Məhkəmə qərarları › İş №2-1(102)-210/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-210/2025

16.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-210/2025 16.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi məsuliyyətə cəlb edilməsi haqqında qərarın mübahisələndirilməsi; növbəti səyyar vergi yoxlaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal G əlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 avqust 2024cü il tarixli, 2-1(103)-2049/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. «Səyyar vergi yoxlamasının keçirilməsi haqqında» xx.xx.2021-ci il tarixli **********152524 nömrəli qərarı ilə "xxxx" MMC-də (VÖEN **********) növbəti səyyar vergi yoxlaması (yoxlanılan dövr: xx.xx.2018–xx.xx.2021) keçirilmiş və yoxlamanın nəticəsi xx.xx.2022-ci il tarixli **********154044 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir.

2. Həmin akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə ” xx.xx.2022-ci il tarixli **********163520 saylı qərar qəbul edilmiş və iddiaçıya aşağıda qeyd olunan tədiyyələr üzrə əlavə vergi məbləği və maliyyə sanksiyası hesablanmışdır. Mənfəət vergisi üzrə: 2018-ci il üzrə 9955.86 manat, 2019-cu il üzrə 78660.66 manat, 2020-ci il üzrə 99761.72 manat ümumilikdə 188378.24 manat mənfəət vergisi və azaldılmış vergi məbləğinin 50%-i miqdarında, yəni 94189.12 manat maliyyə sanksiyasının tətbiq edilmişdir. ƏDV üzrə: 2018-ci ilin noyabr ayı üzrə 72.00 manat məbləğin azaldıldığı, 2018-ci ilin dekabr ayı üzrə 67 840.51 manat məbləğin azaldıldığı, 2019-cu ilin yanvar ayı üzrə 327.6 manat məbləğin azaldıldığı, 2019-cu ilin fevral ayı üzrə 687.6 manat məbləğin azaldıldığı, 2019-cu ilin mart ayı üzrə 109.8 manat məbləğin azaldıldığı, 2019-cu ilin aprel ayı üzrə 1085.4 manat məbləğin azaldıldığı,2019-cu ilin iyun ayı üzrə 325.8 manat məbləğin azaldıldığı, 2019-cu ilin iyul ayı üzrə 288 manat məbləğin azaldıldığı, 2019-cu ilin avqust ayı üzrə 405 manat məbləğin azaldıldığı, 2019-cu ilin sentyabr ayı üzrə 412.2 manat məbləğin azaldıldığı, 2019-cu ilin oktyabr ayı üzrə 259.2 manat məbləğin azaldıldığı, 2019-cu ilin noyabr ayı üzrə 108.00 manat məbləğin azaldıldığı, 2019-cu ilin dekabr ayı üzrə 116 490.83 manat məbləğin azaldıldığı, 2020-ci ilin dekabr ayı üzrə 90564.75 manat məbləğin azaldıldığı,2021-ci ilin oktyabr ayı üzrə 98681.35 manat məbləğin azaldıldığı müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 377 658.04 manat azaldılmasına görə, azaldılmış vergi məbləğinin 50%-i miqdarında, yəni 188 829.04 manat maliyyə sanksiyası tətbiq edilmişdir. ÖMV üzrə: Vergi Məcəlləsinin 123.1-ci maddəsinin tələbinin pozulmasına görə 6420.89 manat ödəmə mənbəyi üzrə vergilərin hesablanması və Vergi Məcəlləsinin 58.1ci maddəsinə əsasən azaldılmış və yayındırılmış 6420.89 manat vergi məbləğinin 50% miqdarında 3210.45 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 14 oktyabr 2022-ci il tarixli **********163520 saylı cavabdehin qərarının (əmlak vergisi və Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən tətbiq edilmiş mal iyyə sanksiyası hissəsində istisna olmaqla) ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin qərarına əsasən 01 noyabr 2018-ci il tarixdən 31 oktyabr 2021-ci il tarixədək dövr əhatə etməklə cəmiyyətdə səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama nəticəsində cəmiyyətə mənfəət, əlavə dəyər, ödəmə mənbəyində tutulan vergi olmaqla və maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunur ki, əlavə dəyər vergisi və mənfəət vergisinin hesablanmasında səbəb Vergi Məcəlləsinin 14.10-cu maddəsinə istinad edilərək təqdim edilmiş dərman vasitələrinin qiymətlərinin Tarif Şurası tərəfindən müəyyən edilmiş qiymətlərin əsas götürülməsi olmuşdur. Halbuki, həmin hal tam əsassız və qanunsuzdur. Belə ki, qanunvericiliyin tələbi topdansatış əc zaçılıq müəssisələri və aptek təşkilatlarına aid edilir. İddiaçı isə əczaçılıq müəssisələrinə dərman vasitələrini təqdim edən idxalçı müəssisədir. Tarif Şurasının qiymətlərinin iddiaçıya heç bir aidiyyəti yoxdur. Cəmiyyətin bankda olan hesabına ümumiyyətlə pul vəsaiti daxil olmadığı halda Tarif Şurasının qiymətlərinin əsas götürülməsi əsassız vergi hesablanmasına səbəb olmuşdur. Ödəmə mənbəyində tutulan verginin hesablanması ilə bağlı qeyd edilir ki, borc müqaviləsi faizlə və faizsiz bağlanıla bilər. Lakin, vergi orqanı heç bir əsaslı səbəb olmadan borcun təsisçidən faizlə alınması qənaətinə gəlmişdir. Cavabdehin etirazları:

5. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddia tələbini təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, yoxlama ilə əhatə edilən dövrdə elektron qaimə ilə təqdim edilmiş dərman vasitələri yoxlama ilə nəzərə alınmış, alınmış dərman vasitələrinin pərakəndə qaydada satışı üstünlük təşkil etdiyi üçün Tarif Şurası ilə tənzimlənən dərman vasitələrinin topdan satışı qiyməti tətbiq edilməklə mənfəət və ƏDV üzrə hesablama cavabdeh tərəfindən düzgün olaraq aparılmışdır. ÖMV üzrə də müəyyən edilmişdir ki, cəmiyyətin təsisçisi E.Tağıyev müəssisəyə 290 min manat borc vermiş və həmin müəssisənin bank hesabına həmin vəsait mədaxil edilmiş, lakin geri qaytarılmamışdır. Buna uyğun faiz səviyyəsi nəzərə alınmaqla da faizlər hesablanmış və təsisçiyə ödənilməli olan faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməsi təklif edilmişdir. Eyni zamanda, iddiaçıya Verg i Məcəlləsinin 58.8.3-cü maddəsinin tələbləri də nəzərə alınmaqla maliyyə sanksiyası hesablanmışdır. Belə ki, iddiaçı tərəfindən tibb xidmətlərinin çeşidi, miqdarı və real qiymətləri barədə ilkin sənədlər tam təqdim edilməmişdir. Əldə edilən məlumatlar əsasında isə ƏDV bəyannməsində göstərilən məbləğlərin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən azaldıldığı aşkar edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Bakı İnzibati Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, e-2-1(112)-10109/2023 nömrəli qərarı ilə (hakim O.Həsənov) iddia təmin edilmiş, cavabdehin **********163520 nömrəli 14 oktyabr 2022-ci il tarixli qərarı (əmlak vergisi və Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən tətbiq edilmiş maliyyə sanksiyası hissəsində istisna olmaqla) ləğv edilməsi qərara alınmı şdır.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurası tərəfindən yalnız aptek təşkilatlarına topdan və aptek təşkilatı tərəfindən pərakəndə satış qiyməti təsdiq edilir. İş materiallarından isə görünür ki, iddiaçı topdan satış formasında satdığı malları aptek təşkilatlarına deyil, aptek təşkilatlarına topdan satışı həyata keçirən şirkətlərə təqdim etmişdir. Cavabdeh iddiaçının satdığı həmin mallara Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətləri tətbiq etməkdə haqlı olmamışdır. Cavabdeh nəzərə almamışdır ki, iddiaçı aptek təşkilatlarına topdan satışı həyata keçirən cəmiyyət olduğundan cavabdehin Tarif Şurası tərəfindən müəyyən edilən qiymətlər nəzərə almaqla vergi hesablaması və maliyyə sanksiyası tətbi q edilməsi əsası mövcud olmamışdır.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 avqust 2024-cü il tarixli, 21(103)-2049/2024 nömrəli qərarı ilə (hakimlər K.Əkbərov - sədrlik edən və məruzəçi, S.Səlimova və M.Tağızadə) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi aşağıdakı kimi olmuşdur: -Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurası tərəfindən yalnız aptek təşkilatlarına topdan və aptek təşkilatı tərəfindən pərakəndə satı ş qiyməti təsdiq edilir. İddiaçı topdan satış formasında satdığı malları aptek təşkilatlarına deyil, aptek təşkilatlarına topdan satışı həyata keçirən şirkətlərə təqdim etmişdir. Cavabdeh iddiaçının satdığı həmin mallara Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətləri tətbiq etməkdə haqlı olmamışdır. Cavabdeh nəzərə almamışdır ki, iddiaçı aptek təşkilatlarına topdan satışı həyata keçirən cəmiyyət olduğundan cavabdehin Tarif Şurası tərəfindən müəyyən edilən qiymətlər nəzərə almaqla vergi hesablaması və maliyyə sanksiyası tətbiq edilməsi əsası mövcud olmamışdır. - Mübahisələndirilən qərarla cavabdeh dərman vasitələrinin xarab olması, lakin həmin xarab olmuş mallara Vergi Məcəlləsinin 159.5-ci maddəsinin tətbiq edilməməsi və əlavə dəyər vergisinin hesabla nmamasına istinad edərək əlavə dəyər vergisi hesablamışdır. Vergi Məcəlləsinin 159.5-ci maddəsinin tələbinə əsasən malların xarab olması o zaman vergi tutulan əməliyyat hesab edilə bilər ki, vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə etsin və müvafiq əvəzləşdirmə alsın və ya almaq hüququna malik olsun. İPM-nin 14-cü maddəsinin tələbinə əsasən mübahisələndirmə növündə iddia üzrə iddianın təminini istisna edən faktiki şərtlərinin mövcudluğunu cavabdeh sübut etməlidir ki, qeyd olunan hesablama ilə bağlı cavabdeh xarab olmuş malların vergi tutulan əməliyyat hesab edilməsinə əsas ola biləcək göstərilən halları sübut edə bilməmişdir. - Vergi orqanı təsisçinin müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxs olmasını müəyyən etmədən iddiaçı arasında olan borc (kredit) münasibətlərində ehtimallara əsaslanmaqla Mərkəzi Bankın kreditlər üzrə orta faiz dərəcəsinə əsasən mənfəətinin olduğu qənaətinə gəlmişdir. Vergi Məcəlləsinin 12.3-cü maddəsinə görə vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. Məcəllənin 104.1-cü maddəsinə görə rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Cavabdeh heç bir əsaslı səbəb olmadan borc məbləğləri hələ qaytarılmamış vəziyyətdə inzibati orqan tərəfindən mənfəət kimi vergitutma obyekti qismində qiymətləndirilmişdir.

11. Apellyasiya məhkəməsi yuxarıda qeyd edilən mövqeyini Mülki Məcəllənin 739.1, 739.2-ci, Vergi Məcəlləsinin 12.3, 104.1, 159.5, 175-ci, “Dərman vasitələri haqqında” Qanunun 1.0.10, 1.011, 1.012, 4.6-cı maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”nın 1.1, 1.2, 1.3, 2.1, 3.1, 3.2, 5.3, 5.4, 5.7-ci bəndlərinə istinad edərək əsaslandırmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh kassasiya şikayətində aşağıdakı dəlilləri qeyd etmişdir: - məhkəmə kollegiyası tərəfindən mövcud sahəni tə nzimləyən qanunvericilik normaları düzgün təhlil edilmədiyindən natamam formada təfsir edilmiş, bu səbəbdən əsaslandırma düzgün aparılmamış, yekunda yanlış qənaətə gəlinmişdir. -“Dərman vasitələri haqqında” Qanunun 4-cü maddəsinin müddəalarına əsasən dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satılması (dövlət satınalmaları zamanı və ya tibb müəssisələrinə təklif edilən topdansatış qiymətlərdən aşağı qiymətlər istisna olmaqla) qadağandır. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 2 019 nömrəli Qərarı ilə “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası” (bundan sonra-Qaydalar) təsdiq edilmişdir. Qaydaların səyyar vergi yoxlaması aparılan zaman qüvvədə olan 1.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq “Azərbaycan Respublikası dərman vasitələrinin Reyesti” nə daxil edilmiş dərman vasitələrinin qiymətləri Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası(bundan sonra -Şura) tərəfindən tənzimlənir. Qaydaların 1.4-cü bəndinə əsasən dövlət qeydiyyatına alınmış dərman vasitələrinin topdan və ya pərakəndə satışı Şura tərəfindən müəyyən edilən qiymətlərlə həyata keçirilir (5 mart 2024-cü il tarixli 118 nömrəli Azərbaycan Respublika sı Nazirlər Kabinetinin Qərarı ilə “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”nın 1.4-cü bəndinə “qiymətlərlə” sözündən əvvəl “həddən yuxarı olmayan” sözləri əlavə edilmişdir). Qaydaların 3.1-ci bəndinə əsasən dərman vasitəsinin ƏDV-siz topdansatış qiyməti ölkədaxili topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiymətinə bu Qaydanın 3.4-cü bəndinin cədvəl hissəsində topdansatış əczaçılıq müəssisəsi üçün nəzərdə tutulan müvafiq əlavələr edilməklə hesablanır (həmin qaydaların müvafiq cədvəli işə əlavə edilmişdir). Qaydaların 3.3-cü bəndinə əsasən topdansatış əczaçılıq müəssisəsi və aptek təşkilatı üzrə əlavələrin səviyyəsi dərman vasitəsinin ölkədaxili topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiymətinin hissələri (məbləğləri) üzrə faiz nisbətində ayrı-ayrılıqda müəyyən edilir. -Eyni zamanda Vergi Məcəlləsinin 14.10-cu maddəsinə əsasən qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənən mallar (işlər, xidmətlər) təqdim olunarkən (ixrac istisna olmaqla) və alınarkən vergitutma məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən qiymətlər əsas götürülür. Qeyd edilən norma məcburi xarakter daşıyır və həm vergi ödəyicisinin, həm də vergi orqanı üzərinə vəzifə qoyur. Vergi orqanı tərəfindən imperativ normanın tələblərinin icra etməsi isə, hazırki halda dərmanların təqdim edilməsi zamanı Tarif Şurasının müəyyən etdiyi qiymətləri əsas götürülməsi heç bir halda qanunsuz hesab edilə bilməz. Yuxarıda qeyd edilən normaların təhlilindən belə nəticəyə g əlinir ki, vergi ödəyiciləri tərəfindən dövlət qeydiyyatına alınmış dərman vasitələrinin satışı zamanı topdansatış qiymətlərinə endirim edilərək digər şəxslərə satılması hər hansı istisna halı ehtiva etmir, vergitutma məqsədləri üçün Tarif Şurası tərəfindən müəyyənləşdirilən qiymətlər əsas götürülməklə vergilərin hesablanması həyata keçirilməlidir. Səyyar vergi yoxlaması ilə əhatə olunan dövrdə "xxxx" MMC tərəfindən topdansatış əczaçılıq müəssisələrinə ("xxxx" QSC,"xxxx" QSC, "xxxx" Mmc, "xxxx" Firması, "xxxx" MMC) təqdim edilmiş dərman vasitələri yoxlama ilə nəzərə alınmış, lakin Dövlət Vergi Xidmətinin uçot-baza məlumatlarına əsasən digər ödəyicilər tərəfindən "TROKAS PHARMAM" MC-dən alınmış dərman vasitələrinin pərakəndə qaydada satışı üstünlük təşkil etdiyi üçün Tarif Şurası ilə tənzim lənən dərman vasitələrinin topdansatış qiyməti tətbiq etməklə hesablama aparılmışdır. - İş materiallarına əlavə edilmiş “podratçı təhlil” cədvəlindən göründüyü kimi adları qeyd edilmiş vergi ödəyicilərinin 2018,2019,2020,2021-ci illər üzrə təqdim etdiyi mənfəət vergisi bəyannamələri araşdırılaraq “Avromed Company" QSC, "xxxx" QSC, "xxxx" MMC, "Paşa-KF" firması, "xxxx" MMC-nin topdan qaydada satışının üstünlük təşkil etdiyi müəyyən edilmiş, "xxxx" MMC tərəfindən həmin ödəyicilərə təqdim edilmiş dərman vasitələrinin qiyməti yoxlama ilə nəzərə alınmış, lakin cədvəldə adları qeyd edilmiş digər vergi ödəyicilərinin - "xxxx" MMC, "xxxx" MMC, "xxxx" İstehsal-Kommersiya Şirkəti, "xxxx" MMC-nin pərakəndə qaydada satışının üstünlük təşkil etdiyi müəyyən edildiyindən Tarif Şurası ilə tənzimlənən də rman vasitələrinin topdansatış qiyməti tətbiq etməklə hesablama aparılmışdır. -VM-in 159.5-ci maddəsinin tələblərinə münasibətdə kassator qeyd etmişdir ki, məhkəmə kollegiyası tərəfindən nəzərə alınmamışdır ki, “Trokas Pharma" MMC tərəfindən 2018-ci il üzrə 327 112.43 manat, 2019-cu il üzrə isə 249 657.98 manat dəyərində olan dərman vasitələri xarab olmuş, lakin həmin xarab olmuş mallara Vergi Məcəlləsinin 159.5ci maddəsinin tələblərinə uyğun olaraq əlavə dəyər vergisi hesablanmamışdır. Nəticədə vergi orqanı tərəfindən “Trokas Pharma" MMC-yə 2018-ci il üzrə 58880.24 manat, 2019-cu il üzrə isə 44 938.44 manat, ümumilikdə 103 818.67 manat əlavə dəyər vergisi hesablanmışdır. -Müvafiq vergi ödəyicisinə münasibətdə vergi orqanı tərəfindən inventarizasiya keçirilməsi imperativ göstəriş ola bilmə z, ona görə ki, ƏDV-nin hesablanmasının əsası malların əskik gəlməsi deyil, Vergi Məcəlləsinin 159.5-ci maddəsidir. Yəni, Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan, qanunvericiliklə müəyyən edilmiş təbii itki normaları daxilində zay olmadan əmələ gələn itkilərdən, təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskik gəlmələrdən başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən ƏDV tutulan əməl iyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin mallar (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildik əvəzləşdirilir. Vergi Məcəlləsinin 175.10-cu maddəsinə əsasən gömrük orqanları tərəfindən verilmiş ƏDV-nin ödənildiyini göstərən idxal sənədləri ödənişin formasından asılı olmayaraq bu maddənin məqsədləri verginin əvəzləşdirilməsinə əsas verir. -ÖMV-in hesablaması üzrə kassator qeyd etmişdir ki, Vergi orqanı təsisçinin müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxs olmasını müəyyən etmədən iddiaçı arasında olan borc (kredit) münasibətlərində ehtimallara əsaslanmaqla Mərkəzi Bankın kreditlər üzrə orta faiz dərəcəsinə əsasənmənfəətini n olduğu qənaətinə gəlmişdir. Vergi Məcəlləsinin 123.1-ci maddəsinə əsasən rezident fiziki şəxsə, qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə (maliyyə lizinqini həyata keçirən fiziki şəxslər istisna olmaqla) və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentə rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1.22-ci və 102.1.22-2-ci maddələrində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Bundan başqa təsisçi tərəfində n hüquqi şəxsə faizsiz verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla hesablanmış faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcəsi ilə vergi hesablanarkən, qarşılıqlı surətdə asılı olan şəxslər arasında bağlanmış müqavilədə faktiki olaraq faiz öhdəliyi yaranmadığından gəlirdən çıxılan xərc elementi də formalaşmır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikası Konstitusiyası: Maddə

73. Vergilər və başqa dövlət ödənişləri İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.

16. Vergi Məcəlləsi: Maddə

12. Vergilərin müə yyən edilməsinin əsas şərtləri... 12.3. Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir Maddə

14. Bazar qiyməti... 14.10. Qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənən mallar (işlər, xidmətlər) təqdim olunarkən (ixrac istisna olmaqla) və alınarkən vergitutma məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən qiymətlər əsas götürülür. Maddə

16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək... Maddə

23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək... Maddə

24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludur;... Maddə

38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvv əl yazılı bildiriş göndərilir. 38.2. vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda, səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Maddə

94. Sübut etmək vəzifəsi... 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. Maddə

123. Ödəmə mənbəyində faizlərdən vergi tutulması 123.1. Rezident fiziki şəxsə, qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə (maliyyə lizinqini həyata keçirən fiziki şəxslər istisna olmaqla) və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyrirezidentə rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümay əndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1.22-ci və 102.1.22-2-ci maddələrində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur Maddə

159. Vergitutma obyekti... 159.5. Vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan, qanunvericiliklə müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələ gələn itkilərdən, təbii itki no rmaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələrdən başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır Maddə

175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərin in qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir:... 175.10. Gömrük orqanları tərəfindən verilmiş idxalda ƏDV-nin ödənildiyini göstərən idxal sənədləri ödənişin formasından asılı olmayaraq bu maddənin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas verir. Müvəqqəti idxal şəklində Azərbaycan Respublikasının ərazisinə buraxılan və müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar sonradan sərbəst dövriyyə üçün buraxılı ş gömrük proseduru altında yerləşdirildiyi halda idxal əməliyyatı üzrə ödənilmiş ƏDV məbləğləri malların sərbəst dövriyyəyə buraxıldığı hesabat ayında əvəzləşdirilir 17. “Dərman vasitələri haqqında” Qanun: Maddə

4. Dərman vasitələri ilə davranışın dövlət tənzimlənməsinin üsulları 4.1. Dərman vasitələri ilə davranışın dövlət tənzimlənməsi aşağıdakı üsullarla həyata keçirilir:... 4.1.5. dövlət qeydiyyatına alınmış dərman vasitələrinin (yalnız ixrac üçün Azərbaycan Respublikasında istehsal edilmiş dərman vasitələri istisna olmaqla) qiymətlərinin tənzimlənməsi;... 4.7. Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən yuxarı qiymətlərlə satılması qadağandır

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tari xli 2019 nömrəli Qərarı ilə “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası” 1.3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq Dərman vasitələrinin dövlət reyestrinə daxil edilmiş dərman vasitələrinin (yalnız ixrac üçün Azərbaycan Respublikasında istehsal edilmiş dərman vasitələri istisna olmaqla) topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddi Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası (bundan sonra – Şura) tərəfindən tənzimlənir 1.4. Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin topdan və ya pərakəndə satışı Şura tərəfindən müəyyən edilən həddən yuxarı olmayan qiymətlərlə həyata keçirilir.... 3.1. Dərman vasitəsinin ƏDV-siz topdansatış qiymətinin y uxarı həddi ölkədaxili topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiymətinə bu Qaydanın 3.4-cü bəndinin cədvəl hissəsində topdansatış əczaçılıq müəssisəsi üçün nəzərdə tutulan müvafiq əlavələr edilməklə hesablanır. Dərman vasitəsinin ölkədaxili topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiyməti Şura tərəfindən istinad üçün müəyyən edilən tarixə milli valyutanın ABŞ dollarına olan rəsmi məzənnəsi, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsbit edilən satış məzənnəsi üçün yuxarı hədd və nəzarət markasının qiyməti nəzərə alınmaqla bazis qiymət əsasında hesablanan qiymətdir. 3.2. Dərman vasitəsinin ƏDV-siz pərakəndə satış qiymətinin yuxarı həddi dərman vasitəsinin ƏDV-siz topdansatış qiymətinin yuxarı həddinə bu Qaydanın 3.4-cü bəndinin cədvəl hissəsində aptek təşkilatı üçü n nəzərdə tutulan müvafiq əlavələr edilməklə hesablanır. 3.3. Topdansatış əczaçılıq müəssisəsi və aptek təşkilatı üzrə əlavələrin səviyyəsi dərman vasitəsinin ölkədaxili topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiymətinin hissələri (məbləğləri) üzrə faiz nisbətində ayrı-ayrılıqda müəyyən edilir.

19. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və y alnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğ v edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayə tinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Bu səbəbdən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı qismən ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının qismən ləğv edilməsini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

23. Hazırda iddiaçı cavabdeh tərəfindən qəbul edilmiş 14 oktyabr 2022-ci il tarixli **********163520 saylı qərarını (əmlak vergisi və Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən tətbiq edilmiş maliyyə sanksiyası hissəsində istisna olmaqla) mübahisələndirir.

24. İşdən görünür ki, iddiaçı müxtəlif cəmiyyətlərə müxtəlif tərkibli dərman vasitələri təqdim etmişdir.

25. Cavabdehin mövqeyinə görə dövlə t qeydiyyatına alınmış dərman vasitələrinin topdan və ya pərakəndə satışı Tarif Şurası tərəfindən müəyyən edilən qiymətlərlə həyata keçirilir. İddiaçının topdansatışı üstünlük təşkil etdiyi üçün Tarif Şurasının müəyyən etdiyi qiymət əsasında hesablama aparılmış və kənarlaşan dövriyyə müəyyən edilmişdir. Bundan əlavə, vergi ödəyicisi tərəfindən dərman vasitələri xarab olmuş, lakin həmin xarab olan mallara Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən əlavə dəyər vergisi hesablanmamışdır. Nəticədə vergi hesablaması ilə yanaşı maliyyə sanksiyasının tətbiqi üçün əsas olmuşdur. Bundan başqa təsisçi tərəfindən iddiaçıya borc verilmişdir ki, həmin vəsait mədaxil olunmuş, lakin qaytarılmamışdır. Buna uyğun olaraq da faiz nəzərə alınmaqla iddiaçıya hesablama həyata keçirilmişdir. Bəzi malların isə a lışını təsdiq edən sənədlər olmadan satışının həyata keçirildiyi aşkar edilmiş və maliyyə sanksiyası tətbiq edilmişdir.

26. İddiaçı iddia ərizəsində isə bildirmişdir ki, Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurası tərəfindən yalnız aptek təşkilatlarına topdan və aptek təşkilatı tərəfindən pərakəndə satış qiyməti təsdiq edilir. İddiaçı topdan satış formasında satdığı malları aptek təşkilatlarına deyil, aptek təşkilatlarına topdan satışı həyata keçirən şirkətlərə təqdim etmişdir.

27. Apellyasiya məhkəməsi də öz növbəsində cavabdehin mövqeyini əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçı aptek təşkilatlarına topdan satışı həyata keçirən cəmiyyət olduğundan cavabdehin Tarif Şurası tərəfindən müəyyən edilən qiymətlər nəzərə almaqla vergi hesablaması və maliyyə sanksiyası tətbiq edilməsi əsası mövcud olmamışdır.

28. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir.

29. İlk öncə qeyd edilməlidir ki, “Dərman vasitələri haqqında” Qanunun 4-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən yuxarı qiymətlərlə satılması (dövlət satınalmaları zamanı və ya tibb müəssisələrinə təklif edilən topdansatış qiymətlərdən aşağı qiymətlər istisna olmaqla) qadağandır.

30. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli Fərmanı ilə Tarif (qiymət) Şurası d övlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin) və xidmət haqlarının tənzimlənməsini həyata keçirən kollegial icra hakimiyyəti orqanı olaraq müəyyənləşdirilmişdir.

31. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 2019 nömrəli Qərarı ilə “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası” təsdiq edilmişdir. Qaydaların səyyar vergi yoxlaması aparılan zaman qüvvədə olan 1.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq “Azərbaycan Respublikası dərman vasitələrinin Reyestri”nə daxil edilmiş dərman vasitələrinin qiymətləri Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir.

32. Vergi Mə cəlləsinin 14.10-cu maddəsinə əsasən qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənən mallar (işlər, xidmətlər) təqdim olunarkən (ixrac istisna olmaqla) və alınarkən vergitutma məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən qiymətlər əsas götürülür.

33. Göründüyü kimi, qeyd edilən norma imperativ xarakter daşımaqla həm vergi ödəyicisinin, həm də vergi orqanı üzərinə vəzifə qoyur.

34. Bundan əlavə qeyd edilməlidir ki, səyyar vergi yoxlaması aktından görünür ki, səyyar vergi yoxlaması ilə əhatə olunan dövrdə iddiaçı tərəfindən topdansatış əczaçılıq müəssisələrinə ("xxxx" QSC, "xxxx" QSC, "xxxx" Mmc, "xxxx" Firması, "xxxx" MMC) təqdim edilmiş dərman vasitələri yoxlama ilə nəzərə alınmış, lakin Dövlət Vergi Xidmətinin uçot-baza məlumatlarına əsasə n digər ödəyicilər tərəfindən "TROKAS PHARMAM" MCdən alınmış dərman vasitələrinin pərakəndə qaydada satışı üstünlük təşkil etdiyi üçün Tarif Şurası ilə tənzimlənən dərman vasitələrinin topdansatış qiyməti tətbiq etməklə hesablama aparılmışdır.

35. Belə ki, iş materiallarına əlavə edilmiş “podratçı təhlil” cədvəlindən göründüyü kimi adları qeyd edilmiş vergi ödəyicilərinin 2018,2019,2020,2021-ci illər üzrə təqdim etdiyi mənfəət vergisi bəyannamələri araşdırılaraq Avromed Company" QSC,"xxxx" QSC, "xxxx" MMC, "Paşa-KF" firması, "xxxx" MMC-nin topdan qaydada satışının üstünlük təşkiletdiyi müəyyən edilmiş, "xxxx" MMC tərəfindən həmin ödəyicilərə təqdim edilmiş dərman vasitələrinin qiyməti yoxlama ilə nəzərə alınmış, lakin cədvəldə adları qeyd edilmiş digər vergi ödəyicilərinin - "xxxx" MMC, "x xxx" MMC, "xxxx"İstehsal-Kommersiya Şirkəti, "xxxx" MMC-nin pərakəndə qaydada satışının üstünlük təşkil etdiyi müəyyən edildiyindən Tarif Şurası ilə tənzimlənən dərman vasitələrinin topdansatış qiyməti tətbiq etməklə hesablama aparılmışdır.

36. Məhkəmə kollegiyası hesab edir ki, vergi orqanı tərəfindən imperativ normanın tələblərinin icra etməsi, hazırkı halda dərmanların təqdim edilməsi zamanı Tarif Şurasının müəyyən etdiyi qiymətləri əsas götürülməsi qanunsuz hesab edilə bilməz.

37. Bundan əlavə, apellyasiya məhkəməsi cavabdeh tərəfindən xarab olmuş mallara Vergi Məcəlləsinin 159.5-ci maddəsinin tətbiqi və həmin mallara əlavə dəyər vergisinin hesablanması ilə bağlı qeyd etmişdir ki, vergi orqanı tərəfindən xarab olmuş mallara görə həmin malların alışı zamanı cəmiyyət tərəfindən əlavə dəy ər vergisinin ödənilməsi cəmiyyət tərəfindən ƏDV-ni əvəzləşdirmək hüququnun olması və həmin malların dəyərinin cəmiyyətin vergi tutulan dövriyyəsində əks etdirilməsi müəyyən edilməmiş, cəmiyyətə məxsus olmalarının buna uyğun olaraq inventarizasiyası keçirilməmişdir.

38. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bu mövqeyini də əsaslı hesab etmir.

39. Belə ki, Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan, qanunvericiliklə müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələ gələn itkilərdən, təbii itki normaları daxilində xarabolm alar və bu kimi əskik gəlmələrdən başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır.

40. Apellyasiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır ki, “Trokas Pharma" MMC tərəfindən 2018-ci il üzrə 327 112.43 manat, 2019-cu il üzrə isə 249 657.98 manat dəyərində olan dərman vasitələri xarab olmuş, lakin həmin xarab olmuş mallara Vergi Məcəlləsinin 159.5-ci maddəsinin tələblərinə uyğun olaraq əlavə dəyər vergisi hesablanmamışdır. Nəticədə vergi orqanı tərəfindən “Trokas Pharma" MMC -yə 2018-ci il üzrə 58880.24 manat, 2019-cu il üzrə isə 44 938.44 manat, ümumilikdə 103 818.67 manat əlavə dəyər vergisi hesablanmışdır.

41. Apellyasiya məhkəməsinin cavabdeh tərəfindən inventarizasiyanı keçirilməməsi ilə bağlı dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə iddiaçı həmin xarab olan malların siyahısını özü təqdim etmiş və buna münasibətdə akt tərtib edilmişdir.

42. Hazırkı iş üzrə mallardan (işlərdən, xidmətlərdən) ƏDV-nin hesablanmasını istisna edən qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan, qanunvericiliklə müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələ gələn itkilərdən, təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələr barədə şərtlərdən hər hansı birinin mövcudluğu öz təsdiqini tapmamışdır.

43. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, müvafiq vergi ödəyicisinə münasibətdə vergi orqanı tərəfindən inventarizasiya keçirilməsi imperativ göstəriş ola bilməz, belə ki, ƏDV-nin hesablanmasının əsası mall arın əskik gəlməsi deyil, Vergi Məcəlləsinin 159.5-ci maddəsidir.

44. Qeyd edilənlər ilə yanaşı məhkəmə kollegiyası apellyasiya məhkəməsinin cavabdeh tərəfindən iddiaçıya ödəmə mənbəyində verginin qanunsuz olaraq hesablanması barədə mövqeyi ilə razılaşaraq qeyd edir ki, səyyar vergi yoxlaması ilə əhatə olunan dövrdə (xx.xx.2018-xx.xx.2021) cəmiyyətin təsisçisi X1 tərəfindən müəssisəyə 290 000.00 manat borc verilməsi və həmin məbləğ müəssisənin bank hesabına mədaxil edilməsi müəyyən edilmişdir.

45. Bununla bağlı formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, cəmiyyətin təsisçisinin müstəqil peşə fəaliyyəti şəklində borc pul verməsi və həmin pulun qaytarılmasına görə gəlir əldə etməsi iş üzrə sübuta yetirilmədiyi hallarda təsisçinin müəssisəyə verdiyi borcun qaytarılmasının ÖMV-yə cəlb ed ilməsi qanunsuz hesab edilmişdir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)1914/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 21(102)2215/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)1380/2024 nömrəli qərarları).

46. Beləliklə işə baxan apellyasiya instansiyası məhkəməsi isə işin faktiki hallarına tam düzgün qiymət verməmiş, bununla da yanlış hüquqi nəticəyə gəlmişdir.

47. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilmə z və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur.

48. Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə əsasən, vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən vergi orqanının hesablamalarının tam səhv olduğu sübuta yetirilməmişdir.

49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı “cavabdehin **********163520 nömrəli 14 oktyabr 2022-ci il tarixli qərarının mənfəət və əlavə dəyər vergisinin və həmin tədiyyələr üzrə hesablanmış maliyyə sanksiyasının hesablanması ilə bağlı” hissəsində l əğv edilməli, həmin hissədə iddia rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərarı “cavabdehin **********163520 nömrəli 14 oktyabr 2022-ci il tarixli qərarı ilə hesablanmış ödəmə mənbəyində tutulan verginin ləğv edilməsi” hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

50. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 avqust 2024-cü il tarixli 21(103)- 2049/2024 nömrəli qərarı qismən, yəni “cavabdehin **********163520 nömrəli 14 oktyabr 2022-ci il tarixli qərarının mənfəət və əlavə dəyər vergisinin və həmin tədiyyələr üzrə hesablanmış maliyyə sanksiyasının hesablanması ilə bağlı” hissəsində ləğv edilsin. Həmin hissədə iddia rədd edilsin. Bakı Apellyasiya Məhkəməsini n İnzibati Kollegiyasının 08 avqust 2024-cü il tarixli 21(103)-2049/2024 nömrəli qərarı “cavabdehin **********163520 nömrəli 14 oktyabr 2022-ci il tarixli qərarı ilə hesablanmış ödəmə mənbəyində tutulan verginin ləğv edilməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar