Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-21/2025 05.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: özəlləşdirmənin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə (üçüncü şəxs X6) qarşı “özəlləşdirmənin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğvi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-394/2024 nömrəli 19 aprel 2024-cü il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1.Abşeron rayon X3 İcraiyyə Komitəsi tərəfindən verilmiş 24 dekabr 1973-cü il tarixli, 75 nömrəli orderə əsasən ZDS İK-nin 21 dekabr 1973-cü il tarixli, 29 nömrəli protokol qərarı ilə Xırdalan qəsəbə si, 28-ci məhəllə, ev 9 ünvanında yerləşən 17 kv.m sahəli 1 otaqlı 7 nömrəli mənzil İsmayıl Mövsüməli oğluna verilmişdir. 2.İİ-ЖГ seriyalı, 255577 nömrəli “Ölüm haqqında şəhadətnamə”yə əsasən İsmayıl Mövsüməli oğlu 20 fevral 1980-ci il tarixdə ölmüşdür. 3.Abşeron Rayon Xalq Məhkəməsinin 02 mart 1983-cü il tarixli, 2-86 nömrəli qətnaməsi ilə Xırdalan qəsəbəsi, 28-ci məhəllə, ev 9 ünvanında yerləşən 7 nömrəli mənzilin şəxsi hesabının X1 adına açılması qət edilmişdir. 4.Abşeron Rayon Xalq Məhkəməsinin 02 mart 1983-cü il tarixli, 2-86 nömrəli qətnaməsi əsasında qəbul edilmiş Abşeron Rayon X11 İcraiyyə Komitəsinin 27 aprel 1983cü il tarixli, 88.4 nömrəli qərarı ilə mənzilin şəxsi hesabının X1 adına dəyişdirilməsinə icazə verilmişdir. 5.Abşeron rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat-İstismar Təmiri Birliyinin 1 saylı Mənzil Təsərrüfatı İstehsalat-İstismar Təmiri Sahəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 26 nömrəli Forma-2 arayışına əsasən Xırdalan qəsəbəsi, 28ci məhəllə, ev 9 ünvanında yerləşən 7 nömrəli mənzilin icarədarı X6 olmaqla, mənzildə qardaşı X2, qardaşı arvadı İddiaçı1, qardaşı qızı X7, X10 və qardaşı oğlu İddiaçı2 daimi qeydiyyatdadır. 6.Notarial qaydada təsdiq edilmiş 05 iyun 2018-ci il tarixli, 7E-1323 reyestr nömrəli ərizəyə əsasən X2, İddiaçı2, X10 və X7, 06 iyun 2018-ci il tarixli, 7E-1347 reyestr nömrəli ərizəyə əsasən isə İddiaçı1 Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 9 ünvanında yerləşən 7 nömrəli mənzilin X1 adına özəlləşməsinə və reyestrdən çıxarış verilməsinə etiraz etmədiklərini bildirmişlər. 7.Xırdalan şəhəri, 28-ci məhəllə, ev 9 ünvanında yerləşən 7 nömrəli mənzil xüsusi mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınaraq, reyestrdən RX seriyalı, ******* nömrəli, **********76-093069 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. 8.Abşeron Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(012)-2334/2020 nömrəli qətnaməsindən görünür ki, İddiaçı1 və İddiaçı2 cavabdeh X4 qarşı ünvan 1 ünvanında yerləşən 7 nömrəli mənzilin cavabdehin adına özəlləşdirilməsinin etibarsız hesab edilməsi, mənzilə dair cavabdehin adına dövlət reyestrində aparılmış 02 iyul 2018-ci il tarixli qeydiyyatın və RX seriyalı, ******* nömrəli çıxarışın və texniki pasportun ləğv edilməsi barədə iddia tələbi təmin edilməmişdir. 9.Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kol legiyasının 04 mart 2021-ci il tarixli, 2(105)-1187/2021 nömrəli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(012)-2334/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2021-ci il tarixli, 2(102)- 4386/2021 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1187/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. İddianın rədd edilməsinə əsas iddia tələbinin əsl olmayan cavabdehə qarşı qaldırılması olmuşdur.
11. İddiaçılardan İddiaçı2 17 fevral 2022-ci il tarixli ərizə ilə DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək, mənzilin texniki pasportunun və çıxarışın qeydə alınmasına əsas olmuş xx.xx.2018-ci il ta rixli, **********76-093069 reyestr nömrəli qeydiyyatın ləğv edilməsini xahiş etmiş, cavabdeh xx.xx.2022-ci il tarixli, **********89 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a.birinci instansiya məhkəməsində icraat
12. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə küçəsində yerləşən 9 saylı evin 7-ci mənzilinin X1 adına özəlləşdirilməsinin etibarsız hesab edilməsi, həmin mənzilin X1 adına xüsusi mülkiyyət kimi qeydə alınması barədə daşınmaz əmlakın dövlət reyestrində 142 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində ********** nömrəli, 02 iyul 2018-ci il tarixli qeydiyyatın ləğvi və X1 adına verilmiş RX seriyalı, ******* saylı çıxarışın və həmin mənzilə dair texniki pasportun ləğv edilməsi”nə dair qərar qəbul edilməsini xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə küçəsində yerləşən 9 saylı evin 7-ci mənzili (bundan sonra - “mənzil”) 1 otaqdan ibarət olub, ümumi sahəsi 36,6 kv.m.-dir (yaşayış sahəsi 17,3 kv.m.). Mənzil Abşeron Ray on X11 İcraiyyə Komitəsinin 21 oktyabr 1982-ci il tarixli, 236.19 saylı qərarı ilə İsmayıl Mövsüməli oğlunun istifadəsinə verilmişdir. İsmayıl Mövsüməli oğlu vəfat etdikdən sonra Abşeron Rayon Xalq Məhkəməsinin 02 mart 1983-cü il tarixli, 2-86 saylı qətnaməsi ilə mənzilin şəxsi hesabının X1 adına açılması qət edilmişdir. Qətnaməyə əsasən Abşeron Rayon X11 İcraiyyə Komitəsinin 27 aprel 1983-cü il tarixli, 88 saylı qərarı ilə mənzilin şəxsi hesabı X1 adına açılmışdır. Qeyd edilən mənzildə onlar və ailə üzvləri - X5 (21 avqust 1992-ci il tarixdən), İsmayılova (Nurlu) Rəvanə Bayram qızı (20 iyul 1992-ci il tarixdən) və İddiaçı2 (27 noyabr 1994-cü il tarixdən) qeydiyyatdadırlar. Əli İsmayılov mənzildə yaşamır, o, 2003-cü ildən ünvan 2 ünvanında qeydiyyatdadır və yaşayır. 2018-ci ilin iyun ayınd a Ə.İsmayılov və B.İsmayılov mənzilin sənədlərində saxtakarlıq olmasını deyib aldadaraq onları ASAN Xidmət Mərkəzinə aparmış və mənzilin onun adına özəlləşdirilməsi ilə bağlı razılıq ərizələri almışdır. Həmin ərizələrə əsasən mənzil cavabdeh Ə.İsmayılovun adına özəlləşdirilmiş və bu barədə 02 iyul 2018-ci il tarixli, RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestr xidmətindən çıxarış verilmişdir. Ə.İsmayılov çıxarışı aldıqdan 1 ay keçməmiş Abşeron Rayon Məhkəməsində onlara qarşı “mənzilə istifadə hüququnun olmadığının müəyyən edilməsi, mənzildən çıxarılma, məhkəmə qərarının yaşayış sahəsinə qeydiyyatın ləğv edilməsi üçün əsas hesab edilməsi və mənzil kirayə haqqının ödənilməsi tələbinə dair” iddia qaldıraraq onların mənzilə istifadə hüquqları nın olmadığının müəyyən edilməsi, mənzildən çıxarılmaları, 27.000 manat mənzil kirayə haqqının tutulması və məhkəmə qərarının yaşayış sahəsinə qeydiyyatın ləğv edilməsi üçün əsas hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 06 noyabr 2018-ci il tarixli, 2(012)-4616/2018 saylı qətnaməsi ilə Ə.İsmayılovun iddiası bizə münasibətdə rədd edilmişdir. Göründüyü kimi, Ə.İsmayılov mənzildə yaşamadığı və qeydiyyatda olmadığı halda, mənzil onun adına özəlləşdirilmişdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxsl ərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. İstinad edilən maddi hüquq normasının tələbinə əsasən, yalnız dövlət və ya ictimai mənzil fonduna aid mənzildə yaşayan şəxslərin onu şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Ə.İsmayılovun formal olaraq icarədarı kimi qaldığı, yaşamadığı mənzili öz mülkiyyətinə keçirmək hüququ olmamışdır. Mənzil Ə.İsmayılovun adına aldatma və əvvəldən mövcud olan pis niyyətlə özəlləşdirilmişdir. Belə ki, onlar mənzilin onun mülkiyyətinə verilməsinə aldadılaraq razılıq vermişdirlər. Həmçinin Ə.İsmayılovun növbəlilik qaydada başqa bir mənzilə order almış və onu da öz adına özəlləşdirilmişdir. Beləliklə, bu mənzil onun dövlət mənzil fondundan onun öz adına özəlləşdi rdiyi ikinci mənzildir. Tərəflərindən cavabdeh inzibati orqana olan müvafiq müraciət təmin edilməmiş, mübahisənin məhkəmə yolu ilə həll edilə biləcəyi göstərilmişdir. Bundan əvvəl mülki qaydada eyni iddia ilə məhkəməyə müraciət edilsə də, AR Ali Məhkəməsinin müvafiq qərarı ilə “mübahisənin inzibati məhkəmə səlahiyyətinə aid olması” əsası ilə iddia rədd edilmişdir. Bu səbəbdən də hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
14. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır.
15. Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-1444/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə X6 zəruri qaydada inzibati icraata cəlb edilmişdir.
16. Üçüncü şəxs iddia tələbinə yazılı etiraz edərək qeyd etmişdir ki, at ası tərəfindən ona vəsiyyət olunmuş hal-hazırda şəxsi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 9 ünvanında yerləşən 7 saylı mənzilə hazırkı iş üzrə iddiaçılar onun razılığı olmadan pasport qeydiyyatına alınmışlar. Uzun illər ondan möhlət istəmiş, sonradan həmin mənzilə görə kirayə haqqı ödəyəcəklərinə söz versələr də, əməl etməmişlər. Bununla bağlı, məhkəməyə müraciət etsə də, iddiası qismən təmin edilmiş, mənzildə qeydiyyatda olan 5 nəfərdən üçünün mənzildən çıxarılması, iki nəfərə isə kompensasiya verilməklə bağlı qətnamə qəbul edilmişdir. O, sonradan kompensasiya verməyə məcbur olub bununla razılaşmışdır. İddiaçılar onun şəxsi mülkiyyətində olan həmin mənzili aralarında hərraca qoymaq niyyətindədirlər. Hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
17. Sum qayıt İnzibati Məhkəməsinin e-2-1(118)-1444/2022 saylı, 31 avqust 2022-ci il tarixli qərardadı ilə (hakim İ.R.Quliyev) iddia mümkün sayılmamışdır.
18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçılar razılıq ərizələri ilə Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 9 ünvanında yerləşən 7 nömrəli mənzilin X1 adına özəlləşdirilməsinə və reyestrdən çıxarış verilməsinə etiraz etməmələri barədə razılıq ərizələri notarial qaydada təsdiq edilmiş və həmin sənədlər nəzərə alınaraq mənzil özəlləşdirilmişdir. Bu halda iddiaçıların mübahisəli mənzilə subyektiv hüquqları qalmamışdır. İddiaçılar ərizələrində qeyd edir ki, 2018-ci ilin iyun ayında Ə.İsmayılov və B.İsmayılov mənzilin sənədlərində saxtakarlıq olmasını deyib aldadaraq onları ASAN Xidmət Mərkəzinə aparmış və mənzilin öz adına özəlləşdirilməsi ilə bağlı razılıq ərizələri almışdır. İddiaçılar ilə üçüncü şəxs arasında mənzilin özəlləşdirilməsi ilə bağlı razılıq mülki hüquq münasibətidir və həmin razılığın etibarsız sayılması mülki məhkəmə icraatının predmetidir.
19. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
20. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-666/2022 nömrəli, 2 noyabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər: H.Ç.Babayeva (sədrlik edən və məruzəçi), Z.T.Məmmədov və F.Ə.Məmmədov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2-1(118)1444/2022 nömrəli qərardadı ləğv edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “mənzilin üçüncü şəxsin adına özəlləşdirilməsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın ləğvi, çıxarışın və texniki pasportun ləğv edilməsi” tələbinə dair iş baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli mənzilin üçüncü şəxsin adına özəlləşdirilməsinə etiraz edilməməsi barədə iddiaçılar tərəfindən notarial qaydada təsdiq edilmiş razılıq ərizələrinin verilməsi onların mənzilə suby ektiv hüquqlarının olmaması anlamına gəlmir. Odur ki, bu əsasla iddianı mümkünsüz hesab edən məhkəmə düzgün nəticəyə gəlməmişdir. Birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasının digər əsası kimi iddiaçılarla üçüncü şəxs arasında mənzilin özəlləşdirilməsi ilə bağlı razılığın mülki hüquq münasibəti olması və həmin razılığın etibarsız sayılmasının mülki məhkəmə icraatının predmeti olmasına istinad etmişdir. Məhkəmə kollegiyası bununla da razılaşmayaraq qeyd edir ki, hazırkı mübahisənin predmeti qeyd edilən razılıq ərizələrinin etibarsız hesab edilməsi barədə deyildir. İddiaçılar cavabdeh inzibati orqanın mənzilin özəlləşdirilməsinə dair faktiki xarakterli hərəkətlərini və ondan yaranmış nəticələri mübahisələndirirlər. c.birinci instansiya məhkəməsində ikinci icraat
22. Sumqayıt İn zibati Məhkəməsinin 2-1(118)-1388/2023 saylı, 20 noyabr 2023-cü il tarixli qərarı ilə (hakim L.E.Mirzəyeva) iddia tələbi rədd edilmişdir.
23. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə küçəsində yerləşən 9 saylı evin 7-ci mənzilinin X1 adına özəlləşdirilməsinin etibarsız hesab edilməsi, həmin mənzilin X1 adına xüsusi mülkiyyət kimi qeydə alınması barədə daşınmaz əmlakın dövlət reyestrində 142 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində ********** nömrəli, 02 iyul 2018-ci il tarixli qeydiyyatın ləğvi və X1 adına verilmiş RX seriyalı, ******* saylı çıxarışın və həmin mənzilə dair texniki pasportun ləğv edilməsi”ni məhkəmədən xahiş edirlər. Lakin iddiaçıların mübahisələndirilən yaşay ış evinə dair mülkiyyət hüquqlarını təsdiq edən heç bir hüquq müəyyənedici sənədi mövcud deyildir. Onlar istifadəsində olan yaşayış evinə dair hüquq müəyyənedici sənədləri nə inzibati icraat zamanı inzibati orqana, nə də məhkəmə icraatı zamanı məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. İnzibati işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan SSR Abşeron rayon XDS İcraiyyə Komitəsinin 88.4 saylı, 27 aprel 1983-cü il tarixli qərarı ilə Xırdalan qəsəbəsi, 28-ci məhəllədəki 9 nömrəli mənzilə vətəndaşın iddiası ilə 02 mart 1983-cü ildə Abşeron rayon Xalq Məhkəməsində baxılmış, Xırdalan qəsəbəsi, 28-ci məhəllədəki 9 nömrəli evin 7 nömrəli, bir otaqlı mənzilin şəxsi hesabının X1 adına açılması haqqında qətnamə verilmişdir, məhkəmənin №-2-86, 02 mart 1983-cü il tarixli qətnaməsinə əsasən həmin mənzilin şəxsi hesabı X1 adına açılmışdır. Həmin vaxtdan da mübahisəli yaşayış evi iddiaçının mülkiyyətində olmuşdur. X2, İddiaçı2, X10 və X7 tərəfindən imzalanmış 7E1323 reyestr nömrəli, 05 iyun 2018-ci il tarixli, İddiaçı1 tərəfindən imzalanmış 7E-1347 reyestr nömrəli, 06 iyun 2018-ci il tarixli ərizələrlə onlar ünvan 3 ünvanının X1 adına özəlləşdirilməsinə etiraz etməmişdirlər. Bundan sonra onun ünvan 3 ünvanında xüsusi mülkiyyət hüququ RX seriyalı, ******* saylı, xx.xx.2018-ci il qeydiyyat tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilmişdir. Həmçinin Abşeron rayon Məhkəməsinin 2(012)-2016/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə X6 tərəfindən cavabdehlər İddiaçı2 5.000 manat və İddiaçı1 5.000 manat pul kompensasiyası verilməklə onların Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 9 saylı ev, 7 nömrəli mənzilə olan istifadə hüququna xitam verilməsi qət edilmişdir. İddiaçılar hal-hazırda mübahisə predmeti olan mənzilin, yəni ünvan 3-nin X4 əsassız və qanunsuz olaraq verildiyini bu səbəbdən də həmin mənzilə dair tərtib edilmiş çıxarış və texniki pasportun ləğv edilməli olduğunu bildirirlər. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan SSR Abşeron rayon XDS İcraiyyə Komitəsinin 88.4 saylı, 27 aprel 1983-cü il tarixli qərarı qüvvədən düşməmişdir. Həmçinin iddiaçılar mübahisələndirdiyi ünvan 3 ünvanına dair onların mülkiyyət hüququnu təsdiq edəcək, hər hansı b ir hüquqmüəyyənedici sənəd təqdim etməmişdirlər. Belə olan halda isə, cavabdeh orqanın onların müraciətlərindən imtinası qanuni və əsaslı olmuşdur.
24. İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. d.apellyasiya instansiyası məhkəməsində ikinci icraat
25. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-394/2024 nömrəli 19 aprel 2024-cü il tarixli qərarı ilə (hakimlər: H.Ç.Babayeva (sədrlik edən və məruzəçi), M.Ə.Rzayev və İ.R.Quliyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2-1(118)1388/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəl diyi nəticə ilə razılaşmış və əlavə olaraq mənzilin üçüncü şəxsin adına özəlləşdirilməsinə dair tərəflərindən razılığın üçüncü şəxs və onun qardaşı X2 tərəfindən aldatılmaları nəticəsində verilməsinə münasibətdə qeyd etmişdir ki, iş materiallarında qeyd olunan halı təsdiq edən hər hansı sübut mövcud deyildir, eləcə də, iddiaçılar tərəfindən məhkəməyə təqdim edilməmişdir. Beləliklə, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 9 ünvanında yerləşən 7 nömrəli mənzil üzərində üçüncü şəxsin mülkiyyət hüququ cavabdeh tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsində hüquqmüəyyənedici sənəd qismində təsbit edilmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsini n verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı və orderi əsasında dövlət qeydiyyatına alınmış və bu barədə ona müvafiq çıxarış verilmişdir. Həmin sənədlərin etibarsızlığının müəyyən edildiyi və ya mübahisələndirildiyi də iş üzrə materiallardan müəyyən olunmur. Göründüyü kimi, qeydiyyatın əsasında duran həmin hüquqmüəyyənedici sənədlər, yəni Abşeron rayon X3 İcraiyyə Komitəsi tərəfindən verilmiş 24 dekabr 1973-cü il tarixli, 75 nömrəli order və XDS İcraiyyə Komitəsinin 27 aprel 1983-cü il tarixli, 88.4 nömrəli qərarı ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 64.2-ci maddəsinin tələbləri baxımından, həmin hüquqmüəyyənedici sənədlər geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə ol ma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır).
27. İddiaçıların “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 7-ci maddəsinə görə, dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bildiyi halda, üçüncü şəxsin dövlət mənzil fonduna aid ünvan 4 ünvanında yerləşən 3 nömrəli evin 41-ci mənzilini öz adına əvəzsiz şəkildə özəlləşdirməsi, bundan sonra isə 02 iyul 2018-ci ildə hazırda mübahisələndirilən mənzili də dövlət mənzil fondundan qanunsuz olaraq öz adına özəlləşdirməsi barədə dəlilinə münasibətdə Kollegiya şikayətin dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçıların bu haldan çıxış edərək, özəllə şdirilmənin qanunsuz satılmasını tələb etmək hüquqları yoxdur. Belə ki, "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" qanunun 7-ci maddəsində dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan istifadəyə qoyulmuş məhdudiyyət qanunvericinin müəyyən etdiyi qayda olmaqla, bu halın mövcudluğu müəyyən edildiyi təqdirdə, yalnız inzibati orqanın mənzili özəlləşdirməkdən imtina etmək hüququ vardır. Hazırkı işdən isə görünür ki, cavabdeh inzibati orqan tərəfindən mübahisəli mənzilin özəlləşdirilməsi ilə bağlı üçüncü şəxsin müraciətinə baxılarkən qeyd edilən halın mövcudluğuna istinad edilərək imtina cavabı verilməmiş, mənzil üçüncü şəxsin adına özəlləşdirilmişdir.
28. İddiaçılar kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 aprel 2024-cü il tarixli, 2-1(105)- 394/2024 saylı qərarının ləğv edilməsi və iddia təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a)Kassasiya şikayətinin dəlilləri
29. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.
11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daş ınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə
16. Dövlət reyestrində düzəlişlər 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
32. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
33. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmi yyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü m addələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya ins tansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
34. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
35. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQE Yİ
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırma ları yetərli hesab olunur.
38. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
39. Hazırkı iş üzrə iddiaçıların hüquqi marağı və məqsədi Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə küçəsində yerləşən 9 saylı evin 7-ci mənzilinin üçüncü şəxs Ə.İsmayılovun adına xüsusi mülkiyyət kimi qeydə alınması barədə ********** nömrəli, 02 iyul 2018-ci il tarixli qeydiyyatın ləğvinə nail olmaqdan ibarətdir.
40. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarına əsasən müəyyən edilir ki, Abşeron rayon X3 İcraiyyə Komitəsi tərəfindən verilmiş 24 dekabr 1973cü il tarixli, 75 nömrəli orderə əsasən ZDS İK-nin 21 dekabr 1973-cü il tarixli, 29 nömrəli protokol qərarı ilə Xırdalan qəsəbəsi, 28-ci məhəllə, ev 9 ünvanında yerləşən 17 kv.m sahəli 1 otaqlı 7 nömrəli mənzil İsmayıl Mövsüməli oğluna verilmişdir. Abşeron Rayon Xalq Məhkəməsinin 02 mart 1983-cü il tarixli, 2-86 nömrəli qətnaməsi ilə Xırdalan qəsəbəsi, 28ci məhəllə, ev 9 ünvanında yerləşən 7 nömrəli mənzilin şəxsi hesabının X1 adına açılması qət edilmişdir. Həmin məhkəmə qətnaməsi əsasında qəbul edilmiş Abşeron Rayon X11 İcraiyyə Komitəsinin 27 aprel 1983-cü il tarixli, 88.4 nömrəli qərarı ilə mənzilin şəxsi hesabının X1 adına dəyişdirilməsinə icazə verilmişdir. Notarial qaydada təsdiq edilmiş 05 iyun 2018-ci il tarixli, 7E-1323 reyestr nömrəli ərizəyə əsasən X2, İddiaçı2, X10 və X7, 06 iyun 2018-ci il tarixli, 7E-1347 reyestr nömrəli ərizəyə əsasən isə İddiaçı1 Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 9 ünvanında yerləşən 7 nömrəli mənzilin X1 adına özəlləşməsinə və reyestrdən çıxarış verilməsinə etiraz etmədiklərini bildirmişlər. Bundan sonra Xırdalan şəhəri, 28-ci məhəllə, ev 9 ünvanında yerləşən 7 nömrəli mənzil xüsusi mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınaraq, reyestrdən RX seriyalı, ******* nömrəli, **********76-093069 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Daha sonra İddiaçı1 və İddiaçı2 cavabdeh qismində X4 qarşı iddia ərizəsi ilə mülki məhkəmə icraatı qaydasında ünvan 5 ünvanında yerləşən 7 nömrəli mənzilin cavabdehin adına özəlləşdirilməsinin etibarsız hesab edilməsi, mənzilə dair cavabdehin adına dövlət reyestrində aparılmış 02 iyul 2018-ci il tarixli qeydiyyatın və RX seriyalı, ******* nömrəli çıxarışın və texniki paspor tun ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Abşeron Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(012)-2334/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 mart 2021-ci il tarixli, 2(105)-1187/2021 nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2021-ci il tarixli, 2(102)- 4386/2021 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1187/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. İddianın rədd edilməsinə əsas iddia tələbinin əsl olmayan cavabdehə qarşı qaldırılması olmuşdur. Bundan sonra iddiaçılardan İddiaçı2 17 fevral 2022-ci il tarixli ərizə ilə DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək, mənzilin texniki pasportunun və çıxarışın qeydə alınmasına əsas olmuş xx.xx.2018-ci il tarixli, **********76-093069 reyestr nömrəli qeydiyyatın ləğv edilməsini xahiş etmiş, cavabdeh xx.xx.2022-ci il tarixli, **********89 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir.
41. İşin hallarından göründüyü kimi 05 iyun 2018-ci il tarixli, 7E-1323 reyestr nömrəli ərizəyə əsasən İddiaçı2 və 06 iyun 2018-ci il tarixli, 7E-1347 reyestr nömrəli ərizəyə əsasən isə İddiaçı1 Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 9 ünvanında yerləşən 7 nömrəli mənzilin X1 adına özəlləşməsinə və reyestrdən çıxarış verilməsinə razılıq vermişlər.
42. Həmin mənzilə hüquqların üçüncü şəxsin adına qeydi yyata alınmasına və çıxarışın verilməsinə əsas olmuş Abşeron rayon X3 İcraiyyə Komitəsi tərəfindən verilmiş 24 dekabr 1973-cü il tarixli, 75 nömrəli order və XDS İcraiyyə Komitəsinin 27 aprel 1983-cü il tarixli, 88.4 nömrəli qərarı geri çağırılmamış, ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir.
43. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə küçəsində yerləşən 9 saylı evin 7-ci mənzilinin üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində X1 adına aparılmış qeydiyyat qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmiş, bu zaman iddiaçının hüquqlarını pozan hərəkətlərə yol verilməmişdir. Başqa sözlə, üçüncü şəxsə məxsus reyestrdə təsbit olunan qeydiyyatın ləğv olunması üçün fakti ki şərtlərin mövcudluğu sübuta yetirilmir.
44. Üçüncü şəxsin dövlət mənzil fonduna aid ünvan 4 ünvanında yerləşən 3 nömrəli evin 41-ci mənzilini öz adına əvəzsiz şəkildə özəlləşdirdikdən sonra, 02 iyul 2018-ci ildə hazırda mübahisələndirilən mənzili də dövlət mənzil fondundan qanunsuz olaraq öz adına özəlləşdirməsi barədə iddiaçının dəlili ilə bağlı apellyasiya məhkəməsinin mövqeyi ilə də razılaşaraq kollegiya qeyd edir ki, belə halın mövcudluğu müəyyən edildiyi təqdirdə, yalnız inzibati orqanın mənzili özəlləşdirməkdən imtina etmək hüququ vardır. Cavabdeh inzibati orqan tərəfindən bununla bağlı hər hansı imtina verilməmişdir.
45. Beləliklə, qeyd etmək lazımdır ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəl i gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
46. Məhkəmə kollegiyası qeyd edir ki, nəticə etibarı ilə mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-394/2024 nömrəli 19 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.