Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2099/2019 28.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və X1 ibarət tərkibdə, İddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon Şöbəsinə qarşı “əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiyanın ödənilməsi” tələblərinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 7 mart tarixli 2-1(103)-535/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıd akı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçıya 2015-ci il 1 yanvar tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona təyin olunmuş əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 11 iyul tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçıya 2015-ci ildə 52 yaşında yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Pensiyanın məbləği qanunvericiliyə uyğun olaraq 2006-cı il 1 yanvar tarixə qədər sığorta stajına, 2006-cı il 1 yanvar tarixdən sonrakı dövr üzrə isə ödənilmiş məcburi dövlət sığorta haqlarına əsasən hesablanmışdır və 294,94 manat təşkil edir. İddiaçıya pensiya qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır. İd diaçı 2018-ci il 7 avqust tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona təyin edilmiş pensiya haqqının pensiya almaq hüququnun yarandığı 2015-ci il 1 yanvar tarixdən etibarən 1005,08 manat məbləğində müəyyən edilməsi və ödənilməmiş 29113,28 manat məbləğində pensiya haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 52 yaşına çatdığı üçün 2015-ci il 1 yanvar tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının aylıq məbləğinin “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 1992-ci il 23 yanvar tarixli Qanununun tələblərinə uyğun hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş dir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, 1981--1983-cü illərdə hərbi xidmət keçmiş, 1983-cü il 22 avqust tarixdən əmək fəaliyyətinə başlamış və 2006-cı il 1 yanvar tarixinə kimi istehsalatların bir sıra sahələrində işləyərək “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tələblərinə cavab verən iş stajı toplamış, bu səbəbdən də 52 yaşına çatdığı 2015-ci il 1 yanvar tarixdən yaşa görə əmək pensiyası almaq hüququ qazanmışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən tə sdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlər. Əmək kitabçasından göründüyü kimi 2006-cı il 1 yanvar tarixinə iş stajı həqiqi hərbi xidmət illəri də daxil olmaqla 24 il 7 ay 24 gün təşkil etmiş və həmin müddətin 15 ildən artıq hissəsini Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 1 nömrəli siyahıya daxil olan vəzifələrdə çalışmışdır. Hesab edir ki, pensiya haqqının aylıq məbləği qanunvericiliyin tələblərinə uyğun hesablanmamış və bununla da onun hüququ pozulmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinə əsasən, yaşa gö rə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu qanunun 13-cü maddəsinin “a” bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, “b” bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Yaşa görə pensiyanın əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır.Həmin Qanunun 13-cü maddəsinin “a” bəndində nəzərdə tutulan işçilərin pensiyası güzəştli şərtlərlə pensiya almaq hüququ verən iş stajının kişilərdə 10 ildən yuxarı hər tam ili üçün orta aylıq əmək haqqının bir faizi qədər artırılır. Həmin maddə üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, 13-cü maddənin “a” bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən artıq ola bilməz.Həmin Qanunun 71-ci maddəsinə əsasən, pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır.Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır. Onun orta aylıq əmək haq qının miqdarı pensiya almaq hüququ yarandığı aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına aid əmək fəaliyyətinə əsasən, təqribən 1005,08 manat təşkil edir.Əmək kitabçasının surətindən görünür ki, pensiya almaq hüququm yarandığı 2015-ci il 1 yanvar tarixinə iş stajı 33 il 4 ay 24 gün təşkil etmişdir. Tələb olunan iş stajı 20 il olduğundan, həmçinin 2006-cı il 1 yanvar tarixinədək 15 il 4 ay 12 gün güzəştli şərtlərlə pensiya almaq hüququ verən iş stajı topladığından onun pensiyasının məbləği orta aylıq əmək haqqının 100 faizi miqdarında təyin edilməli idi (70%+(33-20)x2%+(15-10)x1%= 70%+26%+5%=101%). Sözügedən Qanunun tələblərinə görə onun aylıq pensiya haqqının miqdarı 1005,08 manat təşkil edir (1005,08x100%=1005,08).Beləliklə ona 2015-ci il 1 yanvar tarixdən bu günə kimi 29.113,28 ma nat (41ayx(1005,08-295,0)=29.113,28) məbləğində pensiya haqqı ödənilməmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 17 oktyabr tarixli 2-1(81)3776/2018 nömrəli qərarı ilə iddianın rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 26.2-ci maddəsi 2010-cu il 1 yanvar tarixdən qüvvədən düşmüşdür. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ əldə etməsi üçün ümumi və güzəştli iş stajlarını 2006-cı il 1 yanvar tarixədək toplasa da, lakin onun pensiya hüququ 2015-ci il 1 yanvar tarixdən, yə ni 2010-cu il 1 yanvar tarixdən sonra yaranmışdır. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 7 mart tarixli 2-1(103)-535/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı iddiaçıya 2019-cu il 1 aprel tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2019-cu il 29 aprel tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiy a şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan başqa, şikayətdə göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Apellyasiya instansiyası məhkəməsi həmin normanın tələbini nəzərə almamışdır. İşdə iştirak edən şəxslərin etiraz və izahatları: İddiaçının vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə kollegiyasına yazılı müraciət edərək imtina məktubunda göstərilən mövqeni müdafiə etmiş, şikayətin rədd edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: Cavabdehin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlar sa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər — 52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;... İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı 2006-cı il 1 yanvar tarixədək ümumi və xüsusi staja dair şərtləri ödədiyindən ona 52 yaşının tamam olduğu 2015-ci il 1 yanvar tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, pensiyanın məbləği həmin tarixdə qüvvədə olan qanuna əsasən hesablanmışdır. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin məzmunundan görü ndüyü kimi həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Başqa sözlə, qanunverici güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını toplamış şəxslərin həmin stajın tam toplandığı vaxtda qüvvədə olan qanuna əsasən müəyyən edilmiş stajı və yaşı nəzərə alır. Hazırkı işdə iddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajına (bunun 10 ilini əmək şəraiti zərərli və ağır olan işlərdə çalışmaqla) 2006-cı il yanvarın 1-dək malik olduğundan o, Qanunla həmin tarixədək müəyyən edilmiş 52 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququnu qazanmışdır. İddiaçının 52 yaşı 2015-ci il yanvarın 1-də tamam olduğundan ona güzəştli şərtlərlə pensiya həmin tarixdən təyin olunmalı və pensiyanın məbləği həmin tarixdə qüvvədə olan qanuna uyğun olaraq hesablanmalıdır. Cavabdeh təsdiq edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası onun 52 yaşının tamam olduğu 2015-ci il də təyin edilmiş və pensiyanın məbləği həmin vaxtda qüvvədə olan qanuna əsasən hesablanmışdır. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 7 mart tarixli 2-1(103)-535/2019 nömr əli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova A.S.Hüseynov
Məhkəmə qərarları › İş №2-1(102)-2099/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2099/2019
28.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver