Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2099/2021 07.12.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: xidmətin bir ayının üç ay sayılmaqla uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xidmət illərinin düzgün hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2N.06.2021-ci il tarixli, 2-1(10N)-974/2021 nömrəli qərarından cavabdeh tə rəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 15.02.1996-cı il tarixli, 02NN nömrəli əmrinə əsasən Tibb xidməti leytenantı olan iddiaçının N illik müddətə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə çağırılması qərara alınmışdır.
2. İddiaçı 08.1987-ci ildən 10.1987-ci ilə kimi N nömrəli hərbi hissədə kursant, 10.1987-ci ildən 24.05.1989-cu ilə kimi N nömrəli hərbi hissədə operator, 15.02.1996-cı ildən 07.05.2007-ci ilə kimi Müdafiə Nazirliyi MMTE Ərazi Məhkəmə Tibbi Laboratoriyasının rəisi, 07.05.2007-ci ildən 21.01.N1-ci ilə kimi regional məhkəmə tibbi laboratoriyasının rəisi, 21.01.N1-ci ildən 28.10.N2-ci ilə kimi regional məhkəmə t ibbi ekspertiza laboratoriyasının rəisi, 28.10.N2-ci ildən 0N.09.NN-cü ilə kimi Füzuli regional məhkəmə X9 rəisi, 0N.09.NN-cü ildən 08.01.N8-ci ilə kimi komisyon və X4 rəisi məhkəmə tibbi eksperti və N1.12.N7-ci il tarixdən həqiqi hərbi xidmətdə saxlanılmış və 08.01.N8-ci ildən 06.02.N9-cu ilə kimi müalicə profilaktika şöbəsinin baş zabiti olmuşdur. N. Müdafiə Nazirliyi Məhkəmə X1N üzrə 27.08.2009-cu il tarixli, 8N nömrəli əmrə əsasən T/X mayoru olan iddiaçının N nömrəli hərbi hissə başqa əraziyə köçürüldüyü üçün, ərzaq təminatından çıxarılması və 28.08.2009-cu il tarixdən etibarən N nömrəli hərbi hissədə ərzaq təminatına qoyulması qərara alınmışdır.
4. N nömrəli Hərbi hissə komandirinin 01.09.2009-cu il tarixli, 254 nömrəli əmrindən çıxarışa əsasən Tərtər-Qarabağ regional MTL-nin rəisi ti bb xidməti mayoru olan iddiaçının 01.09.2009-cu il tarixdən etibarən N nömrəli hərbi hissədə ərzaq təminatına qoyulması qərara alınmışdır
5. Müdafiə Nazirliyi Məhkəmə X8 rəisinin 01.04.N0-cu il tarixli, 29 nömrəli əmrinə əsasən Tərtər-Qarabağ Regional MTL-nin rəisi tibb xidməti mayoru iddiaçının 10.04.N0-cu il tarixdən dəyişdirilməsi, 01.04.N0-cu il tarixdən N nömrəli hərbi hissədən bütün təminatlardan çıxarılması və 01.04.N0-cu il tarixdən N nömrəli hərbi hissədə bütün təminatlara qoyulması qərara alınmışdır. N nömrəli hərbi hissə komandirinin 12.10.N0-cu il tarixli 10N nömrəli əmrinə əsasən Müdafiə Nazirliyinin Məhkəmə X8 rəisinin 01.04.N0-cu il tarixli 29 nömrəli əmri ilə Füzuli Regional Məhkəmə Tibbi Laboratoriyasının rəisi vəzifəsinə təyin olunmuş tibb xidməti mayoru iddiaçının 12.04. N0-cu il tarixdən qazan təminatına qoyulması qərara alınmışdır.
6. N nömrəli hərbi hissə komandirinin 09.09.NN-cü il tarixli 264 nömrəli əmrinə əsasən N nömrəli hərbi hissənin qazan təminatında olan Füzuli Regional Məhkəmə Tibbi laboratoriyasının rəisi tibb xidməti mayoru iddiaçının 10.09.NN-cü il tarixdən qazan təminatından çıxarılması və ərzaq attestatı ilə təmin edilməsi qərara alınmışdır.
7. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin 21.09.N7-ci il tarixli məktubuna əsasən tibb xidməti polkovnik-leytenantı iddiaçı Müdafiə nazirinin 15.01.1996-cı il 02NN nömrəli əmrinə əsasən 1996-cı ilin fevral ayından N nömrəli hərbi hissənin qazan təminatında durmuş və 2009-cu ilin avqust ayının 29-dan qazan təminatından çıxarılmışdır.
8. Azərbaycan Respublikası Müdafiə Nazi rliyinin Məhkəmə X8 29.08.N8-ci il tarixli, 1015 nömrəli arayışına əsasən iddiaçı 1996-cı ildən N0-cu ilə qədər Tərtər Regional Məhkəmə X9 rəisi vəzifəsində, N0- cu ildən NN-cü ilə qədər Füzuli regional Məhkəmə X9 rəisi vəzifəsində hərbi xidmət etdiyi, Tərtər-Qarabağ regional Məhkəmə Tibbi Ekspertiza bölməsi 1996-cı ildə N nömrəli hərbi hissənin bazasında, Füzuli regional Məhkəmə Tibbi ekspertiza bölməsi isə 1996-cı ildə N nömrəli hərbi hissənin bazasında yaradıldığı, göstərilən xidmət müddəti ərzində 2009-cu ilə qədər N nömrəli hərbi hissədə, 2009- N0-cu il tarixdə N nömrəli hərbi hissədə təminata qoyulmuş, N0-NN-cü il tarixlərdə isə Füzuli regional məhkəmə X9 rəisi vəzifəsində xidmət müddəti ərzində N nömrəli hərbi hissədə təminata qoyulmuşdur. Tibb xidməti polkovnik-leytenant iddiaçı N nömrəli, N nömrəli və N nömrəli hərbi hissənin zabitləri kimi xidmət müddəti ərzində müvafiq olaraq əvvəl üç qat, daha sonra isə iki qat əmək haqqı alaraq, öz xidməti vəzifəsini döyüş şəraitində yerinə yetirdiyi, N6-cı ilin yanvar ayından etibarən Tərtər və Füzuli regional məhkəmə X9 zabitlərinin əmək haqqı bir qat yarım hesabı ilə verilmişdir.
9. İddiaçı xidmət illərinin hesablanması üçün Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə ərizə ilə müraciət etmiş, cavabdehin 18.07.N9-cu il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, iddiaçının xidmət illərinin hesablanmasına yenidən baxılmış və məlum olmuşdur ki, hesablanmada heç bir səhvə yol verilməmişdir. İddiaçının xidmət illəri təqvimlə 25 il 02 ay 28 gün, xidmət illərinə güzəştli qaydada əlavə olunan müddət 04 il 06 ay 0N gün, ümumi xidmət illəri isə 29 il 09 ay 01 gün təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun 15.02.1996-cı ildən 14.09.2004-cü ilədək xidmətinin 1(bir) günün N (üç) gün kimi və 14.09.2004-cü ildən sentyabr NN-cü ilədək xidmətinin N (bir) günün 2 (iki) gün hesablanaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinə göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsini xahiş etmişdir.
11. İddiaçı tələbi belə əsaslandırmışdır ki, o, Azərbaycan Ordusunda zabit kimi 2N ildən artıq qüsur suz hərbi xidmət keçərək N9-cu ilin may ayında, polkovnik-leytenant rütbəsində olmuş, müharibə veteranıdır. 1987-1989-cu illər ərzində Sovet Ordusu sıralarında 08.08.1992-ci il tarixdən 04.12.1992-ci il tarixədək döyüş bölgəsində, döyüş şəraitində yerləşən N saylı hərbi hissədə, 15.02.1996-cı il tarixdən - aprel N0-cu il tarixədək döyüş bölgələrində Tərtər-Qarabağ regional Məhkəmə Tibbi Ekspertiza Laboratoriyasının rəisi, aprel N0-cu il tarixdən NN-cü ilin sentyabr ayına qədər döyüş bölgələrində Füzuli Regional Məhkəmə-X9 rəisi, NN-cü ilin sentyabr ayından N8-ci ilin fevral ayınadək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 Komisyon və X4 rəisi, N8-ci ilin fevral ayından N9-cu ilin may ayınadək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibbi Baş İdarəsi nin Müalicə və Profilaktika Bölməsinin baş zabiti vəzifəsində xidmətdə olmuşdur. Tərtər-Qarabağ regional Məhkəmə Tibbi Ekspertiza Laboratoriyasının rəisi vəzifəsində xidmətdə olarkən, rəisi olduğu laboratoriya döyüş bölgəsində, döyüş şəraitində yerləşən N nömrəli hərbi hissənin tibb məntəqəsində yerləşməklə müvafiq əmrlə həmin hərbi hissədə ərzaq təminatında olmaqla, orada xidmət keçən həkimlərlə eyni şəraitdə xidmət edərək onlar kimi ikiqat aylıq məvacib almışdır. 01.09.2009-cu il tarixdən N0-cu ilin aprel ayınadək N nömrəli hərbi hissədə ərzaq təminatında olmuşdur. N0-cu ilin aprel ayında Füzuli Regional Məhkəmə X9 rəisi vəzifəsində xidmətdə olarkən, rəisi olduğu bölmə döyüş bölgəsində, döyüş şəraitində yerləşən N nömrəli hərbi hissədə yerləşməklə müvafiq əmrlə həmin hərbi hissədə ərza q təminatında olmaqla, orada xüsusi xidmət edən həkimlərlə eyni şəraitdə xidmət edərək, onlar kimi ikiqat aylıq məvacib almışdır. Belə ki, 01.07.1997-ci ilə qədər Bakı şəhərində dislokasiya olunan hərbi hissələrdə xidmət illəri N (bir) gün 2 (gün) olmuşdur. İddiaçının 08.08.1992-ci ildən 04.12.1992-ci il tarixədək döyüş bölgəsində, döyüş şəraitində yerləşən N saylı hərbi hissədə xidməti N (bir) gün N (üç) gün, 15.02.1996-cı ildən 14.09.2004-cü il tarixədək xidməti N (bir) gün N (üç) gün və 14.09.2004-cü ildən sentyabr NN-cü ilədək N (bir) günü 2 (iki) gün olmuşdur. Buna baxmayaraq iddiaçının döyüş bölgələrindəki 17 il güzəştli xidmət illəri cavabdeh tərəfindən düzgün hesablanmamışdır. Bu da onun hüquqlarını məhdudlaşdırmaqla yaşamaq üçün vacib olan təminatından məhrum edir, bütün digər kat eqoriyalı şəxslərlə qeyri bərabər vəziyyətə salır. İddiaçı xidmət dövrləri ərzində dəfələrlə şəxsi işi ilə tanış olarkən, şəxsi işində də xidmət illərinin üçqat və ikiqat hesablanması barədə qeydlər olmuş və bu qeydlər möhürlə təsdiq edilmişdir. Şəxsi işi Müdafiə Nazirliyinin müvafiq qurumları tərəfindən mütəmadi olaraq yoxlanılmış, xidmət illərinə görə heç bir irad tutulmamışdır. Lakin ordu sıralarından tərxis olunarkən xidmət illəri cəbhə bölgəsində onunla eyni şəraitdə və eyni hərbi hissədə xidmət edən zabitlər kimi deyil, xidmət illəri günəgün, güzəştsiz hesablanmış və bu da pensiya təminatının həddindən artıq aşağı olmasına səbəb olmuşdur. İddiaçı kimi cəbhə bölgəsində məhkəmə tibb eksperti kimi xidmətdə olan zabit yoldaşı ondan əvvəl tərxis olunarkən onun xidmət illəri iddiaçıdan fər qli olaraq güzəştli hesablanmışdır. Tərxis ərəfəsində cəbhə bölgəsində xidmətdə olduğu barədə əmrlər, arayışlar və digər sənədlər şəxsi işinə əlavə olunmuşdur.
12. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazını onunla əsaslandırmışdır ki, ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı iddiaçı 27.06.1987-ci il tarixdən 24.05.1989-cu il tarixədək SSRİ Silahlı Qüvvələrində 01 il 10 ay 21 gün müddətli həqiqi hərbi xidmətdə, 08.08.1992-ci il tarixdən 04.12.1992-ci il tarixədək 0N ay 26 gün, habelə 15.02.1996-cı il tarixdən 15.05.N9-cu il tarixədək 2N il 0N ay, cəmi 2N il 06 ay 26 gün Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmətdə olmuşdur. Onun xidmət illəri: tə qvimlə - 25 il 05 ay 2N gün, ali təhsil dövrünün xidmət illərinə əlavə olunmalı olan müddəti - 02 il 0N ay 08 gün, güzəştli qaydada xidmət illərinə əlavə olan müddət - 02 il 01 il 26 gün, ümumi xidmət illəri isə 29 il 10 ay 14 gün təşkil edir. İddiaçının 15.02.1996-cil tarixdən 10.09.NN-cü il tarixədək xidmətdə olduğu, yəni 15.02.1996-cı tarixdən 01.04.N0-cu il tarixədək Müdafiə Nazirliyinin Mərkəzi MəhkəməX6Qarabağ ərazi məhkəmə-tibbi laboratoriyasının rəisi vəzifəsində xidmətdə olduğu dövrdə 15.02.1996-cı il tarixdən N0.08.2009-cu il tarixədək Tərtər rayonunda yerləşmiş N nömrəli hərbi hissənin qazan (ərzaq) təminatında 01.09.2009-cu il tarixdən 01.04.N0-cu il tarixədək isə Ağdam rayonunun Sarıcalı kəndində yerləşmiş N nömrəli hərbi hissənin qazan təminatında, habelə 01.04.N0-cu il tarix dən 10.09.NN-cü il tarixədək Müdafiə Nazirliyinin Mərkəzi Məhkəmə-X5 regional məhkəmə-tibbi laboratoriyasının rəisi, Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 ərazi regional məhkəmə-tibbi laboratoriyasının rəisi və Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 Füzuli regional məhkəmə-X9 rəisi vəzifələrində xidmətdə olduğu dövrdə 12.04.N0-cu il tarixdən 10.09.NN-cü il tarixədək Füzuli rayonunun Əhmədbəyli kəndində yerləşmiş N nömrəli hərbi hissənin qazan təminatında olduğu müddətlər güzəştli qaydada (bir gün üç gün kimi, bir gün iki gün kimi) sayılmır. Belə ki, iddiaçı 70N, N və N nömrəli hərbi hissələrdə xidmət etməmiş, həmin hərbi hissələrə ezam edilməmiş, yalnız ərzaq təminatında olmuşdur. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hə rbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6N1 nömrəli 2N noyabr 199N-cü il tarixli Qərarı əsasında Müdafiə Nazirliyi tərəfindən mütəmadi olaraq “Döyüş şəraitində olan hərbi hissə və bölmələrin tərkibinin müəyyənləşdirilməsi haqqında” verilmiş əmrlərdə döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən və döyüş əməliyyatlarında iştirak etməyə hazır olan hərbi hissələrdə xidmət edən, habelə bu hərbi hissələrə xidməti tapşırıqla ezam edilmiş hərbi qulluqçuların xidməti illərinin güzəştli qaydada hesablanması qə rara alınmışdır. Bundan başqa bu əmrlərdə Müdafiə Nazirliyinin Mərkəzi Məhkəmə-X6Qarabağ ərazi məhkəmə-tibbi laboratoriyası, Müdafiə Nazirliyinin Mərkəzi Məhkəmə-X5 regional məhkəmə-tibbi laboratoriyası, Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 ərazi regional məhkəmə-tibbi laboratoriyası və Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 Füzuli regional məhkəmə-tibbi ekspertiza bölməsi “döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən və ya döyüş əməliyyatlarında iştirak etməyə hazır olan” hərbi hissələrin siyahısında qeyd edilməmişdir. Bu siyahılara qeyd olunan bölmələr yalnız 01.01.N6-cı il tarixdən sonra əlavə edilmiş və həmin bölmələrdə xidmətin bir gününün bir günyarım kimi sayılması qərara alınmışdir. İddiaçının xidmətdə olduğu laboratoriyalar (bölmələr) döyüş şəra itində olmadığından (döyüşən hərbi hissə hesab edilmədiyindən), habelə iddiaçının 70N, N və N nömrəli hərbi hissələrdə xidmətdə deyil, ezamiyyətdə deyil, yalnız ərzaq təminatında olması səbəbindən, onun həmin hərbi hissələrdə ərzaq təminatında olduğu müddətlərin güzəştli qaydada, yəni bir günü uç gün kimi və bir günü iki gün kimi sayılmasını məqsədə uyğun hesab edilmir. 1N. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06.11.N9-cu il tarixli 2-1(82)N1N4/N9 nömrəli qərarı ilə (hakim Zaur Tağıyev) iddia təmin edilərək cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, iddiaçının 15.02.1996-cı ildən 14.09.2004-cü ilədək xidmətinin 1(bir) günün N (üç) gün kimi və 14.09.2004-cü ildən sentyabr NN-cü ilədək xidmətinin N (bir) gün 2 (iki) gün hesablanaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sos ial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinə göndərilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
14. Məhkəmə qeyd etmişdir ki, iddiaçının xidmət etdiyi laboratoriyalar müdafiə nazirinin müvafiq əmrlərində “döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən və ya döyüş əməliyyatlarında iştirak etməyə hazır olan” hərbi hissələrin siyahısında qeyd edilməsə də, həmin laboratoriyalar işin tədqiqatına görə faktiki olaraq döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən və ya döyüş əməliyyatlarında iştirak etməyə hazır olan hərbi hissələr kimi fəaliyyət göstərmiş və bununla əlaqədar olaraq inzibati orqan iddiaçının xidməti illərini iddiaçının arzusuna əsasən hesablamamaqla onun qanunla qorunan hüquqlarını pozmuşdur. 1
5. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X14-məruzəçi, X11 və X12) N0.07.2020-ci il tarixli 2-1(10N)-7N6/2020 nömrəli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06.11.N9-cu il tarixli 2-1(82)-N1N4/N9 nömrəli qərarını dəyişdirmədən saxlamışdır.
17. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. Cavabdeh qərarın surətini 17 avqust 2020-ci il tarixdə almış, 1 sentyabr 2020-ci tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün qaytarılmasını xahiş etmişdir. c. Kassasiy a instansiyası məhkəməsində birinci icraat
19. Ali Məhkəmənin İnzibati Kollegiyasının 25.11.2020-ci il tarixli 2-1(102)-N9/2020 nömrəli qərarına əsasən (sədrlik edən və məruzəçi Rahib Nəbizadə, hakimlər Zakir Quliyev və İsbəndiyar Şəfiyev) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin N0.07.2020-ci il tarixli, 2-1(10N)-7N6/2020 nömrəli qərarını ləğv etmiş, iş iddiaçının xidmət illərinin bir gününün üç gün kimi hesablanması barədə cavabdehin üzərinə öhdəlik qoyulması hissəsində təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmiş, iddiaçının xidmət illərinin bir gününün iki gün kimi hesablanması barədə cavabdehin üzərinə öhdəlik qoyulması hissəsində iddiası təmin edilməmişdir.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçın ın xidmət etdiyi regional məhkəmə tibbi laboratoriyasının və regional məhkəmə X9 ərzaq təminatında olduğu döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən və döyüş əməliyyatlarında iştirak etməyə hazır olan hərbi hissələrin tabeliyində, həmin hərbi hissələrin şəxsi heyətinin siyahısında olub-olmamasını, regional məhkəmə tibbi laboratoriyasının və regional məhkəmə X9 səlahiyyətinin yalnız iddiaçının ərzaq təminatında olduğu hərbi hissəyə, yoxsa döyüş şəraitində döyüş əməliyyatlarında iştirak etməyən və döyüş əməliyyatlarında iştirak etməyə hazır olmayan hərbi hissələrə də xidmət etməsi, regional məhkəmə tibbi laboratoriyasının və regional məhkəmə X9 hansı quruma tabe olması, iddiaçının hansı qurum (hərbi hissə, hərbi vəzifəli şəxs) tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilməsi, h abelə döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən və döyüş əməliyyatlarında iştirak etməyə hazır olan hərbi hissələrin ərzaq təminatına qoyulması araşdırılmamış, araşdırmanın nəticəsindən asılı olaraq qərar qəbul edilməmişdir. Odur ki, 15.02.1996-cı ildən 14.09.2004-cü ilədək xidmət illərinin bir gününün üç gün kimi hesablanması hissəsində apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilərək bu hissədə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
21. İddiaçının xidmətinin bir ayının iki ay sayılması üçün döyüş əməliyyatlarında xəsarət alması, şikəstlik və ya xəstəlik nəticəsində müalicəxanalarda fasiləsiz olması işdə olan hər hansı sübutla təsdiq edilmir. İddiaçı özü də döyüş əməliyyatlarında xəsarət almasını, şikəstlik və ya xəstəlik nəticəsində müalicəxanalard a müalicə olunmasını bildirməmişdir. Odur ki, bu hissədə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilərək iddia rədd edilməlidir. ç. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2N.06.2021-ci il tarixli 21(10N)-974/2021 nömrəli qərarına əsasən (sədrlik edən və məruzəçi – Afaq Nuriyeva, hakimlər Aida Hüseyn, Səadət Bəktaşi) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06.11.N9-cu il tarixli 2-1(82)N1N4/2020 saylı qərarı – iddia tələbinin İddiaçı 15.02.1996-cı ildən 14.09.2004-cü ilədək xidmətinin 1 günün N gün kimi hesablanması hissəsində dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 2N. Məhkəmə qeyd etmişdir ki, İddiaçı 15.02.1996-cı ildən 01.04.N0-cu ilə kimi Tərtər rayonunda, döyüş şəraitində və döyüş əməliyyatlarında iştirak edən N nömrəli hərbi hissənin ərazisində yerləşən Ərazi Məhkəmə Tibbi Ekspertiza Laboratoriyasının rəisi vəzifəsində xidmət etmiş, N nömrəli hərbi hissədə ərzaq təminatında olmuşdur. Hərbi xidmət etdiyi ərazi Məhkəmə Tibbi Ekspertiza laboratoriyalarında yalnız ərzaq təminatında olduğu hərbi hissələr deyil, həmin ərazilər üzrə döyüş şəraitində və döyüş əməliyyatlarında iştirak edən və döyüş əməliyyatlarında iştirak etməyən bütün hərbi hissələrə xidmət göstərmişdir. Həmçinin, N5-ci ilə qədər əvvəlki Mərkəz rəisləri tərəfindən yuxarı komandanlıq qarşısında vəsatətin qaldırılması yaddan çıxdığından, Regional Məhkəmə X10 döyüş şəraitində və döyüş əməliyyatlarında iştirak edən hərbi hissələr siyahısına salınmamış, yalnız N5-ci ilin dekabr ayından etibarən Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrlərinə əsasən Tərtər və Füzuli Regional Məhkəmə X10 döyüş şəraitində və döyüş əməliyyatlarında iştirak edən hərbi hissələr siyahısında olmuşdur.
24. Məhkəmə qərarı cavabdehə 05.08.2021-ci il tarixində təqdim edilmişdir.
25. Cavabdeh 06.09.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2N.06.2021-ci il tarixli 2-1(10N)-974/2021 nömrəli qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması haqda qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN TƏRƏFLƏRİN MÜLAHİZƏLƏRİ VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, a) Kassasiya şikayətinin dəlilləri
26. Kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiyası məhkə məsi cavabdehin təqdim etdiyi məlumatda göstərilənlərə düzgün qiymət verməmiş, iş üzrə mötəbər halları nəzərə almamış, nəticədə əsassız qərar qəbul etmişdir. Belə ki, 19962004-cü illər üzrə verilmiş “Döyüş şəraitində olan hərbi hissələrin tərkibinin müəyyənləşdirilməsi haqqında” əmrlərində iddiaçının xidmət keçdiyi Müdafiə Nazirliyinin Mərkəzi Məhkəmə-X6-Qarabağ ərazi məhkəmə-tibbi laboratoriyası, Müdafiə Nazirliyinin Mərkəzi Məhkəmə-X5 regional məhkəmə-tibbi laboratoriyası, Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 ərazi regional məhkəmə-tibbi laboratoriyası və Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 Füzuli regional məhkəmə-tibbi ekspertiza bölməsi döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən və döyüş əməliyyatlarında iştirak etməyə hazır olan hərbi hissələr kimi təyin olunmamışdır.
27. Lakin apellyasiya instansiyası məhkəməsi qeyd olunan bölmələrin döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin (o cümlədən, N nömrəli hərbi hissə) ərzaq təminatında olmasını, habelə iş üçün sübutetmə bazasını təşkil etməyən Müdafiə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya Mərkəzi rəisinin 08.06.2021-ci il tarixli 524 nömrəli məktubunu səhv olaraq əsas götürmüş, iş üçün əhəmiyyət kəsb edən mötəbər sübut olan – müdafiə nazirinin əmrlərini araşdırmamışdır.
28. Nə Müdafiə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və X1 rəisi, nə də Müdafiə Nazirliyinin strukturuna daxil olan digər hərbi hissə və bölmələrin komandirləri özünü tabeliyində olan qurumun “Döyüş şəraitində olan hərbi hissələrin tərkibinin müəyyənləşdirilməsi haqqın da” əmrə daxil edilməsi üçün vəsatətin qaldırılmasında səlahiyyətli deyillər. Qeyd olunan əmrə hərbi hissələr, hərbi hissələrin müvafiq xüsusi şəraitdə yerləşməsindən və xüsusi tapşırıqların yerinə yetirilməsindən asılı olaraq, Müdafiə Nazirliyinin komandanlığı tərəfindən daxil edilir. Digər tərəfdən, nə hal hazırda qüvvədə olan qanunvericilikdə, nə də münasibətlərin yarandığı zaman qüvvədə olmuş normativ-hüquqi aktlarında şəxsin döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi hissələri ərzaq təminatında olması müddəti Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrlərinə aid edilməmişdir. Bununla da, məhkəmə qərar qəbul edərkən normativ-hüquqi aktların müddəalarını səhv təfsir etmiş, maddi hüquq normalarının tə ləblərini pozmuşdur.
29. Bundan başqa, Azərbaycan Respublikası müdafiə naziri tərəfindən 22.12.N5-ci il tarixində verilmiş “Döyüş şəraitində olan hərbi hissələrin tərkibinin müəyyənləşdirilməsi haqqında” əmrdə Tərtər və Füzuli Regional Məhkəmə X10 “döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən” hərbi hissələrin siyahısına daxil edilməmişdir. Qeyd olunan bölmələr “döyüş şəraitində döyüş əməliyyatlarında iştirak etməyə hazır olan” hərbi hissə və bölmələrin siyahısına daxil edilməklə orada xidmət edənlərin xidmətinin bir ayı ayarım sayılmaqla uzun müddət xidmətə daxil edilmişdir. Məhkəmə qeyd olunan əmr barədə ətraflı məlumat əldə etmədən, əmri baxışdan keçirmədən, Müdafiə Nazirliyinin məhkəmə iclasında səsləndirdiyi mövqeyi nəzərə almadan, yanlış nəticəyə gəlmiş, nəticədə maddi və pro sessual hüquq normalarının tələblərini pozmuşdur. N0. Məhkəmə, Müdafiə Nazirliyinin 70N saylı hərbi hissəsinin 21.09.N7-ci il tarixli, N175 nömrəli məktubuna istinad edərək iddiaçının 1996-2009-cu illərdə N nömrəli hərbi hissənin qazan təminatında olduğunu qeyd etmişdir. Halbuki, 70N saylı hərbi hissə tərəfindən həmin məktubla 1996-2001-ci illər üzrə verilmiş əmrlər barədə məlumatın verilməsi mümkünsüzdür. Çünki, N nömrəli hərbi hissə komandirinin 1992-2001-ci illərə dair nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivində saxlanılır. Bu haqda və N nömrəli hərbi hissə komandirinin 1996-cı il üzrə əmrlərində iddiaçının hərbi hissənin qazan təminatına qoyulması barədə məlumatın aşkar edilməməsi barədə məlumat Müdafiə Nazirliyinin nümayəndəsinin vəsatətinə əsasən inzibati işə əla və edilmiş Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin 2N.11.2020-ci il tarixli 9/2-10577 nömrəli arxiv arayışında vardır. Apellyasiya instansiya məhkəməsi isə İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinin tələbini pozmuş, iş üzrə araşdırmanın tam aparmayaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən hərbi hissə komandirlərinin əmrlərini əldə etməmiş, Mərkəzi Arxivin qeyd olunan arxiv arayışına hüquqi qiymət verməmişdir. İddia tələbini təmin edərkən məhkəmənin istinad etdiyi yeganə hal iddiaçının döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrdə ərzaq təminatında olmasıdır ki, bu hal da iş üzrə toplanmış sübutlarla təsdiq edilmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri N1. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Tərəflərin mülahizələri N2. İşə tərəflərin iştirakı olmadan yazılı məhkəmə icraatı qaydasında baxıldığından tərəflərin izahatı dinlənilməmişdir. NN. İşə yazılı məhkəmə icraatı qaydasında baxılacağı, bununla bağlı olaraq kassasiya şikayətinin mahiyyəti ilə bağlı mülahizə vermək hüquqları barədə tərəflərə bildiriş göndərilmişdir. N4. Ali Məhkəmə kollegiyası işə yazılı qaydada baxılmasına dair tərəflərin etirazı olmadığını, kassasiya şikayətinin mahiyyətinə dair heç bir mülahizə təqdim edilmədiyini nəzərə alaraq işə yazılı məhkəmə icraatı qaydasında baxılmasını mümkün hesab edir. TƏTBİQ EDİLƏN HÜQUQ N5. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra h akimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. N6. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 4-cü maddəsinə əsasən hərbi qulluqçuların hüquqlarının, vəzifələrinin və məsuliyyətinin məzmunu və həcmi onların hərbi xidmət vəzifələrini faktiki yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. N7. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən vətəndaşların həqiqi hərbi xidmət, bağlaşma üzrə xidmət keçdiyi dövr onların ümumi əmək stajına daxil edilir. Hərbi qulluqçuların xüsusi şəraitdə hərbi xidmət keçdiyi dövr əmək stajına güzəştli şərtlərlə daxil edilir. N8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının qaydası haqqında” 2N.11.1992-ci il tarixli, 6N1 saylı Qərarının 1-ci bəndinə əsasən döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövründə olma müddəti zabit heyətinə mənsub şəx slərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aiddir. N9. Həmin Qərarın 01.07.2005-ci ilə qədər qüvvədə olan 2-ci bəndinin a) yarımbəndinin redaksiyasına görə zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin olunması üçün Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri xidmətin bir ayı üç ay sayılmaqla uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilmişdir.
40. Həmin qəra rın 2-ci bəndinin b) yarımbəndinə əsasən zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün müdafiə, milli təhlükəsizlik, daxili işlər, ədliyyə nazirliklərinin, dövlət təhlükəsizliyi xidmətinin, xarici kəşfiyyat xidmətinin və dövlət sərhəd xidmətinin xüsusi təyinatlı dəstələrində və digər hərbi birləşmələrdə bu nazirliklərin müəyyən etdiyi vəzifə siyahısı və şərtlər üzrə xidmət dövrləri xidmətin bir ayı ayyarım sayılmaqla uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilmişdir.
41. İnzibati Prosessual Məcəllənin 14.N-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) id dialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
42. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 4N. Həmin Məcəllənin 96.9-cu maddəsinə əsasən Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.
44. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
45. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
46. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
47. Məhkəmə kollegiyası hesa b edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.
48. İlk növbədə qeyd edilməlidir ki, iddiaçının tələbi iki hissədən ibarətdir: onun 15.02.1996-cı ildən 14.09.2004-cü ilədək xidmətinin 1(bir) günün N (üç) gün kimi hesablanması və 14.09.2004-cü ildən sentyabr NN-cü ilədək xidmətinin N (bir) günün 2 (iki) gün hesablanması.
49. İddia tələbinin ikinci hissəsi Ali Məhkəmənin İnzibati Kollegiyasının 25.11.2020ci il tarixli 2-1(102)-N9/2020 nömrəli qərarına əsasən təmin edilməmişdir. Odur ki, hazırda mübahisələndirilən məsələ iddiaçının 15.02.1996-cı ildən 14.09.2004-cü ilədək xidmətinin 1(bir) günün N (üç ) gün kimi hesablanmasıdır.
50. Ali Məhkəmənin adıçəkilən qərarına əsasən iddia tələbi bu hissədə təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. İşə təkrar baxan məhkəmə Ali Məhkəmənin göstərişlərinin icrası məqsədilə Müdafiə Nazirliyinə sorğu göndərmişdir. Sorğuya cavab olaraq Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 01.06.2021-ci il tarixli, 524 saylı məktubunda aşağıdakılar bildirilmişdir: - hazırda ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı İddiaçı 15.02.1996-cı ildən 01.04.N0-cu ilə kimi Tərtər rayonunda, döyüş şəraitində və döyüş əməliyyatlarında iştirak edən N nömrəli hərbi hissənin ərazisində yerləşən Ərazi Məhkəmə Tibbi Ekspertiza Laboratoriyasının rəisi vəzifəsində xidmət etmiş və N nömrəli hərbi hissədə ərzaq təminatında olmuşdur. - tibb xidməti polkovnik-leytenantı İddiaçı 01.04.N0-cu ildən 28.10.N2-ci il tarixədək Füzuli rayonunda, döyüş şəraitində və döyüş əməliyyatlarında iştirak edən N nömrəli hərbi hissənin ərazisində yerləşən Regional Məhkəmə Tibbi Ekspertiza Laboratoriyasının rəisi vəzifəsində, 28.10.N2-ci ildən 0N.09.NN-cü il tarixədək Füzuli Regional Məhkəmə X9 rəisi vəzifəsində xidmət etmiş və N nömrəli hərbi hissədə ərzaq təminatında olmuşdur. - tibb xidməti polkovnik-leytenantı İddiaçı hərbi xidmət etdiyi ərazi (regional) Məhkəmə Tibbi Ekspertiza laboratoriyalarda (bölmədə) yalnız ərzaq təminatında olduğu hərbi hissələrə deyil, həmin ərazilər üzrə döyüş şəraitində və döyüş əməliyyatlarında iştirak edən və döyüş əməliyyatlarında iştirak etməyən bütün hərbi hissələrə xidmət göstərmiş və həmin illər ərzində hərbi xidmətinə görə üçqat və ikiqat əmək haqqı ödənilmişdir. - Regional Məhkəmə X10 Məhkəmə-Tibbi Ekspertiza və X1 struktur bölmələri olub, müvafiq ərazilərdə (rayonlarda) yerləşirlər. Hərbi qulluqçular Regional Məhkəmə-X7 Azərbaycan Respublikası Müdafiə nazirinin yaxud Azərbaycan Respublikasının Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin əmrinə əsasən vəzifəyə təyin edilə və ya azad oluna bilər. Məhkəmə-Tibbi Ekspertiza və X2 aparılmış təşkilatistruktur dəyişikliyinə uyğun olaraq, regional bölmələr əvvəl ərazi məhkəmə-tibbi ekspertiza laboratoriyaları, sonra regional məhkəmə-tibbi ekspertiza laboratoriyaları, daha sonra isə regional məhkəmə-X10 adlandırılmışdır. Tərtər və Füzuli Regional Məhkəmə XN hərbi qulluqçularına 2004-cü ilin sentyabr ayınadək N (üç qat), 2004-cü ilin sentyabr ayından N6cı ilin yanvar ayınadək 2 (ikiqat), N6-cı ilin yanvar ayından isə 1,5 (bir onda beş) qat ödənilmişdir. - N5-ci ilin dekabr ayından etibarən Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrlərinə əsasən Tərtər və Füzüli Regional Məhkəmə X10 döyüş şəraitində və döyüş əməliyyatlarında iştirak edən hərbi hissələr siyahısında olmaqla, N (bir) ay xidmət ili Tərtər Regiona! Məhkəmə X9 hərbi qulluqçuları üçün 2 (iki) ay kimi, Füzuli Regional Məhkəmə X9 hərbi qulluqçuları üçün 1,5 (bir tam onda beş) ay kimi hesablanır və əmək haqqı ödənilir. N5-ci ilə qədər isə əvvəlki Mərkəz rəisləri tərəfindən yuxarı komandanlıq qarşısında vəsatətin qaldırılması yaddan çıxdığından, Regional Məhkəmə X10 döyüş şəraitində və döyüş əməliyyatlarında iştirak edən hərbi hissələ r siyahısına salınmamışdır.
51. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən məktuba istinad edərək belə nəticəyə gəlmişdir ki, iddiaçının xidmət etdiyi Regional Məhkəmə X10 döyüş şəraitində və döyüş əməliyyatlarında iştirak edən hərbi hissələr hesab olunmalı, iddia tələbi bu hissədə təmin olunmalıdır.
52. Cavabdehin kassasiya şikayətinin əsas dəlili isə ondan ibarətdir ki, Regional Məhkəmə X10 döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən və döyüş əməliyyatlarında iştirak etməyə hazır olan hərbi hissələr kimi təyin olunmamışdır. İddiaçının tələb etdiyi kimi xidmət illərinin 1 günə N gün kimi hesablanması isə qanunvericiliyə əsasən döyüş əməliyyatlarında iştirak dövrlərinə aid edilmişdir. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini əsaslı hesab edir. 5 N. Belə ki, iddiaçı 15.02.1996-cı ildən 14.09.2004-cü ilədək xidmətinin 1(bir) günün N (üç) gün kimi hesablanmasını xahiş etsə də, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlumdur ki, iddiaçının xidmət etdiyi Tərtər və Füzuli Regional Məhkəmə X10 22.12.N5-ci il tarixinədək döyüş şəraitində olan hərbi hissələrin tərkibində olmamışdır. Həmin bölmələr Azərbaycan Respublikası müdafiə nazirinin 22.12.N5-ci il tarixli “Döyüş şəraitində olan hərbi hissələrin tərkibinin müəyyənləşdirilməsi haqqında” əmri ilə Tərtər və Füzuli Regional Məhkəmə X10 “döyüş şəraitində döyüş əməliyyatlarında iştirak etməyə hazır olan” hərbi hissə və bölmələrin siyasına daxil edilmişdir.
54. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən dəyişiklik iddiaçının xidmət etdiyi dövrə təsadüf etsəydi b elə, bu hal iddiaçının tələbinin təmin olunmasına səbəb ola bilməzdi. Belə ki, hazırkı qərarın 40-cı bəndində göstərilən normanın məzmundan görünür ki, vətəndaşların müdafiə nazirliyinin müəyyən etdiyi vəzifə siyahısı və şərtlər üzrə xidmət dövrləri xidmətin bir ayı üç ay sayılmaqla yox, xidmətin bir ayı ayyarım sayılmaqla uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilir.
55. Eyni zamanda, istinad olunan normaların məzmunundan göründüyü kimi, döyüş şəraitində olan hərbi hissələrin tərkibinin müəyyənləşdirilməsi səlahiyyəti inzibati orqanın diskresion səlahiyyətidir. Müdafiə Nazirliyi də bu səlahiyyətinə uyğun olaraq müvafiq əmrləri əsasında döyüş şəraitində və döyüş əməliyyatlarında iştirak edən hərbi hissələri müəyyənləşdirir. Belə olan halda, məhkəmə tərəfindən Nazirliyin müvafiq siyahı ya aid etmədiyi bölmənin döyüş əməliyyatlarında iştirak edən hərbi hissə kimi hesab edilməsi inzibati orqanın diskresion səlahiyyətlərinə müdaxilədir.
56. Qeyd edilməlidir ki, xidmətin bir ayının üç ay sayılmaqla uzun müddət xidmətə aid edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2N.11.1992-ci il tarixli, 6N1 saylı Qərarının 01.07.2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasında öz əksini tapmışdır. Hazırkı qərarın N9-cu bəndində göstərilən həmin normanın məzmunundan görünür ki, iddiaçının xidmətinin bir ayının üç ay sayılması üçün həmin müddətin döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrü olması öz təsdiqini tapmalıdır. Lakin işə aşağı instansiya məhkəmələrində baxılarkən iddiaçının 15.02.1996-cı ildən 14.09.2004-cü ilədək xidmət etdiyi Tərtər və Füzuli Regional Məh kəmə XN döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrə adi olması öz təsdiqini tapmamışdır.
57. Göründüyü kimi, iddiaçının xidmət etdiyi dövrdə qüvvədə olan qanunvericilik yalnız o şəxslərin xidmət müddətinin bir ayının üç ay kimi sayılmasını nəzərdə tuturdu ki, həmin şəxslər döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən və ya döyüş şəraitində döyüş əməliyyatlarında iştirak etməyə hazır olan hərbi hissə və bölmələrdə xidmət etmiş olsun. İddiaçının xidmət etdiyi bölmələr isə onun xidmət etdiyi dövrdə belə bölmələrin siyahısına iddiaçının xidmət etdiyi dövrdə əlavə edilməmişdir.
58. Beləliklə, cavabdeh iddiaçının xidmətinin 1 ayının N ay kimi sayılmasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir. Odur ki, cavabdehin imtinası qanunauyğun olmaqla iddiaçının tələbi əsassızdır.
59. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2N.06.2021-ci il tarixli 2-1(10N)-974/2021 nömrəli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, İddiaçı 15.02.1996-cı ildən 14.09.2004-cü ilədək xidmətinin 1(bir) günün N (üç) gün kimi hesablanaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinə göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi tələbi təmin edilməməlidir.
60. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2N.06.2021-ci il tarixli 21(10N)-974/2021 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı 15.02.1996-cı ildən 14.09.2004-cü ilədək xidmətinin 1(bir) günün N (üç) gün kimi hesablanaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinə göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi tələbi təmin edilməsin. Qərar qətidir.