Məhkəmə qərarları › İş №2-1(102)-21/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-21/2024

19.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-21/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) 19.01.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1960-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi nə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 may 2023-cü il tarixli, 2-1(103)-1047/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuş, xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olmuşdur. 2. xx.xx.1977-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən, iddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək Bakı Elektrik Avtomatları Zavodunda, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək Əzizbəyov rayon Məişət Xidmətləri Kombinatında, xx.xx.1983-cü il tarixdən xx.xx.1989-cu il tarixədək Dəqiq Mexanizmlər Təmiri Zavodunda, xx.xx.1989-cu il tarixdən xx.xx.2000-ci il tarixədək “Zərgər” müəssisəsində, xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" ASC-də işləmişdir. 3. "xxxx" ASC tərəfindən verilmiş güzəştli iş stajı barədə arayışda qeyd edilmişdir ki, iddiaçı xx.xx.1983-xx.xx.1989-cu illərdə Dəqiq Mexanizmlər Təmiri Zavodunda quraşdırıcı zərgər, xx.xx.1989-cu ildən Əhaliyə Məişət Xidməti Nazirliyinin tərkibində yaradılmış “Zərgər” müəssisəsində və xx.xx.2000-ci il tarixdən xx.xx.2013-cü il tarixə kimi isə "xxxx" ASC-də quraşdırıcı zərgər peşələrində işləmişdir. “Zərgər” müəssisəsi Dəqiq Mexanizmlər Təmiri Zavodunun, "xxxx" ASC isə “Zərgər” müəssisəsinin hüquq varisidir. "xxxx" ASC xx.xx.2000-ci il tarixdən hazırkı vaxtadək fəaliyyət göstərir. İddiaçı işlədiyi müddətdə fərdi qaydada əl ilə zərgərlik məmulatları və onların hissələrini bədii səviyyədə hazırlamış, qiymətli metaldan qiymətli və ya yarım qiymətli daşlara xüsusi mürəkkəb formalı zərgərlik məmulatlarının quraşdırılması ilə məşğul olmuşdur. İş əsnasında o, zərgərlik məmulatlarının qaynar üsulla qaynaq işlərini aparmışdır. Məmulatı qaynaq edən zaman asbest, bor turşusu, xlor turşusu (HCL), eləcə də qaynaq işini aparmaq üçün benzindən istifadə etmişdir, açıq alovla işləmişdir. Zərgərlik məmulatlarında emal üçün pəncərə düzəltmiş, məmulatı daş bərkitmə dərəcəsinə qədər tam hazır vəziyyətə salmışdır. Sonuncu mərhələdə əlvan metallardan toplanmış ovuntuları əridib, istehsal üçün külçə hazırlamışdır. Məlumat üçün bildirilir ki, Fəhlələr üçün vahid tarif dərəcələri üzrə iş və peşələrin 1987-ci il tari xli sorğu kitabında (Moskva nəşriyyatı) göstərilir: zərgər peşəsinə aşağıdakılar aiddir: - zərgər-quraşdırıcı; - zərgər-şəbəkəçi; - zərgər-sepçi; zərgər-nəqqaş; - zərgər-bərkidici. Odur ki, həmin peşədə işləyən şəxs əmək şəraitinə görə güzəştli şərtlə yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdir. Onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 11.9-cu bölməsində (“Qaynar üsulla metalın üzlənməsi” “zərgər və bədii məmulatları qaralayanlar”) zərərli peşə kimi nəzərdə tutulmuşdur. 4. "xxxx" ASC tərəfindən verilmiş güzəştli iş stajı barədə digər arayışda qeyd edilmişdir ki, iddiaçı “Zərgər” müəssisəsində və "xxxx" ASC-də quraşdırıcı zərgər peşəsində işləmiş, quraşdırma işlərini yerinə yetirərkən “zərgər və bədii məmulatları qaralamaqla” məşğul olmuşdur. Orqanizmə zərərli təsir edən kristal və maye halda olan kimyəvi turşulardan uzun müddət istifadə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun, 320 nömrəli qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “Metal emalı” adlanan XİV bölməsinin “Qaynar üsulla metalın üzlənməsi” 7-ci yarımbəndində 2150700a-19553 kodu ilə “zərgər və bədii məmulatları qaralayanlar” peşəsi göstərilmişdir. İddiaçı metal emalı sahəsində zərgər işləmiş və işlədiyi zərgər peşəsi 2 nömrəli Siyahıda nəzərdə tutulmuşdur. 5. "xxxx" ASC tərəfindən verilmiş güzəştli iş stajı barədə arayışa əlavədə qeyd edilmişdir ki, zərgər peşəsi zərərli sahə olaraq, digər peşələrdən spesifikliyi ilə fərqlənir. Bu peşəyə zərgərliyin bütün qolları – quraşdırma, şəbəkə, bərkitmə və sair daxildir... Müvafiq Siyahının “metal emalı” bölməsində “qaynar üsulla metalın üzlənməsi zərgər və bədii məmulatları qaralayanlar” ifadəsini şərh etdikdə zərgər peşəsinə yiyələnmiş işçinin qızıl və gümüş üzərində emal (mina çəkmə) işlərini həyata keçirməsi başa düşülür. Bu proses toz halına salınmış şüşə, qətran və digər kristal maddələrin yüksək temperatur altında əridilərək, maye halına salınaraq gümüş və qızıl əşyaların üzərində işlənmiş oyma və naxışlara hopdurulmasıdır. Bu fərdi qaydada zərgər tərəfindən əritmə aparatı ilə körüklə həyata keçirilir. Üzlənmə qaynar üsulla yerinə yeti rilir. Maye halına salınmış müxtəlif rəng çalarlarına malik kristal maddələr qızıl, gümüş üzərində oyma və naxışlara hopdurularaq həm də hamarlanır. Bu cür qaynar üsulla qaralama işləri qızıl və gümüşdən hazırlanmış sinəbənd, qolbaq, boyunbağı və s. mürəkkəb əl işləri bədii zövqə malik olan əsər kimi qiymətləndirilən əşyalar üzərində aparılır.

6. İddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, cavabdeh isə güzəştli iş stajının olmadığını əsas gətirərək iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iş stajı nəzərə alınmaqla ona xx.xx.2017-ci il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi tarixdən əvvəlki 3 il üçün hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

8. İddiaçı tələbini işin hallarına uyğun əsaslandıraraq qeyd etmişdir ki, onun qanunvericiliklə tələb olunan iş stajı hərbi bileti və əmək kitabçası ilə öz təsdiqini tapır. Həmçinin onun zərgərlik fəaliyyətilə bağlı güzəştli iş stajı barədə işlədiyi müəssisə tərəfindən arayış verilmişdir. O, xx.xx.2021-ci il tarixdə cavabdehə müraciət edərək 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin olunmasını xahiş etmiş, lakin cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Qa nunun 9.1-ci maddəsinə istinad edilməklə pensiya kapitalının kifayət etmədiyi göstərilmiş və ona pensiya təyin edilməsindən imtina edilmişdir. Cavabdeh iddiaçının təkrar müraciətinə cavab olaraq isə onun güzəştli iş stajının olmamasını bəhanə etmiş və yenə də ona pensiya təyin etməkdən imtina etmişdir.

9. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01,2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın (11) “Metal emalı” bölməsinin (11.9) “Qaynar üsulla metalın üzlənməsi” bəndində “zərgər və bədii məmulatları qaralayanlar” vəzifəsi nəzərdə tutulmuşdur. "xxxx" ASC tərəfindən verilmiş arayışda iddiaçın ın işlədiyi vəzifənin xx.xx.2007-ci il tarixli Siyahıya uyğun gəldiyi göstərilsə də, lakin xx.xx.1993-cü il tarixli Siyahıda qeyd edilən koda (2150700a-19553) istinad edilmişdir. İddiaçıya məxsus xx.xx.1977-ci il tarixli əmək kitabçasında onun "xxxx" ASC-nin Dəqiq Mexanizmlər Təmiri Zavodunda xx.xx.1983-xx.xx.2000-ci və xx.xx.2000-xx.xx.2013-cü illər ərzində quraşdırıcı zərgər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi sahə və vəzifə yuxarıda qeyd edilən sahəyə və vəzifəyə uyğun deyildir. Sadalanan qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq iddiaçının qanunla tələb edilən güzəştli sosial sığorta stajı olmadığından, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunamüvafiq deyildir.

10. Bakı İnzibati M əhkəməsinin (hakim: Elvin Əliyev) 11 noyabr 2022-ci il tarixli, 21(112)-11802/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının iş stajı nəzərə alınmaqla xx.xx.2017-ci il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi tarixdən əvvəlki 3 il üçün hesablanıb ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının əmək kitabçasında qeyd edilən iş stajı, həmçinin hərbi xidmət dövrü də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 25 ildən artıq (26 il 2 ay 13 gün) ümumi iş stajı mövcuddur. İddiaçının xx.xx.1983-xx.xx.1989-cu illərdə Dəqiq Mexanizmlər Təmiri Zavodunda quraşdırıcı zərgər peşəsində, xx.xx.1989-xx.xx.2000-ci illərdə “Zərgər” müəssisəsində, xx.xx.2000-ci il tarixdən xx.xx.2013-cü il tarixə kimi isə "xxxx" ASC-də quraşdırıcı zərgər peşəsində işlədiyi dövrlər onun güzəştli iş stajına hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın “XİV. Metal emalı” bölməsində “37. Qaynar üsulla metalın üzlənməsi” yarım bölməsində “zərgər və bədii məmulatları qaralayanlar” peşəsi (kod: 2150700a—19553) nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiya sı hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “11. Metal emalı” bölməsində “11.9. Qaynar üsulla metalın üzlənməsi” yarım bölməsində “zərgər və bədii məmulatları qaralayanlar” peşəsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Si yahısı”nda iddiaçının işlədiyi peşələr göstərilmişdir. İş yerindən verilmiş güzəştli iş stajını müəyyən edən arayışlarda iddiaçının əmək funksiyaları qeyd edilmişdir. Onun zərgərlik məmulatlarının qaynar üsulla qaynaq işlərini apardığı, həmçinin bədii məmulatları qaralamaqla məşğul olduğu və onun metal emalı sahəsində zərgər işlədiyi qeyd edilmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə iddiaçı 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. İddiaçının hazırkı tələblə xx.xx.2021-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etməsi iş ma teriallarında olan cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubunda öz təsdiqini tapdığından, təyin ediləcək pensiya məbləğinin əvvəlki dövr (əvvəlki 3 il) üçün ödənilməsi ilə bağlı iddiası əsaslıdır və təmin edilməlidir.

12. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Cahangir Yusifov /sədrlik edən və məruzəçi/, Pərviz Hüseynov və Şərafət Məmmədova) 25 may 2023-cü il tarixli, 2-1(103)-1047/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hü quqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

16. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun imtinasının, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (iddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan redaksiyada) Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslər ə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1 (hazırda qüvvədə olan redaksiyada). Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli, 03/2020 nömrəli qərardadına əsasən, “Ə mək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Qeyd: Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” 21500000 – XİV. Metal emalı 21507000 –

7. Qaynar üsulla metalın üzlənməsi 2150700a – a) fəhlələr 2150700a—19553 – zərgər və bədii məmulatları qaralayanlar

21. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 2 nömrəli Əlavə - Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı

2. Pensiyanın təyin edilməsi üçün növ lər üzrə aşağıdakı sənədlər də təqdim edilməlidir: 2.4. Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı;

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti mümkündür. Ş ikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələn-dirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olu nması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir.

29. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərin, o cümlədən ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılm ışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

30. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

31. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və il k növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

32. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hə rtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

33. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə məhkəmələr tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci m addəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmış və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilmişdir. 34. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.

35. Bu qərarın 18-19-cu bəndlərində istinad olunan normaların müddəaları baxımından, iddiaçıya 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: iddiaçının ən azı 25 il ümumi sığorta stajına malik olması; həmin stajın ən azı 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplaması; güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını, yəni ümumi iş stajını və güzəştli pensiya hüququ verən stajı həmin Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanması.

36. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur.

37. Həmçinin iddiaçının işlədiyi peşənin (“quraşdırıcı zərgər”) və sahənin metal emalı sahəsinə aid və bağlı olduğu işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur. Bununla bağlı iddiaçının işlədiyi müəssisə tərəfindən təqdim olunmuş arayışların mötəbərliyini şübhə altına alan hər hansı hal məhkəmə icraatı zamanı müəyyən olunmamış, cavabdeh tərəfindən də bu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

38. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmunu nun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır.

39. Odur ki, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.

40. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

41. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 may 2023-cü il tarixli, 21(103)-1047/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar