Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-210/2024 25.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yeni açılmış hallarla bağlı iş üzrə icraatın təzələnməsi barədə ərizə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt Bələdiyyəsinin 28 iyun 2005-ci il tarixli 27 nömrəli q ərarı ilə satılmış Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 600 kv.metr ölçüdə 2511 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-635/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “Sumqayıt bələdiyyəsinin 28 iyun 2005-ci il tarixli 27 nömrəli qərarı ilə satılmış Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 600 kv.metr ölçüdə 2511 s aylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin 2-1(118)-648/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Sumqayıt Bələdiyyəsinin 28 iyun 2005-ci il tarixli 27 saylı qərarı ilə satılmış Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 600 kv.m ölçüdə 2511 saylı bağ torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
2. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Sumqayıt Apellyasiya Məhk əməsinin İnzibati Kollegiyasının 2-1(105)-466/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
3. Birinci instansiya məhkəməsinin qərarı qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün cavabdehə göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. Cavabdeh ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, yeni açılmış hallarla bağlı Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-648/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, yeni açılmış hallarla bağlı iş üzrə icraatın təzələnməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizənin əsaslandırılması:
5. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)648/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarının icrasını mümkünsüz edən yeni hallar və sübutlar müəyyən edilmişdir. Belə ki, müvafiq ünvanda təkrar və ətraflı yoxlama–ölçü işləri zamanı məlum olmuşdur ki, ərizəçi tərəfindən göstərilən torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 27 saylı qərarı ilə ayrılsa da, idarənin elektron kadastr baza məlumatlarında həmin ərazi Sumqayıt şəhər bələdiyyəsinin təsdiq olunmuş xəritəsinə əsasən Sumqayıt Bələdiyyəsinin hüdudlarından kənarda yerləşir. Bu səbəbdən də müvafiq qərarın icrası mümkün olmamışdır. Qeyd olunan hallar birinci instansiya məhkəməsində işə baxılan zaman məlum olmadığından yeni açılmış hallarla bağlı icraatın təzələnməsi üçün əsasdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-648/2022 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəsi gedən torpaq sahəsinin Sumqayıt Bələdiyyəsinin hüdudlarından yerləşməsi sonradan aşkar olunan hal kimi qəbul edilə bilməz. Həmin halın əvvəldən araşdırılması və düzgün qiymətləndirilməsi cavabdehin vəzifələrinə aid olmuşdur. Artıq məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra cavabdehin həmin hala istinad edərək qərarı icra etməməsi və yeni açılmış hal kimi qiymətləndirilərək icraatın təzələnməsinə dair ərizəsi əsassız hesab edilməlidir.
8. Bundan başqa, torpaq sahəsinin hansı bələdiyyənin ərazisinə aid olması əvvəldən aşkar və yoxlanıla biləcək bir hal olmuşdur. Cavabdehin bu halı yoxlamaması və bu yöndə lazımi araşdırma aparmaması hazırda həmin halın yeni açılmış hal kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. İnzibati icraat və daha sonra məhkəmə araşdırması zamanı iddiaçının müraciətinin hərtərəfli və obyektiv araşdırılması və imtinasının dəlillərini təsdiq edən əsas kimi bütün sübutları təqdim etmək cavabdeh inzibati orqanın vəzifəsi olmuşdur.
9. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-635/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.202 3-cü il tarixli, 2-1(118)-648/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını yeni açılmış hallarla bağlı ərizədə göstərilənlər təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədlə ri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.
4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə
100. Qanun i qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Maddə 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü l əğv olunduğu hallarda verilə bilər. Maddə 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
19. Cavabdeh yeni açılmış hallarla bağlı ərizəsini, habelə kassasiya şikayətini onunla əsaslandırır ki, məhkəmənin qərarının icrasının təmin edilməsi məqsədilə ünvanda təkrar və ətraflı yoxlama–ölçü işləri zamanı məlum olmuşdur ki, ərizəçi tərəfindən göstərilən torpaq sahəsi Sumqayıt bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 27 saylı qərarı ilə ayrılsa da, idarənin elektron kadastr baza məlumatlarında həmin ərazi Sumqayıt şəhər bələdiyyəsinin təsdiq olunmuş xəritəsinə əsasən Sumqayıt bələdiyyəsinin hüdudlarından kənarda yerləşir.
20. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi məhz qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblə rdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə mümkündür (İPM-in 100-cü maddəsi).
21. Hazırki iş üzrə ərizədə qeyd olunanlar iş üzrə yeni açılmış hal kimi qiymətləndirilə bilməz. Belə ki, mübahisə predmeti olan torpaq sahəsinin yerləşmə vəziyyəti cavabdehə əvvəldən, xüsusilə də iddiaçının məhkəməyədək icraat zamanı ona müraciətinin araşdırılması nəticəsində məlum olmalı və inzibati məhkəmə icraatı zamanı məhkəməyə bildirilməli idi. Hazırkı işdə bu, baş verməmişdir.
22. Beləliklə, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ilkin icraat zamanı məhz ərizəçidən asılı olmayan səbəblərdən təqdim olunmadığı istisna edilir. Buradan, cavabdehin ərizəsinin dəlilləri İPM-in 100-cü maddəsinin tələblərini ödəmir.
23. Apellyasiya instansiyası məhkəməsi nin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvinə əsas vermir.
24. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(105)-635/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.