Məhkəmə qərarları › İş №2-1(102)-210/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-210/2019

15.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-210/2019 15.01.2019 ALİ MƏHKƏMƏ GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının nümayəndəsinin, üçüncü şəxsin vəkilinin iştirakı ilə İddiaçının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə və üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı plan və ölçünün və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati -İqtisadi Kollegiyasının 2-1(103)-1520/2018 saylı iş üzrə 31 avqust 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 15 yanvar 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 1989-cu il 21 iyul tarixli, 6/255 Qərarı ilə Əzizbəyov rayonu, Buzovna qəsəbəsinin Buzovna-Maştağa yolunun cənub hissəsində olan 20 hektar boş torpaq sahəsi bağçılığın inkişafı məqsədi ilə “Azneft” İB-nin “Əzizbəyovneft” NQÇİ-nə istifadəsinə verilmişdir. H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin müdiriyyətinin və “Bahar” bağçılıq təsərrüfatının 2005-ci il 9 sentyabr tarixli birgə iclasının 23 saylı protokol-qərarına əsasən Buzovna qəsəbəsi 2 saylı bağ təsərrüfatının 252 saylı bağ sahəsinin İddiaçıya verilməsi və onun adına üzvlük kitabçasının açılması qərara alınmışdır. İddiaçı ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edərək ünvan saylı bağ ünvana dair plan-ölçünün hazırlanmasını xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi 2014-cü il 14 avqust tarixli məktubla iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. Komitə bildirmişdir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra mətndə - TM) 59-cumaddəsinə, “Torpaq islahatı haqqında” Qanunun 25-ci maddəsinə dəyişiklik edilməsi barədə 2000-ci il 29 dekabr tarixli Qanununa əsasən, 2001-ci il 1 yanvar tarixdən vətəndaşlara fərdi yaşayış və bağ evləri fərdi və kooperativ qaraj tikintisi ü çün torpaq sahəsinin ayrılmasına və addan-ada dəyişdirilməsinə yerli icra hakimiyyəti orqanları tərəfindən sərəncam verilmir, bu sahələr üzrə verilən sərəncamlar isə qeyri-qanuni hesab edilir. Bu səbəbdən, ərizənin icrası mümkün olmamışdır. İddiaçı 2014-cü il 19 sentyabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ünvan saylı bağ sahəsinə dair planölçünün hazırlanması öhdəliyinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin üzərinə qoyulmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2014-cü il 6 noyabr tarixli 2-1(81)4598/14 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə göndərilmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edərək tələbini onunla əsasland ırmışdır ki, Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 1989-cu il 21 iyul tarixli, 6/255 Qərarı ilə Əzizbəyov rayonu, Buzovna qəsəbəsinin Buzovna-Maştağa yolunun cənub hissəsində olan 20 hektar boş torpaq sahəsi H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin istifadəsinə verilmişdir. Həmin torpaq sahəsi 40 bağ sahəsinə bölünərək sahənin sxemi tərtib edilmişdir. İddiaçının uzun müddət Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsində əmək fəaliyyəti ilə məşğul olması, adına hər hansı bir bağ sahəsinin olmaması nəzərə alınaraq, H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin müdiriyyətinin və “Bahar” bağçılıq təsərrüfatının 2005-ci il 9 sentyabr tarixli birgə iclasının 23 saylı protokol-qərarına əsasən Buzovna qəsəbəsi 2 saylı bağ təsərrüfatının 252 saylı bağ sahəsini iddiaçıya ve rilməsi qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 6 yanvar tarixli 2-1(82)722/2015 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 8 iyun tarixli 2-1(82)722/2015 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin hüquq varisi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi cavabdeh qismində işə cəlb olunmuşdur. Cavabdeh məhkəməyə ünvanladığı 2015-ci il 7 avqust tarixli məktubunda bildirmişdir ki, “Azneft” İB-nin H.Z.Tağıyev adına NQÇİ nəzdində “Bahar” bağçılıqyoldaşlığı birliyi üzvlərinin si yahısında iddiaçının adı göstərilməmişdir. Üçüncü şəxsin məhkəməyə ünvanladığı 2015-ci il 4 sentyabr tarixli məktubunda Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun cənub hissəsində yerləşən və iddiaçının istifadəsində olan torpaq sahəsinə baxış keçirilərək həmin torpaq sahəsinin neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahələrinin hüdudları daxilində olması qeyd olunmuşdur. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ünvan saylı bağ sahəsinə dair plan-ölçünün tərtib etməklə, həmin bağ sahəsinə dair mülkiyyət hüququnun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cav abdehin üzərinə qoyulmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 3 may tarixli 2-1(82)262/2016 nömrəli qərarı ilə iddia təmin edilmiş, ünvan saylı bağ sahəsinə dair plan-ölçünün tərtib etməklə, həmin bağ sahəsinə dair mülkiyyət hüquqlarının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaqla, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli torpaq sahəsi sənaye təyinatlı torpaq sahəsinə aid olmamış və bağçılıq təsərrüfatının inkişafı üçün Neft və Qazma İdarəsinin nəzdində yaradılmış kooperativin üzvlərinə paylanması məqsədi ilə ayrılmışdır. Cavabdeh və üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğ v edilməsini və iddianın təmin olunmamasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 16 mart tarixli 2-1(103)-27/2017 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv olunmuş, iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının istifadəsində olan torpağın mənsubiyyətini müəyyən edərkən mötəbər sübutlara istinad etməmiş, mübahisəli torpaq sahəsinin sənaye təyinatlı torpaq sahəsi olmaqla “Azneft” İB-ninBuzovna-Maştağa yatağında daimi istifadəsinə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşməsini nəzərə almamışdır. Qərardan iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-1331 /2017 saylı, 22 avqust 2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İİK-nın 2-1(103)-27/2017 saylı, 16 mart 2017-ci il tarixli qərarı ləğv edilərək iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2337/2017 saylı, 08 noyabr 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hazırkı iş üzrə 2-1(82)-262/2016 nömrəli, 03 may 2016-cı il tarixli qərarı ləğv edilərək iddia rədd edilmişdir. Qərardan yenidən iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-540/2018 saylı, 28 mart 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İİK-nın 2-1(10 3)-2337/2017 saylı, 08 noyabr 2017-ci il tarixli qərarı ləğv edilərək iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1520/2018 saylı, 31 avqust 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim S.S.Seyidova, hakimlər - V.M.Ağayev və V.M.Məmmədov) apellyasiya şikayətləri yenidən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-262/2016 saylı, 03.05.2016-cı il tarixli qərarı ləğv edilərək iş üzrə yeni qərar qəbul edilməklə iddia rədd edilmişdir. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31 avqust 2018-ci il tarixli qərarını ləğv edib, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi hazırkı mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, işin faktiki hallarında görünür ki, mübahisəli bağlar sahəsi Respublika ərazisində bağçılıq kollektivinin inkişafına təkan vermək məqsədilə Bakı şəhər XDS İK-nin 21 iyul 1989-cu il tarixli 6/255 saylı qərarı ilə Buzovna qəsəbəsi ərazisində 20 ha torpaq sahəsi Əzizbəyovneft" NQÇİ-yə ayrılmışdır. H.Z.Tağıyev adına NQÇl-nin müdiriyyətinin və“Bahar bağçılıq təsərrüfatının 09 sentyabr 2005-ci il tarixli birşə iclasının 23 saylı protokolundan çıxarışa əsasən Buzovna qəsəbəsi 2 saylı bağ təsərrüfatının 252 saylı bağ sahəsi İddiaçı verilməsi və adına mövcud qaydada üzvlük kitabçasını n açılması qərara alınmışdır. “ ” Göründüyü kimi mübahisəli torpaq sahəsi sənaye təyinatlı torpaqlara aid deyildir və Bakı şəhər XDS İK-nin Qərarı ilə bağçılıq təsərrüfatının inkişafı üçün Neft və Qazçıxarma İdarəsinin nəzdində yaradılmış kooperativin üzvlərinə paylanması məqsədilə ayrılmışdır. Daha sonra isə iddiaçının istifadəsindəki bağ sahəsini AR Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnaməsinə və “Torpaq islahatı haqqında” AR Qanununun 9-cu maddəsinə əsasən mülkiyyətinə keçirmək hüququ yaranmışdır. L akin, cavabdeh inzibati orqan qeyd olunmuş normanın tələbini nəzərə almamış və iddiaçının hüquqlarını pozaraq tələbini təmin etməkdən imtina etmişdir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi məhkəmə iclasına vəkilsiz gəldiyi üçün MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı dinlənilmədən baxılmışdır. Məhkəmə iclasında üçüncü şəxsin vəkili kassasiya şikayətinin təmin edilmədən, qanuni və əsaslı olduğu üçün apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiklə ri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iddianın təmin olunmasına dair yeni qərar çıxarılmalıdır. Apellyasiya məhkəməsi iddianın rədd e dilməli olduğuna dair mövqeiyni onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsinin dövlətin mülkiyyətində saxlanılan sənaye təyinatlı torpaq sahəsi olduğu müəyyən olunmuşdur. Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 1989-cu il 21 iyun tarixli 6/255 saylı qərarına əsasən bağçılığın inkişafı məqsədi ilə “Azneft” İB-nin sərhədi daxilində Əzizbəyov rayonu, Buzovna qəsəbəsinin Buzovna-Maştağa yolunun cənub hissəsində olan 20 hektar boş torpaq sahəsinin “Əzizbəyovneft” Neft Qaz Çıxarma İdarəsinə ayrılmasına münasibətdə isə apellyasiya məhkəməsi qeyd etmişdir ki, sözügedən 20 hektar torpaq sahəsi birbaşa “Azneft” İB-nə aid boş qalan sənaye təyinatlı torpaq sahəsindən ayrılmış torpaq sahəsi olmuşdur. Belə olan halda sənaye təyinatlı torpaq sahəsindən Bakı şəhər XDS İK-nin qər arına əsasən bağçılıq məqsədi ilə torpaq ayrılması isə həmin torpaq sahəsinin təyinatının dəyişdirilməsi demək deyildir. Aşağıda göstərilənlərə əsasən kollegiya apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanunsuz və əsassız hesab edir. Belə ki, «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar öz əlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin tor paqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» 22.05.2007-ci il tarixli 2186 nömrəli Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, AR Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahə lərinin «Torpaq islahatı haqqında» AR Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün, digərləri ilə yanaşı, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya ü zvlərin iclasının protokolundan çıxarış əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Məhkəmə kollegiyası kassasiya məhkəməsinin mübahisəyə dair əvvəlki qərarlarında ifadə olunmuş hüquqi mövqelərini bir daha təkrarlamaqla qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi nəticəyə gələrkən işdəki sübutları tam və hərtərəfli araşdırmamışdır. Belə ki, işdə olan Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 1989-cu il 21 iyul tarixli, 6/255 Qərarının məzmunundan göründüyü kimi Əzizbəyov rayonu, Buzovna qəsəbəsinin Buzovna-Maştağa yolunun cənub hissəsində olan 20 hektar boş torpaq sahəsi “Azneft” İB-nin “Əzizbəyovneft” Neft Qaz Çıxarma İdarəsinə sənaye məqsədləri üçün deyil, bağçılığın inkişafı məqsədi ilə ayrılmışdır. Həmin torpaq sahəsinin təyinatının səlahiyyətli orqan tərəfindən dəyişdirildiyinə, onun sənaye təyinatlı torpaqlara aid edildiyinə dair işdə məlumat yoxdur. Digər tərəfdən, həmin torpaq sahəsinə titul sahibliyini həyata keçirən orqanın qərarı əsasında iddiaçı bağçılığın üzvlüyünə qəbul edilmiş, ona həmin ərazidə bağ sahəsi ayrılmışdır. Cavabdehin “Bahar” bağçılıq-yoldaşlığı birliyi üzvlərinin siyahısında iddiaçını n adının göstərilməməsi barədə dəlilinə gəldikdə isə nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının əsası kimi bilavasitə siyahı deyil, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış nəzərdə tutulmuşdur. H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin müdiriyyətinin və “Bahar” bağçılıq təsərrüfatının 2005-ci il 9 sentyabr tarixli birgə iclasının 23 saylı protokolundan çıxarış id diaçının ərizəsinə əlavə edilmişdir. Kollegiya həmçinin qeyd edir ki, iş materiallarında olan bağ torpaq sahələrinin müxtəlif şəxslərin adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair reyestrdən verilmiş çıxarışlardan (X1 oğlunun adına verilmiş ******* saylı, 15 mart 2018-ci il tarixli çıxarış,X2 oğlunun adına verilmiş ******* saylı, 30 sentyabr 2011-ci il tarixli çıxarış, X3 oğlunun adına verilmiş 001141 saylı, 01 iyun 2000-ci il tarixl qeydiyyat vəsiqəsi) görünür ki, cavabdeh artıq mübahisəli sahədə ayrı-ayrı şəxslərin mülkiyyət hüquqlarını qeydə almışdır. Bu halda, iddiaçının tələbi həm də “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinə əsasən də təmin olunmalıdır. Həmin normaya görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İstinad olunan normaların hazırkı mübahisənin hallarına tətbiqi baxımından kollegiya hesab edir ki, iddiaçının mübahisələndirilən bağ torpaq sahəsi üzərində mülkiyyət hüquqları yaranmışdır və həmin hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə müvafiq çıxarış verilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın konkret əsasları göstərilmişdir. Kollegiya nəzərə alır ki, hazırkı iş üzrə iddiaçının mübahisəli bağ torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmasından imtinaya səbəb ola biləcək həmin əsaslardan hər hansı birinin mövcudluğu da müəyyən edilməmişdir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasə n və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Əliabas oğlunun kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1520/2018 saylı iş üzrə 31 avqust 2018-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin olunsun. ünvan saylı bağ sahəsinə dair plan-ölçünü tərtib etməklə və həmin bağ sahəsinə dair mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaqla bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə həvalə edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar