Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2098/2023 27.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər X6 (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı (üçüncü şəxslər X4, X5 və X2) torpaq sahəsinin planı və ölçüsünün və çıxarışın iddiaçının torpaq sahəsinə aid hissədə ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Şəki Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(107)-205/2023 nömrəli iş üzrə 10 may 2023-cü il tarixli qərarından iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarı ilə 4.299 kv.m. torpaq sahəsi iddiaçıya ayrılmış, həmin torpaq sahəsinə dair iddiaçının adına A 432355 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş dir.
2. Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarı ilə 7.799 kv.m. torpaq sahəsi X3 ayrılmış, həmin torpaq sahəsinə dair onun adına A 432315 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir.
3. X4, X5 və X1 ümumi birgə mülkiyyətinə 0,7799 ha torpaq sahəsi verilməsi barədə daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli **********86 reyestr nömrəli çıxarış verilmişdir.
4. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə etdiyi mütəxəssis rəyinə görə, A432355 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 4.299 kv.m. torpaq sahəsi A432515 nömrəli plan-ölçüdə qeyd edilmiş 7.799 kv.m. torpaq sahəsi ilə üst-üstə düşmür. A432555 nömrəli torpaq sahəsi, plan-ölçü sənədində qeyd edilmiş 7.799 kv.m torpaq sahəsi, A680085 nömrəl i plan-ölçü sənədində qeyd edilmiş 7.799 kv.m. torpaq sahəsi ilə üst-üstə düşür. A 680085 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 7.799 kv.m. torpaq sahəsi A432355 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 4.299 kv.m torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi A432355 nömrəli planölçüdə qeyd edilmiş 4.299 kv.m torpaq sahəsi ilə üst-üstə düşmür. X4, X5 və X1 faktiki istifadələrində olan torpaq sahəsi A432515 nömrəli və A680085 nömrəli plan-ölçü sənədlərində qeyd edilən torpaq sahələri ilə üst-üstə düşür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş A432515 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin və xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın Zaqatala rayonu Gözbarax kəndində yerləşən A 432355 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında iddiaçının adına işlənmiş 4.299 kv.m. torpaq sahəsinə dair hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Şəki İnzibati Məhkəməsinin e-2-1(116)-1674/2022 nömrəli 29 dekabr 2022-ci il tarixli qərarı ilə (hakim V.Musayev) iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsinin qərarının əsaslarına görə, “İş materiallarından göründüyü kimi iddiaçı A432355 nömrəli plan-ölçüdə qeyd edilmiş 4299 kv.m torpaq sahəsindən faktiki olaraq istifadə etmir və həmin plan və ölçü sənədindən başqa iddiaçının adına qonşu torpaq sahəsi ilə bağlı hər hansı sənəd tərtib edilməmişdir. Cavabdeh orqan tərəfindən təqdim edil miş mütəxəssis rəyi əsasında müəyyən edilmişdir ki, üçüncü şəxsin adına hazırlanmış A432515 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 7799 kv.m torpaq sahəsi A680085 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 7799 kv.m torpaq sahəsi ilə üst-üstə düşür. A 680085 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 7799 kv.m torpaq sahəsi iddiaçının adına tərtib edilmiş A432355 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 4299 kv.m torpaq sahəsi ilə üst-üstə düşmür. Yəni, üçüncü şəxsin adına hazırlanmış çıxarışın plan-ölçü sənədi, ilkin plan-ölçü sənədinə uyğun hazırlanmışdır və həmin sənədlərdə qeyd edilmiş torpaq sahəsinin koordinatları iddiaçıya məxsus plan-ölçü sənədində qeyd edilmiş torpaq sahəsinin koordinatları ilə düşmür. Belə olan halda məhkəmə hesab edir ki, hər hansı hüquqmüəyyənedici sənəd olmada n, A432515 nömrəli nömrəli plan-ölçü sənədi ilə üçüncü şəxsin istifadəsində olan torpaq sahəsindən iddiaçının faktiki istifadə və sahiblik etməsi onun tərəfindən həmin torpaq sahəsinin zəbt olunması deməkdir. Yəni, iddiaçı A432355 nömrəli plan-ölçü sənədində qeyd edilmiş torpaq sahəsini sənəddə göstərilən qaydada deyil, ona ayrılmamış qonşu torpaq sahəsini də faktiki olaraq zəbt edərək istifadə və sahiblik edir.” b) Apellyasiya instansiyası məhkəməsində icraat
8. Birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti vermişdir.
9. Şəki Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(107)-205/2023 nömrəli iş üzrə 10 may 2023-cü il tarixli qərarı ilə (hakimlər R.Rəfiyev (sədrlik edən və məruzəçi) V.Məlikov və G.Cavadova) iddiaçı tərəfindən verilmiş apell yasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ
11. Apellyasiya instansiyası məhkəməsinin qərarı ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qərarın ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. a) Kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlillərinə görə, cavabdeh orqan faktiki olaraq iddianı etiraf etmişdir. Mütəxəssis rəyi mötəbər sayıla bilməz. Məhkəmə kollegiyası hərtərəfli araşdırma aparmamış, zəruri ekspertizaların keçirilməsini təmin etməmişdir. Bundan başqa, mübahisələndirilən Torpaq sahəsinin planı və ölçüsü sə nədində istinad edilən Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 2003-cü il 25 sentyabr tarixli 110 nömrəli qərarının məzmunundan göründüyü kimi, həmin qərar ümumi xarakter daşımaqla, iddia olunan torpaq sahəsinin bilavasitə üçüncü şəxslərə verilməli olduğunu təsbit etmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 15. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cin ayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
16. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə
111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur;
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır;
3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. 17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir; Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır; Maddə
17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
18. Azərbaycan Respu blikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur; Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir; Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır; Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayət i verən şəxsin tələbi göstərilməlidir; Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır; Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir; Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir; Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilm iş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər; Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ VƏ İŞƏ BAXİLMASL QAYDASİ a) Kassasiyanın mümkünlüyü
19. Kassasiya şikayəti vaxtında verildiyi, şikayət formal baxımdan lazımi qaydada əsaslandırıldığı və şikayətçinin tələbləri göstərildiyi üçün mümkün hesab edilmişdir. b) Kassasiya baxışının hədləri
20. Kassasiya şikayətində qərarın ləğvi xahiş edildiyi instansiyasının yekun məhkəmə aktı şikayət həddində tam yoxlanılır. üçün, apellyasiya c) İşə baxılması qaydası
21. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışd ır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qərarının tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. İlk olaraq, şikayətdə fundamental vacib hüquqi məsələlər qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə is tinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, həmin məhkəmə istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur və həmin məhkəmənin qərarında şərh olunmuş məsələləri yenidən müzakirə etməyə lüzum yoxdur.
25. Kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, cavabdehin faktiki olaraq iddianı etiraf etməsi iş materialları ilə təsdiqini tapmır, məhkəmələrin istinad etdiyi mütəxəsiss rəyinin mötəbər sayılmaması üçün əsaslar işdən müəyyən edilmir, iş üzrə yenidən ekspertizanın keçirilməsi üçün zərurət olmamışdır və yoxdur. Belə ki, aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edildiyi kimi, iddiaçı hər hansı hüquq müəyyənedici sənəd olmadan üçüncü şəxsin istifadəsində olan torpaq sahəsindən faktiki istifadə və sahiblik edir, bu da onun tərəfindən həmin torpaq sahəsinin zəbt olunması deməkdir. Yəni, iddiaçı öz plan-ölçü sənədində qeyd edilmiş torpaq sahəsini sənəddə göstərilən qaydada deyil, ona ayrılmamış qonşu torpaq sahəsini də faktiki olaraq zəbt edərək istifadə və sahiblik edir.
26. Beləliklə, inzibati işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiym ət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
27. Göstərilənlərə əsasən və İPM-in 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(107)-205/2023 nömrəli iş üzrə 10 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı kassasiya şikayəti təmin edilməsin. Qərar qətidir.