dedikdə binanın çardaq hissəsində yerləşən, yaşayış və qeyri-yaşayış məqsədləri üçün nəzərdə tutulmuş sahə nəzərdə tutulur. Yəni, mansarda mərtəbəsində həm yaşayış, həm də qeyri-yaşayış sahəsinin olması qanunvericiliyin tələbləri və praktiki baxımından mümkündür.

37. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş yuxarıda qeyd olunan xüsusatların araşdırılması və qiymətləndirilməsi üçün təkrar apellyasiya məhkəməsinə qaytarılmalı, kassasiya şikayəti qalan hissədə təmin olunmamalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərə findən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 aprel 2024-cü il tarixli, 21(103)-56/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar