Məhkəmə qərarları › İş №2-1(102)-2098/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2098/2021

07.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2098/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırda Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüs usi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı) qarşı “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 2 iyul tarixli, 2-1(103)-1265/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 1962-ci il 20 iyul tarixdə anadan olmuşdur. O, 1979-cu il dən 1984-cü il 27 aprel tarixə qədər Bakı Neft Texnikumunda təhsil almış, həmçinin 1981-ci il 23 oktyabr tarixdən 1983-cü il 3 noyabr tarixədək hərbi xidmətdə olmuş, 1984-cü il 17 iyul tarixdən 1985-ci il 15 may tarixə qədər «Türkmənqazsənaye» Birliyində texnoloji kompressorların maşinisti, 1985-ci il 15 may tarixdən 198 7-ci il 01 noyabr tarixə qədər növbə mühəndisi, 1987-ci il 1 noyabr tarixdən 1990-cı il 29 dekabr tarixə qədər texnoloji kompressorların maşinisti, 1990-cı il 29 dekabr tarixdən 1991-ci il 12 sentyabr tarixə qədər mühəndis, 1991-ci il 12 sentyabr tarixdən 1992-ci il 29 fevral tarixə qədər kompressor stansiyasının rəis müavini, 1992-ci il 26 mart tarixdən 1994cü il 10 mart tarixədək “Kirovneft” NQÇİ-nin (sonrakı adı “Binəqədineft” NQÇİ) X1 usta, 1994-cü il 10 mart tarixdən 1997-ci il 10 sentyabr tarixə qədər həmin sexdə 4-cü kompressor stansiyasının rəisi vəzifələrində işləmiş, 1997-ci il 10 sentyabr tarixdə köçürmə yolu ilə işdən azad olunmuşdur. 1997-ci il 16 sentyabr tarixdə “Binəqədineft” NQÇİ-nin X2 kompressor stansiyanın rəisi vəzifəsinə qəbul edilmiş, 2002-ci il 1 mart tarixdə işdən azad olunmuşdur. 2002-ci il 7 mart tarixdə “Binəqədineft” NQÇİ-nin X2 12-ci dərəcəli kompressor stansiyanın rəisi vəzifəsinə işə qəbul edilmiş, 2002-ci il 11 mart tarixdə qazkompressor sexinin rəis müavini vəzifəsinə təyin olunmuşdur. 2005-ci il 1 sentyabr tarixdə idarənin ləğv olunması ilə əlaqədar işdən azad olunmuşdur. İddiaçı “Binəqədi OYL Kompani” şirkətinin X1 2005-ci il 1 sentyabr tarixdən 2009-cu il 25 fevral tarixədək böyük mühəndis vəzifəsində işləmişdir.

2. İddiaçı 2019-cu il 19 noyabr tarixdə cavabdehə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

3. Cavabdeh 2019-cu il 27 noyabr tarixli imtina məktubu ilə iddiaçının müraciətini təmin etməmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının təqdim etdiyi 1983-cü il 17 dekabr tarixli, ИТ -İ ******* nömrəli əmək kitabçasında qeyd olunanlara əsasən 2006-cı il 01 yanvar tarixədək ümumi iş stajı 25 ildən az təşkil etdiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı 2019-cu il 9 dekabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onun 1979-cu ildən 1984-cü ilə qədər təhsil aldığı dövrü sosial sığorta stajına daxil etməklə 57 yaşının tamam olduğu tarixdən, yəni 2019-cu il 20 iyul tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

5. İddiaçı tələ bini onunla əsaslandırmışdır ki, cavabdehin ona pensiya təyin etməkdən imtina etməsi əsassızdır. Belə ki, 2006-cı il 1 yanvar tarixə qədər təhsil və hərbi xidmət müddətləri də daxil olmaqla 26 il 5 ay 17 gün ümumi iş stajı, 21 il 0 ay 2 gün zərərli iş stajı vardır. Zərərli iş stajını təsdiq edən «Binəqədi oyl Kompani» şirkəti tərəfindən müvafiq arayış verilmişdir. Zərərli iş stajı 1984-cü il 17 iyul tarixdən 1985-ci il 15 may tarixə qədər «Türkmənqazsənaye» birliyində texnoloji kompressorların maşinisti və 1987-ci il 1 noyabr tarixdən 1990-cı il 29 dekabr tarixə qədər texnoloji kompressorların maşinisti, vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli, 1993-cü il 21 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının Xİİ Bölməsinin 3-cü yarımbölməsinin 2-ci his səsinin 2130302a-13775 şifrinə, 1985-ci il 15 may tarixdən 1987-ci il 1 noyabr tarixə qədər növbə mühəndisi və 1990-cı il 29 dekabr tarixdən 1991-ci il 12 sentyabr tarixə qədər mühəndisi vəzifələri 2130302b22171 şifrinə, 1991-ci il 12 sentyabr tarixdən 1992-ci il 29 fevral tarixə qədər kompressor stansiyasının rəis müavini və 2002-ci il 11 mart tarixdən 2005-ci il 1 sentyabr tarixə qədər qazkompressor sexinin rəis müavini vəzifələri 2130302b-24094 şifrinə, 1992-ci il 26 mart tarixdən 1994-cü il 10 mart tarixə qədər «Kirovneft» NQÇİ-də X1 usta vəzifəsi 2130302b-23187 şifrinə, 1994-cü il 10 mart tarixdən 1997-ci il 10 sentyabr tarixə qədər həmin sexdə 4-cü stansiya rəisi, 1997-ci il 16 sentyabr tarixdən 2002-ci il 1 mart tarixə qədər qaz kompressor sexinin rəisi, 2002-ci il 7 mart tarixdən 2 002-ci il 11 mart tarixə qədər kompressor stansiyasının rəisi vəzifələri 2130302b24097 şifrinə uyğundur. Cavabdehin etirazları:

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 2 iyun tarixli, 2-1(112)-863/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının 1979-1984-cü illərdə "Bakı Neft Texnukumunda"kı təhsil müddətini sosial sığorta stajına daxil etməklə 2019-cu il 20 iyul tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi cavabdehə həvalə edilmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının təhsil müddəti daxil edilməklə ümumi iş stajı 26 il 5 ay 17 gün, gü zəştli iş stajı isə 21 il 0 ay 2 gün təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməlidir.

9. Cavabdeh apellyasiya şikayəti verərək məhkəmənin həmin qərarının ləğv edilməsini və iddianın tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 16 sentyabr tarixli, 2-1(103)-1481/2020 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 2 iyun tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh kassasiya şikayəti verərək məhkəmənin həmin qərarının ləğv edilməsini və iddianın tələbinin təmin olunmamasını xahiş etmişdir. c. k assasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 3 fevral tarixli, 2-1(102)-86/2021 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 16 sentyabr tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

14. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının 1979-cu il 1 sentyabr - 1983-cü il 3 noyabr tarixlərdəki orta-ixtisas təhsili və hərbi xidmət dövrləri, 1984-cü il 17 iyun tarixdən 2006-ci il 1 yanvar tarixədək əmək fəaliyyəti dövrü 25 ildən çoxdur. Lakin məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının işlədiyi peşələrin güzəştli şərtlərlə pensiya təyin olunmasına imkan verən peşələrə aid olması apellyasiya instansiyası məhkəməsi tərəfindən tam araşdırılmamışdır. Apellyasiya məhkəməsinin uyğunlaşdırdığı bu peşələr də şist, kömür, qaz kondensatı, qaz, neft emalında məşğul olan şəxslərə aiddir. Lakin, məhkəmə apellyasiya şikayətində göstərilən dəlilə, yəni iddiaçının hasilat sahəsində işlədiyi halda onun işlədiyi peşələrin emal sahəsinə aid peşələrə uyğunlaşdırılmasının qanunsuz olması barədə dəlilə “apellyasiya şikayəti formal mülahizələrə əsaslanmışdır” kimi münasibət bildirsə də, gəldiyi nəticəni əsaslandırmamış, iddiaçının işlədiyi sahənin emal və ya hasilat sahəsinə aid olmasını araşdırmamışdır.

15. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Apellyasiya məhkəməsi “Binəqədi OYL Kompani” tərəfindən verilmiş 128 saylı, 2019-cu il 13 noyabr tarixli arayışa və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin SOCAR**********80020123X0037 saylı, 2019-cu il 13 noyabr tarixli, arxiv arayışına istinad etmişdir. Məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Ona görə də, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməlidir. Şəxsin işlədiyi peşələrin siyahıda göstərilən peşələrə uyğunlaşdırılmasında çətinlik yarandıqda məhkəmə, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, işçinin əmək funksiyaları və eyniləşdirmə üçün zəruri olan digər meyar əlamətlərini əks etdirməklə arayış verilməsini tələb edə bilər. İddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır.

16. Həmçinin, “Binəqədi OYL Kompani” tərəfindən verilmiş 128 saylı, 2019-cu il 13 noyabr tarixli arayışda iddiaçının 2005-ci ildən etibarən işlədiyi müxtəlif peşələr göstərilməsinə baxmayaraq, hansı peşənin hansı bölmədə nəzərdə tutulduğu göstərilməmiş, ümumi şəkildə qeyd olunmuşdur ki, “yuxarıda göstərilən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarı ilə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahısında təsdiq edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin SOCAR **********80020123X0037 saylı, 2019-cu il 13 noyabr tarixli, arxiv arayışında isə iddiaçının işlədiyi peşələr və müddətlər sadalanmış olsa da, bu peşələrin Siyahılarda olan ha nsı peşəyə uyğunluğu ümumiyyətlə qeyd olunmamışdır. ç. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1265/2021 saylı, 2021-ci il 2 iyul tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 2 iyun tarixli qərarı ləğv edilmiş, yeni qərar qəbul edilmiş, iddia rədd edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının işlədiyi peşələrin güzəştli şərtlərlə pensiya təyin olunmasına imkan verən peşələrə aid olması birinci instansiya məhkəməsi tərəfindən tam araşdırılmamışdır. Belə ki, iş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi iddiaçının işlədiyi hansı vəzifə və ya peşələrin, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfin dən təsdiq olunan siyahısında nəzərdə tutulan hansı peşə və vəzifəyə uyğun olduğunu müəyyən etməmişdir. Məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq işdə olan SOCAR-ın Baş ofisin Mərkəzi Arxivinin 2019-cu il 13 noyabr tarixli, **********080020123X00379 saylı arayışında İddiaçı işlədiyi sahələrin və peşələrin zərərli və ağır sahələr sayılması üçün zəruri olan göstəricilərin (buna görə fərqli əmək haqqı və güzəştlər tətbiq olunması və s.), onun işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli, 1993-cü il 21 iyun tarixli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 və ya 2 n ömrəli Siyahısı”nda hansı bölməyə aid olduğunu göstərməklə ətraflı arayışın göndərilməsi barədə SOCAR-a sorğu göndərmişdir. SOCAR “Azneft” İB-nin məhkəməyə ünvanlandığı 2021-ci il 21 iyun tarixli, SOCAR**********30360424X00011 saylı məktubunda bildirmişdir ki, sorğuya əlavə edilmiş, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivindən 2019-cu il 13 noyabr tarixli SOCAR**********80020123X00379 №-li arxiv arayışı ilə müəyyən olunur ki, 1962-ci il 20 iyul təvəllüdlü İddiaçı “Kirovneft” NQÇİ-nin (sonrakı adı “Binəqədineft” NQÇİ) Mənzil Kommunal Təsərrüfatında “qazanxana operatoru” peşəsində və Qaz-kompressor sexində “usta”, “stansiya rəisi” və “qazkompressor sexinin rəis müavini” vəzifələrində işləmişdir. İddiaçı fəaliyyət göstərmiş olduğu Mənzil Kommunal Təsərrüfatında “qazanxana operatoru” peşəsi, Qaz-k ompressor sexində “usta”, “stansiya rəisi” və “qazkompressor sexinin rəis müavini” vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 və 2 №-li Siyahı”sında nəzərdə tutulmamışdır. Göründüyü kimi, iddiaçının işlədiyi peşələr güzəştli şərtlərlə pensiya təyin olunmasına imkan verən peşələrə aid olmadığı müəyyən edilir. Bu səbəbdən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində iddiaçının 2006-cı il 1 yanvar tarixə tələb olunan 12 il 06 ay güzəştli iş stajın olmadığından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilm əsi mümkün olmaması dəlillini əsaslı hesab edir.

19. İddiaçı kassasiya şikayəti verərək məhkəmənin həmin qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

20. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, məhkəmə qərarında eyni hüquqa malik şirkətlərdən birinin verdiyi arayışa niyə üstünlük verdiyini əsaslandırmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabineti əmək şəraiti zərərli və ağır olan iş sahələrin, orada işləyən və güzəştli şərtlərlə pensiya almaq hüququ olan işçilərin siyahısını müəyyən edən 1993-cü il 21 iyun tarixli, 320 saylı qərar qəbul etmiş və həmin qərara 1 və 2 №-li əlavələrdə əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarını təsdiq etmişdir. Həmin qərarla təsdiq edilmiş 2 №-li Siyahısının kodu 21303000 olan Xİİ fəsli Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı adlanır. İddiaçının işlədiyi sex vəzifə təlimatından da görünür ki, neft və qazın hazırlanması və vurulması sexi adlanmışdır. Belə ki, iddiaçı qaz emalı, hasilatı ilə məşğul olmuşdur. 2 №-li siyahının Xİİ fəslinin 3-cü bölməsi Neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı adlanır. Həmin bölmənin İ yarımbölməsi qazma, İİ yarım bölməsi is ə Neft-qaz və qaz kondensatının hasilatı adlanır. Həmin yarımbölmənin kodu 2130301b olan, b bəndi mütəxəssislər və rəhbərlər adlanır. Bundan sonra həmin rəhbər və mütəxəssislər dəqiqləşdirilir: belə ki, kodu 2130301b—22177 olan mühəndislər (növbəli məşğul olanlar), kodu 2130301b— 23187 olanlar ustalar, böyük ustalar, kodu 2130302b—24097 olanlar sahələrin rəisləri, kodu 2130302b—24125 texnoloji sexlərin rəisləri və onların müavinləridir. İddiaçı da 1992-ci il 26 mart tarixdən 1994-cü il 10 mart tarixə qədər əvvəllər “Kirovneft» NQÇİnin kompressor sexində usta (kodu 21300260-23187), 1994-cü il 10 mart tarixdən 1997-ci il 10 sentyabr tarixə qədər sex rəisi, 1997-ci il 16 sentyabr tarixdən 2002-ci il 10 mart tarixə qədər kompressor stansiyasının (sexinin) rəisi, 2002-ci il 11 mart tarixdən h əmin sexin rəis müavini (kodu-2130302b-24097), 2005-ci il 01 sentyabr tarixdən 2009-cu il 25 fevral tarixə qədər böyük mühəndis vəzifəsində işləmişdir (kodu 2130302b—22171).

21. Həmçinin, iddiaçının işlədiyi müəssisədə siyahıda qeyd edilən vəzifədə işləyən, ondan əvvəl eyni vəzifədə işləmiş, yəni iddiaçının vəzifədə əvəz etdiyi pensiya çıxan şəxslərin hamısı güzəştli şərtlərlə pensiyaya çıxmışlar. Cavabdeh tərəfindən ona fərqli münasibət göstərilməsi iddiaçıya aydın deyildir. Bildirilməlidir ki, cavabdehin iddiaçının işlədiyi sahənin qaz emalına aid olması barədə göstərdiklərini Bakı Apellyasiya Məhkəməsində iş baxılan zaman verdiyi vəsatətdə əsaslandırılmışdır. Bundan başqa bildirilməlidir ki, iddiaçının işlədiyi sahə zərərli sahə hesab edildiyindən ona məzuniyyət verilərkən və əmək haqq ı hesablanarkən bu amil nəzərə alınmışdır. Belə ki, iddiaçı ilə işlədiyi müəssisə arasında bağlanmış müqavilədə onun əmək şəraiti zərərli işdə işləməsi öz əksini tapmışdır. Əmək Məcəlləsinin 115-ci maddəsində göstərilir ki, yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır. İddiaçıya da həmişə məzuniyyət verilərkən 6 təqvim günü əlavə məzuniyyət verilmişdir. Bu halın özü də iddiaçının əmək şəraiti zərərli işdə işləməyi təsdiq edir.

22. İddiaçı tərəfindən verilən vəsatətdə işlədiyi mü əssisənin qaz emalı sahəsinə aid olub olmaması, onun qaz emalı ilə məşğul olub-olmaması, ümumiyyətlə neft-qaz çıxarmanın hansı sahəsinə aid edilməsi, Nazirlər Kabinetinin yuxarıda qeyd edilən qərarında göstərilən sahə rəisi, böyük mühəndis, mühəndis, usta dedikdə kimlərin nəzərdə tutulduğu barədə Azərbaycan Dövlət Neft Şirkətinə yenidən sorğu göndərilməsi, qeyd edilən məsələlərin aydınlaşdırılması üçün bu sahədə biliyə malik olan müstəqil, qərəzsiz şəxsin rəy verməsi üçün mütəxəssis kimi dəvət edilməsi, "Socar”-ın qaz emalı ilə bağlı işi yerinə yetirən neft qazçıxarma müəssisələrin iddiaçı ilə eyni kateqoriyadan olan müəssisədə və eyni vəzifədə işləmiş güzəştli şərtlərlə pensiyaya çıxmış şəxslərin siyahısını tələb edilməsi, cavabı hazırlamış “Socar”-ın əməkdaşının verdiyi cavabı aydınlaşdı rmaq üçün məhkəməyə çağırılması, müvafiq sənədlərin tələb edilməsi xahiş edilmişdir. Məhkəmə iddiaçının vəsatətlərində göstərdiyi halların düzgünlüyünü yoxlamaq üçün heç bir tədbir görməmişdir. Məhkəmə ona məzuniyyət verilməsi barədə əmrləri, əmək haqqının hesablanması qaydalarını, onunla bağlanmış müqavilələri tələb etməmiş(həmin sənədlərdə işçinin vəzifəsi ilə bərabər işin kodu da göstərilir), iddiaçının işlədiyi vəzifənin kodu aydınlaşdırmamışdır. Buna görə də, məhkəmənin əsaslanaraq qərar qəbul etdiyi “SOCAR”-ın verdiyi arayış iş üzrə mötəbər sübut ola bilməz. b. kassasiya şikayətinə etirazın dəlilləri

23. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

24. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və tə klifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.3. Sübutların cəlb olunmasına dair şifahi məhkəmə iclasında qaldırılmış vəsatət yalnız məhkəmənin əsaslandırılmış qərardadı ilə rədd edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sü butlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahis ə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Şikayət əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

28. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi yalnız “Azneft” İB-nin məhkəməyə ünvanlandığı 2021-ci il 21 iyun tarixli, SOCAR**********30360424X00011 saylı məktubuna istinadla qeyd etmişdir ki, İddiaçı fəaliyyət göstərmiş olduğu Mənzil Kommunal Təsərrüfatında “qazanxana operatoru” peşəsi, Qaz-kompressor sexində “usta”, “stansiya rəisi” və “qaz-kompressor sexinin rəis müavini” vəzifələri Azərbaycan Respubli kası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 və 2 №-li Siyahı”sında nəzərdə tutulmamışdır.

29. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini və bu qənaətlə bağlı əsaslandırmasını İPM-in 12.1, 12.2, 58.7 və 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir.

30. Ali Məhkəmənin hazırkı iş üzrə 2021-ci il 3 fevral tarixli, 2-1(102)-86/2021 saylı qərarında da qeyd olunmuşdur ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş arayışları həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Ona görə də, işlərə baxılarkən həmin arayışların məzmunu di qqətlə tədqiq edilməli və qiymətləndirməlidir. Şəxsin işlədiyi peşələrin siyahıda göstərilən peşələrə uyğunlaşdırılmasında çətinlik yarandıqda məhkəmə, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, işçinin əmək funksiyaları və eyniləşdirmə üçün zəruri olan digər meyar əlamətlərini əks etdirməklə arayış verilməsini tələb edə bilər.

31. Digər tərəfdən, məhkəmə kollegiyası oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında ifadə etdiyi mövqeyə görə, əgər iddiaçı inzibati orqanın imtinası ilə razılaşmayaraq işlədiyi hər hansı işin, peşənin və ya vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verdiyini iddia edirsə, bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzif ə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Belə ki, işin, vəzifənin və peşənin adının müəyyən və ya təyin edilməsi məhkəmənin səlahiyyətinə aid deyil.

32. İddiaçı haqlı olaraq qeyd edir ki, onun tərəfindən verilən vəsatətdə işlədiyi müəssisənin qaz emalı sahəsinə aid olub-olmaması, onun qaz emalı ilə məşğul olubolmaması, Nazirlər Kabinetinin yuxarıda qeyd edilən qərarında göstərilən sahə rəisi, böyük mühəndis, mühəndis, usta dedikdə, kimlərin nəzərdə tutulduğu barədə Azərbaycan Dövlət Neft Şirkətinə yenidən sorğu göndərilməsi, qaz emalı ilə bağlı işi yerinə yetirən neft qazçıxarma müəssisələrin iddiaçı ilə eyni kateqoriyadan olan müəssisədə və eyni vəzifədə işləmiş güzəştli şərtlərlə pensiyaya çıxmış şəxslərin siyahısını tələb edilməsi xahiş edilmiş, lakin məhkəmə iddiaçının vəsatətində göstərdiyi halların yoxlanılması üçün heç bir tədbir görməmişdir.

33. İPM-in 58.3-cü maddəsinin tələbinə görə, sübutların cəlb olunmasına dair şifahi məhkəmə iclasında qaldırılmış vəsatət yalnız məhkəmənin əsaslandırılmış qərardadı il ə rədd edilə bilər.

34. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 12.2, 58.3, 58.7 və 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.

35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 2 iyul tarixli, 21(103)-1265/2021 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar