Məhkəmə qərarları › İş №2-1(102)-210/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-210/2023

22.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-210/2023 22.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Firması cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işin hallarının araşdırılmaması; iş materiallarında olmayan qərarların ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Firmasının (VÖEN:**********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəl irlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 sentyabr 2022-ci il tarixli, 2-1(103)-292/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı müəssisəyə xx.xx.2016-cı il tarixli “Vergilərin hesablanması barədə” qərara əsasən 2014-cü ilin mənfəət vergisi üzrə kameral vergi yoxlaması ilə 156.780,85 manat hesablanmış və həmin vergi məbləğinə görə müəssisənin xx.xx.2017-ci il tarixə 57.372,06 manat faiz borcu yaranmışdır. 2. “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474 -VQ nömrəli Qanununun icrası məqsədilə iddiaçının 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan faizlər üzrə 83.923,88 manat borcu, o cümlədən xx.xx.2016-cı il tarixli “Vergilərin hesablanması barədə” qərar ilə hesablanmış 156.780,85 manat mənfəət vergisi üzrə yaranmış 57.372,06 manat faiz borcu silinmişdir.

3. Eyni zamanda, iddiaçı xx.xx.2016-cı il tarixli “Vergilərin hesablanması barədə” qərarı məhkəmə qaydasında mübahisələndirmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 noyabr 2016-cı il tarixli, 2-1(81)- 2748/2016 saylı qərarı ilə iddia təmin edilmiş, yuxarı instansiya məhkəmələrinin qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 noyabr 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır (Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 noyabr 201 7-ci il tarixli, 21(103)-2311/2017 saylı qərarı; Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)691/2018 saylı 02 may 2018-ci il tarixli qərarı).

4. Bundan sonra, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına əsasən müəssisəyə xx.xx.2016-cı il tarixdə hesablanmış 2014-cü ilin mənfəət vergisi üzrə 156.780,85 manat vergilər xx.xx.2018-ci il tarixdə şəxsi hesab vərəqəsindən azaldılarkən şəxsi hesab vərəqəsinin texniki xüsusiyyətindən asılı olaraq texniki xəta baş vermiş (xx.xx.2016-cı il tarixli “Vergilərin hesablanması barədə” qərar ilə hesablanmış 156.780,85 manat mənfəət vergisi üzrə yaranmış 57.372,06 manat faiz borcunun daha əvvəl silindiyi nəzərə alınmamış) və nəticədə faiz borcu yenidən silinmişdir.

5. Qeyd olunan texniki səhvin düzəldilməsi məqsədilə Vergi öhdəliklərinin icrasına nəzarət baş idarəsinin xx.xx.2018-ci il tarixli **********625400 saylı xidməti məruzəsinə əsasən, xx.xx.2018-ci il tarixdə iddiaçının şəxsi hesab vərəqəsinə düzəliş edilərək 156.780,85 manat məbləğin azalması zamanı artıq silinmiş 57.372,06 manat məbləğ bərpa edilmişdir (“dürüstləşmə” adlı əməliyyat ilə).

6. Bundan sonra, iddiaçı 57.372,06 manat vergi borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmiş, Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(82)-223/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, yuxarı instansiya məhkəmələrinin qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır (Bakı Apellyasiya Məhkəməsinin İnzibat iİqtisadi Kollegiyasının 2- 1(103)-1823/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı; Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(102)-3409/2019 saylı qərarı).

7. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(102)-3409/2019 saylı qərarının əsaslandırılmasında qeyd edilmişdir ki, xx.xx.2018-ci il tarixdə iddiaçının şəxsi hesab vərəqəsində “dürüstləşmə" adı ilə vergi ödəyicisinin hesabına 57.372,06 manat məbləğində borc bərpa edilərkən, Vergi Məcəlləsinin 3.7-ci və “İnzibati icraat haqqında” AR qanununun 21, 28, 38, 61 maddələrinin tələblərinə zidd olaraq, bu barədə cavabdeh inzibati orqan tərəfindən hər hansı inzibati akt(qərar) qəbul edilməmiş və vergi ödəyicisi həmin vergi borcunun müəyyən edilməsi əsaslarına qarşı müdafiə olunmaq hüququndan m əhrum olunmuşdur.

8. Ali Məhkəmənin qərarındakı hüquqi mövqeyi nəzərə alan cavabdeh vergi orqanı xx.xx.2020-ci il tarixli **********871100 nömrəli “İnzibati aktın təmin edilməsi haqqında" Qərar qəbul etmiş, həmin qərarla "xxxx" Firmasına 57.372,06 manat faiz borcu hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 03 aprel 2020-ci il tarixli Qərarının, xx.xx.2020-ci il tarixli **********801000 saylı Qərarının, xx.xx.2020-ci il tarixli, **********567900 saylı “Tələbin icraya yönəldilməsi” barədə Qərarının, 29 aprel 202 0-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” Qərarının ləğv edilməsini və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı Firmasına hesablanmış 57.372,06 manat şəxsi hesab vərəqəsindən silinməsini, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli Qərarlarla hesablanmış 64.857,34 manat borcun da iddiaçının şəxsi hesab vərəqəsindən silinməsini xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, məhkəmə qərarları ilə 57.372.06 manat məbləğində vergi borcunun şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsi cavabdehə həvalə edilmiş, 29 aprel 2020-ci il tarixdə vergi borcunun 57.372.06 manat məbləğində azalması aparılmış, lakin həmin gündə də yenidən heç bir əsas olmadan ye ni qərarla hesablama aparılaraq həmin vergi borcu şəxsi vərəqəyə işlənmişdir. Belə ki, “İnzibati aktın təmin edilməsi haqqında” qərara əsasən, 2014-cü ilin mənfəət vergisi üzrə kameral vergi yoxlaması ilə hesablanmış 156.780,85 manat vergi məbləği saxlanılmaqla, xx.xx.2017-ci il tarixə 57.372,06 manat faiz borcu ləğv edilmiş və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” Qərara əsasən, 57.372,06 manat faiz borcu hesablanmışdır. Vergi borcunun yenidən hesablanmasına əsas olmuş qərar İddiaçı Firmasına təqdim edilməmiş, şəxsi elektron kabinetə yerləşdirilməmişdir.

11. Cavabdeh iddia tələbinə qarşı təqdim etdiyi yazılı etirazında işin hallarını sadalamış və qeyd etmişdir ki, mübahisələndirilən qərar Ali Məhkəmənin xx.xx.2019cu il tarixli 2-1(102)- 3409/2 019 saylı qərarının icrası məqsədi ilə qəbul edilmişdir.

12. Bakı İnzibati Məhkəməsinin 1 sentyabr 2021-ci il tarixli, 2-1(112)-1009/2021 nömrəli qərarı ilə (hakim: X4) iddia rədd edilmişdir

13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya 2 may 2016-cı il tarixli **********197500 saylı qərar üzrə yaranmış borca hesablanmış 57.372,06 manat məbləğində faiz borcu həm məhkəmə qərarı, həm də “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmini məqsədilə texniki səhvə yol verilməklə, təkrarən silindiyi üçün şəxsi hesab vərəqəsində dürüstləşmə aparılaraq bərpa edilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Cavabdeh inzibati orqan tərəfindən vergi və inzibati icra at haqqında qanunvericiliyin tələblərinin pozulması öz təsdiqini tapmadığından mübahisələndirilən inzibati akt əsaslıdır və ləğv oluna bilməz.

14. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 dekabr 2021-ci il tarixli, 2-1(103)-2588/2021 nömrəli qərardadı ilə "xxxx" Firmasının şəxsi hesab vərəqəsindən həm məhkəmə qərarı, həm də “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən silinmiş faiz məbləğinin daha sonra vergi orqanı tərəfindən yenidən şəxsi hesab vərəqəsindən silinib-silinməməsini müəyyən etm ək üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/309 nömrəli ekspert rəyinə əsasən, iş materiallarında olan "xxxx" Firmasının şəxsi hesab vərəqəsinə əsasən, xx.xx.2020-ci il tarixdə və bundan sonrakı tarixlərdə 57.372,06 manat faiz məbləğinin vergi orqanı tərəfindən silinməsi müəyyən olunmamışdır.

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 sentyabr 2022-ci il tarixli, 2-1(103)-292/2022 nömrəli qərarı ilə (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X1 və X6) Bakı İnzibati Məhkəməsinin 1 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi təmin edilmiş, cavabdehin 3 aprel 2020-ci il tarixli qərarı, xx.xx.202 0-ci il tarixli **********801000 saylı qərarı, xx.xx.2020-ci il tarixli **********567900 saylı “Tələbin icraya yönəldilməsi” barədə qərarı, 29 aprel 2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” qərarı ləğv edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı Firmasına hesablanmış 57.372,06 manat borcu və xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli qərarlarla hesablanmış 64.857,34 manat borcu iddiaçının şəxsi hesab vərəqəsindən silinmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/309 nömrəli ekspert rəyinə istinadən iddia tələbini təmin etmişdir.

19. Cavabdeh həmi n qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

20. Kassasiya şikayətində işin halları, iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli 2-1(102)3409/2019 saylı qərarında iddianın təmin edilməsinə əsas kimi cavabdeh inzibati orqan tərəfindən hər hansı inzibati aktın (qərar) qəbul edilməməsi və vergi ödəyicisinin həmin vergi borcunun müəyyən edilməsi əsaslarına qarşı müdafiə olunmaq hüququndan məhrum olunması qeyd edilmişdir. xx.xx.2020-ci il tarixli **********871100 nömrəli qərar da Ali Məhkəmənin qərarının icrası məqsədi ilə qəbul edilmişdir. Azərbaycan Respublikas ı Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli qərardadında da göstərilmişdir ki, “Vergi ödəyicisinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474 VQ №li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində vergi orqanı tərəfindən vergilərin hesablanması ilə əlaqəli olmayan əməliyyatların (o cümlədən, yol verilmiş texniki səhvlərlə bağlı dürüstləşmə adı altında qeyd edildiyi bildirilən düzəlişlərin) edilməsi üçün ayrıca yazılı inzibati aktın qəbul edilməsi tələb olunmur. Müvafiq qərardada əsasən “dürüstləşmə” əməliyyatı “hesablama” əməliyyatı kimi qəbul edilə bilməz. Belə ki, həmin əməliyyatın məqsədi vergi öhdəliyi müəyyən etmək yox, qanundan irəli gələn vəzifənin düzgün icrasını təmin etməkdir. Qeyd edilən “dürüstləşmə” əməliyyatı vergi ödəyicisinin hər hansı tədiyyə üzrə yaranmış öhdəliklərinin dəyişdirilməsi və ya yeni öhdəliklərinin yaradılması ilə nəticələnməmiş, sadəcə müəssisənin şəxsi hesab vərəqəsində yaranmış texniki zərurətlə əlaqədar olaraq öhdəliklərin uçotunun düzgün şəkildə aparılması məqsədi daşımışdır. Göründüyü kimi, vergi orqanı qanunun tələbindən irəli gələn vəzifəni düzgün şəkildə icra edərək xx.xx.2018-ci il tarixdə dürüstləşmə əməliyyatı aparmış, texniki xəta nəticəsində səhvən silinmiş 57.372,06 manat vergi məbləğini iddiaçının şəxsi hesab vərəqəsinə bərpa etmişdir.

21. Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 25 aprel 2022-ci il tarixli 9/30 9 saylı ekspert rəyi işin faktiki hallarını tam əhatə etmədiyindən iş üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, ekspert tərəfindən şəxsi hesab vərəqəsi tam araşdırılmamış və işin halları səhv qiymətləndirilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

22. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Qanun: Maddə 1. vergi ödəyicilərinin vergilərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə hesablanmış faizlər üzrə 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəq ələrində mövcud olan borcları müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir 24. “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair” Ali Məhkəmənin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı

25. İnzibati Prosessual Məcəllə: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin göstərilməlidir. əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi Maddə

96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

27. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, mübahisəli hüquq münasibətini tənziml əyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, habelə işin faktiki halları tam və hərtərəfli araşdırılmamışdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir. 03 aprel 2020-ci il tarixli “İnzibati aktın ləğv edilməsi” haqqında qərarın ləğvinə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı Firmasına hesablanmış 57.372,06 manat borcun iddiaçının şəxsi hesab vərəqəsindən silinməsinə dair iddia tələbi ilə bağlı məhkəmə kollegiyasının əsaslandırması: 29.İş üzrə mübahisələndirilən qərarın qəbul edilməsinin əsasında (cavabdehin dəlillərinə görə) Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2019-cu il tarixli 21(1 02)-3409/2019 saylı qərarındakı hüquqi mövqe dayanır.

30. Belə ki, istinad olunan qərardakı hüquqi mübahisə ondan ibarət olmuşdur ki, iddiaçı müəssisəyə xx.xx.2016-cı il tarixli “Vergilərin hesablanması barədə” qərara əsasən 2014-cü ilin mənfəət vergisi üzrə kameral vergi yoxlaması ilə 156.780,85 manat hesablanmış və həmin vergi məbləğinə görə xx.xx.2017-ci il tarixə 57.372,06 manat faiz borcu yaranmışdır. Sözügedən faiz borcu “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474-VQ nömrəli Qanununun icrası məqsədilə silinsə də, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xx.xx.2016-cı il tarixdə hesablanmış 2014- cü ilin mənfəət vergisi üzrə 156.780,85 manat vergilər xx.xx.20 18-ci il tarixdə şəxsi hesab vərəqəsindən azaldılarkən texniki xəta baş vermiş (xx.xx.2016-cı il tarixli “Vergilərin hesablanması barədə” qərar ilə hesablanmış 156.780,85 manat mənfəət vergisi üzrə yaranmış 57.372,06 manat faiz borcunun daha əvvəl silindiyi nəzərə alınmamış) və nəticədə faiz borcu yenidən silinmişdir. Bundan sonra, cavabdeh artıq silinmiş 57.372,06 manat məbləği iddiaçı müəssisənin şəxsi hesab vərəqəsinə bərpa etmişdir (“dürüstləşmə” adlı əməliyyat ilə).

31. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(102)3409/2019 saylı qərarında 57.372,06 manat məbləğin şəxsi hesab vərəqəsindən ikinci dəfə silinməsi məsələsinin mövcudluğu araşdırılmanın predmeti olmamış, sözügedən məbləğin bərpası zamanı cavabdeh vergi orqanı tərəfindən inzibati icraatın düzgün ap arılmamasına və bərpa əməliyyatı zamanı inzibati aktın qəbul edilməməsinə istinad edilmiş, bu əsaslarla 57.372,06 manat məbləğin şəxsi hesab vərəqəsinə bərpası qanunsuz hesab edilmişdir.

32. Göründüyü kimi, Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(102)-3409/2019 saylı qərarında məhkəmə kollegiyası 57.372,06 manat məbləğin şəxsi hesab vərəqəsindən silinməsi ilə bağlı aşağı instansiya məhkəmələrinin nəticəsi ilə razılaşsa da, cavabdeh tərəfindən 57.372,06 manat məbləğin şəxsi hesab vərəqəsinə bərpası zamanı inzibati aktın qəbul olunmamasına istinad etmişdir.

33. Bundan sonra cavabdeh məhkəmə qərarının icrası məqsədi ilə 57.372,06 manat məbləği şəxsi hesab vərəqəsindən silmiş, bununla yanaşı Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(102)-34 09/2019 saylı qərarındakı hüquqi mövqeyi nəzərə alaraq 57.372,06 manat məbləğin şəxsi hesab vərəqəsinə bərpası ilə bağlı müvafiq inzibati akt qəbul etmişdir ki, hazırkı halda iddiaçı bunu mübahisələndirir.

34. İşə baxan apellyasiya instansiya məhkəməsi ekspert rəyinə istinadən 57.372,06 manat məbləğin şəxsi hesab vərəqəsinə bərpası ilə bağlı inzibati aktı ləğv etsə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya icraatı zamanı işin hallarına düzgün qiymət verilməmişdir.

35. Belə ki, hazırkı halda qiymət verilməli və araşdırılmalı olan hallar aşağıdakılardır.

36. İddiaçının şəxsi hesab vərəqəsinə əsasən: - xx.xx.2017-ci il tarixdə “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tari xli 474-VQ nömrəli Qanununun icrası məqsədilə iddiaçının 2017-ci ilin 1 yanvar tarixə mövcud olan faizlər üzrə 83.923,88 manat borcu, o cümlədən xx.xx.2016-cı il tarixli “Vergilərin hesablanması barədə” qərar ilə hesablanmış 156.780,85 manat mənfəət vergisi üzrə yaranmış 57.372,06 manat faiz borcu silinmişdir; - xx.xx.2018-ci il tarixinə iddiaçının 187.652,05 manat vergilər üzrə, 4.815,00 manat faiz üzrə borcu olmuş, məhkəmə qərarlarına əsasən, iddiaçıya xx.xx.2016-cı il tarixdə hesablanmış 2014-cü ilin mənfəət vergisi üzrə 156.780,85 manat vergilər xx.xx.2018-ci il tarixdə şəxsi hesab vərəqəsindən azaldılarkən iddiaçıda 26.500,86 manat artıq ödəmə yaranmışdır.

37. Halbuki, qeyd edildiyi kimi, xx.xx.2018-ci il tarixinə iddiaçının 187.652,05 manat vergilər üzrə, 4.815,00 manat isə faiz üzrə borcu olmuşdur. Yəni, sadə riyazi hesablama ilə 156.780,85 manat vergilərin şəxsi hesab vərəqəsindən azaldılması zamanı 26.500,86 manat artıq ödəmə yaranması mümkünsüzdür. Başqa sözlə, texniki xəta nəticəsində iddiaçıdan əsassız olaraq əlavə məbləğlərin silinməsi şəxsi hesab vərəqəsindən aydın görünür ( iş v. 183-185).

38. Cavabdeh vergi orqanı ilk dəfə bu xətanın aradan qaldırılması məqsədi ilə “dürüstləşmə” adlı əməliyyatla artıq silinmiş məbləği şəxsi hesab vərəqəsinə bərpa etmiş, həmin bərpa əməliyyatı Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2019-cu il tarixli 21(102)-3409/2019 saylı qərarı ilə qanunsuz hesab edilmiş, lakin qərarda da göstərildiyi kimi, bərpa əməliyyatının müvafiq inzibati akt qəbul etmədən həyata keçirilməsi qanunsuz olmuşdur.

39. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh vergi orqanı Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(102)-3409/2019 saylı qərarı ilə ona həvalə edilmiş öhdəliyi (57.372,06 manat məbləğin şəxsi hesab vərəqəsindən silinməsi ilə bağlı) icra etməli olsa da, bu hal onun inzibati akt qəbul etməklə 57.372,06 manat məbləğin yenidən şəxsi hesab vərəqəsinə bərpa olunması imkanını istisna etmir.

40. Belə olan halda isə hazırkı iş üzrə məhkəmə araşdırmasının predmetini 57.372,06 manat məbləğin şəxsi hesab vərəqəsinə bərpa olunmasına dair inzibati akt təşkil etməli və həmin inzibati aktın qanuniliyinə yenidən qiymət verilməli idi. Başqa sözlə, Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(102)-3409/2019 saylı qərarı sözügedən inzibati aktın qiymətləndirilməsinə mane təşkil etm ir.

41. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi inzibati aktın qanuniliyinə qiymət verməmiş, məhkəmə araşdırmasını Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(102)-3409/2019 saylı qərarının icrası ilə əlaqələndirmiş və məhdudlaşdırmış, işin hallarını (xüsusilə, iddiaçının şəxsi hesab vərəqəsindəki əməliyyatları) hərtərəfli araşdırmamışdır. xx.xx.2020-ci il tarixli **********801000 saylı qərarın, xx.xx.2020-ci il tarixli, **********567900 saylı “Tələbin icraya yönəldilməsi” barədə qərarın, 29 aprel 2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” qərarın ləğv edilməsi və xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli qərarlarla hesablanmış 64.857,34 manat borcun iddiaçının şəxsi hesab vərəqəsindən silinməsinə dair iddia tələbi ilə bağı məhkəmə kollegiyasının əsaslandırması: 42 İşə baxan apellyasiya instansiyası məhkəməsi iddia tələbini “xx.xx.2020-ci il tarixli **********801000 saylı qərarın, xx.xx.2020-ci il tarixli **********567900 saylı “Tələbin icraya yönəldilməsi” barədə qərarın, 29 aprel 2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” qərarın ləğv edilməsi və xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli qərarlarla hesablanmış 64.857,34 manat borcun iddiaçının şəxsi hesab vərəqəsindən silinməsinə dair” hissələrdə təmin etsə də, iş materiallarında yalnız xx.xx.2020-ci il tarixli qərar mövcuddur, digər qərarlar isə iş materiallarında mövcud deyil. Bununla yanaşı, iddia tələbində bəzi qərarların tarixi göstərilmiş, la kin nömrəsi göstərilməmişdir.

43. Həmçinin, məhkəmə iddia tələbini tam təmin etsə də, qərarın əsaslandırmasında yuxarıda qeyd olunan qərarların məzmununun nədən ibarət olması göstərilməmiş, həmin qərarların inzibati akt olub-olmaması qiymətləndirilməmiş, bundan əlavə, qərarların hansı əsasla qanunsuz sayılaraq ləğv edildiyi əsaslandırılmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qərarı yalnız 57.372,06 manat məbləğin şəxsi hesab vərəqəsinə bərpa edilməsi ilə bağlı əsaslandırılmışdır.

44. Beləliklə, işə baxan apellyasiya instansiya məhkəməsi iş materiallarında olmayan, məhkəmə araşdırmasının predmetini təşkil etməyən qərarları da ləğv etmişdir.

45. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən İPM-in 12, 48 və 58-ci maddələrinin tələb lərinə əməl olunmadığından, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, yuxarıda qeyd olunan xüsusatların araşdırılması üçün iş təkrar apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

46. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 sentyabr 2022-ci il tarixli, 2-1(103)-292/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar