Məhkəmə qərarları › İş №2-1(102)-210/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-210/2022

12.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-210/2022 12.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı iş üzrə QƏRARİ Açar sözlər: (pul tələbi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “pul” tələbinə tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-950/2021 nömrəli iş üzrə 29.09.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 12 yanvar 2022-ci tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİ N HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı barəsində son haqq-hesab üzrə hesablama aparılması və onun nəticəsində müəyyən edilmiş 1989, 1990, 1991, 1992-1997, 1999-2003, 2009-cu illərdə istifadə etmədiyi məzuniyyətlərdən müəyyən edilmiş cəmi 469.5 gün məzuniyyətlərin dəyərinin, müəyyən edilmiş bir gün əmək haqqı məbləği olan 52.79 manat məbləğə vuraraq əldə edilən 24784.90 manat məbləğdə vəsaitdən cavabdeh tərəfindən ona ödənilmiş 20140 manat vəsait çıxmaqla qalan 4644.90 manat dəyərində vəsaitin, bundan əlavə 04.07.2000-ci il tarixdən 14.02.2001-ci il tarixədək, sərəncamda olduğu 8 ay müddətində cavabdeh tərəfindən ona verilməmiş (sonuncu əmək haqqı olan 1070.25 manat məbləğində hər ay olmaqla) cəmi 8562 manat əmək haqqının və hər iki vəsaitlər üzrə ümu milikdə müəyyən edilmiş 13206.90 manat dəyərində vəsaitin, eləcə də sərəncamda olduğu 2001-ci ildə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulan 2 aylıq əmək haqqının, müalicə üçün 2 aylıq məbləğdə yardımın və 2 aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinətlərinin də cavabdeh tərəfindən hesablanıb ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, prokurorluq orqanlarında 12 oktyabr 1981-ci il tarixdən 01 iyun 2009-cu il tarixədək xidmət etmiş, Azərbaycan Respublikasına 1989-cu ilin aprel ayının 19-dan keçmiş SSRİ B aş Prokurorluğundan köçürmə yolu ilə gəlmiş və həmin vaxtdan 01.06.2009-cu il tarixədək Azərbaycan Respublikasının prokurorluq orqanlarında xidmət etmişdir. Bu barədə əmək kitabçasında müvafiq qeydlər vardır. Bakı şəhəri Sabunçu rayon prokurorluğunda xidmət etdiyi zaman, 04.07.2000-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon prokurorunun müavini vəzifəsindən aşağı vəzifəyə keçirilməsi haqqında barəsində Azərbaycan Respublikası Baş Prokuroru tərəfindən 04.07.2000-ci il tarixli, 02/60-03/239-k saylı (qanunsuz) əmr verilmişdir. Aşağı vəzifəyə keçirilməsi haqqında verilmiş həmin əmrdən sonra 04.07.2000ci il tarixdən 14.02.2001-ci il tarixədək, yəni 8 ay müddətində sərəncamda olmuş və yalnız 14.02.2001-ci il tarixdə Baş Prokurorun N03/207-K saylı əmri ilə o, Abşeron rayon prokurorunun böyük köməkçi si vəzifəsinə təyin olunmuşdur. Sərəncamda olduğu 8 ay müddətində ona heç bir əmək haqqı və qanunla nəzərdə tutulan digər müavinətlər verilməmişdir. Belə ki, 2009-cu ildə işdən azad edildiyi vaxt cavabdeh tərəfindən barəsində aparılmış son haqq-hesab zamanı, eləcə də bundan sonra 2018-ci ilin iyun ayında onun cavabdehə göndərdiyi ərizələri üzrə aparılmış əlavə hesablama vaxtı cavabdeh tərəfindən onun sərəncamda olduğu həmin 8 ay müddət üzrə ona verilməli olan əmək haqqı hesablanmamış və onun ödənilməsi təmin edilməmişdir. Son haqq-hesab barədə sənədlərdən açıq-aydın görünür ki, 2009-cu ilin dekabr ayında aparılmış haqq-hesab zamanı Azərbaycan Respublikasında xidmət etdiyi 20 il müddətində yalnız məzuniyyətdən istifadə etmədiyi illər üzrə ödəmələr hesablanmışdır. Eləcə də həmin vaxt ona ödə nilmiş vəsaitə dair hesablama arayışından da açıq-aydın görünür ki, sərəncamda olduğu müddət üzrə almadığı əmək haqqı nəzərə alınmamış və hesablanmamışdır. Bundan əlavə sərəncamda olduğu 8 ay müddətində ona əmək haqqının verilməməsi faktı digər sübutlarla da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasında xidmət etdiyi 20 il ərzində (1989- 2009) o, cəmi 6 dəfə, yəni 1990, 1991, 1998-ci, 2004-2006-ci illərdə məzuniyyətə getmişdir. Qalan 1989, 1992-1997, 1999-2003, 2009-cu illərdə isə məzuniyyət hüququndan istifadə etməmişdir. Cavabdeh onun barəsində hesablama apararkən 1989-cu ildən 1999-cu il müddət üzrə həmin zaman qüvvədə olan Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin normalarını düzgün tətbiq etməmiş, eləcə də 2000-ci ildən bəri müddət üzrə də hazırda qüvvədə olan Azər baycan Respublikasının Əmək Məcəlləsinin normalarını ciddi pozmuşdur. Qanun və Normaların tələblərinə əsasən o, Azərbaycan Respublikasına köçürmə yolu ilə gəldiyinə görə 1989-cu ildə ona məzuniyyət verilməsindən ötrü Azərbaycan Respublikasında 11 ay xidmət etmək zəruriyyəti yaranmamışdır. Eləcə də həmin vaxt onun artıq 9 il iş stajı olduğuna görə, ona 1989-cu il üzrə 27 gün deyil, 39 gün (yəni 15 gün əsas məzuniyyət+24 gün əlavə məzuniyyət günləri və bunun cəmi=39 gün) müddətində məzuniyyət verilməli idi. Hesablama zamanı 1989-cu ildən 1999-cu ilədək həmin vaxtı qüvvədə olan əmək qanunvericiliyin, bundan sonra 2000-ci ildən 2009-cu ilədək qüvvədə olan əmək qanunvericiliyin normalarını tətbiq edərək, ona 1989-ci il üzrə 39 gün, 1990-1991- ci il üzrə 25 gün, 1992-ci -1997-ci ilədək hər il üz rə 39 gün, 1999-cu il üzrə 39 gün, 2000- 2003-cü illər üzrə hər il 30 gün və 2009-cu il üzrə 5 ay işlədiyi səbəbə görə 12,5 gün olmaqla, cəmi469,5 gün müəyyən edilib hesablanmalı idi. (ƏM-114, 116, 136 və 144-cü maddələri). Lakin cavabdeh tərəfindən 402 gün müəyyən olunmuşdur. Bundan əlavə cavabdeh tərəfindən barəsində son haqq-hesablamanın düzgün aparılmaması, hesablama zamanı orta əmək (bir gün əmək) haqqının məbləğinin də düzgün müəyyən edilməməsi ilə təsdiq olunur. Ona sonuncu məzuniyyət 2008-ci il üzrə 19 dekabr 2008-ci il tarixli, 367 saylı əmrlə verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat

3. Birinci instansiya məhkəməsinin 20.11.2020-ci il tarixli, 2-1(112)1294/2021 nömrəli qərarı ilə (sədrlik edən hakim Şəlalə Həsənova) iddianın rədd edilməsi qərara alınmışdır.

4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 26, 60-cı maddələrinə, Əmək Məcəlləsinin 113, 114, 144cuü maddəsinə, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 2.3, 9, 20.8, 20.9, 21.4, 21.5-ci maddələrinə, «İnzibati icraat haqqında» Qanunun 1.1, 1.2, 46.1-ci maddələrinə, İnzibati-Prosessual Məcəlləsinin 2.2.3, 14.1, 14.3, 68.1, 68.2-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, iddia əsassızdır.

5. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 20.11.2020-ci il tarixli, 2-1(112)-1294/2021 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29.09.2021-ci il tarixli, 2-1(103)-950/2021 nömrəli (hakimlər Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Cahangir Yusifov) qərardadı ilə iddiaçının apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin 20.11.2020-ci il tarixli, 2-1(112)1294/2020 nömrəli qərarın ləğv edilməsi, iddianın mümkün sayılmaması qərara alınmışdır.

7. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən İnzibatiProsessual Məcəlləsi qüvvəyə minənədək qüvvədə olan Mülki-Prosessual Məcəlləsinin 24-1 və 27-ci fəsillərinə, Ali Məhkəmənin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarına əsaslanmaqla belə hesab etmişdir ki, işə birinci instansiya qayda sında baxmış məhkəmə, iddianın mümkünlük şərtlərinin ödənilib-ödənilmədiyini yoxlamadan verilmiş tələbə inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır.

8. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 29.09.2021-ci il tarixli, 2-1(103)-950/2021 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

9. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə qoyduğu iddia tələbləri ilə bundan əvvəl baxılmış və əlehinə qərar qəbul edilmiş 21(102)-2721/2019 saylı həmin işdə qoyduğu tələblər eyni olmamışdır. Əksinə, onların arasında ciddi fərqlik o lmuş və hazırkı tələblər də, Ali Məhkəmədə baxılmamış və onlara heç bir hüquqi qiymət verilməmişdir. Hər iki iş üzrə ayrı-ayrı predmetlər üzrə tələblər qoyulmuşdur.

10. Əvvəlki - 2-1(102)-2721/2019 saylı işdə ona ödənilməmiş “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunda nəzərdə tutulan müavinətlərin ödənilməsi kimi tələblər qoyulmuşdur. Hazırkı 2-1(103)-950/2021 saylı iş üzrə isə, məzuniyyətdən istifadə olunmamış 1989, 1990, 1991, 1992-1997,1999-2003, 2009-cu illər üzrə məzuniyyət pulunun ödənilməsi kimi tələb qoyulmuşdur.

11. İşin materiallarını və həmin Qərarın tələblərini nəzərdən keçirərkən açıq-aydın görünür ki, cavabdehə qarşı qoyduğu tələblər üzrə iddia ərizəyə baxmaq üçün heç bir məhdudiyyət olmamışdır. Əksinə, mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğu (Qər arın 1.3 bəndi,), iddia tələbi üzrə iddiaçının subyektiv hüququnnun olması, cavabdehin həmin iddiaya cavab verməli olması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının oluması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilməsi (Qərarın 2.3 bəndi) və s.r əsaslar işə baxmağa əsas vermişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin iddia müddətinin ötməsi nəticəsinə gəlməsi və MPM-nin 24-1 və 27-ci Fəsillərində göstərilən tələblərə istinad etməsi də, tam uydurma və əsassızdır.

13. İddia tələbinin mətnindən göründüyü kimi, iddiaçının tələbi vəzifəli şəxsin hər-hansı bir hərəkətindən (hərəkətsizliyindən) olmamışdır. Onun tələbi konkret olaraq mülkiyyət hüququnun pozulması ilə bağlı istifadə edilməmiş məzuniyyət günlərinin əvəzinin və sərancamda olduğu müddətdə ödənilməmi ş əmək haqqının və Qanunla nəzərdə tutulan digər ödənilməmiş müavinətlərin ödənilməsi olmuşdur.

14. Məlum olduğu kimi, iddianın mümkünlüyü haqqında Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

15. İddianın müddəti barədə 38.1-ci maddəsinə əsasən “mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şi kayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

16. Müddətlər haqqında İPM-nin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır.

17. İşin materiallarına əlavə edilmiş, iddiaçı tərəfindən cavabdehə göndərilmiş ərizələrdən görünür ki, iddia ərizənin məhkəməyə təqdim edildiyi 27 dekabr 2018-ci il tarixə qədər, onun tərəfindən cavabdehə göndərilən sonuncu müraciətin arasında olan müddət, İPM-in 38.1-ci maddəsində nəzərdə tutulan 30 gündən artıq olmamışdır. Yəni, iddiaçının tərəfindən qanunla nəzərdə tutulan bu müddət ötürülməmişdir.

18. Kasasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim edərək iddianın təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. İnzibati Prosessual Məcəllə: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülk i Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraat ı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayət i formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. İddiaçı məhkəmə tərkibinə etiraz vermişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən Ali Məhkəmənin İnzibati Kollegiyasının tərkibinə verdiyi etirazla bağlı qeyd edir ki, İnzibati-Prosessual Məcəlləsinin “Etirazlar” adlanan 3-cü Fəsli mövcuddur. Həmin Fəsil 2(iki) maddədən, yəni 18-ci və 19-cu maddələrdən ibarətdir.

23. Qeyd edilməlidir ki, İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə istinadən, məhkəmə kollegiyası hesab e dir ki, məhkəməyə (işə təkbaşına baxan hakimə) və ya məhkəmə tərkibinə verilən etirazla bağlı məsələlər Mülki-Prosessual Məcəlləsinin 2ci Fəslində daha geniş işıqlandırdığından, həmin Fəsildə yer almış müddəalara müraciət edilməlidir.

24. Belə ki, Mülki-Prosessual Məcəlləsinin 19-cu maddəsinə görə: 19.1. Hakimin işə baxılmasına aşağıdakı hallarda yol verilmir: 19.1.1. O, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hakim vəzifəsinə təyin edilməmişsə; 19.1.2. O, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq işin baxılması üçün nəzərdə tutulmuş hakim deyildirsə; 19.1.3. O, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin mahiyyəti üzrə baxılmasında iştirak etmişsə; 19.1.4. o, əvvəllər tərəflərdən birinin nümayəndəsi, yaxud vəkili olmuşsa və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə; 19.1.5. o, məhkəmədə baxılan mübahisə üzrə əvvəllər tərəflər arasında mediasiya prosesində mediator kimi iştirak etmişdirsə; 19.1.6. o, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin və ya vəkilinin qohumudursa və ya qohumu olmuşsa; 19.1.7. onun şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa 19.3. Bir-biri ilə qohum olan şəxslərin işə baxan məhkəmə tərkibində iştirakına yol verilmir.

25. Mülki-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sü but etməlidir. Etirazın əsaslarına dair sübut təqdim edilmədikdə, etiraz işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır.

26. İddiaçının məhkəmə tərkibinə olan etirazında İnzibati-Prosessual Məcəllənin və Mülki-Prosessual Məcəlləsinin 19-cu maddələrində müəyyən edilmiş etiraz üçün əsaslar və ona dair sübutlar mövcud olmadığından, həmin etiraz Mülki-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə müvafiq olaraq baxılmamış saxlanılmışdır.

27. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarı ilə və iddiaçı tərəfindən qərardan verilmiş kassasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, apellyasiya məhkəməsi qərarında düzgün olaraq göstərmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı tələbi 3 hissədən ibarət dir: 1. onun barəsində son haqq-hesab üzrə hesablama aparılması və onun nəticəsində müəyyən edilmiş 1989, 1990, 1991, 1992-1997, 1999-2003, 2009-cu illərdə istifadə etmədiyi məzuniyyətlərdən müəyyən edilmiş cəmi 469.5 gün məzuniyyətlərin dəyərinin, müəyyən edilmiş bir gün əmək haqqı məbləği olan 52.79 manat məbləğə vuraraq əldə edilən 24784.90 manat məbləğdə vəsaitdən cavabdeh tərəfindən ona ödənilmiş 20140 manat vəsait çıxmaqla qalan 4644.90 manat dəyərində vəsaitin; 2. 04.07.2000-ci il tarixdən 14.02.2001-ci il tarixədək sərəncamda olduğu 8 ay müddətində cavabdeh tərəfindən ona verilməmiş (sonuncu əmək haqqı olan 1070.25 manat məbləğində hər ay olmaqla) cəmi 8562 manat pul vəsaitinin, hər iki vəsaitlər üzrə ümumilikdə müəyyən edilmiş 13206.90 manat dəyərində vəsaitin, 3. sərəncamda olduğ u 2001-ci ildə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulan 2 aylıq əmək haqqının, müalicə üçün 2 aylıq məbləğdə yardımın və 2 aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinətlərinin də cavabdeh tərəfindən hesablanıb ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması” barədədir.

28. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, bundan əvvəl iddiaçının Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı oxşar tələblərlə bağlı iddiası olmuşdur. Belə ki, iş materiallarına əlavə olunmuş (cild İİ, iş. v. 111-118) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-2721/2019 saylı 20 noyabr 2019-cu il tarixli qərarından görünür ki, iddiaçının hə min inzibati işdə tələbi “Azərbaycan Respublikası prokurorluq orqanlarında xidmət etdiyi 1989cu ildən 2009-cu ilədək məzuniyyətdən istifadə etmədiyi 1989, 19921997, 1999-2003 və 2009-cu illər üzrə, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulan 2 aylıq əmək haqqının, müalicə üçün 2 aylıq yardımın, 2 aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinətlərinin, eləcə də, məzuniyyətdə olduğu 2004-2006-cı illər üzrə ona ödənilməmiş “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulan müalicə üçün 2 aylıq məbləğində yardımın və 2 aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinətlərinin sonuncu iş yeri üzrə “böyük köməkçi” vəzifəsi və “kiçik ədliyyə müşaviri” rütbə maaşlarına müvafiq ol araq yenidən hesablanması və müəyyən edilmiş həmin ümumi məbləğdən, 2009-cu ildə cavabdeh tərəfindən ona son haqq-hesab edilən zaman ödənilmiş 20.140,20 manat məbləğin dəyərini həmin məbləğdən çıxmaqla, ödənilməmiş qalan məbləğin ona ödənilməsinin cavabdehə həvalə edilməsi” barədə olmuşdur. Həmin iş üzrə iddia 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3957/2018 saylı, 03 dekabr 2018-ci il tarixli qərarı ilə rədd edilmiş və sözügedən məhkəmə qərarı yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır.

29. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının hazırkı iş üzrə 1989, 1992-1997, 1999-2003, 2009-cu illərdə istifadə etmədiyi məzuniyyətlərlə bağlı, eləcə də onun sərəncamda olduğu 2001-ci ildə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulan 2 aylıq əmək haqqının, müalicə üçün 2 aylıq yardımın və 2 aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinətlərinin ona ödənilməsi barədə iddia tələbləri Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-2721/2019 saylı, 20 noyabr 2019cu il tarixli qərarı ilə münasibət bildirilmiş iddia tələblərinin bir hissəsi ilə, yəni onun 1989cu ildən 2009-cu ilədək istifadə etmədiyi məzuniyyətlərlə bağlı, eləcə də həmin illər üzrə (o cümlədən bu işdə tələb etdiyi 2001-ci il sərəncamda olduğu müddət də daxil olmaqla) adıçəkilən Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulan pul təminatlarının ödənilməsi barədə iddia tələbləri ilə eynilik təşkil edir. Sadəcə həmin iddia tələbləri arasındakı fərq yalnız hazırkı işdə istifadə olunmayan məzuniyyət günlərinə görə tələb olunan kompensasiyanın əlavə olaraq iddiaçı tərəfindən həm də 1990, 1991-ci illər üzrə tələb olunması ilə bağlıdır.

30. Buna görə də apellyasiya məhkəməsi doğru olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının bu işdə qoyduğu (1989, 1992-1997, 1999-2003, 2009-cu illər üzrə istifadə edilməyən məzuniyyətlərə görə və onun sərəncamda olduğu 2001-ci il üzrə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulan pul vəsaitlərinin ona ödənilməsi barədə) və artıq əvvəllər inzibati məhkəmə icraatında olmuş inzibati iş üzrə kassasiya instansiyası məhkəməsinin hüquqi mövqe bildirdiyi bu tələblərə yenidən mahiyyəti üzrə baxıb qərar qəbul etməkdə haqlı olmamışdır. Odur ki, həmin tələblər üzrə iddia bu səbəbdən qeyrimümkün sayılmalıdır.

31. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən düzgün olaraq belə nəticəyə gəlinmişdir ki, iddiaçı tərəfindən hazırkı işdə əlavə olaraq qoyulan 1990-1991-ci illər üzrə istifadə olunmayan məzuniyyət günlərinə görə kompensasiya və 04.07.2000-ci il tarixdən 14.02.2001-ci il tarixədək onun sərəncamda olduğu 8 ay müddətində cavabdeh tərəfindən ona verilməmiş pulların tələb olunması barədə iddia tələbləri üzrə iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür.

32. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının mübahisə açdığı məsələ (əlavə olaraq bu işdə qoyulan və yeni tələb kimi çıxış edən1990-1991-ci illər üzrə istifadə olunmayan məzuniyyət günlərinə görə kompensasiya və 04.07.2000-ci il tarixdən 14.02.2001-ci il tarixədək onun sərəncamda olduğu 8 ay müddətində cavabdeh tərəfindən ona verilməmiş pulların ödənilməsi) İnzibati Prosessual Məcəllə qüvvəyə minməzdən əvvəlki dövrə aiddir. İddiaçı ilə bağlı əmək münasibətlərinə xitam verildiyi tarix 2009-cu il olmuş, iddia tələbində 1990-1991-ci illər arasında cavabdeh tərəfindən pozulmuş hüquqların bərpası, yəni həmin dövrdə işlədiyi müddət ərzində istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiya, 2000-2001-ci illərdə sərəncamda olduğu müddətdə ona verilməmiş pulların ödənilməsi xahiş olunur.

33. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, apellyasiya məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən hüquqi normaları düzgün tətb iq etmişdir.

34. Belə ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu.

35. Bu baxımdan apellyasiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.

36. Bununla ə laqədar qeyd edilməlidir ki, apellyasiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarının müddəalarını da düzgün etmişdir.

37. Belə ki, həmin qərarda deyilir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həm in iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğ u yoxlanılmalıdır (9-cu bənd)”.

38. Belə olan halda apellyasiya məhkəməsi doğru olaraq belə qənaətə gəlmişdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.

39. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, hazırkı işdən iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi pul tələbləri ilə (1990-1991-ci illər üzrə istifadə olunmayan məzuniyyət günlərinə görə kompensasiya və 04.07.2000-ci il tarixdən 14.02.2001-ci il tarixədək onun sərəncamda olduğu 8 ay müddətində cavabdeh tərəfindən ona verilməmiş pulların ödənilməsi barədə) məhkəməyə müraciət etməsi müəyyən olunmur.

40. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, inzibati orqanın 01 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır.

41. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 29.09.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

42. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29.09.2021-ci il tarixli, 2-1(103)-950/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar