Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-21/2021 02.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (iddianın geri götürülməsi səbəbi ilə, iddia üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdehin vəkili Vəkil1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirl iyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyanın təyin olunması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-987/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (sonradan - İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 52 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2009-cu ildən «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsi və «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 17-ci m addəsinin tələbləri əsas götürülməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)4994/2019 saylı qərarı ilə (hakim: T.Ə.Əsədova) iddia tələbi təmin edilmiş, İddiaçı 52 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2009-cu ildən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbləri əsas götürülməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edi lməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
3. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçının pensiya hüququ pozulmuşdur.
4. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və mümkünlük məsələsinə baxılması üçün işin yenidən birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-987/2020 nömrəli iş üzrə 22 iyul 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: H.Ü.Həmidov, hakimlər: E.E.Nağıyeva və V.M.Məmmədov) apelyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tar ixli, 2-1(81)- 4994/2019 saylı qərarı ləğv edilərək iddia rədd edilmişdir.
6. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının xx.xx.1988-xx.xx.1990-cı illərdə sexdə isti bölgələrdə çilingər işlədiyi peşəni də güzəştli iş stajına daxil etsə də, iddiaçı tərəfindən bu dövrlə bağlı məhkəməyə hər hansı sənəd təqdim edilməmiş, təqdim edilmiş əmək kitabçasında həmin dövrlə bağlı dəqiq olmayan qaralama və düzəlişlər olan məlumatlar qeyd edilmiş, həmçinin iddiaçı tərəfindən məhkəməyə güzəştli iş stajı ilə bağlı arayış təqdim edilməmiş, iddiaçının hansı müəssisədə isti bölgələrdə çilingər işləməsini müəyyən etmək mümkün olmamışdır.
7. Apelyasiya instansiyası məhkəməsinin qərarı iddiaçıya xx xxxxxx 2020-ci il tarixdə təqdim edilmişdir.
8. İddiaçı həmin qə rardan kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. 9. xx xxxxxx 2020-ci il tarixdə iddiaçının vəkili və nümayəndəsi Vəkil1 “Elektron Məhkəmə” sistemi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə ərizə göndərərək iddiaçının irəli sürülmüş iddia tələbi üzrə iddia ərizəsini geri götürdüyünü bildirmiş və iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
10. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddiaçının işə baxılmasını istəmədiyini, odur ki, iddia ərizəsini geri götürdüyünü bildirib, iddia ərizəsinin geri qaytarılmasını xahiş etdi.
11. Məhkəmə icl asının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 55.3 Məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul e dir. Maddə 55.5 İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ 13.Məhkəmə kollegiyası hesab edir ki, ərizə aşağıdakı səbəblərə görə təmin olunmalıdır. 14.Məhkəmə kollegiyası nəzərə alır ki, iddianın geri götürülmüş hesab edilməsindən fərqli olaraq, iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi İPM-də aşkar tənzimlənməsə də, “iddianın geri götürülməsi”nin yolverilənliyi İPM-in 55.3-cü və 55.5-ci maddələrinin təyinatına və mə qsədinə uyğundur. Belə ki, bir halda, iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasına dair qənaət iddiaçının icraatdan yayınmasında ifadə olunan passiv davranışından irəli gəlirsə, hazırkı halda, bu qənaət (icraatın davam etdirilməsinə marağın olmaması) iddiaçının bilavasitə özünün aktiv davranışından – onun iddianı geri götürmə barədə ərizə verməsindən irəli gəlir.
15. Göründüyü kimi, hər iki (passiv və aktiv) davranış eyni nəticəyə yönəlməklə İPMin 55.3-cü və 55.5-ci maddələrinin məqsədlərini – iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasının müəyyən edilməsini və bu səbəblə iddia üzrə icraata xitam verilməsini təmin edir.
16. Yuxarıda göstərilənləri və İPM-in 55.5, 96, 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddianın geri götürülməsinə dair ərizə təmin edilsin. Hazırkı iddia üzrə icraata xitam verilsin.