Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-21/2022 11.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icrası haqqında iddianın mümkünlüyü; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində ödənilməli olan ödənclərin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 14 iyul tarixli, 2-1(103)-742/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı 2020-ci il 22 iyul tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək 2012-ci ilin oktyabr ayından etibarən ona istehsalatda baş verən bədbəxt hadisə nəticəsində ödənilməli olan ödənclərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 15 oktyabr tarixli, 2-1(112)-5507/2020 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçıya 2016- cı il 21 iyun tarixdən başlayaraq istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş şəxs kimi aylıq ödəncin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
3. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının işlədiyi “Bakı şəhər Tikinti” Trestinin 21 saylı Tikinti İdarəsi 2016-cı il 21 iyun tarixdə ləğv edilərək kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarıldığından, eyni zamanda ləğv zamanı ödənclərin gələcəkdə ödənilməsi kapitallaşdırılmadığından, hazırda bu sahədə dövlət siyasətini həyata keçirən və əhalinin bu statusda olan qisminin sosial müdafiəsini təşkil edən mərkəzi icra hakimiyyəti olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2016-cı il 21 iyun tarixdən etibarən həmin ödəncləri iddiaçıya ödəməli idi. İddiaçının işlədiyi və istehsalat qəzası nəticəsində sağ lamlığı pozulmuş müəssisə 2001-ci ildə özəlləşdirildiyindən iddiaçı barədə məlumatlar Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilməməsi, həmçinin müəssisənin ləğvi zamanı prosedur qaydalara riayət edilməməsi iddiaçının iradəsindən asılı olan hal deyil və onun Konstitusiya ilə müdafiə olunan hüquqlarının məhdudlaşdırılması ilə nəticələnə bilməz.
4. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 14 iyul tarixli, 2-1(103)-742/2021 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 15 oktyabr tarixli qərarı ləğv edilmiş, idd ia mümkün sayılmamışdır.
6. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qanunvericilik aktlarının məzmununda iddiaçının işlədiyi 2001-ci ildə özəlləşdirilən müəssisənin 2016-cı il 21 iyun tarixdə ləğv edilməsi zamanı qanunvericilikdə nəzərdə tutulan qaydada ödənclərin gələcəkdə ödənilməsini tənzimləmək məqsədilə kapitallaşdırılma prosesinin aparılmadığı və müəssisənin kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarıldığı üçün bundan sonrakı müddətdə həmin ödənclərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılmalı olması ilə bağlı hər hansı müddəa öz əksini tapmamışdır. Buna görə də, iddiaçının hazırki iddia tələbində qoyduğu vəzifənin cavabdeh inzibati orqanın qanundan irəli gələn öhdəliyinə aid olduğu müəyyən olunmur. Beləliklə, məhkəmə kollegiyası birinc i instansiya məhkəməsinin qərarında göstərilən əsaslandırma və ümumiyyətlə işə mahiyyəti üzrə baxılmasının mümkün hesab edilməsi ilə razılaşmayaraq hesab etmişdir ki, inzibati orqanın üzərinə qanunda nəzərdə tutulmayan hər hansı vəzifənin qoyulması yolverilməzdir. Buna görə də, iddiaçıya məhkəmə kollegiyası tərəfindən müvafiq hüquqi yardım göstərilmiş, lakin iddiaçı məhz bu inzibati orqana qarşı verdiyi tələbə mahiyyəti üzrə baxılmasında israrlı olmuşdur.
7. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
8. Kassasiya şikayətində qeyd edilmişdir ki, iddiaçı 1981-ci il 14 dekabr tarixdə bədbəxt hadisə zamanı xəsarət al mışdır. Tibbi Həkim Komissiyasının 1990-ci il 4 aprel tarixli çıxarışının və Nizami rayon Sosial Təminat Şöbəsinin 415400 saylı vəsiqəsinin surətindən görünür ki, iddiaçı istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin 80 %-ni itirmiş, 2-ci qrup əlildir. Bu əsaslar görə 1991-ci il 1 yanvar tarixdən iddiaçıya pensiya təyin edilmişdir. İnzibati işə əlavə edilmiş digər sübutlardan da görünür ki, 2012-ci ilin oktyabr ayına kimi iddiaçıya əlilliyə görə hər ay 120 manat ödənilmişdir. Müəssissə hal hazırda heç bir fəaliyyət göstərmir və ona görə ödəmək imkanı yoxdur. Qanunvericiliyə əsasən müəssisə vəziyyətə düşdükdə pensiya sənədləri məhz cavabdehə göndərilir və pensiyanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ödəməlidir. Məhkəmə qərardadında müəssisənin 2001-ci il 10 iyul tarixli, 2252 saylı alğı-satqı müqaviləsinə əsasən Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi departamenti tərəfindən özəlləşdirildiyi X1 mülkiyyətinə keçdiyi qeyd edilir. Özəlləşdirimə zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsindən müəyyən sənədlər tələb edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirilən müəssisə barədə emintet vərəqi təqdim etməlidir. Həmin sənəddə özəlləşdirilən hüquq subyektinin debit krediti, balans borcu və əsası pensiyaçıları ayrıca göstərilir. Hətta əmək münasibətlərində olarkən xəsarət alıb əlil olanların siyahısı və pensiyanın miqdarı ayrıca göstərilir. Hesab edilməlidir ki, məhkəmənin qəb ul etdiyi qərardad əsassız və qanunsuz olmaqla iddianın mümkünsüz hesab edilməsi barədə məhkəmə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə tərəfindən iş üçün əhəmiyyətli olan hallar düzgün müəyyən edilməmişdir, Apellyasiya instansiyası məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməmiş, nəticədə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
9. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
10. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün hə lli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
82. Apellyasiya i nstansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində mü vafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə s übutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
11. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
12. Şikayətdə apellyasiya instansi yası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
13. Şikayət qərardadın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
14. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, məhkəmə araşdırmaları zamanı iddiaçı hazırkı iddia tələbində qoyduğu vəzifənin inzibati orqanın qanundan irəli gələn öhdəliyinə aid olduğunu əsaslandıra bilməmiş və bu öhdəliyin yerinə yetirilməməsi ilə onun hansı hüquqlarının pozulduğunu sübut edə bilməmişdir.
15. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qeyd olunan məzmunda əsaslandırmasını iddianın mümkünsüzlüyünün əsası kimi qəbul etmir.
16. Nəzərə alınmalıdır ki, qanunvericiliklə cavabdehin üzərinə “özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişləri, o cümlədən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə yaranmış borclarının ödənilməsi” öhdəlikləri qoyulmuşdur: (1) Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 26 sentyabr tarixli, 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişləri üzrə yaranmış borclarının ödənilməsi Qaydaları"; (2) Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edi lmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”.
17. Başqa sözlə, istinad edilən qanunvericilik aktlarında təsbit olunmuş şərtlərin mövcudluğu halında, cavabdeh qeyd olunan ödənişləri icra etmək öhdəliyi daşıyır.
18. İşdən göründüyü kimi, cavabdeh də məhz həmin şərtlərin iddiaçıya münasibətdə mövcud olmaması əsası ilə müraciətin təmin olunmasından imtina etmişdir. Buradan, iddia olunan məzmunda tələbin təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, həmin tələbin təmin olunmasını istisna edən faktiki şər tlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür (İPM-in 14.3-cü maddəsi).
19. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması prinsipinə uyğun olaraq müəyyən etdiyi, habelə istinad edilən qanunvericilik aktlarında təsbit olunmuş şərtlərin mövcud olub-olmadığına dair müəyyən etməli olduğu hallar iddianın mümkünsüz hesab edilməsinin deyil, iddianın mahiyyəti üzrə həllinin əsası kimi çıxış edə bilərdi.
20. Apellyasiya instansiyası məhkəməsinin qərardadı İPM-in 12.1, 35.1, 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərardadı prosessual n ormaların tələblərinin pozulması ilə qəbul edildiyindən, həmçinin apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədiyindən şikayət iddianın təmin edilməsi tələbinə aid hissədə təmin oluna bilməz.
22. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 14 iyul tarixli, 21(103)-742/2021 nömrəli qərardadı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.