Məhkəmə qərarları › İş №2-1(102)-2099/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2099/2020

01.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2099/2020 01.12.2020 ALİ MƏHKƏMƏ İddiaçı Abşeron Rayonu Xırdalan Bələdiyyəsinə qarşı iş üzrə (Açar sözlər: vəzifəli şəxsin hərəkətlərinin qanunsuz hesab edilməsi, torpaq sahəsinin iddiaçıya satılması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, üçüncü şəxslər X1, X4, X5, X8, X23 iştirakı ilə, İddiaçı cavabdeh Abşeron Rayonu Xırdalan Bələdiyyəsinə (üçüncü şəxslər: X20, X2, X38, X12, X9, X31, X15, X3, X16, X13, X24, X25, X32, X39, X33, X17, X18, X46, X40, X41, X21, X26, X27, X47, X10, X48, X14, X19 və X34) qarşı “vəzifəli şəxsin hərəkətlərinin qanunsuz hesab edilməsi, torpaq sahəsinin iddiaçıya satılması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(105)-189/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Abşeron Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2012-ci il tarixli, 054 saylı Sərəncamı ilə iddiaçıya Xırdalan şəhəri ərazisində istifadəsində olan 0,025 ha torpaq sahəsində razılaşdırılmış eskiz əsasında bir mərtəbəli yaşayış evinin tikintisinə icazə verilmişdir.

2. Bundan sonra iddiaçı həmin torpaq sahəsində yaşayış evinin tikintisinə başlamışdır. Fərdi yaşayış evinin tikintisi aparılarkən cavabdeh orqanın vəzifəli ş əxsləri tərəfindən iddiaçıya həmin torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olduğu və torpaq sahəsinin bələdiyyədən satın alınmalı olduğunu bildirmişlər.

3. Bundan sonra iddiaçı torpaq sahəsinin ona satılması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdeh Abşeron Rayon Xırdalan Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vəzifəli şəxsin hərəkətlərinin qanunsuz hesab edilməsi, iddiaçının uzun müddət istifadəsində olan və Ünvan 1 ünvanında yerləşən 250 m2 torpaq sahəsinin iddiaçıya satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Ünvan 1 ünvanında yerləşən 250 m2 torpaq sahəsi uzun müddətdir iddiaçının istifadəsindədir və bağ sahəsi kimi 12 ildən artıq müddətdir ki, istifadə edir. Həmin torpaq sahəsində bağ evi olmuşdur, Abşeron Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2012-ci il tarixli, 054 saylı Sərəncamına əsasən Xırdalan şəhəri ərazisində istifadəsində olan 0,025 ha torpaq sahəsində razılaşdırılmış eskiz əsasında bir mərtəbəli yaşayış evinin tikintisinə icazə verildikdən sonra həmin bağ evini sökərək fərdi yaşayış evinin tikintisinə başlamışdır. Cavabdeh tərəfindən torpaq sahəsinin ona satılması imtina edilmişdir. Buna görə də pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

6. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(85)-1033/2012in sayl ı qərarı ilə iddia təmin edilmişdir

7. X20, X2, X38, X12, X9, X31, X15, X3, X16, X13, X24, X25, X32, X39, X33, X17, X18, X46, X40, X41, X21, X26, X27, X47, X10, X48, X14 və X19 ərizəylə məhkəməyə müraciət edərək, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(85)1033/2012-in saylı qərarını ləğv edib işə ərizəçilərin iştirakı ilə baxılmasını məhkəmədən xahiş etmişlər.

8. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə, ərizə təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(85)1033/2012-in saylı qərarı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmiş, X20, X2, X38, X12, X9, X31, X15, X3, X16, X13, X24, X25, X32, X39, X33, X17, X18, X46, X41, X21, X26, X27, X47, X10, X48, X14 və X19 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.

9. Həmçinin, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə, X34 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

10. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1553/2019 saylı xx.xx.2019cu il tarixli qərarı ilə (hakim Z.Pirverdiyev) iddianın rədd edilməsi qərara alınmışdır.

11. Məhkəmə hesab etmişdir ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazidə bina sakinləri üçün istirahət guşəsi yaradılmışdır. Mübahisəli torpaq sahəsi onun ətrafında yerləşən binaların sakinləri üçün nəzərdə tutulmuş istirahət guşəsi olmaqla bina sakinlərinin ümumi istifadəsində olduğundan iddia təmin edilə bilməz.

12. Qərardan İddiaçı və üçüncü şəxs E.S.M. birgə apelyasiya şi kayəti verərək Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1553/2019 saylı xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(105)-189/2020 nömrəli qərarına görə (sədrlik edən və məruzəçi – F.G.Zeynallı, hakimlər – T.O.Quliyev və F.Ə.Məmmədov) apellyasiya şikayətinin rədd edilməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1553/2019 saylı xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Məhkəmə qərarının iddiaçıya hansı tarixdə təqdim edilməsi ilə bağlı iş materiallarına heç bir sənəd əlavə olunmamışdır.

16. İddiaçı həmin qərardan xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)-1553/2019 nömrəli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(105)-189/2020 nömrəli qərarlarının ləğv edilməsini və Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixl, 2(85)-1033/2012 saylı qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Kassasiya şikayətin əlavə olaraq qeyd edilmiş dir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı olması baxmayaraq məhkəmə eyni iddia tələbinə 7 ildən sonra yenidən baxmış, iddianın rədd edilməsi barədə qərar qəbul etmişdir. Məhkəmənin göstərilən hərəkətləri və qəbul etdiyi yekun qərar qanunsuz olsa da apellyasiya instansiya məhkəməsi isə bu hala heç bir hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Üçüncü şəxslər X2, X11, X10, X22, X46 məhkəmə iclasında vəkilsiz iştirak etdiklərindən onların izahatı dinlənilməmişdir.

20. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı, cavabdeh və digər üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə on ların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 28.1-ci maddəsinə görə əhalinin istirahətinin, turizm, bədən tərbiyəsi və idman fəaliyyətinin təşkili üçün nəzərdə tutulan və istifadə edilən torpaqlar turizm və rekreasiya təyinatlı torpaqlar sayılır.

22. Həmin Məcəllənin 28.2-ci maddəsinə görə bu torpaqlara ərazisində istirahət evlərinin, pansionatların, kempinqlərin, turist bazalarının, uşaq turist stansiyalarının, meşəparkların, şəhərətrafı yaşıllıq zonalarının, tədris-məşq, turist cığır larının, nişanlanmış yolların, uşaq və idman düşərgələrinin və bu kimi digər obyektlərin yerləşdiyi torpaq sahələri aiddir.

23. Həmin Məcəllənin 56-cı maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir.

24. Həmin Məcəllənin 56-cı maddəsinin 2-ci bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri özəlləşdirilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərb aycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.

25. Həmin Məcəllənin 56-cı maddəsinin 4-cü bəndinə əsasən bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə, müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarına üstünlük verilir.

26. Həmin Məcəllənin 56-cı maddəsinin 6-cı bəndinə əsasən bələdiyyələri n ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. 27. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üzün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız acıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.

28. Həmin Qanunun 3.0-cı maddəsinə əsasən bələdiyyə torpaqlarının idarə edilməsi aşağıdakı prinsiplərə əsaslanır: 3.0.3. torpaqların xüsusi mülkiyyətə və icarəyə verilməsində qanunvericiliyə və sosial ədalət prinsiplərinə əməl edilməsi;

29. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və f iziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.

30. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

31. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYA NİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

33. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməs i üçün əsas yoxdur.

35. Belə ki, işin apellyasiya instansiyası məhkəməsində araşdırılan hallarından görünür ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2012-ci il tarixli, 054 saylı sərəncamı ilə iddiaçıya Xırdalan şəhəri ərazisində istifadəsində olan 0,025 ha torpaq sahəsində razılaşdırılmış eskiz əsasında bir mərtəbəli yaşayış evinin tikintisinə icazə verilmişdir.

36. Bununla yanaşı müəyyən olunmuşdur ki, həmin torpaq bələdiyyə torpağına aiddir və bələdiyyə tərəfindən torpağın iddiaçıya ayrılması haqqında hər hansı bir qərar qəbul edilməmiş, buna baxmayaraq iddiaçının evin inşasına başlamış və bu da sakinlərin narazılığına səbəb olmuşdur. Nəticədə cavabdeh torpağın iddiaçıya satılmasından imtina etmişdir.

37. Belə ki, binanın mühafizə zonasında olan mübahisəli torpaq sahəsi, o nun ətrafında yerləşən binaların sakinləri üçün nəzərdə tutulmuş istirahət guşəsi olmaqla bina sakinlərinin ümumi istifadəsindədir.

38. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 28-ci bəndində qeyd olunan normadan göründüyü kimi torpaqların xüsusi mülkiyyətə və icarəyə verilməsində qanunvericiliyə və sosial ədalət prinsiplərinə əməl edilməlidir.

39. Sosial ədalət – sərvət bölgüsü, şəxsi fəaliyyət imkanları və sosial imtiyazlarla ölçülən şəxs və cəmiyyət arasındakı ədalətli münasibətlər anlayışıdır. Sosial ədalət insanlara əsas üstünlükləri və əməkdaşlıq yüklərini əldə etməyə imkan verən cəmiyyət institutlarında hüquq və vəzifələri təyin edir. Müvafiq qurumlar sərvətlərin ədalətli bölüşdürülməsini və bərabər imkanların verilməsini təmin etməlidirlər.

40. Hazırkı mübahi səyə sosial ədalət prinsipləri və hazırkı qərarın 21-29-cu bəndlərində nəzərdə tutulan maddi hüquq normalarının tələbləri baxımından yanaşdıqda görünür ki, bina sakinlərinin ümumi istifadəsində olan istirahət guşəsində iddiaçının yaşayış evi tikməsi yolverilməzdir.

41. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən üçüncü şəxslərin izahatlarından, iş materiallarında olan fotoşəkillərdən və eləcə də Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli məktubundan müəyyən olunmuşdur ki, binanın mühafizə zonasında olan mübahisəli torpaq sahəsi, onun ətrafında yerləşən binaların sakinləri üçün nəzərdə tutulmuş istirahət guşəsi olmaqla bina sakinlərinin ümumi istifadəsindədir

42. Odur ki, yuxarıda qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın əsas sız olduğu qənaətinə gəlmiş və iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir.

43. İddiaçı birinci instansiya məhkəməsinin əvvəlki qərarının 7 ildən sonra ləğv edilməsinin əsassız olduğuna istinad etsə də, məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə bu halı qadağan edən hər hansı bir norma nəzərdə tutulmamışdır. İddiaçı öz dəlillərini əsaslandıra bilmədiyindən məhkəmə hesab edir ki, kassasiya şikayəti təmin edilməməlidir.

44. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman gö stərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir.

45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(105)-189/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar