Məhkəmə qərarları › İş №2-1(102)-2100/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2100/2023

17.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2100/2023 17.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (müharibə veteranı adının və vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-N(N07)-3N3/2023 nömrəli, N8 may 2023-cü il tarixli qərarından iddiaçı tərəfi ndən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus ******* nömrəli hərbi biletin surətinin 3-cü səhifəsində iddiaçının Müdafiə nazirinin N4N saylı, xx.xx.N996-cı il tarixli əmri ilə xx.xx.N996-cı ildən ordu sıralarından tərxis olunmuşdur. 4-cü səhifədə iddiaçının iyun N992-dən dekabr N992-dək N nömrəli, xx.xx.N993-cü ildən xx.xx.N996-cı ilədək N nömrəli hərbi hissədə xidmət etməsi Ağsu rayon hərbi komissarlığı tərəfindən qeyd olunmuşdur. 2N-ci səhifədə Ağsu RHK tərəfindən qeyd olunmuşdur ki, itirilmiş hərbi biletin əvəzinə hərbi bilet verilmişdir. N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. 22-ci səhifədə Ağsu RHK tərəfindən qeyd olunmuşdur ki, “AR MM xx.xx.N997-ci il tarixli Amnistiya qərarına əsasən AR SQ xidməti sayılmasın”.

2. Müdafiə Nazirliyinin Hüququ İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-25-NN/2-465/2023 nömrəli məktubunda qeyd olunur ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu Rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli, 343-6/2-82/2023 nömrəli məktubuna əlavə olunmuş iddiaçının qeydiyyat kartasına əsasən İddiaçı özbaşına tərk etməsi ilə bağlı siyahıdan çıxarılmışdır, Lənkəran Qarnizonu Hərbi Prokurorluğunun Qərarına əsasən xx.xx.N997-ci il tarixli “Amnistiya aktı” tətbiq edilərək cinayət işinin başlanması rədd edilmişdir.

3. Müdafiə nazirinin katibliyi Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli, 4/2-4687 nömrəli məktubunda qeyd olunur ki, N №-li hərbi hissə komandirinin N4 avqust N992-ci il tarix li N №-li əmrilə sıravi İddiaçı (əsas: § N, sıra 433) xx.xx.N992-ci il tarixdən şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək manqa komandiri vəzifəsinə teyin olunmuşdur. N №-li hərbi hissə komandirinin N sentyabr N992-ci il tarixli 25 №-li əmrində çavuş İddiaçı (əsas: § N, sıra 89, əmrdə atasının adı yazılmamışdır, vəzifəsi göstərilməyib) Qarabağ döyüş əməliyyatları bölgəsinə getmiş hesab edilərək xx.xx.N992-ci il tarixdən qazan təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N oktyabr N992-ci il tarixli 56 №-li əmrində çavuş İddiaçı (əsas: § N, sıra 42, əmrdə atasının adı yazılmamışdır, vəzifəsi göstərilməyib) Qarabağdan qayıtmış hesab edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin noyabr-dekabr N992-ci il tarixli nizami hissə üzrə əmrlərində və N №-li hərbi hissə komandirinin iyundekabr N992-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. 30N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır.

4. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli, 4/2-4687 nömrəli arayışına əsasən iddiaçının xx.xx.N992-ci il tarixdən sonra hərbi xidməti və ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ A KTLARİ birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus olan AO ******* saylı hərbi biletdən göründüyü kimi o, xx.xx.N996-cı il tarixdə MN-nin N4N saylı xx.xx.N996-cı il tarixli qərarı əsasında ehtiyata buraxılmışdır. Hərbi biletdən göründüyü kimi iddiaçı 30N saylı hərbi hissədə atıcı vəzifəsində olmuşdur. Hərbi hissənin siyahısından çıxarıldığı tarix məhz qeyd etdiyi kimi xx.xx.N996-cı il tarixdədir. İmtina məktubunda cavabdeh hərbi xidməti və ordu sıralarından tərxis olması barədə məlumat olmadığını bildirmişdir. Arxiv arayış ında onun xidmət göstərdiyi N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinə daxil olmadığı bildirilmişdir. Lakin buna baxmayaraq iddiaçı faktiki olaraq N996-cı ilə qədər aktiv döyüş əməliyyatlarında iştirak etmişdir. Bununla bağlı qeyd etdiklərini hazırda həyatda olan döyüş yoldaşları, komandirləri də təsdiq edə bilər.

7. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı verilmiş etirazda bildirilmişdir ki, arxiv arayışına əsasən iddiaçının xx.xx.N992-ci il tarixdən sonra xidmət etməsi və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığından, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. “Müharibə veteranı” adının verilməsi üçün şəxsin hərbi hissəyə daxil edilməsi kifayət etmir, hərbi xidmətdə n qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da şərtdir. Buna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 №-li qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnaməyə Qeyd hissəsi əlavə olunmuşdur. Ona əsasən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad ed ilmiş şəxslərə “Müharibə veteranı” adı verilə bilməz. Azərbaycan Respublikası Milli Məclisin xx.xx.N997-ci il tarixli, 383-İ QR Qərarın 9cu bəndinə əsasən “... Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır." Həmin Qərarda göstərilmişdir ki,... törətdikləri cinayətlərə dair təhqiqat və istintaq edilən bütün işlərin və məhkəmələr tərəfindən baxılmamış işlərin icraatına xitam verilsin, materiallar üzrə isə cinayət işlərinin başlanması rədd edilsin.

8. Şəki İnzibati Məhkəməsinin 2-N(NN6)-6N3/2023 nömrəli, 22 fevral 2023-cü il tarixli qərarı ilə (hakim F.İsmayılzadə) iddia rədd edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, qanuni əsaslarla tərxis olunmasını təsdiq edən sənədlərə malik deyildir. İddiaçı tələbin faktiki əsası kimi formal olaraq iş materiallarına, əsasən özünə məxsus olan hərbi biletdə ehtiyata buraxılması barədə aparılmış qeydə istinad etmiş, lakin elə həmin hərbi biletin digər səhifəsində aparılmış qeyddən görünür ki, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.N997-ci il tarixli Amnistiya qərarına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti sayılmamışdır. Həmçinin Müdafiə Nazirliyinin Hüquq İdarəsinin məktubundan da görünür ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu Rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-43-6/2- 82/2023 nömrəli məktubuna əlavə olunmuş iddiaçının qeydiyyat kartasına əsasən İddiaçı özbaşına tərk etməsi ilə bağlı siyahıdan çıxarılmış, Lənkəran Qarnizonu Hərbi Prokurorluğunun Qərarına əsasən xx.xx.N997-ci il tarixli “Amnistiya aktı” tətbiq edilərək cinayət işinin başlanması rədd edilmişdir.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-N(N07)-3N3/2023 nömrəli, N8 may 2023-cü il tarixli qərarı ilə (hakimlər: V.İ.Məlikov /sədrlik edən və iyul məruzəçi/, R.R.Rəfiyev və G.İ.Cavadova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus olan AO ******* saylı hərbi biletdən göründüyü kimi o, xx.xx.N996-cı il tarixdə MN-nin N4N saylı xx.xx.N996-cı il tarixli qərarı əsasında ehti yata buraxılmışdır. Hərbi biletdən göründüyü kimi iddiaçı 30N saylı hərbi hissədə atıcı vəzifəsində olmuşdur. Hərbi hissənin siyahısından çıxarıldığı tarix məhz qeyd etdiyi kimi xx.xx.N996-cı il tarixdədir. İmtina məktubunda cavabdeh hərbi xidməti və ordu sıralarından tərxis olması barədə məlumat olmadığını bildirmişdir. Arxiv arayışında onun xidmət göstərdiyi N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinə daxil olmadığı bildirilmişdir. Lakin buna baxmayaraq iddiaçı faktiki olaraq N996-cı ilə qədər aktiv döyüş əməliyyatlarında iştirak etmişdir. Bununla bağlı qeyd etdiklərini hazırda həyatda olan döyüş yoldaşları, komandirləri də təsdiq edə bilər.

15. Lakin məhkəmə yuxarıda qeyd olunanların iş üzrə təqdim edilmiş sənədlərlə təsdi q edilməsinə baxmayaraq, iddianın rədd edilməməsi əsasına gəlmişdir. Belə ki, hazırkı qərarda da qeyd edilir ki, “iddiaçıya məxsus ******* nömrəli hərbi biletin surətinin 3cü səhifəsində iddiaçının Müdafiə nazirinin N4N saylı, xx.xx.N996-cı il tarixli əmri ilə xx.xx.N996-cı ildən ordu sıralarından tərxis olunmuşdur. 4-cü səhifədə iddiaçının iyun N992-dən dekabr N992-dək N nömrəli, xx.xx.N993-cü ildən xx.xx.N996-cı ilədək N nömrəli hərbi hissədə xidmət etməsi Ağsu rayon hərbi komissarlığı tərəfindən qeyd olunmuşdur. 2N-ci səhifədə Ağsu RHK tərəfindən qeyd olunmuşdur ki, itirilmiş hərbi biletin əvəzinə hərbi bilet verilmişdir. N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir.”

16. Sonradan isə eyni hərbi biletin 22-ci səhifədə Ağsu RHK tərəfindən qeyd olunmuş “AR M M xx.xx.N997-ci il tarixli Amnistiya qərarına əsasən AR SQ xidməti sayılmasın” hissəsinə əsaslanaraq iddianın təmin edilməsindən imtina etmişdir. Lakin buna xüsusi olaraq bildirilir ki, şəxs həmin N saylı hərbi hissədə olmadığı, lakin digər hərbi hissədə hərbi biletdən də göründüyü kimi aktiv döyüşlərdə xidmətini davam etmişdir. Bir çox yaralı əsgərlərə də kömək etmiş, şəhidlərin də daşınmasında təhvil verilməsində iştirak etmişdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, hazırkı işdən də məhkəmə iclasında tədqiq edilmiş və müəyyənləşdirilmiş, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı xx.xx.N996-cı ilədək hərbi xidmətdə olmuşdur. Lakin sonuncu olaraq cavabdeh qurumun da imtinasında qeyd edildiyi kimi 30N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibl iyi Mərkəzi Arxivə daxil olmamışdır. Bu isə şəxsin əhəmiyyətli hüquqlarının kobud şəkildə pozulmasına heç bir əsas vermir.

17. Müharibə getdiyi bir vaxtda bir şəxs hər-hansı formada sənədlərin düzgün təhvilverilib verilməməsi, əmrlərin Müdafiə Nazirliyinə təqdim edilməsi qayğısına qala bilməzdi. Qeyd olunan əsasın ortalığa çıxarılması hesab edir ki, əsassızdır.

18. Həmçinin qeyd edir ki, şəxsin amnistiya aktına düşmə səbəbi faktiki olaraq hərbi hissə dəyişikliyi olmuşdur. Bu isə onun döyüşmədiyi qənaətinə gəlmək üçün kifayət deyildir. Məhz bu işlə bağlı Konstitusiya Məhkəməsinin qərarının da pozuntusudur ki, şəxsin həqiqətən döyüşdə iştirak edib etməməsini müəyyənləşdirmək üçün hər-hansı addım atılmamışdır.

19. Ümumi qanunvericiliyin iddianın rədd edilməsi əsasına verdiyi qiymətə uyğun o laraq nəzər yetirsək hazırki işdə mütləq şəkildə şəxsin müharibə gedişatında hər hansı xəsarət yəni əlillik alması mütləq idi. Əks halda N996-cı ilə qədər müharibədə aktiv döyüşən orduda xidmət etmiş bir şəxsin Vətənə xidmətinin heçə sayılması, yəni ona bu müharibədə iştirakının qanunvericiliklə sayılmaması və nəticədə ona müharibə veteranı vəsiqəsinin verilməməsi onun hüquqlarının pozulmasıdır.

20. Məhkəmə qərarda da istinad etdiyi kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “XN şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır.

21. Məhkəmə buna nəzərən iddiaçının hər hansı orden və medalının olmaması və qanuni əsaslarla təxris olunması barədə sənədlərə malik olmamasını göstərir. Qanuni əsaslarla təxris olmamasına səbəb kimi də hərbi hissənin əmrlərinin cavabdeh qurumNa təqdim edilməməsi əsas gətirilir. B u isə birmənalı olaraq iddiaçının hüquqlarının pozuntusuna əsas gətirilə bilməz. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Qeyd: Bu m addənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə

7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilm əsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri h aqqında” Əsasnamə (28 sentyabr 20N8-ci il tarixə olan dəyişikliyə əsasən): Bənd N. “N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respu blikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir.

25. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli Fərmanına əsasən «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə 3. ikinci hissəsi və 7-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti, 7-ci maddəsinin üçüncü h issəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində (müharibə veteranı, Silahlı Qüvvələr veteranı adlarının verilməsi ilə əlaqədar) Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirirlər. Həmin bəndin NN-ci yarımbəndinə görə «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirli yi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

26. İnzibati Prosessual Məcəllə: Maddə 9N. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.N. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin N3N.3-cü və N32.3-cü maddələrində nəzərdə tutulmuş hallarda N0 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.N. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayət çinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. X2 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansi ya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

32. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

33. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, iddiaçı “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, qanuni əsaslarla tərxis olunmasını təsdiq edən sənədlərə malik deyildir. İddiaçı tələbin faktiki əsası kimi formal olaraq iş materiallarına, əsasən özünə məxsus olan hərbi biletdə ehtiyata buraxılması barədə aparılmış qeydə istinad etmiş, lakin elə həmin hərbi biletin digər səhifəsində aparılmış qeyddən görünür ki, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.N997-ci il tarixli Amnistiya qərarına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti sayılmamışdır. Həmçinin Müdafiə Nazirliyinin Hüquq İdarəsinin məktubundan da görünür ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu Rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-43-6/282/2023 nömrəli məktubuna əlavə olunmuş iddiaçının qeydiyyat kartasına əsas ən İddiaçı özbaşına tərk etməsi ilə bağlı siyahıdan çıxarılmış, Lənkəran Qarnizonu Hərbi Prokurorluğunun Qərarına əsasən xx.xx.N997-ci il tarixli “Amnistiya aktı” tətbiq edilərək cinayət işinin başlanması rədd edilmişdir.

34. Beləliklə hazırkı mübahisəyə münasibətdə məhkəmə kollegiyası bir daha vurğulayır ki, cavabdeh inzibati orqan hazırkı inzibati iş üzrə qanunauyğun olaraq lazımi qaydada araşdırma aparmış və belə qənaətə gəlmişdir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslar hazırkı işdə mövcud deyildir. Ona görə də kollegiya hesab edir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərəkəti qanunvericiliyinin tələblərinə uyğun olmuşdur.

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.

36. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-N(N07)-3N3/2023 nömrəli, N8 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar