Məhkəmə qərarları › İş №2-1(102)-2098/2019

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2098/2019

25.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2098/2019 25.06.2019 ALİ MƏHKƏMƏ QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxslər: X2, X1, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 19 mart tarixli 2-1(103)-875/2019 nömrəli qərardadından üçüncü şəxs X2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh başçısının 1997-ci il 10 oktyabr tarixli, 1648 saylı Sərəncamının ləğv edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 22 yanvar tarixli 2-1(81)398/2019 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 19 mart tarixli 2-1(103)-875/2019 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməsinə göndərilmişdir. Üçüncü şəxs x həmin qərardaddan kassasiya şikayəti vermişdir. O, qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmamasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını nəzərə almamışdır. Belə ki, mübahisəli sərəncam 1997-ci ildə qəbul olunmuş və sərəncamın qəbul olunmasından 20 ildən çox vaxt keçir. Ötən 20 il ərzində iddiaçının sərəncamdan xəbərdar olmaması inandırıcı deyil. İddiaçı artıq 1995-ci ildən etibarən mübahisəli mənzildə F.Yusifovun yaşadığını bilirdi və ötən illər ərzində iddiaçının bu məsələni araşdırmaması, onun hansı hüquqla həmin evdə yaşamasını müəyyən etməməsi ağlabatan deyil. Məhkəmə ilk öncə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 35-ci maddəsinin tələbinə əsasən iddiaçının subyektiv hüququnun olub-olmamasını, onun hüquqlarının inzibati orqan tərəfindən pozulubpozulmamasını araşdırmalı idi. Lakin məhkəmə bunu araşdırmadan F.Yusifovun mübahisəli mənzilə hüququnun olub-olmamasını müəyyən etməyə çalışmışdır. Birinci instansiya məhkəməsi tərəfindən Mərkəzi Arxiv İdarəsinə sorğu verilmişdir. Məhkəmənin verdiyi sorğuya cavab olaraq Milli Arxiv İdarəsinin 2018-ci il 13 dekabr tarixli məktubu ilə bildirilmişdir ki, mübahisəli mənzilə dair iddiaçının adına hər hansı bir sənəd aşkar edilməmişdir. Məhkəmə də iddiaçının mübahisəli mənzilə subyektiv hüququnun olmaması əsası ilə iddianı mümkünsüz saymışdır. İddiaçı iddia ərizəsində qeyd edir ki, mübahisəli mənzilə dair ona 1993-cü il 10 mart tarixli xidməti order verilmiş dir. Lakin həmin order məhkəməyə təqdim olunmamışdır. İddiaçı mübahisəli mənzilə dair səlahiyyətli şəxs olduğunu, həmin mənzilə subyektiv hüququnun olduğunu sübut edə bilməmişdir. Bundan əlavə, məhkəmə qərardadda “qərardaddan şikayət verilə bilməz” ifadəsini qeyd edərək üçüncü şəxs F.Yusifovun məhkəmə müdafiəsi hüququnu pozmuşdur. Belə ki, İPM-in 83.3-cü maddəsində müstəqil qaydada mübahisələndirilməsi nəzərdə tutulmayan qərardadların siyahısında hazırkı qərardad nəzərdə tutulmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında təmsil olunmamışlar. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından çıxışlarda iştirak etmədi. Əsaslandırma hissəsi: Cavabdehin və üçüncü şəxslərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətlər i etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Normanın məzmunundan göründüyü kimi iddianın mümkün sayılmaması barədə qərardaddan şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmamasına dair qərardadını ləğv edərək işi baxılması üçün həmin məhkəməyə göndərməklə, əslində iddianın mümkünlüyünü qəbul etmişdir. İddianın mümkün sayılmasına dair qərardaddan şikayət verilməsi İPM-də nəzərdə tutulmamışdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 90, 96.2, 96.3-cü maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Ko llegiyasının 2019-cu il 19 mart tarixli 2-1(103)-875/2019 nömrəli qərardadından üçüncü şəxs X2 tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova Z.M.Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar