Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2099/2023 17.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-2099/2023) (Açar sözlər: xüsusi mürəkkəb xidmət şəraitinə görə pul əlavəsinin verilməsi; inzibati orqanların fəaliyyəti üzərindəki məhkəmə nəzarətinin həddləri; hüquqi vəziyyəti yaxşılaşdıran hal) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1979, FİN:xxxxxxx) cavabdeh Dövlət Sərhəd Xidmətinə qarşı “xidmət etdiyi dövr ərzində 2014-2018-ci illər ü zrə xüsusi mürəkkəb xidmət şəraitinə görə verilməmiş pul əlavəsinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(107)-137/2023 nömrəli, 10 may 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1.İddiaçı 2000-ci ildən 2018-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində zabit qismində xidmət etmiş və Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Xidmət müddətində 2009-cu ilin fevral ayından 2011-ci ilin sentyabr ayınadək N nömrəli hərbi hissənin 3-cü sərhəd komendantlığının (Ləkin sərhəd komendantlığı) qərargah rəisi, 2014-cü ilin may ayından 2018-ci ilin iyun ay ınadək isə N nömrəli hərbi hissənin 2-ci sərhəd komendantlığının (Həzrə sərhəd komendantlığı) komendantı vəzifəsində xidmət etmişdir. 2.İddiaçı xüsusi mürəkkəb xidmət şəraitli sərhəd məntəqələrində xidməti ilə əlaqədar ona verilməmiş pul əlavəsinin ödənilməsi barədə ərizə ilə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış 03 fevral 2021-ci il tarixli, 10/4 saylı məktubda qeyd olunmuşdur ki, N nömrəli hərbi hissədə xidmət etdiyi dövr ərzində ona xidmət şəraiti ağır (mürəkkəb) olmasıyla bağlı vəzifə maaşının 15%-i həcmində ödəniş hesablanmış və əlavə olaraq xidmət illərinə görə faiz əlavəsinin hesablanmasında nəzər alınmışdır. Əlavə olaraq bildirmişlər ki, 31 iyul 2018-ci il tarixədək Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı Azərbaycan Resp ublikası Müdafiə Nazirliyinin 05 iyun 2002-ci il tarixli 220 nömrəli “Pul təminatı haqqında Əsasnamə”yə uyğun aparılmış və həmin Əsasnamədə xidmət şəraiti ağır (mürəkkəb) və zərərli olan, iqlim şəraitinə görə, xidmət üçün əlverişli olmayan yerlərdə xidmətə görə əlavələr qeyd olunmamışdır. 3.İddiaçının eyni məzmunlu təkrar müraciətinə cavab olaraq cavabdeh orqan tərəfindən təqdim olunmuş 27 mart 2021-ci il tarixli, 10/37 saylı məktubda isə göstərilmişdir ki, Dövlət Sərhəd Xidməti rəisi X1 14 fevral 2006-cı il tarixli müvafiq əmrinə əsasən xüsusi mürəkkəb xidmət şəraiti olan sərhəd məntəqələrinin təsdiq olunmuş siyahısında həmin ərazilər üzrə xidmət edən hərbi qulluqçular ilə bağlı hər hansı bir faiz miqdarında ödəniş barədə bənd qeyd olunmamışdır. Əlavə olaraq bildirmişlər ki, N nömrəli hər bi hissə üzrə xidmət etdiyi dövrdə ona vəzifə maaşının 15%-i həcmində hesablanmış və əlavə olaraq xidmət illərinə görə faiz əlavəsinin hesablanması Azərbaycan Respublikası Dövlət Komitə Sədrinin 10 avqust 1992-ci il tarixli 40 nömrəli əmri əsasında İran İslam Respublikası ilə həmsərhəd olması ilə bağlı həyata keçirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat 4.İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xidmət etdiyi dövr ərzində N nömrəli hərbi hissənin 2-ci (Həzrə) Sərhəd komendantlığının komendantı vəzifəsində olduğu müddət - (2014-2018-ci illər) ümumilikdə 48 ay ona qanunla müəyyən olunmuş xüsusi mürəkkəb xidmət şəraitinə görə pul əlavəsinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərar qəbul olunmasını xahiş etmişdir. 5.İddia onunla əsaslandırılmışdır ki, iddiaçının xidmət etdiyi sərhəd məntəqələri DSX rəisinin xx.xx.2006-cı il tarixli, 11 nömrəli əmrində (yeni əmr - xx.xx.2020-ci il tarixli, 041 nömrəli) xüsusi mürəkkəb xidmət şəraiti məntəqələri kimi qeyd olmasına baxmayaraq xidmət müddətində ona xüsusi mürəkkəb xidmət şəraitinə görə veriləcək pul əlavəsi verilməmişdir. Xidmət etdiyi sərhəd komendantlığının tabeçiliyində olan bəzi sərhəd məntəqələri xüsusi mürəkkəb xidmət və yüksəkliyə görə pul əlavəsi aldığından və komendantlığın idarə heyətinin iş fəailiyyəti ilə əlaqədar olduğundan qeyd olunan sərhəd komendantlığı xüsusi mürəkkəb xidmət şəraitli sərhəd məntəqələrinin siyahısına daxil edilmişdir. Bununla bağlı Dövlət Sərhəd Xidmətinə xx.xx.2021-ci il tarixli ərizə ilə mü raciət etmiş, lakin inzibati orqanın xx.xx.2021-ci il tarixli 10/4 nömrəli qərarı ilə ərizəsinə əsaslı cavab vermədən tələbinin icrasından imtina edilmişdir. X3 Xidmətinə xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət etmiş, lakin inzibati orqan yenidən xx.xx.2021-ci il tarixli 10/37 nömrəli qərarı ilə tələbinin icrasından imtina etmişdir. İnzibati orqan hesab etmişdir ki, N nömrəli hərbi hissənin 3-cü sərhəd komendantlığında (Ləkin sərhdəd komendantlığı) xidmət etdiyi dövr ərzində ona xidmət şəraiti ağır (mürəkkəb) olmasıyla bağlı vəzifə maaşının 15%-i həcmində ödəniş hesablanmış və əlavə olaraq xidmət illərinə görə faiz əlavəsinin hesablanmasında nəzər alınmışdır. Buradan da görünür ki, DSX-nin imtina məktubunda qeyd etdiyi kimi 1-ci halda, yəni N nömrəli hərbi hissənin 3-cü sərhəd komendan tlığında (Ləkin sərhəd komendantlığı) xidmət müddətində 15% pul əlavələri ona ödənilib, lakin N nömrəli hərbi hissənin 2-ci sərhəd komendantlığında (Həzrə sərhəd komendantlığı) xidmət müddətinə görə əlavələrin (15%) ödənilməsinə gəldikdə isə 31 iyul 2018-ci il tarixədək Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 05 iyun 2002-ci il tarixli, 220 nömrəli pul təminatı haqqında Əsasnaməyə uyğun aparılmasını qeyd edir və bildirir ki, həmin Əsasnamədə xidmət şəraiti ağır (mürəkkəb) və zərərli olan, iqlim şəraitinə görə, xidmət üçün əlverişli olmayan yerlərdə xidmətə görə əlavələr qeyd olunmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 05 iyun 2002-ci il tarixli, 220 nömrəli “Pul təminatı haqqında Əsasnaməsi”ndə xidmət şəraiti a ğır (mürəkkəb) və zərərli olan, iqlim şəraitinə görə, xidmət üçün əlverişli olmayan yerlərdə xidmətə görə əlavələr qeyd olunmamasına baxmayaraq Nazirlər Kabinetinin 2002-ci il tarixli 137 nömrəli qərarının tələbləri və bu tələblərdən irəli gələn DSX rəisinin xx.xx.2006-cı il tarixli 11 nömrəli əmrində xüsusi (mürəkkəb) xidmət şəraitinə aid olmuş məntəqələrə pul əlavəsi verilməlidir. Bu səbəbdən, inzibati orqanın müraciətə verdiyi imtina əsassızdır. DSX-nin hərbi qulluqçularının güzəştlərə görə pul əlavələrin ödənişi DSX rəisinin 31 avqust 2018-ci il tarixli 0251 №-li əmrilə “DSX-nin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin təsdiq edilməsinə qədər Silahlı Qüvvələrin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnaməyə, Dövlət Təhlükəsizlik Komitəsinin sədrinin 14 sentyabr 1982-ci il tarixli 0555 №li əmrinə (“Об утверждении Инструкции о денежном содержании военнослужащих Комитета государственной безопастности СССР”), eləcə də Dövlət Təhlükəsizlik Komitəsinin sədrinin 10 avqust 1992-ci il tarixli 40 nömrəli əmrinə uyğun rəhbər tutularaq həyata keçirilirdi. DSX tərəfindən ərizəyə imtina məktubundan da görünür ki, DSX-də xüsusi mürəkkəb şəraitə görə pul əlavələri, yəni DSX-də İran İslam Respublikası ilə həmsərhəd olan ərazilərdə xidmətə görə pul əlavələri Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Komitəsinin Sədrinin 10 avqust 1992-ci il tarixli 40 nömrəli əmri ilə tənzimlənir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 05 iyun 2002-ci il tarixli 220 nömrəli pul təminatı haqqında əsasnaməsində, eləcə də DSX rəisinin 31 avqust 2018-ci tarixli, 0251 nömrəli “DSX-nin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”də İran İslam Respublikası ilə həmsərhəd ərazilərdə xidmətə görə pul əlavələrinin verilməsi nəzərdə tutulmasa da, hazırki müddətədək bu ödənişlər davam etdirilir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 56 nömrəli, xx.xx.1992-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrini hərbi qulluqçuları üçün pul təminatları növündə xüsusi şəraitdə qulluq edənlər üçün üstəlik verilən pul əlavəsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminat növlərinin təsdiq edilməs i haqqında” 562 saylı, 19 oktyabr 1992-ci il tarixli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın 1-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən təsdiq edilən Əsasnamə ilə müəyyən edilir. Göstərilmiş bəndin icrası ilə bağlı Azərbaycan Respublikası DSX rəisinin 31 avqust 2018-ci il tarixli 0251 №-li əmrilə “DSX-nin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə” təsdiq edilmiş və həmin Əsasnamədə xüsusi mürəkkəb xidmət şəraiti ilə bağlı pul əlavəsini verilməsi ilə bağlı məsələ aşağıdakı kimi tənzimlənmişdir: 4.6-cı bəndinə əsasən: Xidmət şəraiti ağır (mürəkkəb) və zərərli o lan, iqlim şəraitinə görə, xidmət üçün əlverişli olmayan yerlərdə xidmətə görə əlavələr - Xidmət şəraiti ağır (mürəkkəb) və zərərli olan, iqlim şəraitinə görə, xidmət üçün əlverişli olmayan yerlərdə xidmətə görə əlavələr DSX-nin hərbi hissə və bölmələrində xidmət edən hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) vəzifə maaşının 15 faizi həcmində ödənilir. Qeyd olunan əlavə, xidmət illərinə görə faiz əlavəsinin hesablanmasında nəzərə alınır (yeni vəzifə maaşı əmələ gətirmək ilə). Xidmət şəraiti ağır və zərərli olan, iqlim şəraitinə görə və xidmət üçün əlverişli olmayan bölmələrin siyahısı Dövlət Sərhəd Xidməti rəisinin əmri (xx.xx.2006-cı il tarixli və xx.xx.2020-ci il tarixli 041№li) ilə təsdiq edilir (bölmələrin siyahısında Ləkin və Həzrə öz əksini tapıb). Pul əlavəsi hərbi qulluqçuya vəzifələrin icrasına başlayan gündən etibarən ödənilir və əmrə əsasən vəzifələrin icrasından azad olunan gündən dayandırılır (həmin gün daxil olmaqla). Dövlət Sərhəd Xidməti rəisinin 14 fevral 2006-cı il tarixli 11 nömrəli əmrinə (yeni əmr xx.xx.2020-ci il tarixli, 041 nömrəli) əsasən iddia xüsusi mürəkkəb xidmət şəraitinə görə pul əlavəsi verilməli idi. 6.Cavabdeh inzibati orqan iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, DSX-nin sabiq hərbi qulluqçusu İddiaçı iddiası əsassızdır və təmin olunmamalıdır. Belə ki, İddiaçı iddiasında qeyd etdiyi 2-ci (Həzrə) X2 Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanının xx.xx.2006-cı il tarixli, 11 nömrəli əmri ilə xüsusi mürəkkəb xidmət şəraiti olan sərhəd məntəqələrinin siyahısında qeyd olunduğu göstərilmiş dir. xx.xx.2006-cı il tarixli 11 nömrəli əmri ilə təsdiq edilmiş xüsusi mürəkkəb xidməti şəraiti olan sərhəd məntəqələrində müəyyən edilmiş müddətdə xidmət etmiş zabitlərin, gizirlərin və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların xidməti yerdəyişmələrinin təşkili və həyata keçirilməsi qaydaları müəyyən olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, xüsusi mürəkkəb xidmət şəraiti olan sərhəd məntəqələrinin təsdiq olunmuş 11 bənddən ibarət qaydalarında hər hansı bir faiz əlavəsinin ödənilməməsi nəzərdə tutulmamışdır. 7.Şəki İnzibati Məhkəməsinin 2-1(116)-230/2022 nömrəli, 27 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakim V.Ə.Musayev) iddia təmin edilərək, İddiaçı xidmət etdiyi dövr ərzində N nömrəli hərbi hissənin 2-ci (Həzrə) Sərhəd komendantlığının komendantı vəzifəsində olduğu müd dət - (2014-2018-ci illər) ümumilikdə 48 ay olmaqla qanunla müəyyən olunmuş xüsusi mürəkkəb xidmət şəraitinə görə pul əlavəsinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulmuşdur. 8.Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Həzrə” sərhəd komendantlığı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli, 137 nömrəli Qərarına əlavə edilmiş 1 və 2 saylı əlavələrdə göstərilməsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” 562 nömrəli, 1992-ci il 19 oktyabr tarixli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın 1-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən təsdiq edilən Əsasnamə ilə müəyyən edilir, göstərilmiş bəndin icrası ilə bağlı Azərbaycan Respublikası DSX rəisinin 2018-ci il 31 avqust tarixli 0251 nömrəli əmrilə “DSX-nin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə” təsdiq edilmişdir. Həmin Əsasnaməyə görə xidmət şəraiti ağır və zərərli olan, iqlim şəraitinə görə və xidmət üçün əlverişli olmayan bölmələrin siyahısı DSX rəisinin 2006-cı il 14 fevral tarixli 11 nömrəli əmri ilə təsdiq edilir. Həmin əmrdə “Həzrə” məntəqəsi xüsusi mürəkkəb xidmət şəraitli sərhəd məntəqələrinin siyahısınd a öz əksini tapmışdır. DSX rəisinin 2006-cı il 14 fevral tarixli 11 nömrəli əmrində iddiaçının xidmət etdiyi sərhəd məntəqəsi (Həzra) xüsusi mürəkkəb xidmət şəraitli olan məntəqələrin siyahısında qeyd olunmuş və buna görə ona “DSX-nın hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”yə əsasən iddiaçıya pul əlavəsi ödənilməli olduğu halda heç bir ödəmə aparılmamışdır. Belə olduğu təqdirdə məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir. 9.Cavabdeh apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 2-1(116)230/2022 nömrəli, 27 oktyabr 2022-ci il tarixli qərarının ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, DSX-nin xx.xx.2006-cı il tarixli, 11 nömrəli əmri ilə xüsusi mürəkkəb xidmət şəraiti olan sərhəd m əntəqələrinin siyahısı təsdiq olunmuş, xüsusi mürəkkəb xidmət şəraiti olan sərhəd məntəqələrinin təsdiq olunmuş 11 bəndən ibarət qaydalarında hər hansı bir faiz əlavəsinin ödənilməməsi nəzərdə tutulmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2018-ci il tarixli, 0251 nömrəli əmri ilə “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə” təsdiq edilmiş və həmin tarixdən sonra hərbi qulluqçulara pul əlavələri həmin Əsasnaməyə əsasən ödənilməyə başlanılmışdır. 31 iyul 2018-ci il tarixədək isə DSX-nin hərbi qulluqçularının pul təminatı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 05 iyul 2002-ci il tarixli 220 nömrəli pul təminatı haqqında Əsasnaməyə uyğun aparılmış və həmin əsasnamədə xüsusi mürəkkəb xid mət şəraitinə görə əlavələr verilməsi nəzərdə tutulmamışdır. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-137/2023 nömrəli, 10 may 2023-cü il tarixli qərarı ilə (hakimlər: R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, V.İ.Məlikov və G.İ.Cavadova) apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-230/2022 nömrəli, 27 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq əlavə olaraq qeyd etmişdir ki, cavabdeh orqan tərəfindən məhkəmə kollegiyasına təqdim edilən və yuxarıda istinad edilən xx.xx.2018-ci il tarixli “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında” Əsasnamənin 4.6-cı bəndini nəzərə alaraq xidmət şəraiti ağır (mürəkkəb) və zərərli olan, iqlim şəraitinə görə, xidmət üçün əlverişli olmayan yerlərdə xidmətə görə əlavələr DSX-nin hərbi hissə və bölmələrində xidmət edən hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) vəzifə maaşının 15 faizi həcmində ödənilir. Qeyd olunan əlavə xidmət illərinə görə faiz əlavəsinin hesablanmasında nəzərə alınır (yeni vəzifə maaşı əmələ gətirmək ilə). Göründüyü kimi, iddiaçının yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş xidmət şəraiti ağır (mürəkkəb) və zərərli olan, iqlim şəraitinə görə xidmət üçün əlverişli olmayan yerlərdə xidmət etdiyi təsdiq olunur.
12. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri 13. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 562 nömrəli, 19 oktyabr 1992-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün pul təminatları növündə xüsusi şəraitdə qulluq edənlər üçün üstəlik verilən pul əlavəsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminat növlərinin təsdiq edilməsi haqqında” 562 saylı, 19 oktyabr 1992-ci il tarixli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın 1-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən təsdiq edilən Əsasnamə ilə müəyyən edilir. Göstərilmiş bəndin icrası ilə bağlı Azərbaycan Respublikası DSX rəisinin 31 iyul 2018-ci il tarixli, 0251 nömrəli əmri ilə “DSX-nin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə” təsdiq edilmiş və həmin Əsasnamənin 4.6-cı bəndinə əsasən xidmət şəraiti ağır (mürəkkəb) və zərərli olan, iqlim şəraitinə görə, xidmət üçün əlverişli olmayan yerlərdə xidmətə görə əlavələr DSX-nin hərbi hissə və bölmələrində xidmət edən hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) vəzifə maaşının 15 faizi həcmində ödənilir. Qeyd olunan əlavə, xidmət illərinə görə faiz əlavəsinin hesablanmasında nəzərə alınır (yeni vəzifə maaşı əmələ gətirmək ilə). Xidmət şəraiti ağır və zərərli olan, iqlim şəraitinə görə və xidmət üçün əlverişli olmayan bölmələrin siyahısı Dövlət Sərhəd Xidməti rəisinin əmri (xx.xx.2006cı il tarixli əlavə xx.xx.2020-ci il tarixli 041№-li) ilə təsdiq edilir. Qanunun tələbindən də göründüyü kimi Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın 1-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən təsdiq edilən Əsasnamə ilə müəyyən e dilir. “DSX-nin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə” 2018-ci ildə təsdiq edilmişdir və ondan sonra yaranan münasibətlərə şamil olunur və onları tənzimləyir. İddiaçı isə 2014-2018-ci illər ərzində xidmət etdiyi dövr üçün əlavə pul öhdəliyi ilə bağlı iddia qaldırmışdır. Lakin məhkəmə araşdırması zamanı yuxarıda göstərilən hallar nəzərə alınmamış iddiaçının əsassız tələbi təmin olunmuşdur. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti 2002-ci il tarixdən müstəqil qurum kimi fəaliyyət göstərir və öz daxili Əsasnaməsi mövcuddur. Belə ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2018-ci il tarixli, 0251 nömrəli əmri ilə “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə” təsdiq edilmişdir. Həmin Əsasnamənin təsdiq edilməsi ilə əlaqədar 2018-ci il tarixdən əvvəlki dövr üçün mövcud olan münasibətlər barədə hər hansı norma, o cümlədən digər müstəqil qurumların normativ aktları (əsasnamə, təlimat, həmçinin iddiaçının qeyd etdiyi Müdafiə Nazirliyinin adıçəkilən Əsasnaməsi) qeyd olunmamış və əvvəlki dövr üçün münasibətləri tənzimləyə biləcək aktların (əsasnamə, təlimat və s.) qüvvədən düşməsinə dair normalar göstərilməmişdir. Göründüyü kimi məhkəmə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-137/2023 nömrəli, 10 may 2023-cü il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “A zərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 562 nömrəli, 19 oktyabr 1992-ci il tarixli qərarı “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin, Azərbaycan Respublikası Prezidentinin 31 mart 1992-ci il tarixli, 633 nömrəli Fərmanının yerinə yetirilməsi ilə əlaqədar olaraq, müdafiə nazirinin vəsatətini nəzərə alaraq və hərbi qulluqçuların hüquqi-sosial mühafizə bazasını operativ surətdə yaratmaq məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün aylıq maaşlara nisbətən 1992-ci il yanvarın 1-də olan faiz miqdarı ilə m üəyyən edilmiş normaları məbləğində üstəlik verilən pul təminatı növləri təsdiq edilsin, o cümlədən:... bəzi kateqoriyalı hərbi qulluqçuların xüsusi xidmət şəraitinə görə üstəlik əlavə;...
2. Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın 1-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir (qüvvədə olan redaksiya). Müdafiə Nazirliyinə tapşırılsın ki, Respublika Nazirlər Kabinetinin müəyyən etdiyi vəzifə maaşlarını və bu qərarın 1-ci bəndində nəzərdə tutulmuş üstəlik pul təminatını nəzərə almaqla, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının pul təminatı barədə Əsasnamə hazırla sın və müdafiə nazirinin əmri ilə təsdiq etsin (qüvvədən düşmüş redaksiya).
16. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin 31 iyul 2018-ci il tarixli, 0251 nömrəli əmri ilə təsdiq edilmiş “DSX-nin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”... 4.6-cı bənd. Xidmət şəraiti ağır (mürəkkəb) və zərərli olan, iqlim şəraitinə görə, xidmət üçün əlverişli olmayan yerlərdə xidmətə görə əlavələr. Xidmət şəraiti ağır (mürəkkəb) və zərərli olan, iqlim şəraitinə görə, xidmət üçün əlverişli olmayan yerlərdə xidmətə görə əlavələr DSX-nin hərbi hissə və bölmələrində xidmət edən hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) vəzifə maaşının 15 faizi həcmində ödənilir. Qeyd olunan əlavə, xidmət illərinə görə faiz əlavəsinin hesablanmasında nəzərə a lınır (yeni vəzifə maaşı əmələ gətirmək ilə). Xidmət şəraiti ağır və zərərli olan, iqlim şəraitinə görə və xidmət üçün əlverişli olmayan bölmələrin siyahısı DSX rəisinin əmri ilə təsdiq edilir. Əlavə hərbi qulluqçuya vəzifələrin icrasına başlayan gündən ödənilir və əmrə əsasən vəzifələrin icrasından azad olunan gündən dayandırılır (həmin gün daxil olmaqla)
17. Azərbaycan Respublikası Müdafiə Nazirinin 2002-ci il 05 iyun tarixli, 220 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında” Əsasnamə (xx.xx.2017-ci il tarixdən qüvvədən düşmüşdür)
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 08 oktyabr 2020-ci il tarixli, 03/2020 nömrəli qərardadı 19. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 yanvar 2014-cü il tarixli qərarı
20. İnzibati Prosessual Məcəllə Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 1 32.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali M əhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar q əbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Ona görə də şikayət təmin olunmalı, apellyasiya məhkəməsinin qərarı ləğv edilərək iddia tələbi rədd olunmalıdır. Buna dair mövqeyini məhkəmə kollegiyası aşağıdakılarla əsaslandırır.
24. İddiaçı xüsusi xidmət şəraitinə görə əlavənin ödənilməsi ilə bağlı məsələni mübahisələndirir. Məhkəmələr iddianı təmin edərkən “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 562 nömrəli, 19 oktyabr 1992-ci il tarixli qərarına və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin 31 iyul 2018-ci il tarixli, 0251 nömrəli əmri ilə təsdiq edilmiş “DSX-nin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”yə əsaslanmışlar. Kollegiya hesab edir ki, məhkəmələr mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarını düzgün təfsir etməmişlər.
25. Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçının xidmət etdiyi sərhəd məntəqəsinin xüsusi mürəkkəb xidmət şəraitli olan məntəqələrin siyahısında olması faktı özü-özlüyündə buna görə əlavənin ödənilməsinə əsas vermir. Bunun üçün həm də belə xidmət şəraitinə görə ayrıca əlavənin verilməsini nəzərdə tutan maddi-hüquqi norma mövcud olmalıdır. Bununla bağlı qanunvericiliyin müddəalarının birgə təhlilindən hasil olan nəticə ilə müəyyən olunur ki, sözügedən əlavənin DSX-nin hərbi qulluqçularına ödənilməsi ilə bağlı məsələ Azərbaycan Respublikası Dövlət S ərhəd Xidməti rəisinin 31 iyul 2018-ci il tarixli, 0251 nömrəli əmri ilə təsdiq edilmiş “DSX-nin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə” ilə öz həllini tapmışdır. Məhz sözügedən Əsasnamənin qüvvəyə minməsindən sonra 4.6-cı bənddə qeyd edilən əlavələrin verilməli olduğu təsbit edilmiş və Əsasnamənin qüvvəyə mindiyi tarixdən sonra hərbi qulluqçulara ödənilməsinə başlanılmışdır. Əsasnamədə sözügedən əlavələrin əvvəlki dövrlər üzrə xüsusi xidmət şəraitində qulluq etmiş şəxslərə (Əsasnamə qüvvəyə mindiyi tarixədək xidmət etmiş şəxslərə münasibətdə) ödənilməsini nəzərdə tutan, yəni onun retrospektiv qaydada tətbiqini nəzərdə tutan müddəalar yoxdur. Beləliklə, iddiaçı Əsasnaməyə istinadla sözügedən əlavələrin ödənilməsini tələb etmək hüququna malik deyildir.
26. Qiymət verilməli o lan növbəti məsələ Əsasnamənin qüvvəyə mindiyi tarixədək qüvvədə olan digər normativ-hüquqi aktlara əsasən iddia tələbinin təmin edilməsinin mümkünlüyü ilə bağlı məsələdir. Mübahisələndirilən əlavələrə münasibətdə belə normativ-hüquqi aktlar kimi “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 562 nömrəli, 19 oktyabr 1992-ci il tarixli qərarı və qüvvədən düşmüş Azərbaycan Respublikası Müdafiə Nazirinin 2002-ci il 05 iyun tarixli, 220 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında” Əsasnamə çıxış edir.
27. Nəzərə alınmalıdır ki, “DSX-nin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”n in qüvvəyə mindiyi tarixədək DSX-nin hərbi qulluqçularının pul təminatı Azərbaycan Respublikası Müdafiə Nazirinin 2002-ci il 05 iyun tarixli, 220 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında” Əsasnaməyə uyğun aparılmışdı və həmin Əsasnamədə də xüsusi mürəkkəb xidmət şəraitinə görə əlavələrin verilməsi təsbit olunmamışdır. Beləliklə, Müdafiə Nazirinin 2002-ci il 05 iyun tarixli, 220 nömrəli əmri ilə təsdiq edilmiş Əsasnaməyə istinadla da iddiaçının tələbi təmin edilə bilməz.
28. Kollegiya aşağıda göstərilənlərə əsasən hesab edir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 562 nömrə li, 19 oktyabr 1992-ci il tarixli qərarına istinadla da iddia tələbi təmin edilə bilməz. İlk növbədə nəzərə almaq lazımdır ki, həmin qərar hərbi qulluqçuların sosial müdafiəsinin yaxşılaşdırılması məqsədinə yönəlmişdir. Bunun üçün müxtəlif meyarlar müəyyənləşdirilərək onlardan çıxış etməklə hərbi qulluqçulara əlavə pul təminatının verilməsi məsələsinin həll edilməsi qarşıya məqsəd kimi qoyulmuşdur. Daha sonra qərardan irəli gələn məsələlərin həll edilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirinin 2002-ci il 05 iyun tarixli, 220 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında” Əsasnamə və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin 31 iyul 2018-ci il tarixli, 0251 nömrəli əmri ilə təsdiq edilmiş “DSX-nin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə” qəbul edilmişdir.
29. Kollegiya qeyd edir ki, hərbi qulluqçuların sosial müdafiəsinin yaxşılaşdırılması məqsədi Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş sosial dövlət prinsipinin reallaşdırılması vasitələrindən biri kimi çıxış edir. Sosial dövlət prinsipi Azərbaycan Respublikasının Konstitusiyasının preambulasında nəzərdə tutulmuş ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etməyə dair dövlətin malik olduğu pozitiv öhdəliklərdən irəli gəlir. Sözügedən pozitiv öhdəliklər xarakteri etibarilə dövlət tərəfindən müxtəlif tənzimləmələrdən istifadə etməklə, o cümlədən hərbi qulluqçuların barəsində onların layiqli həyat səviyyəsinin və sosial müdafiəsinin yaxşılaşdırılmasının tə min edilməsinə yönəlmiş tədbirlər görülməsini tələb edir.
30. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 08 oktyabr 2020-ci il tarixli, 03/2020 nömrəli kollegial qərardadında sosial dövlət prinsipindən irəli gələn məsələlərə münasibətdə aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “...77. Sosial hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra özünəməxsus səciyyəvi xüsusiyyətlər mövcuddur və bu hal, onların özəl hüquqi təbiətini Konstitusiyada təsbit olunmuş digər şəxsi, iqtisadi, siyasi və mədəni hüquqlardan fərqləndirir. Sosial təminat hüququnun xüsusi hüquqi təbiəti isə ilk növbədə ondan irəli gəlir ki, Konstitusiyada eyni qaydada qorunmasına və müdafiə sinə təminat verilməsinə baxmayaraq, digər hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə əlaqəli və bəzən hətta ondan asılıdır. Qeyd olunan xüsusiyyət, həmçinin beynəlxalq aktlarda da öz əksini tapmışdır. Belə ki, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 2-ci maddəsinin mənasına görə həmin hüquqların dövlətlərin mövcud imkanlarının maksimal həddi çərçivəsində təmin edilməsi öhdəliyi müəyyən edilmişdir.
78. Azərbaycan Respublikası Konstitusiyasının yuxarıda sadalanan müddəaları (bax: 9-11-ci bəndlər) sosial dövlət prinsipinə uyğun olaraq dövlətin üzərinə müəyyən pozitiv öhdəliklər qoyur. Hər nə qədər sosial hüquqların təmin edilməsi dövlətin maddi imkanlarından birbaşa asılı olsa da, dövlətin ən azı minimum səviyyədə bu hüquqları təmin etmək vəzifəsi də var. Bundan başqa, dövlət büdcə sabitliyinin və uzun müddətli maliyyə dayanıqlılığının qorunması maraqlarından çıxış etməklə özünün bu pozitiv öhdəliklərinin yerinə yetirilməsində müəyyən mülahizə səlahiyyətinə malik olmaqla yanaşı, həm də həmin səlahiyyətlərini hüquqi dövlətin hamılıqda qəbul edilmiş prinsiplərinə uyğun həyata keçirmək öhdəliyi daşıyır.”
31. Göstərilənləri nəzərə almaqla kollegiya qeyd edir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 562 nömrəli, 19 oktyabr 1992-ci il tarixli qərarı hərbi qulluqçuların sosial müdafiəsini yaxşılaşdırmağa yönəlmiş həyata keçirilməl i olan tədbirləri müəyyən etmişdir. Həmin qərar əlavə pul ödəmələrinin verilməsi məsələsini birbaşa həll etməmiş, müxtəlif meyarlar müəyyənləşdirərək onlardan çıxış etməklə hərbi qulluqçulara əlavə pul təminatının verilməsi məsələsinin həll edilməsini səlahiyyətli orqanlara tapşırmışdır. Səlahiyyətli orqanlar tərəfindən bununla bağlı konkret məbləğlərin ödənilməsinə dair qərarların qəbulu isə zaman etibarilə bir qədər sonraya təsadüf etmişdir. Lakin tənzimləmənin gec həyata keçirilməsi özü-özlüyündə iddianın təmin edilməsinə əsas təşkil edə bilməz. Belə ki, yuxarıda da qeyd edildiyi kimi bu məsələ dövlətin maliyyə imkanlardan asılı olmaqla mülahizə sərbəstliyi çərçivəsində həll edilməli olan məsələdir. Maliyyə imkanlarının yaranması anının və yetərliliyinin müəyyənləşdirilməsi məsələsi isə məhkəmə nəzarəti qaydasında qiymətləndirilməli olmayan məsələlərdir. Çünki belə qiymətləndirmə hüquqilik yox, məqsədə müvafiqlik qiymətləndirilməsinə səbəb ola bilər. İnzibati məhkəmələrin inzibati orqanların fəaliyyəti üzərindəki məhkəmə nəzarəti isə məqsədə müvafiqliyin yoxlanılmasını nəzərdə tutmur.
32. İddia tələbinin təmin edilməsinin mümkünlüyü məsələsinə həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin müddəaları baxımından da qiymət verilməlidir. Belə ki, iddiaçı sözügedən normaya istinadla iddiasının təmin edilməli olduğunu bildirir.
33. Normativ-hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi ilə bağlı məsələ özünün tənzimlənməsini Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində tapmışdır. Buna görə, fiziki və hüq uqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyəti aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. 34. “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 87-ci maddəsində isə təsbit edilmişdir ki, normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Törədil məsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir. 35. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 yanvar 2014-cü il tarixli qərarına görə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrində birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmir, həmin hüquq və azadlıqlar old uğu kimi qalır. Bu baxımdan, birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul oluna bilməz.
36. Həmin qərarda Konstitusiya Məhkəməsi aşağıdakı hüquqi mövqeləri ifadə etmişdir: “...Hüquqi statusun aşağıdakı növləri fərqləndirilir: - vətəndaşın ümumi və ya konstitusiya statusu;- müəyyən kateqoriya vətəndaşların xüsusi statusu; - fərdi status və s. Hüquqi statusun növləri çox olsa da, praktiki cəhətdən yuxarıda göstərilən üç növü əhəmiyyət kəsb edir. Xüsusi status müəyyən kateqoriya vətəndaşların (məsələn, pensiyaçıların, tələbələrin, hərbi qulluqçuların, müəllimlərin, əlillərin, müharibə iştirakçılarının və s.) vəziyyətinin xüsusiyyətlərini əks etdirir. Göstərilən təbəqələr və qruplar vətəndaşın ümumi konstitusiya statusuna əsaslanan və mövcud qanunvericilikdə nəzərdə tutulan əlavə hüquqlara, vəzifələrə, güzəştlərə malik ola bilərlər. Hüquq nəzəriyyəsində “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar” dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikası Qanununda, “Hərbi qulluqçuların statusu haqqında” Qanunda və başqa qanunvericilik aktlarında hərbi qulluqçuların hüquqları, vəzifələri və məsuliyyəti müəyyən edilmişdir. Bu qanunvericilik aktlarında hərbi qulluqçuların xüsusi statusu müəyyən edilmişdir. Göstərilən qanunlara uyğun olaraq hərbi qulluqçuların siyasi hüquqları və azadlıqları, şəxsiyyətin toxunulmazlığı, əmək, istirahət, sağlamlığın mühafizəsi və sağlamlığa vurulmuş zərərin ödənilməsi, təhsil, xidmət yerini dəyişdirmək, müavinətlər və başqa güzəştlər almaq və s. hüquqları vardır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun müvafiq maddələrində birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmir, həmin hüquq və azadlıqlar olduğu kimi qalır. Bu baxımdan, birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul oluna bilməz”.
37. Qeyd edilənlərin hazırkı işin hallarına tətbiqi baxımından kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin 31 iyul 2018-ci il tarixli, 0251 nömrəli əmri ilə təsdiq edilmiş “DSX-nin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin qəbulu ilə hərbi qulluqçulara xüsusi xidmət şəraitinə görə verilməyə başlanılan pul əlavəsi hərbi qulluqçuların qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmədiyinə və həmin hüquq və azadlıqlar olduğu kimi qaldığına görə, həmin əlavələrin alınmağa başlanılması hərbi qulluqçuların Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul oluna bilməz. Müvafiq olaraq Konstitusiyanın 149-cu maddəsini n Vİİ hissəsinə istinadla iddia təmin edilə bilməz.
38. İddiaçının digər bir dəlili isə ondan ibarətdir ki, ona N nömrəli hərbi hissədə xidmət etdiyi dövrdə vəzifə maaşının 15%-i həcmində əlavə hesablanmaqla ödənildiyi üçün hazırkı tələbi də təmin edilməlidir. Cavabdeh də həmin ödəmələrin aparıldığını qəbul edir. Lakin cavabdeh sözügedən əlavələrin Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Komitəsi Sədrinin 10 avqust 1992-ci il tarixli 40 nömrəli əmri əsasında xidmət yerinin İran İslam Respublikası ilə həmsərhəd olması ilə bağlı həyata keçirildiyini bildirir. Göründüyü kimi həmin əlavələrin ödənilməsinin hüquqi əsasları mövcud olmuşdur. Belə olan halda, iddiaçıya münasibətdə inzibati orqan tərəfindən qeyri-bərabər rəftara yol verilməmişdir. Çünki bərabərlik hüququnun tələblərinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağan edilir. Eynilə, inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Göründüyü kimi iddiaçının istinad etdiyi iki müxtəlif vəziyyətdə faktiki hallar (xidmət yerlərinin müxtəlif yerlər olması) və onlara münasibətdə tətbiq edilməli olan normalar (əlavələr ödənilməsini nəzərdə tutan normalar) fərqli olduğundan inzibati orqanın fərqli qərarlar qəbul etməsi qanuni və əsaslı olmuşdur.
39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzi bati Kollegiyasının 2-1(107)-137/2023 nömrəli, 10 may 2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “xidmət etdiyi dövr ərzində N nömrəli hərbi hissənin 2-ci (Həzrə) Sərhəd komendantlığının komendantı vəzifəsində olduğu müddət (2014-2018-ci illər) ümumilikdə 48 ay ona qanunla müəyyən olunmuş xüsusi mürəkkəb xidmət şəraitinə görə pul əlavəsinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi rədd edilsin. Qərar qətidir.