Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2101/2022 14.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iş üzrə QƏRARİ Bakı şəhəri Açar sözlər: əmrin ləğvi, əvvəlki vəzifəyə bərpa Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Cavabdehnə qarşı “əvvəlki vəzifəsinə bərpa” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)756/2022 nömrəli iş üzrə 20 aprel 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qa ydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları
1. İddiaçı xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin 0290/Ş saylı əmri ilə “Fövqəlada hallar orqanlarında xidmət keçmə haqqında” Qanunun 6.1-ci maddəsinə əsasən X1 Xidmətinin Ümumi şöbəsinin xidmət rəisinin köməkçisi vəzifəsinə təyin edilərək 3 ay sınaq müddəti ilə fövqəlada hallar orqanlarında xidmətə qəbul edilmişdir. 2. 21.05.2014-cü il tarixli, 0818/Ş saylı əmr ilə sınaq müddəti başa çatdığı üçün o daimi xidmətə qəbul edilmişdir.
3. Daha sonra iddiaçı cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli 0775/Ş saylı əmri ilə tutduğu vəzifədən azad edilmiş, Cavabdeh Akademiyasının Yanğın təhlükəsizliyi fakultəsinin kurs rəisinin köməkçisi vəzifəsinə təyin edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə a ktları birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə-birinci instansiya məhkəməsi) iddia ərizəsi ilə müraciət edərək, əvvəlki vəzifəsinə bərpa olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 16 oktyabr 2019-cu il tarixdə X1 Xidmətində xidmət rəisinin köməkçisi vəzifəsindən şöbə rəisinin müavini vəzifəsinə yüksələrək yanğın təhlükəsizliyinə dövlət nəzarət sisteminə dair təcrübə və biliklərə sahib olmuşdur. Lakin ötən ilin may ayında Xidmət rəhbərliyində rəhbər dəyişikliklərdən sonra ona qarşı təzyiq kampaniyası başladılmış, vəzifələrini həyata keçirməkdə maneələrlə üzləşmişdir. Bu səbəbdən Xidmətin rəisinə təqrirlə müraciət etmiş, məzuniyyətə çıxmaq barədə xahiş etmişdir. Lakin, ona bu hüquqdan istifadə etməyə imkan yaradılmamışdır. Daha sonra yenidən təqrirlə həm Xidmət rəisinə, həm də Fövqəladə Hallar nazirinə müraciət etmiş, məzuniyyətə çıxmaq barədə xahiş etmişdir. Eyni zamanda məzuniyyətin son günü üçün fövqəladə hallar orqanlarından xaric olunmasını xahiş etmişdir. Lakin onun məzuniyyət hüququ pozulmuşdur. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 37ci maddəsinə görə əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunun 13-cü maddəsinə görə fövqəladə hallar orqanlarının əməkdaşları üçün əmək haqqı və digər təminatlar saxlanılmaqla illik əsas məzuniyyət, xəstəliyə görə məzuniyyət, qısamüddətli məzuniyyət və müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələrinin müdavimlərinə tətil məzuniyyəti və təhsil müəssisələrini bitirməklə əlaqədar məzuniyyət kimi məzuniyyət növləri müəyyən edilmişdir. Növbəti təqrirlər də nəticəsiz qalmışdır. Bundan sonra isə, Cavabdehnə müraciət edərək bu dəfə xidmətinin Akademiyada davam etdirilməsini, oxşar olan vəzifəyə keçirilmə barədə xahiş edilmişdir. Lakin, həmin təqrir baxılmamış saxlanılmışdır. Növbəti müraciətlərdən sonra 18 iyun 2021-ci il tarixdə həmin tarixli əmrlə tanış olunması üçün Cavabdehnə dəvət edilmişdir. Həmin əmrdən məlum olmuşdur ki, tutduğu vəzifədən azad edilmiş, Akademiyanın Yanğın təhlükəsizliyi fakultəsinin kurs rəisinin köməkçisi vəzifəsinə təyin edilmişdir. H əmin əmrin verilməsi zamanı qanunvericiliyin tələbləri pozulmuş, o, əvvəlki vəzifə və rütbəyə oxşar olmayan ondan aşağı vəzifədə və rütbədə olan yerə keçirilmişdir. Cavabdeh onun başqa vəzifəyə keçirilərkən eyni vəzifəli və şəraitli işə keçirilməli olmasını nəzərə almamışdır. Bununla da sahəvi və əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələbləri və qorunmalı olan konstitusion hüquqları pozulmuşdur. Bu səbəbdən də, əmr ləğv edilməli və rəis müavini vəzifəsinə bərpa edilməlidir.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8691/2021 saylı, 20 sentyabr 2021-ci il tarixli (hakim-O.Həsənov) qərarı ilə iddia təmin edilməmişdir.
7. Məhkəmə hesab etmişdir ki, “iddiaçının təqriri cavabdeh tərəfindən vəzifə dəyişikliyi ilə bağlı əsaslı olaraq razılığı kimi qiymətləndirilərək i ddiaçının vəzifəsi dəyişdirilmiş, bu zaman iddiaçının ərizəsində qeyd etdiyi kimi konstitusion hüquq və mənafelərinin pozuntusu baş verməmiş, iddiaçının Akademiyada vəzifə tutması istəyi ilə bağlı iradə ifadəsi nəzərə alınmaqla müvafiq əmr qəbul edilmişdir”.
8. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-756/2022 nömrəli (hakimlər Həmid Həmidov - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Cahangir Yusifov ) qərarı ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 2-1(112)8691/2021 nömrəli qərarının dəyişdiri lmədən qüvvədə saxlanılması qərara alınmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, Kassasiya şikayətinin dəlilləri
12. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmununa uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin qərarında iddiaçının təqririnə razılıq kimi yanaşması tamamilə səhvdir. Həmin sənədə yalnız tərəflər arasındakı münasibətləri tənzimləyən ərizə kimi yanaşıla bilər ki, bu halda cavabdeh inzibati orqan iddiaçının xahişini yerinə yetirərkən onu aşağı vəzifəyə keçirməzdən əvvəl mütləq onun yazılı razılığını a lmalı idi. Şikayətdə “ Fövqəlada hallar orqanlarında xidmətkeçmə haqqında ” Qanunun 2, 14-cü maddələrinə, “Əmək Məcəlləsinin 56.2 və 55-ci maddələrinə istinad edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq 14. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanun: Maddə 1.1 Fövqəladə hallar orqanlarında xidmət müvafiq icra hakimiyyəti orqanının qanunvericilikdə nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Maddə 7.1 Fövqəladə hallar orqanları əməkdaşının şəxsi işi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 15-1-ci maddəsi nəzərə alınmaqla tərtib edilir və aparılır. Fövqəlad ə hallar orqanları əməkdaşının şəxsi işində onun fövqəladə hallar orqanlarında xidmət keçməsi haqqında məlumatlar, şəxsi və iş keyfiyyətlərini əks etdirən sənədlər saxlanılır. Maddə 14.1 Fövqəladə hallar orqanlarının əməkdaşı vəzifədə irəli çəkilə və ya başqa vəzifəyə keçirilə bilər. Maddə 14.2 Fövqəladə hallar orqanları əməkdaşının vəzifədə irəli çəkilməsinə və ya başqa vəzifəyə keçirilməsinə, bir qayda olaraq, onun razılığı ilə yol verilir. Fövqəladə hallar orqanlarının əməkdaşı vəzifədə irəli çəkilərkən onun təhsili, işgüzarlığı, peşəkarlıq səviyyəsi, əməyinin nəticələri, şəxsi keyfiyyətləri, bərabər vəzifəyə dəyişdirilərkən isə ailə vəziyyəti, səhhəti, yaşı, yaşayış yeri və digər hallar nəzərə alınır. Maddə 14.3 Səhhətinə görə (xüsusi-həkim ekspertiza komissiyasının rəyinə əsasən) və ya ştatların ixtisarı nəticəsində bərabər vəzifəyə keçirilməsi mümkün olmadıqda, habelə intizam tənbehi qaydasında və ya attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun gəlmədiyi müəyyən edildikdə fövqəladə hallar orqanları əməkdaşının aşağı vəzifəyə keçirilməsinə onun razılığı tələb olunmur.
15. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə
58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayəti n əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
16. Kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsa slandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
17. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır.Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzr ə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
19. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
20. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
21. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qa ydada araşdırılmışdır.Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
22. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
23. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
24. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan R espublikası Qanunun 14.2-ci maddəsinin tələblərinin pozulduğunu, onun aşağı vəzifəyə keçirilməsi ilə bağlı razılığının alınmadığını, cavabdeh isə 2 dekabr 2020-ci il tarixli təqrirlə iddiaçının müraciəti əsasında qəbul edilmiş əmrin qanuni olduğunu, iddiaçının təqriri nəzərə alınmaqla Akademiyada xidmətinin davam etdirilməsi barədə qərar qəbul edildiyini qeyd etmişdir.
25. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, iş materiallarında olan 02 dekabr 2020-ci il tarixli təqrirdən də göründüyü kimi iddiaçı xidmətini həyata keçirirəkən toplamış olduğu nəzəri bilikləri və üzərində çalışdığı “X1 Xidmətinin əsas fəaliyyət sahələri” dərsliyinin tamamlanması üçün daha münasib şərait-müdavimlərlə təcrübəli pedaqoqlarla bilavasitə təmasda olmaq im kanının mövcudluğunu nəzərə alaraq xidmətinin Cavabdeh Akademiyasında davam etidirilməsini xahiş etmişdir.
26. Eyni zamanda müvafiq əmrin surətindən göründüyü kimi İddiaçı qeyd olunan təqririnə uyğun olaraq “Fövqəladə hallar orqanlarında xidmət keçmə haqqında” Qanunun 14-cü maddəsinə və “Azərbaycan Respublikası Cavabdeh haqqında Əsasnamə”nin 10.10.6-cı yarımbəndinə uyğun olaraq iddiaçı tutduğu vəzifədən azad edilmiş və Akademiyanın Yanğın təhlükəsizliyi fakultəsinin kurs rəisinin köməkçisi vəzifəsinə təyin edilmişdir.
27. Kollegiya hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının təqrirdə qeyd etdiyi xahişinə uyğun olaraq inzibati akt qəbul etmiş və hər hansı hüquq pozuntusuna yol verməmişdir.
28. Bəhs olunanlara əsasən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olduğunda n, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2022-ci il tarixli, 21(103)-756/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.