Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2100/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-2100/19 Bakı şəhəri 04 sentyabr 2019-cu il 04.09.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin vəkili XXXun iştirakları ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 mart 2019-cu il tarixli, 2-1(103)-542/2 019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ukrayna Respublikası X1 Universiteti tərəfindən onun adına verilmiş B16 180776 saylı, 30 iyun 2016-cı il tarixli diplom üzrə aldığı ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 2011-ci ildə Ukrayna Respublikası Ukrayna X1 Universitetinin qiyabi şöbəsinə daxil olmuş, 2016-cı ildə Ukrayna X1 Universitetini bitirmiş, “müəssisələrin iqtisadiyyatı” ixtisası üzrə bakalavr dərəcəsinə və müəssisələrin iqtisadiyyatı üzrə bakalavr ixtisasına yiyələnmişdir. Ukrayna Respublikası Ukrayna X1 Universiteti tərəfindən onun adına verilmiş diplom üzrə aldığı ixtisasın Azərbaycan Respublikası ərazisində tanınmasına dair cavabdehə müraciət etmiş, cavabdeh isə həmin universitetin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olması səbəbindən diploma əlavədə qeyd olunmuş tədris yükünü yerinə yetirməsinin mümkün olmamasına əsaslanmaqla imtina etmişdir. Cavabdeh təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, iddiaçının diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün müraciəti əsasında sənədləri araşdırılarkən, onun təqdim etidiyi diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü i l tarixli, 64 saylı qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi Qaydaları”na uyğun gəlmədiyi ekspert qrupu tərəfindən müəyyən edilmişdir. Ekspert rəyində Ukrayna X1 Universitetinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçının həmin ölkədə qısa müddət ərzində olması səbəbindən diploma əlavədə qeyd olunmuş tədris yükünün yerinə yetirilməsinin qeyrimümkün olduğu qeyd edilmişdir ki, bununla da iddiaçıya müvafiq şəhadətnamənin verilməsi məqsədəuyğun sayılmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli, 2-1(82)3316/2018 saylı qərarı ilə (hakim Xaliq İmanov) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçının aldığı təhsilin forması qiyabi, müddəti 5 il, istiqaməit “müəssisələrin iqtisadiyyatı”, sənədin verdiyi hüquqlar isə Azərbaycan Respublikasnda verilən təhsilin meyarlarına uyğun olmuşdur. İddiaçı aldığı diplomun ölkə ərazisində tanınmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh isə imtinasının əsasını təşkil edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, habelə iddiaçının təhsil aldığı ölkədə qısa müddət ərzində olması ilə bağlı sübutlarını və mənfi ekspert rəyini məhkəməyə təqdim etməmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 mart 2019-cu il tarixli, 2-1(103)-542/2019 saylı qərarı ilə (sədrlik edən Ülv i Mayılov, hakimlər Mirzə Tağızadə və Cahangir Yusifov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia təmin edilməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası və Ukrayna Respublikası arasında bağlanmış müvafiq saziş həmin ölkələrdə orta ümumtəhsil və texniki-peşə təhsili haqqında verilən dövlət sənədlərinin qarşılıqlı surətdə tanınmasını və növbəti pillədə təhsili davam etdirərkən bu sənədlərin ekvivalent sayılmasını müəyyən etmiş, lakin ali təhsil sənədləri olan diplomların tanınmasını onların Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “kiçik mütəxəssis“,”bakalavr”, “mütəxəssis” və “magistr” ixtisas dərəcələri haqqında verilmiş diplomlara, təhsil müddətinə və təhsilin məzmununa görə uyğun olmaları ilə şə rtləndirmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi Qaydaları”nın 1.2, 1.5, 1.6, 2.2, 3.3, 3.5, 3.6-cı bəndləri, “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş”in 2, 5, “Təhsil haqqında” Azərbaycan Respublikası Qamimim 1.0.43, 27.4, “Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları”nın 4.1, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 14.3, 52, 58.1, 58.7-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək, onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassas iya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı şikayətində bildirmişdir ki, apellyasiya məhkəməsi iddia tələbinin təmin olunmamasının əsası kimi cavabdehin ekspert qrupu tərəfindən verilmiş ekspert rəyinə istinad etmişdir. Lakin, məhkəmə bu zaman iddiaçının təhsil almaq üçün hansı müddətdə xarici ölkədə olduğunu, həmin müddətin hansı tarixləri əhatə etdiyini, eləcə də həmin “qısa müddətin” neçə gündən ibarət olmasını, Azərbaycan Respublikasında analoji ixtisas üzrə müvafiq dərs yükünə yiyələnməyin hansı müddətə mümkün olduğunu, iddiaçının fərdi şəxsi keyfiyyətlərini, əqli qavrama qabiliyyəti və səviyyəsini dəqiqləşdirməyən ekspert rəyini araşdırmamış və buna hüquqi qiymət verməmişdir. İddiaçı həmçinin qeyd etmişdir ki, o, 01 sentyabr 2011-ci il tarixdə müsahibə yolu ilə “müəssisələrin iqtisadiyyatı” ixtisası üzrə X2 Universitetinə daxil olaraq həmin təhsil müəssisəsini 2016-cı il tarixdə bitirmiş, bu müddət ərzində mütəmadi olaraq normativlərə uyğun olaraq təhsilini davam etdirmiş, gündəlik seminarlarda iştirak etmiş, imtahanlarını, differensasiya edilmiş testləri, illik layihələri verərək məqbul nəticələr əldə etmiş və məhz buna görə Univeritet tərəfindən müvafiq diplom verilmişdir. Lakin apellyasiya məhkəməsi bütün bu göstərilənləri nəzərə almamışdır. Başqa bir dəlillə bildirilmişdir ki, qanunvericilik ekvivaletlik haqqında şəhadətnamənin verilməsindən imtina edilməsi üçün dərs yükünə yiyələnmə müddətini əsas olaraq müəyyən etməmiş, habelə “Azərbaycan Respublikası Hökuməti ilə Urayna Nazi rlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş” də ekvivalentliyin verilməsi əsası kimi tədris yükünə yiyələnmə müddətini deyil, təhsilin müddəti və məzmununu əsas kimi nəzərdə tutmuşdur. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi iddiaçı “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi Qaydaları”nın 3.7-ci bəndi, “Azərbaycan Respublikası Hökuməti ilə Urayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş”in 5, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası”nın 6, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1, 372.7, 418.3, 417.1.4-cü mad dələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. X3 Nəqliyyat Universiteti tərəfindən verilmiş 30 iyun 2016-cı il tarixli, B16 180776 saylı bakalavr diplomunun azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, iddiaçı həmin universitetin “müəssisələrin iqtisadiyyatı” ixtisası üzrə tam kursunu bitirmiş və ona müəssisələrin iqtisadiyyatı üzrə bakalavr dərəcəsi verilmişdir. X3 Nəqliyyat Universiteti tərəfindən verilmiş 30 iyun 2016-cı il tarixli B16 180776 saylı diploma əlavənin azərbaycan dilinə təcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, iddiaçı X3 Nəqliyyat Universitetinin “müəssisələrin iqtisadiyyatı” ixtisası üzrə əyani təhsil aldığı zaman 72 fəndən kafi və məqbul qiymət almış, tədris təcrübəsini keçmiş, attestasiya imtahanlarını vermişdir. X3 Nəqliyyat Universiteti tərəfindən verilmiş 30 iyun 2016-cı il tarixli, B16 180776 saylı diplom və həmin təhsil müəssisəsində öyrəndiyi fənlərin adları əks olunmuş, i xtisası üzrə dövlət imtahanı verildiyi göstərilmiş diploma əlavə Ukrayna Respublikası Təhsil və Elm Nazirliyi tərəfindən 26 sentyabr 2016-cı il tarixdə A-62596-16 nömrəsi ilə 05 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 18 yanvar 2018-ci il tarixli 23-04-17/ANİ saylı cavab məktubundan müəyyən olunur ki, xarici ali təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyin müəyyən edilməsi barədə iddiaçının 19 iyul 2017-ci il tarixli elektron ərizəsinə baxılmış, ali təhsil sənədlərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, X3 Nəqlliyyat Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkəd ə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Digər prosessua l normalar yoxlanılarkən onların aşağıdakı qaydada pozulması müəyyən edilmişdir. Azərbaycan Respublikası İPM-nin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddia tələbi iddiaçı xarici dövlətin diplomu üzrə aldığı ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində aparılan icraatı zamanı iddiaçı tərəfindən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edilmədiyi halda, məhkəmə qərarında bildirmişdir ki, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, diplomun tanınması və ekvivalentliyinin müəyyən edilməsinə dair şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh üzərinə q oyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Halbuki, ixtisasın tanınması və ya diplomun ekvivalentliyinin müəyyən edilməsi məsələləri müxtəlif iddia tələblərini özündə ehtiva edir. Qeyd edilmiş halda birinci instnasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 52-ci maddəsinin tələbləri pozulmuşdur. Apellyasiya məhkəməsi tərəfindən qeyd edilmiş prosessual pozuntuya əhəmiyyət verilmədən, eyni qaydada iddiaçı tərəfindən iddianın dəyişdirilməsi barədə ərizənin təqdim edildiyi və tələbə “diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi” kimi qiymət verilmişdir. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Azərbaycan Respublikası İPM-nin 52-ci maddəsinin tələbləri pozulmuşdur. Maddi hüquq normalar yoxlanılarkən məhkəmə kollegi yası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etsə də, lakin onların tətbiqi üçün işin hallarını tam müəyyən etməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının müraciəti əsasında, cavabdeh tərəfindən iddiaçının ixtisas üzrə biliklərinin Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyi müəyyən edildiyindən, müvafiq şəhadətnamənin verilməsi mümkün olmamışdır. Bu mövqeyi iddiaçı o əsasla mübahisələndirmişdir ki, məhkəmə gəldiyi nəticəni ekspert rəyi ilə əsaslandırsa da, lakin bu zaman iddiaçının təhsil almaq üçün hansı müddətdə xarici ölkədə olduğunu, həmin müddətin hansı tarixləri əhatə etdiyini, eləcə də həmin “qısa müddətin” neçə gündən ibarət olmasını və digər məsələləri üzrə ekspert rəyini ar aşdırmamış və buna hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası dəlili qismən əsaslı hesab edir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli Qanunu ilə 1997-ci il aprelin 11-də Lissabon şəhərində imzalanmış «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiya təsdiq edilmişdir. Qeyd olunmuş Konvensiyanın müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: - İ fəslinə əsasən, səlahiyyətli tanınma təşkilatı kimi xarici ixtisasların tanınması ilə əlaqədar qərarlarına rəsmən məsuliyyət daşıyan orqan; habelə tanınma kimi təhsil və yaxud iş fəaliyyəti ilə məşğul olmaq imkanı vermək məqsədilə səlahiyyətli təşkilatlar tərəfindən xarici təhsil ıxti sasının dəyərliyi barədə rəsmi təsdiqlənmə müəyyən edilmişdir; - İİ fəslin İİ.1-cı maddəsinin 1-ci bəndinə əsasən, tanınma halları zamanı qərarların qəbul edilməsi iştirakçı dövlətin mərkəzi təşkilatlarının səlahiyyətinə aid olduqda həmin dövlət bu Konvensiyada nəzərdə tutulanlarla bağlıdır və onun ərazisində Konvensiyada nəzərdə tutulanların həyata keçirilməsini təmin etməlidir. - İİİ fəslin İİİ.1-ci maddəsinin 2-ci bəndinə əsasən, hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. Azərbaycan Respublikası və Ukrayna istinad edilmiş Konvensiyaya qoşulmaqla ona riayət edilməsi öhdəliyini götürmüşdürlər. «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensi yanın təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 06 mart 2000-ci il tarixli, 346 saylı Sərəncamının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Təhsil Nazirliyi «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya»da nəzərdə tutulmuş ali təhsil sahəsində xarici ixtisasların tanınması məsələləri üzrə Azərbaycan Respublikası tərəfindən səlahiyyətli orqan təyin edilmişdir. Qanunun icrası ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası) Qaydaları” (bundan sonra – Qaydalar) təs diq edilmişdir. Bununla yanaşı, “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivaletliyi haqqında” Saziş imzalanmışdır. Qeyd edilmiş Sazişin 5 və 6-cı müddəaları ali təhsilə aid olan diplomların tanınması ilə bağlı məsələləri əks etdirmişdir. Belə ki: - 5-c maddəyə əsasən, Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir; - 6-cı maddəyə əsasən, bu Sazişin ali təhsilə aid olan müddəaları Azərbaycan Respublikası və Ukraynada mülkiyyət formasından asılı olmayaraq, akkreditə olunmuş (qeydiyyatdan keçmiş) bütün ali təhsil müəssisələrini əhatə edir. Bu iki müddəaların mənasından bəlli olur ki, Ukraynada verilmiş diplom aşağıdakı şərtlərin mövcudluğu halında təhsinin davam etdirilməsi üçün tanına və ixtisas dərəcəsinə əsasən işə qəbul olunma hüququnu verə bilər: - ali təhsil müəssisəsi Ukraynada dövlət qeydiyyatından keçməli; - diplom Azərbaycan Respublikasında verilən diplomların təhsil müddətinə və təhsilin məzmununa uyğun gəlməlidir. Beləliklə, istər beynəlxalq Konvensiyanın tələblərinin icrası ilə bağlı, istərsə də iki dövlət arasında bağlanmış Sazişin müddəalarına görə, diplomun tanınması və ixtisas dərəcəsinin müəyyən edilməsi üçün müvafiq prosedur qaydalar ına riayət edilməsi zəruri olmuş və bu prosedur yuxarıda istinad edilmiş Qaydalara əsasən həyata keçirilməlidir. Həmin Qaydaların: - 1.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür; - 1.3-cü maddəsinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haq qında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir; - 1.6-cı bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Bu müddəaları n ümumiləşdirilmiş təhlilinə görə, xarici dövlət tərəfindən verilmiş diplomun bir halda tanınması, digər halda isə ixtisasının ekvivalentliyinin müəyyən edilməsi üzrə cavabdeh tərəfindən müvafiq araşdırma aparılmaqla iki növ Şəhadətnamələrin verilməsi nəzərdə tutulmuşdur. İxtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamə onun sahibinə keçirilmiş fənlərin müvəffəqiyyətlə verilməsi nəzərə alınaraq təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verir (Qaydalara 2 nömrəli əlavə). İixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə isə Azərbaycan Respublikasında müvafiq ixtisas/istiqamət üzrə uyğun ixtisas dərəcəsi verilən diploma ekvivalentliyi müəyyən edir (Qaydalara 1 nömrəli əlavə), yəni müvafiq işə qəbul olunmaq üçün əsas yaradır. İxtisasların tanınması haqqında prosedurun təşkili Qaydaların İİ hissəsində, ixtisasların ekvivalentliyinin müəyyənləşdirilməsi isə Qaydaların İİİ hissəsində nizamlanmışdır. İlk olaraq qeyd edilməlidir ki, iddiaçı tərəfindən diplomun ekvivalentliyinin müəyyən edilməsi haqqında məsələ qaldırılmamış, onun tərəfindən yalnız ixtisaslarının tanınması haqqında məsələ qaldırılmışdır ki, artıq bu hal Qaydaların 1.6-cı bəndinin üçüncü hissəsinin tətbiqini istisna edir. Həmin bənddə ekvivalentliyin müəyyən edilməsi ilə bağlı məsələ tənzimlənmişdir. Digər tərəfdən, həmin bəndin tətbiqi onu ehtiva edir ki, bağlanmış xüsusi razılaşma ilə Azərbaycan Respublikasında qəbul edilmiş Təsnifatda nəzərdə tutulmuş müvafiq ixtisasların/istiqamətlərin (şifrə üzrə) xarici ölkədə müəyyən edilmiş eyni mahiyyətli ixtisaslara ekvivalentliyi, yəni b ərabərliyi artıq müəyyən edilmiş olur. İddiaçının istinad etdiyi Sazişin mahiyyəti iki ölkə arsında ixtisasların/istiqamətlərin (şifrə üzrə) digər ölkədə müəyyən edilmiş eyni mahiyyətli ixtisaslara ekvivalentliyi müəyyən edilməsi ilə bağlı olmamışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələb diplomunun tanınması ilə bağlı olduğundan, Qayadaların 2.2-ci bəndində nəzərdə tutulmuşdur ki, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr,təhsilin dövlət standartlarıvə Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. İşin hallarından göründüyü kimi, iddiaçıya bakalavr dərəcəsi üzrə diplom verilmişdir. İddiaçı qiyabi formada təhsil aldığını bildirsə də, apellyasiya məhkəməsi işin hal larında iddiaçının əyani təhsil aldığını göstərmişdir. Beləliklə, iddiaçının hansı förmada – qiyabi və ya əyani təhsil aldığı müəyyən edilməlidir. «Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 117 saylı, 24 iyun 2010-cu il tarixli qərarının: - 1.6-cı bəndinə əsasən, bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir; - 2.8-ci bəndində müəyyən edilmişdir ki, qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Maddələrin tətbiqi ilə bağlı isə apellyasiya məhkəməsi hər hansı bir araşdırma aparmamış və bu hissədə məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətində bildirdiyi dəlili əsaslı hesab edir. Belə ki, cavabdehin imtina məktubundan, etiraz və apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, iddiaçının tələbinin təmin edilməməsinin əsası universitetin tədris normativləri üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyri-mümkünlüyü ilə əlaqələndirilmişdir. 21 fevral 2019-cu il tarixli məhkəmə iclas protokolundan göründüyü kimi, cavabdeh imtinaya əsas olmuş sənədlərin təqdim edilməsi üçün vaxt verilməsini xahiş etmiş və bu əsasla məhkəmə iclası təxirə salınmışdır. 28 mart 2019-cu il tarixli məhkəmə iclas protokolundan göründüyü kimi, müvafiq sənədləri cavabdeh təqdim etmiş və onların kollegiya tərəfindən araşdırılması göstərilmişdir. Lakin apellyasiya məhkəməsi hansı istiqamətdə həmin sənədlər üzrə araşdırmanın aparıldığı qeyri-müəyyən olmaqla, qərarda da öz əksini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən qeyd edilmiş halda Azərbaycan Respublikası İPM-nin 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi” və apellyasiya məhkəməsinin səlahiyyətləri ilə bağlı 82-ci maddəsinin tələbləri pozulmuşdur. Müddəaların tələblərinə görə, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında şikayətə tam həcmdə baxan apellyasiya məhkəməsi iş üzrə araşdırma apardıqda, işdə olan sənədlərlə məhdud olmamalı və iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bu müddəalara əsaslanmaqla məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiya məhkəməsi mübahisələndirilən məsələnin həlli məqsədilə əlavə sübutlar tələb etməli və həmin sübutlara əsasən tələbə qiymət verməlidir. Belə ki, cavabdehin imtinasının əsasları yoxlanılması məqsədilə iddiaçının hansı müddətlərdə təhsil aldığı ölkə və şəhərdə olduğu müəyyən edilməklə, tələbə qiymət verilməlidir. Azərbaycan Respublikası İPM-nin 96.5.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və i şi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 mart 2019-cu il tarixli, 2-1(103)-542/2019 tərəfindən saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-2100/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2100/2019
04.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver