Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2100/2020 08.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xxx qızı Sumqayıt Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinin mülkiyyətə verilməsi barədə bələdiyyə qərarının etibarsız hesab edilməsi; torpaq sahəsinin koordinatları; torpaqayırma sənədləri. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə İddiaçı xxx qızının cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı Abşeron rayon İcra Hakimiyyəti başçısının xx xxxx 1992-ci il tarixli 318 saylı sərəncamı ilə Novxanı sovxozu ərazisin dən onun istifadəsinə verilmiş torpaq sahəsinin Sumqayıt bələdiyyəsinin vətəndaş Abbasov Rüstəm Həmid oğlunun mülkiyyətinə verilməsi barədə xx xxx 2007-ci il tarixli, 16 saylı qərarının və onun doğurduğu hüquqi nəticələrin etibarsız sayılması tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)21/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Abşeron rayon İcra Hakimiyyətinin xx xxxx 1992-ci il tarixli, 318 saylı sərəncamı ilə Abşeron rayon “Maarif” bağçılıq-bostançılıq şirkəti idarə heyətinin xx xxxx 1992-ci il tarixli protokolundan çıxarış nəzərə alınaraq Novxanı sovxozu ərazisindən 0.10 ha torpaq sahə si iddiaçı xxx qızının istifadəsinə verilmişdir.
2. Sumqayıt Şəhər Bələdiyyəsinin xx xxx 2007-ci il tarixli, 16 nömrəli protokolu ilə “Novxanı” bağları ərazisində yerləşən 1200 kv.m bağ torpaq sahəsi xxx oğlunun mülkiyyətinə verilmişdir. “Torpaqların alqı-satqısına dair” xx xxxx 2007-ci il tarixli aktla “Novxanı” bağları ərazisində yerləşən 1200 kv.m bağ torpaq sahəsinin alqı-satqısı rəsmiləşdirilmiş, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 5026A nömrəli, 0.12 ha bağ sahəsi üzərində xxx oğlunun mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə, MH seriyalı, ******* saylı, xx.xx.2008-ci il tarixli müvafiq çıxarış verilmişdir. İŞ ÜZR Ə QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki birinci icraat
3. İddiaçı xxx qızı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon İcra Hakimiyyəti başçısının xx xxxx 1992-ci il tarixli, 318 saylı sərəncamı ilə Novxanı sovxozu ərazisindən onun istifadəsinə verilmiş torpaq sahəsinin Sumqayıt şəhər Bələdiyyəsinin vətəndaş xxx oğlunun mülkiyyətinə verilməsi barədə xx xxx 2007-ci il tarixli, 16 saylı qərarının və onun doğurduğu hüquqi nəticələrin etibarsız sayılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının xx xxxx 1992-ci il tarixli 318 saylı sərəncamı ilə Abşeron rayon “Maarif” bağçılıqbostançılıq şirkəti idarə heyətinin xx xxxx 199 2-ci il tarixli protokolundan çıxarışı nəzərə alınaraq, Novxanı sovxozu ərazisindən 0.10 ha torpaq sahəsi bağçılıq-bostançılıq məqsədilə iddiaçının istifadəsinə verilmişdir. Həmin vaxtdan iddiaçı istifadəsinə verilmiş torpaq sahəsini hasarlayaraq ondan istifadə etmiş, torpağa qulluq göstərmişdir. Lakin sonradan səhhətində yaranmış problemlərlə əlaqədar olaraq və iş həcminin çoxluğu səbəbindən bir müddət bağ sahəsinə gedə bilməmişdir. Bundan istifadə edən Sumqayıt Bələdiyyəsi 1992-ci ildən iddiaçının istifadəsinə verilmiş torpaq sahəsini xx xxx 2007-ci il tarixli, 16 saylı qərarı ilə xxx oğlunun mülkiyyətinə vermişdir. Sonuncu da həmin torpaq sahəsinin hasarlı olmasına baxmayaraq torpağı qəbul etmişdir. İddiaçı dəfələrlə Sumqayıt şəhər bələdiyyəsinə və aidiyyəti icra hakimiyyəti orqanlarına müraciətlər etmişdir. Sumqayıt şəhər Bələdiyyəsində də sənədləşmə işləri aparılarkən qanun pozuntusuna yol verildiyi etiraf edilərək xxx oğlunun adından çıxış edən və bələdiyyədə sənədləşmə işləri aparan İslam adlı şəxslə əlaqə saxlanılmış və ona torpaq sahəsinin dəyişdirilməsi təklif olunmuşdur. Ancaq sonuncu əvvəlcə bu təkliflə razılaşsa da, sonradan gizlənməyi və məsələnin qarşılıqlı razılaşma yolu ilə həllindən yayınmağı üstün tutmuşdur. İddiaçı daha sonra bildirmişdir ki, qeyd edilən torpaq sahəsi “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən onun əvəzsiz mülkiyyətinə verilmiş, bu hüququ Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qanuni qüvvəsini almış xx xxxx 2013-cü il tarixli 2-2-1xx-xx/2013 saylı qərarı ilə tanınmışdır. Hesab edir ki, 1992-ci ildən istifadəsinə verilmiş torpaq sahəsinin Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən xx xxx 2007-ci il tarixli, 16 saylı qərarla xxx oğlunun mülkiyyətinə verilməsi müvafiq qanunun normalarının tələblərini və onun torpaq sahibi kimi hüquqlarını pozmuşdur. Adı çəkilən torpaq sahəsinin torpaq islahatı nəticəsində hətta bələdiyyənin nəzarətinə verildiyi fərz edilsə belə, həmin torpaq sahəsi üzərində onun faktiki olaraq mülkiyyət hüququ yaranmışdır. Belə olan halda bu torpaq sahəsi nə yerli özünüidarə orqanı olan Sumqayıt şəhər Bələdiyyəsi, nə də hər hansı bir digər təşkilat tərəfindən başqa şəxsin adına sənədləşdirilə bilməz.
5. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi, xxx oğlu, X10, X4, X7, X5 və X12 inzibati məhkəmə icraatına üçüncü şəxs qismind ə cəlb edilmişlər.
6. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-66/2015 saylı, xx xxx 2015-ci il tarixli qərardadı ilə (hakim: Z.İ.Məmmədov) iddia mümkün sayılmamışdır.
7. Məhkəmə hesab etmişdir ki, mövcud mübahisə üzrə hüquqi nəticə xx xxxx 2007-ci il tarixli “Torpaqların alqı-satqısına dair” akt (müqavilə) əsasında yarandığından və “Torpaqların alqı-satqısına dair” aktın (müqavilənin) etibarsızlığı mülki münasibətlərdən əmələ gələn mübahisə olduğundan işə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.
8. İddiaçı apelyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
9. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)301/2015 nömrəli iş üzrə xx xxxxxxx 2015-ci il tarixli qərardad ı ilə (sədrlik edən: S.İ.Bəktaşi, hakimlər: N.M.Nəsibov və X.A.Cəmilova) iddiaçının apelyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-66/2015 saylı, xx xxx 2015-ci il tarixli qərardadı ləğv edilərək, məhkəmə icraatının davam etdirilməsi üçün iş həmin məhkəməyə göndərilmişdir.
10. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi hazırki mübahisəni araşdırarkən Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-2(105)-40/2013 nömrəli iş üzrə xx xxxx 2013-cü il tarixli qərarının mövcudluğunu nəzərə almamışdır. Həmin qərara əsasən Novxanı sovxozu ərazisindən xxx qızına və 21 nəfərə ayrılmış torpaq sahəsinin planı və ölçülərinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Torpaq və Xətirəçəkmə Komitəsinin Abş eron rayon şöbəsinin üzərinə qoyulmuşdur.
11. Apelyasiya instansiyası məhkəməsinin qərardadından üçüncü şəxs xxx oğlu kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-66/2015 saylı, xx xxx 2015-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-255/2016 nömrəli iş üzrə xx xxxxxx 2016-cı il tarixli qərardadı ilə (sədrlik edən: R.S.Nəbizadə, hakimlər: N.İ.Rəsulbəyova və İ.K.Hüseynov) kassasiya mümkün sayılmamış, şikayətin qəbulundan imtina edilmişdir.
13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddianın mümkün sayılması barədə qərardadlardan şikayət verilməsi qanunda nəz ərdə tutulmamışdır. ç) birinci instansiyası məhkəməsindəki ikinci icraat
14. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-669/2016 saylı, xx xxx 2016-cı il tarixli qərardadı ilə (hakim: İ.R.Quliyev) iddia mümkün sayılmamışdır.
15. Birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasını onunla əsaslandırmışdır ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının xx xxxx 1992-ci il tarixli 318 saylı sərəncamı ilə Novxanı sovxozu ərazisində iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinin harada yerləşməsinin müəyyən edilməsi və həmin torpaq sahəsinin mübahisələndirilən bələdiyyə qərarı ilə ayrılmış torpaq sahəsi ilə eyniyyət təşkil etməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Beləliklə, cavabdeh bələdiyyənin mübahisələndirilən qərarı ilə ayrılmış torpaq sahəsinin iddiaç ının iddia etdiyi torpaq sahəsi ilə eyni torpaq sahəsi olmasını, həmin qərarın iddiaçının hüquq və qanunla qorunan maraqlarını pozmasını müəyyən etmək mümkün olmamışdır.
16. Birinci instansiya məhkəməsinin qərardadından iddiaçı apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. d) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
17. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)246/2016 nömrəli iş üzrə xx xxxxxxxx 2016-cı il tarixli qərardadı ilə (sədrlik edən: A.B.Nuriyeva, hakimlər: A.Q.Hüseynov və T.O.Quliyev ) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-669/2016 saylı, xx xxx 2016-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır
18. Apelyasiya ins tansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılamışdır.
19. Apelyasiya instansiyası məhkəməsinin qərardadından iddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın icraata götürülməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. e) kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-238/2017 nömrəli iş üzrə xx xxxxxx 2017-ci il tarixli qərarı ilə (sədrlik edən: R.S.Nəbizadə, hakimlər: N.İ.Rəsulbəyova və İ.K.Hüseynov) Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-246/2016 nömrəli iş üzrə xx xxxxxxxx 2016-cı il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, mübahisə olunan torpaq sahəsinin tərəflərdən hansı vaxtdan və kimin istifadəsində olmasına aydınlıq gətirməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxxx 2013-cü il tarixli qərarının çıxarılmasına əsas olan inzibati işin tələb edilib işdə olan sənədlərə baxış keçirilməsi, torpaq sahəsinin tam və ya qismən üst-üstə düşməsini müəyyən etmək üçün mövcud sənədlər əsasında mütəxəssis və ya ekspertin iştirakı ilə baxış keçirilməsi zəruriliyini müzakirə etməmiş, iddiaçının mübahisə açdığı qərardan hansı vaxtdan məlumatlı olmasını araşdırmamışdır. ə) apelyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
22. Sumqayıt Apelyasiya Məhkəməsin in İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)193/2017 nömrəli iş üzrə xx xxx 2017-ci il tarixli qərardadı ilə (sədrlik edən: A.Ə.Abbasov, hakimlər: Ş.R.Abasov və T.Q.Məmmədov ) iddiaçının apelyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-669/2016 saylı, xx xxx 2016-cı il tarixli qərardadı ləğv edilmiş, iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir
23. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, o cümlədən iddiaçının istinad etdiyi Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2013-cü il tarixli qərarının çıxarılmasına əsas olmuş inzibati işi tələb edib həmin işdə olan sənədlərə baxış keçirməmiş, mübahisəli torpaq sahəsinin cavabdeh təşkilatın qərarı ilə üçüncü şəxsə verilən torpaq sahəsi ilə eyniyyət təşkil etməsini aydınlaşdırmaq üçün mütəxəssis və ya ekspertin iştirakı ilə torpaq sahəsinə baxış keçirilməsinin zəruriliyini müzakirə etməmiş, iddiaçının mübahisələndirdiyi qərardan hansı vaxtdan məlumatlı olmasını araşdırmamışdır.
24. Apelyasiya instansiyası məhkəməsinin qərardadından üçüncü şəxs xxx oğlu kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-669/2016 saylı, xx xxx 2016-cı il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. f) kassasiya instansiyası məhkəməsindəki üçüncü icraat
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-2463/2017 nömrəli iş üzrə xx xxxxxx 2017-ci il tarixli qərarı ilə (sədrlik edən: Z.M.Quliyev, hakimlər: N.İ.Rəsulbəyova və İ.K.Hüseynov) kassasiya mümkün sayılmamış, şikayətin qəbulundan imtina edilmişdir.
26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, üçüncü şəxsin mübahisələndirdiyi qərardaddan şikayət verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. g) birinci instansiyası məhkəməsindəki üçüncü icraat
27. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-105/2018 saylı xx xxxxxx 2018ci il tarixli qərarı ilə (hakim: İ.R.Quliyev) iddia qismən təmin edilmiş, Novxanı bağlar ərazisində yerləşən, sahəsi 1200 kv.m olan torpaq sahəsinin xxx oğlunun mülkiyyətinə verilməsi ilə bağlı Sumqayıt şəhər Bələdiyyəsinin xx xxx 2007-ci il tarixli 16 nömrəli protokol qərarı hissəvi olaraq, Abşeron rayon “Maarif” bağçılıq -bostançılıq şirkəti idarə heyətinin x xxxx 1992-ci il tarixli protokoluna əsasən Abşeron rayon İcra Hakimiyyəti başçısının xx xxxx 1992-ci il tarixli 318 saylı sərəncamı ilə xxx qızına verilmiş 0.10 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə etibarsız sayılması, iddianın qalan hissəsi rədd edilməsi qərara alınmışdır.
28. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının xx xxxx 1992-ci il tarixli, 318 saylı sərəncamı ilə Abşeron rayon “Maarif” bağçılıq-bostançılıq şirkəti idarə heyətinin x xxxx 1992-ci il tarixli protokolundan çıxarış nəzərə alınaraq, Novxanı sovxozu ərazisindən 0.10 ha torpaq sahəsi iddiaçı xxx qızının istifadəsinə verildiyindən, bələdiyyənin sözügedən torpaq sahəsinə dair sərəncam vermək hüququ olmamışdır. Buna görə də, mübahisəl əndirilən qərar 0.10 ha hissədə etibarsız sayılmalıdır.
29. Üçüncü şəxs xxx oğlu apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. ğ) apelyasiya instansiyası məhkəməsindəki dördüncü icraat
30. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-21/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: F.Ə.Məmmədov, hakimlər: F.G.Zeynallı və S.A.Qafari) üçüncü şəxsin apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2-1(85)105/2018 saylı qərarı qismən – iddia tələbinin Novxanı bağlar ərazisində yerləşən sahəsi 1200 kv.m olan torpaq sahəsinin xxx oğlunun mülkiyyətinə verilməsi ilə bağlı Sumqayıt şəhər Bələd iyyəsinin xx xxx 2007-ci il tarixli 16 nömrəli protokol qərarının hissəvi olaraq, Abşeron rayon “Maarif” bağçılıq-bostançılıq şirkəti idarə-heyətinin xx xxxx 1992-ci il tarixli protokoluna əsasən Abşeron rayon İcra Hakimiyyəti başçısının xx xxxx 1992-ci il tarixli 318 saylı sərəncamı ilə xxx qızına verilmiş 0.10 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə etibarsız sayılması hissəsində ləğv edilmiş və həmin hissədə yeni qərar qəbul edilərək iddia tələbi həmin hissədə təmin edilməmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
31. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Abşeron rayon “Maarif” bağçılıq-bostançılıq şirkəti idarə heyətinin xx xxxx 1992-ci il tarixli protokoluna əsasən Abşeron rayon İcra Hakimiyyəti başçısının xx xxxx 1992-ci il tarixli 318 saylı sərəncamı ilə xxx qızına verilmiş 0.10 ha torpaq sahəsinin planı və ölçüləri olmadığından, belə olan halda isə həmin torpaq sahəsinin xxx oğlunun mülkiyyətinə verilmiş Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 5026A nömrəli, 0.12 ha bağ sahəsi ilə (plan və ölçülərinə uyğun olaraq) üst-üstə düşməsini müəyyənləşdirmək mümkün olmadığından, mövcud iddia tələbi əsassızdır və təmin edilə bilməz.
32. İddiaçı hazırda kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
33. İddiaçı hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə qərar qəbul edərkən işin faktiki hallarını tam araşdırmamış, onlara düzgün hüquqi qiymət verməmişd ir. Belə ki mübahisəli torpaq sahəsi iddiaçı tərəfindən hasara alınmaqla bu günə kimi istifadə edilir. Bu hal 21 nəfər şahidlə də təsdiq edilir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
35. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 156.1 Bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. 36."Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1 Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində s axlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir.
37. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 47.6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Maddə 47.7. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində id arəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır. Maddə 67.4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 84.1 Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
38. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündə n 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı ve rilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
39. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
40. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
41. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddə və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apelyasiya instan siyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyəti başçısının xx xxxx 1992-ci il tarixli, 318 saylı sərəncamı ilə Novxanı sovxozu ərazisindən onun istifadəsinə verildiyindən apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanuni sayıla bilməz.
43. Məhkəmə kollegiyası iddiaçının arqumentlərinin əsassız olduğu qənaətinə gəlir. Belə ki, Abşeron rayon İcra Hakimiyyətinin xx xxxx 1992-ci il tarixli, 318 saylı sərəncamı ilə Abşeron rayon “Maarif” bağçılıq-bostançılıq şirkəti idarə heyətinin xx xxxx 1992-ci il tarixli protokolundan çıxarış nəzərə alınaraq Novxanı sovxozu ərazisindən 0.10 ha torpaq sahəsi iddiaçı xxx qızının istifadəsinə verilmişdir.
44. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(105)40/2013 saylı, xx xxxx 2013-cü il tarixli qərarı ilə Abşeron rayon X11 İcraiyyə Komitəsinin və Abşeron rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamları və qərarları ilə Novxanı sovxozu ərazisindən xxx qızı (iddiaçı) və qeyrilərinə ayrılmış torpaq sahələrinin planı və ölçülərinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xərtiəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır.
45. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş **********46 nömrəli, xx xxxxx 2015-ci il tarixli məktubdan görünür ki, orada Abşeron rayon İcra Hakimiyyətinin xx xxxx 1992-ci il tarixli 318 saylı sərəncamı və iddiaçının adına torpaq ayrılmasına dair məlumat aşkar edilməmişdir.
46. Göründüyü kimi, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(105)-40/2013 saylı, xx xxxx 2013-cü il tarixli qərarı icra edilməmiş və hal-hazıradək iddiaçıya torpaq sahəsinin planı və ölçüləri verilməmişdir.
47. İş materiallarından görünür ki, Sumqayıt şəhər Bələdiyyəsinin xx xxx 2007-ci il tarixli, 16 nömrəli protokolu ilə “Novxanı” bağları ərazisində yerləşən 1200 kv.m bağ torpaq sahəsi xxx oğlunun mülkiyyətinə verilmiş, “Torpaqların alqı-satqısına dair” xx xxxx 2007-ci il tarixli aktla “Novxanı” bağları ərazisində yerləşən 1200 kv.m bağ torpaq sahəsinin alqısatqısı rəsmiləşdirilmiş, xxx oğlunun mülkiyyət hüququ xx.xx.2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrind ə qeydiyyata alınmış və bu barədə, ona mülkiyyət hüququna dair müvafiq çıxarış verilmişdir.
48. Bundan sonra xxx oğlu həmin torpaq sahəsini Sumqayıt şəhər Novxanı bağ massivi B-4696b nömrəli bağ sahəsində yerləşən 0.12 ha torpaq sahəsinə dəyişdirmiş, mübahisəli torpaq sahəsi X1, X3, X2, X6 və X8 mülkiyyətinə keçmiş, sonunculara bu barədə MH seriyalı, ******* saylı, xx.xx.2008-ci il tarixli müvafiq çıxarış verilmişdir.
49. Apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən torpaq sahələrinin sərhədlərinin müəyyən edilməsi üçün iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Təkrar məhkəmə tikinti-texniki ekspertizasının xx xxxx 2020ci il tarixli, 26826 nömrəli rəyində qeyd edilmişdir ki, təqdim edilmiş sənədlər toplusunda Abşeron rayon İcra Hakimiyyəti baş çısının xx xxxx 1992-ci il tarixli, 318 saylı sərəncamı ilə Abşeron rayon “Maarif” bağçılıq-bostançılıq şirkəti idarə heyətinin xx xxxx 1992-ci il tarixli protokolu əsasında iddiaçı xxx qızına verilmiş 0.10 ha torpaq sahəsinin yerquruluşu sxemi, koordinatları əks etdirən texniki kadastr sənədləri olmadığından sərhədlərini dəqiqləşdirmək mümkün olmamışdır. Məhkəmə tərəfindən təqdim edilmiş sənədlər toplusunda Abşeron rayon İcra Hakimiyyəti başçısının xx xxxx 1992-ci il tarixli, 318 saylı sərəncamı ilə Abşeron rayon “Maarif” bağçılıq-bostançılıq şirkəti idarə heyətinin xx xxxx 1992-ci il tarixli protokolu əsasında iddiaçı xxx qızına verilmiş 0.10 ha torpaq sahəsinin texniki kadastr sənədləri olmadığından torpaq sahəsinin sərhədlərini müəyyən etmək mümkün olmamışdır. Abşeron rayon İcra Hakimi yyəti başçısının xx xxxx 1992-ci il tarixli, 318 saylı sərəncamı ilə Abşeron rayon “Maarif” bağçılıq-bostançılıq şirkəti idarə heyətinin xx xxxx 1992-ci il tarixli protokolu əsasında iddiaçı xxx qızına verilmiş 0.10 ha torpaq sahəsinə aid koordinatları əks etdirən texniki kadastr sənədləri olmadığından hansı rayonun (şəhərin) inzibati ərazisində yerləşməsini müəyyənləşdirmək mümkün olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* saylı çıxarış əsasında xxx oğlunun mülkiyyətinə verilmiş Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 5026A nömrəli, 0.12 ha bağ sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 1965 -ci il 83 nömrəli qərarı ilə Sumqayıt şəhərinin istifadəsinə verilmiş torpaqların inzibati ərazisinin daxilində yerləşir. Abşeron rayon İcra Hakimiyyəti başçısının xx xxxx 1992-ci il tarixli, 318 saylı sərəncamı ilə Abşeron rayon “Maarif” bağçılıq-bostançılıq şirkəti idarə heyətinin xx xxxx 1992-ci il tarixli protokolu əsasında iddiaçı xxx qızına verilmiş 0.10 ha torpaq sahəsinə aid koordinatları əks etdirən texniki kadastr sənədləri olmadığından, həmin torpaq sahəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* saylı çıxarış əsasında xxx oğlunun mülkiyyətinə verilmiş Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 5026A nömrəli, 0.12 ha bağ sahəsinin (plan və ölçülərinə uyğun olaraq) üst-üstə düşməsini müəyyənləşdirmək mümkün olmamışdır, lakin mişar daşı ilə hasara alınmış, tərəflərin mübahisələndirdikləri torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* saylı çıxarış əsasında xxx oğlunun mülkiyyətinə verilmiş Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 5026A nömrəli, 0.12 ha bağ sahəsi ilə üst-üstə düşür.
50. Beləliklə, apelyasiya instansiyası məhkəməsi ekspert rəyinə əsasən düzgün olaraq qeyd etmişdir ki, iddiaçı xxx qızına verilmiş 0.10 ha torpaq sahəsinin yerquruluşu sxemi, koordinatları əks etdirən texniki kadastr sənədləri olmadığınd an sərhədlərini dəqiqləşdirmək və xxx oğlunun mülkiyyətinə verilmiş Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 5026A nömrəli, 0.12 ha bağ sahəsi ilə üst-üstə düşməsini müəyyənləşdirmək mümkün olmamışdır.
51. Həmin ekspertiza tədqiqatı zamanı mütəxəssis rəyini tərtib etmiş “xxxx” MMC-nin Bakı Layihə-Tədqiqat İdarəsinin mühəndisi xxx apelyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında bildirmişdir ki, xxx oğlunun mülkiyyətinə verilmiş Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 5026A nömrəli, 0.12 ha bağ sahəsinin sərhədlərini plan və ölçülərinə uyğun olaraq müəyyənləşdirmək mümkün olsa da, Abşeron rayon “Maarif” bağçılıq-bostançılıq şirkəti idarə heyətinin xx xxxx 1992-ci il tarixli protokolu əsasında iddiaçı xxx qızına verilmiş 0.10 ha torpaq sahəsinin texniki kadastr sənədlə ri olmadığından sərhədlərini dəqiqləşdirmək mümkün olmamışdır. ******* saylı çıxarış əsasında xxx oğlunun mülkiyyətinə verilmiş Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 5026A nömrəli, 0.12 ha bağ sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1965-ci il 83 nömrəli qərarı ilə Sumqayıt şəhərinin istifadəsinə verilmiş torpaqların inzibati ərazisinin daxilində yerləşir.
52. Apelyasiya instansiyası məhkəməsinin məhkəmə kollegiyasının iclasında birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza tədqiqatı zamanı mütəxəssis rəyini tərtib edən “xxxx” MMC-nin mütəxəssisi X9 izahatında bildirmişdir ki, iddiaçı xxx qızına məxsus torpaq sahəsinin plan və ölçülərini əks etdirən sənədlər mövcud olmadığından, baxış zamanı iddiaçı mübahisəli torpaq sahəsini özü göstərmi ş və xxx oğlunun torpaq sahəsinin koordinatları ilə yoxladıqda həmin torpaq sahələrinin üst-üstə düşdüyü müəyyən edilmişdir.
53. İş materiallarından görünür ki, xx.xx.2018-ci il tarixli 16852 nömrəli ekspert rəyi “xxxx” MMC-nin həmin mütəxəssisin rəyinə əsaslanmışdır ki, həmin mütəxəssis rəyi də iddiaçıya ayrılmiş 0.10 ha torpaq sahəsinin koordinatlarını əks etdirən texniki sənədlər olmadan, iddiaçının özünün göstərdiyi yerə görə tərtib edilmişdir. Bu da, iddiaçıya və xxx oğluna verilmiş torpaq sahələrinin üst-üstə düşməsinə dair rəyin verilməsi ilə nəticələnmişdir.
54. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi Sumqayıt şəhər Bələdiyyəsinin xx xxx 2007-ci il tarixli 16 nömrəli qərarı ilə xxx oğluna verilmiş torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1965-ci il 83 nömrəli qərarı ilə Sumqayıt şəhərinin istifadəsinə verilmiş torpaqların inzibati ərazisinin daxilində yerləşir. Mübahisəli torpaq sahəsinin məhz iddiaçıya Abşeron rayon “Maarif” bağçılıq-bostançılıq şirkəti idarə heyətinin x xxxx 1992-ci il tarixli protokoluna əsasən Abşeron rayon İcra Hakimiyyəti başçısının xx xxxx 1992-ci il tarixli 318 saylı sərəncamı ilə verilmiş torpaq sahəsi olmasını isə məhkəmə araşdırması zamanı müəyyən etmək mümkün olmamışdır.
55. Azərbaycan Respublikasında torpaq islahatlarının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının xx xxxx 1996-cı il tarixli Qanununa müvafiq olaraq torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibə tlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsinin, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsinin, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarının təmin edilməsidir. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahəl ər və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyes trindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. (maddə 9, 10)
56. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamənin” 1-ci bəndinə əsasən, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələri n, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin Əsasnamənin 2-ci bəndində özəlləşdirməyə çıxarılmış torpaqların, o cümlədən həyətyanı torpaq sahələrinin vətəndaşların mülkiyyətinə verilməsi üçün onlar tərəfindən ərizənin və həmin sahədən qanuni istifadə olunmasını təsdiq edən sənədin surətinin təqdim edilməsi nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, bu prosesi tənzimləyən qanunvericiliyə görə, əvvəllər vətəndaşların daimi istifadəsinə verilmiş torpaq sahələrinin onların xüsusi mülkiyyətinə verilməsi məhdudlaşdırılmamışd ır.
57. Yuxarıdakı normalara əsasən, fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaq sahələri vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir, bir şərtlə ki, onlar tərəfindən ərizə və həmin sahənin qanuni istifadədə olunmasını təsdiq edən müvafiq sənədlər təqdim edilsin. Bu zaman nəzərə almaq lazımdır ki, torpaq sahəsinin koordinatlarını müəyyən etməyə əsas verən sənədlərin təqdim edilməsi vacibdir. Hazırkı işdə, iddiaçıya ayrılmış torpaq sahəsinin texniki kadastr sənədləri olmadığından sərhədlərini dəqiqləşdirmək mümkün olmamışdır. Bu səbəbdən, məhkəmə araşdırmaları zamanı iddiaçıya ayrılmış torpaq sahəsinin üçüncü şəxsə bələdiyyə qərarı əsa sında verilmiş torpaq sahəsi ilə qismən və ya tam üst-üstə düşməsini də müəyyən etmək mümkün olmamışdır. Ona görə də iddianın rədd edilməsi barədə apelyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir.
58. Beləliklə, mübahisənin müəyyən olunmuş hallarına hüquq normaları apelyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı isə qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır.
59. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-21/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qəra