Məhkəmə qərarları › İş №2-1(102)-2101/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2101/2023

08.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2101/2023 08.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (müraciət etdiyi xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “müraciət etdiyi xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması, hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 10 may tarixli, 2-1(107)-279/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1961-ci ildə anadan olmuş iddiaçının 60 yaşı xx.xx.2021-ci il tarixdə tamam olmuşdur.

2. İddiaçıya məxsus olan ******* nömrəli, xx.xx.1984-cü il tarixli əmək kitabçasının təsdiq olunmuş surətinə əsasən iddiaçının əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur: xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək “1 May” k olxozunda; xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilədək PMK-91-də çilingər; xx.xx.1985-ci ildən xx.xx.1996-cı ilədək çilingər; xx.xx.1996-cı ildən xx.xx.1996-cı ilədək Xüsusiləşdirilmiş Təmir-Quraşdırma Müəssisəsində çilingər; xx.xx.1996-cı ildən xx.xx.1998-ci ilədək "xxxx" Səhmdar cəmiyyətində Turbin təmirquraşdırma sexində usta; xx.xx.1998-ci ildən xx.xx.2001-ci ilədək "xxxx" Səhmdar cəmiyyətində Turbin təmirquraşdırma sexində usta işləmişdir; xx.xx.2001-ci ildən xx.xx.2002-ci ilədək və xx.xx.2002-ci ildən xx.xx.2003-cü ilədək işsizlik müavinəti almışdır; xx.xx.2004-cü ildən xx.xx.2004-cü ilədək “X4” şirkətində montajçı işləmişdir.

3. İddiaçıya məxsus olan ******* nömrəli əmək kitabçasının xx.xx.2004-cü il tarixdə doldurulmuş ikinci hissəsinin təsdiq olunmuş surətinə əsasən iddiaçının əmək f əaliyyəti aşağıdakı kimi olmuşdur: xx.xx.2004-cü ildən xx.xx.2006-cı ilədək "xxxx" ASC-də çilingər-mexanik; xx.xx.2006-cı ildən xx.xx.2007-ci ilədək "xxxx" ASC "xxxx" MMC-də quraşdırıcı-çilingər; xx.xx.2007-ci ildən xx.xx.2008-ci ilədək "xxxx" MMC-də quraşdırıcı-çilingər; xx.xx.2009-cu ildən xx.xx.2013-cü ilədək "xxxx" ASC “STP-nin tikinti layihəsinin” quraşdırma sahəsində quraşdırıcı-çilingər; xx.xx.2013-cü ildən xx.xx.2015-ci ilədək Ağır Maşınqayırma zavodunun 1 nömrəli Quraşdırma sahəsinin Quraşdırma bölməsində quraşdırıcı-çilingər; xx.xx.2015-ci ildən xx.xx.2016-cı ilədək “Azfen” BM-də quraşdırıcı; xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilədək “X6 və Ticaret Anonim şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyində montajçı işləmişdir; xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək işsizli k sığortası almışdır; xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək “X6 və Ticaret Anonim şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin H.Əliyev adına neft emalı zavodu layihəsində mexanikmontajçı; xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək 5-ci dərəcəli konstruksiya quraşdırıcısı; xx.xx.2021-ci ildən iddia tələbində göstərilən xx.xx.2021-ci il tarixədək "xxxx" MMC-də quraşdırıcı işləmişdir.

4. İddiaçıya məxsus ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək hərbi xidmət keçmişdir.

5. İddiaçı xx.xx.2021-ci il tarixdə hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır.

6. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********0 nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzıfələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim edilən 3 aprel 1984-cü il tarixli, ИT-l ******* nömrəli əmək kitabçasında və əlavə olunmuş sənədlərdə qeyd olu nan məlumatlardan göründüyü kimi, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (5 il 2 ay 24 gün (xx.xx.1996-xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.

7. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********67 nömrəli məktubunda qeyd olunmuşdur ki, iddiaçının 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 17.185,90 manat, 2006-cı ildən xx.xx.2021-ci il tarixinədək olan dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı 45.697,31 manat olmaqla, cəmi pensiya kapitalı 62.883,21 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci ins tansiya məhkəməsində icraat

8. İddiaçı (bundan sonra-“iddiaçı”) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra-“cavabdeh”) qarşı Gəncə İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, müraciət etdiyi xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması, hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1961-ci il təvəllüdlüdür və xx.xx.1983-cü il tarixdən əmək fəaliyyətinə başlamışdır. Ümumilikdə 25 ildən çox sığorta stajı, 15 ildən çox güzəştli iş stajı vardır. İddiaçı xx.xx.2021-ci ildən "xxxx" MMC-də quraşdırıcı peşəsinə işə qəbul edilmiş və hal -hazırda həmin müəssisədə işləyir. Əmək fəaliyyətinin 16 ilə yaxın müddətini "xxxx" X2 işləmişdir. Belə ki, xx.xx.1985-ci il tarixli əmrlə “Qafqazenerjitəmir” İB-nə çilingər vəzifəsinə təyin edilmişdir. Sonradan həmin müəssisədə 3-cü və 4-cü dərəcəli çilingər vəzifələrində işləmişdir. "xxxx" DŞ-nin xx.xx.1994-cü il tarixli, 61 nömrəli əmri ilə “Qafqazenerjitəmir” İB xx.xx.1994-cü ildən "xxxx" birgə müəssisəsi adlandırılmışdır. xx.xx.1994-cü ildən "xxxx" Azərbaycan-X3 Turbo Era filialının işçi tərkibinə keçirilmişdir. Növbəti dəfə müəssisənin adı dəyişdirilərək Xüsusiləşdirilmiş Təmir-Quraşdırma müəssisəsi adlandırılmışdır. İddiaçı həmin müəssisədə xx.xx.1996-cı il tarixdən 5-ci dərəcəli çilingər vəzifəsində işləməyə davam etmişdir. İddiaçı Müəssisənin xx.xx.2001-ci il tarixli, 80 nömrəli ə mri ilə tutduğu vəzifədən azad edilmişdir. Ona məxsus əmək kitabçasında işə daxil olma və işdən çıxma barədə əmrlərin tarixləri və nömrələri barədə müvafiq qeydlər aparılmış və qeydlər müəssisənin səlahiyyətli şəxslərinin imzaları və təşkilatın möhürü ilə təsdiq edilmişdir.

10. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-2500/2021 nömrəli qərardadı ilə inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmiş və xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur.

11. Məhkəmənin xx.xx.2022-ci il tarixli sərəncamının icrasının təmin edilməsi məqsədilə məhkəməyə Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən iddia tələbinə dair xx.xx.2022-ci il tarixli, **********1 nömrəli etiraz təqdim edilmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia tələbi əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, iddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdehin müraciətə cavab olaraq ərizəçiyə ünvanladığı xx.xx.2021-ci il tarixli, **********0 nömrəli imtina məktubunda bildirilmişdir ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası üçün qanuvericilikdə nəzərdə tutulmuş yaş həddinə 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdə çatmışdır. İddiaçıya xx.xx.2021-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Qanunda göstərilmiş üç şərt ödə nilməlidir: 1) ümumi iş stajının 25 il olması; 2) güzəştli iş stajının 12 il 6 ay olması; 3) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Lakin iddiaçının sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərtləri ödəmir. Belə ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az təşkil etdiyindən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olun muş siyahı üzrə müəyyən edilir. İddiaçının cavabdehə təqdim etdiyi ИT-İ ******* nömrəli əmək kitabçasında və əlavə olunmuş sənədlərdə qeyd olunan məlumatlardan aydın olduğu kimi, onun güzəştli iş stajı 5 il 2 ay 24 gün (xx.xx.1996-xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. İddiaçının "xxxx" birgə müəssisəsində xx.xx.1985-ci il tarixdən xx.xx.1996-cı il tarixədək işlədiyini iddia etdiyi 10 il 9 ay 14 gün müddətlə bağlı dövrlər onun əmək kitabçasında qeyd edilməsinə baxmayaraq, həmin dövrlərə dair sənədlər müəssisə tərəfindən arxivə təhvil verilmədiyindən, sözügedən müddətin onun güzəştli iş stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Beləliklə, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az olduğu üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunamüvafiq hesab edilmir.

12. Şəki İnzibati Məhkəməsinin 2023-cü il 22 fevral tarixli, 2-1(116)-61/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçıya cavabdehə müraciət etdiyi xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması, hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehə həvalə olunmuşdur (hakim F.İsmayılzadə).

13. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 17.185,90 manat, 2006-cı ildən xx.xx.2021-ci il tarixinədək olan dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 45.697,31 manat olmaqla, cəmi pensiya kapitalı 62.883,21 manat təşkil edir. 14. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 07 nömrəli məktubunda qeyd olunur ki, iddiaçı həqiqətən, xx.xx.2013-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək “Sumqayıt Texnologiyalar Parkı" MMC-nin Ağır maşınqayırma zavodunun 1 №-li Quraşdırma sahəsinin Quraşdırma bölməsində 6-cı dərəcəli quraşdırıcı çilingər peşəsində çalışmışdır. Göstərilən peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarının 29-cu fəslinə əsasən bilavasitə zərərli iş hesab edilir. Güzəştli pensiya üçün staj: 2 il, 3 ay, 28 gün təşkil edir. 15. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 01-VƏ/57 nömrəli “İşin xarakteri haqqında güzəştli arxiv arayışı”nda qeyd olunur ki, iddiaçı həqiqətən xx.xx.2006-cı ildə "xxxx" ASC-nin "xxxx" MMCnin X1 və Təmiri İdarəsinin Sumqayıt Quraşdı rma sahəsinə 5-ci dərəcəli quraşdırıcı çilingər peşəsinə qəbul edilib və xx.xx.2007-ci ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69cu maddəsinə (öz xahişi ilə) əsasən əmək müqaviləsinə xitam verilib. xx.xx.2009-cu ildə "xxxx" ASC-nin "xxxx" MMC-nin Tikinti Layihəsinin Quraşdırma sahəsinə quraşdırıcı çilingər peşəsinə qəbul edilib, xx.xx.2012-ci ildə vəzifəsi və dərəcəsi saxlanılmaqla "xxxx" MMC-nin Ağır Maşınqayırma zavodunun 1 nömrəli Quraşdırma sahəsinin Quraşdırma bölməsinə keçirilib və xx.xx.2013-cü ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması ilə) əmək müqaviləsinə xitam verilib. Göstərilən peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarın ın 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" Fəslinin “a” fəhlələr bəndinin “Polad və dəmir-beton konstruksiyalarının quraşdırılması” yarımbəndinə əsasən xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Güzəştli pensiya üçün staj: 4 il, 6 ay, 27 gün təşkil edir. Məlumat üçün bildirilir ki, "xxxx" ASC-nin xx.xx.2005-ci il tarixli, AÜ 040 nömrəli əmrinə əsasən "xxxx" MMC "xxxx" MMC adlandırılıb. Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il tarixli, 323 nömrəli sərəncamına əsasən "xxxx" ASC adlandırılıb. 16. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 05/GR nömrəli “İşin xarakteri haqqında güzəştli arxiv arayışı”nda qeyd olunur ki, iddiaçı həqiqətən xx.xx.2007-ci ildə (əmr №-13/k, xx.xx.2007-ci il) "xxxx" MMC-nin Sumqayıt Tikinti Quraşdırma sahəsinə 6-cı dərəcəli quraşdırıcı çilingər vəzifəsinə işə qəbul edilib və xx.xx.2008-ci ildə (əmr № 101/k, xx.xx.2008-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (işçinin təşəbbüsü ilə) əsasən əmək müqaviləsinə xitam verilib. Göstərilən vəzifə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinin “a” fəhlələr bəndinin “Polad və dəmir-beton konstruksiyalarının quraşdırılması” yarımbəndinə əsasən, xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikd ir. Güzəştli pensiya üçün staj: 1 il təşkil edir. "xxxx" MMC xx.xx.2012-ci il tarixdən "xxxx" MMC adlandırılıb.

17. Məhkəmə cavabdehin imtinasında qeyd edilən dəlillərinə və işin tədqiq olunan hallarına münasibətdə zəruri olaraq qeyd edir ki, xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun iddiaçının müraciət etdiyi tarixdə, yəni xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

18. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı cavabdehə müraciət etdiyi xx.xx.2021-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək ödənilməsindən ibarətdir.

19. Normanın tələbindən də göründüyü kimi, iddiaçının 60 yaşı xx.xx.2021-ci il tarixdə tamam olmuşdur. İddiaçı iddia tələbində ona ilkin müraciət ediyi xx.xx. 2021-ci il tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Onun müraciətinə güzətşi iş stajının olmaması əsası ilə imtina cavabı verilmişdir. İddiaçının pensiya kapitalı və qanunla müəyyən edilmiş yaş həddinə çatması cavabdeh tərəfindən mübahisələndirilməmişdir.

20. Beləliklə, iddiaçı cavabdehin mübahisələndirmədiyi 5 il 2 ay 24 gün güzəştli iş stajına əlavə olaraq, güzəştli arayışlar əsasında təsdiqini tapan iş stajı ilə birlikdə cəmi 13 il 4 ay 9 gün güzəştli iş stajına malik olmuşdur.

21. Cavabdeh tərəfindən iddiaçının ümumi iş stajı və pensiya kapitalı mübahisələndirilməmişdir. Beləliklə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə təsbit edilmiş hər üç tələbə cavab verməsi öz təsdiqini tapmışdır.

22. Məhkəmə qeyd edir ki, iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən, müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur.

23. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

24. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 10 may tarixli, 2-1(107)279/2023 saylı qərar ı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır (hakimlər: sədrlik edən – R.Rəfiyev, V.Məlikov və G.Cavadova).

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, onun istinad etdiyi qanunvericilik normalarına istinad etmişdir.

26. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edilmişdir ki, xx.xx.1961-ci ildə anadan olmuş iddiaçının 60 yaşı xx.xx.2021-ci il tarixdə tamam olmuşdur. İddiaçı iddia tələbində ona ilkin müraciət etdiyi xx.xx.2021-ci il tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini tələb edir ki, həmin tarixə qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının tələb etdiyi tarixdən ona yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi məsələsinə hüquqi qiymət verilmişdir.

27. İş materiallarından göründüyü kimi, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı cavabdehə müraciət etdiyi xx.xx.2021-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək ödənilməsindən ibarətdir.

28. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsinə mənsub şəxsin “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün aşağıdakı şərtlərə birlikdə əməl olunmalıdır:

29. Siyahıda nəzərdə tutulan peşələrdə işləməli, bu Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olm alı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən minimum məbləği qeydə alınmalıdır

30. Normanın tələbinə uyğun olaraq iddiaçının 60 yaşı xx.xx.2021-ci il tarixdə tamam olmuşdur. İddiaçı iddia tələbində ona ilkin müraciət ediyi xx.xx.2021-ci il tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Onun müraciətinə güzəştli iş stajının olmaması əsası ilə imtina cavabı verilmişdir. İddiaçının pensiya kapitalı və qanunla müəyyən edilmiş yaş həddinə çatması cavabdeh tərəfindən mübahisələndirilməmişdir.

31. Beləliklə iddiaçı cavabdehin mübahisələndirmədiyi 5 il 2 ay 24 gün güzəştli iş stajına əlavə olaraq, güzəştli arayışlar əsasında təsdiqini tapan iş stajı ilə birlikdə cəmi 13 il 4 ay 9 gün güzəştli iş stajına malik olmuşdur.

32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur.

33. İşin müəyyən edilən hallarını, tərəflərin məhkəmə iclasında verdikləri izahatları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, cavabd eh inzibati orqan iddiaçının müraciətinin təmin olunmasından imtina etməkdə haqlı olmamışdır. İddiaçının məhkəmə araşdırması zamanı müəyyən edilən əmək stajı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə həmin illərin iddiaçının sığorta stajına daxil edilməsi ilə bağlı tələbinin əsaslı olması qənaətinə gəlir.

34. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

35. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və id dia tələbinin təmin olunmamasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

36. Kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın və apellyasiya şikayətinin məzmununa əsaslanır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

38. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

39. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. TƏTBİQ EDİLƏN HÜQUQ 40. “Əmək pensiyaları haqqınd a” Azərbaycan Respublikasının Qanunu Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əm ək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” Ümumi peşələr -çilingər. 42. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiy ası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 3.1.1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.

43. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər f əaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 44. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

45. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qər arını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasib ətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

47. X5 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

48. Məhkə mə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

49. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərin iddiaçıya münasibətdə yerinə yetirilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutla rı prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

50. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

51. Bununla belə, cavabdehin kassasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

52. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv a raşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

53. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

54. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan ha lları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə məhkəmələr tərəfindən Azərbaycan Respublikasının İnzibati Posessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmış və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilmişdir.

55. Cavabdeh iddiaçının əmək kitabçasına əsasən işlədiyi müəyyən dövrləri mübahisələndirsə də, məhkəməyə iddiaçıya məxsus əmək kitabçasının qeydlərinin mötəbərliyini şübhə altına alan və həmin məlumatları təkzib edən hər hansı mötəbər sübut təqdim etməmişdir.

56. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərli yini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və həmin məlumatların həqiqiliyi qəbul edilm əlidir. Əks təqdirdə əmək kitabçası bir institut kimi mahiyyətini itirmiş olardı.

57. Hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan və yuxarıda istinad edilən normalar baxımından şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, 25 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olmalı və onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Cavabdeh tərəfindən iddiaçının ümumi iş stajının və pensiya kapitalının mübah isələndirilmədiyi, eləcə də bu qərarın 55-57-ci maddələrində qeyd olunanlar nəzərə alındıqda, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtlərinin iddiaçıya münasibətdə mövcud olduğu işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş halları ilə təsdiq olunur. Odur ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.

58. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

59. Nəticə etibarı ilə, yuxarıda istinad olunan normalara görə v ə qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun və əsaslı sayılmalıdır. Beləliklə, cavabdehin kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

60. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 10 may tarixli, 2-1(107)279/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar