Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2101/2024 21.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxxnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması; torpaq sahəsinin satılması barədə bələdiyyə qərarının etibarlılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh xxxnə qarşı “Balakən rayonu Qazbinə bələdiyyəsinin 27 mart 2007-ci il tarixli 03 nömrəli protokolu üzrə qəbul edilmiş qərarına əsasən iddiaçı ya satılmış Balakən rayonu Qazbinə kəndi ərazisində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-192/2024 nömrəli, 27 mart 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Balakən rayonu, Qazbinə bələdiyyəsinin 27 mart 2007-ci il tarixli 3 saylı qərarı ilə İddiaçı ərizəsinə baxılmış, “Torpaqların alqı-satqısına” dair aktla ona İddiaçı 0,10 ha torpaq sahəsi satılmışdır.
2. AQS seriyalı, 029767 saylı qəbzlə müəyyən edilir ki, iddiaçı həmin torpaq üçün xx.xx.2007-ci il tarixdə 382 manat məbləğində vəsait ödəmişdir.
3. İddiaçı alqı-satqı yolu ilə bələdiyyədən əldə etdiyi 0,10 ha torpaq sahəsinə dövlət reyestrindən çıxarışın verilməsinə köməklik göstərilməsi üçün cavabdehə müraciət etmişdir.
4. Cavabdeh 15 may 2023-cü il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, həmin 0,10 ha torpaq sahəsinə dair “Torpaqların alqı-satqısında dair Akt” sənədi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinin təqdim etdiyi arxiv fondunda aşkar edilməmişdir. Bundan başqa sözügedən 0,10 ha torpaq sahəsinə dair tərtib olunmuş yerquruluşu xəritəsində göstərilən sahə ərazi idarəsinin xidməti istifadəsində olan “Torpaqların elektron kadastr uçotu informasiya sistemi”ndə mülkiyyət növü bələdiyyə, uqodiyası infrastru ktur kimi qeyd olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdeh xxxnə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Balakən rayonu Qazbinə bələdiyyəsinin 27 mart 2007-ci il tarixli 03 nömrəli protokolu üzrə qəbul edilmiş qərarına əsasən iddiaçıya satılmış Balakən rayonu Qazbinə kəndi ərazisində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia ərizəsinin əsaslarına görə Balakən rayonu Qazbinə bələdiyyəsinin 27 mart 2007-ci il tarixli 03 nömrəli protokolu üzrə qəbul edilmiş qərarına əsasən, Balakən rayonu, Qazbinə kəndi ərazisindən 0,1 0 ha həyətyanı torpaq sahəsinin iddiaçıya satılması qərara alınmış, Balakən rayonu Qazbinə bələdiyyəsinin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala Rayon Şöbəsinin və onun iştirakı ilə aralarında "Torpaqların alqısatqısına dair" Akt tərtib olunmuş və həmin akt 27 mart 2007-ci il tarixdə, 329 nömrə ilə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsində qeydiyyata alınmışdır.
7. Cavabdeh iddia ərizəsinə etiraz etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd edilənlər təşkil etmişdir.
8. Şəki İnzibati Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, 2-1(116)-2236/2023 nömrəli qərardadı ilə Balakən rayonu Mahamalar Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adı qaydada cəlb edilmişdir.
9. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-2236/2023 saylı, 07 dekabr 2023-cü il qərarı ilə (hakim X3) iddia tələbi rədd edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyəti hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsaslar mövcud olmadığından cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.
11. İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-192/2024 nömrəli, 27 mart 2024-cü il tarixli qərarı ilə (hakimlər X5 /məruzəçi/, X1 və X2) apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-2236/2023 saylı, 07 dekabr 2023-cü il qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya in stansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin mövqeyi əsassız və qanunsuz hesab edilməklə qeyd edilir ki, məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, “İnzibati icraat haqqında” qanun tələblərinə əməl etməmişlər.
16. Belə ki, Şəki İnzibati və Şəki Apellyasiva Məhkəmələri iddianı əsassız hesab etmişdir ona görə ki, Balakən rayonu, Qazbinə bələdiyyəsinin 27 mart 2007-ci il tarixli, 03 nömrəli protokolu üzrə qəbul edilmiş qərarın içərisində İddiaçı torpaq sahəsinin ayrılması ilə bağlı hər-hansı bir qeyd yoxdur. İddiaçı torpaq sahəsinin ayrılması ilə bağlı Balakən rayonu, Qazbinə bələdiyyəsinin 27 mart 2007-ci il tarixli, 03 nömrəli protokolu üzrə qəbul edilmiş qərarı rəsmi olaraq təqdim olunub və həmin qərarın saxta olması ilə bağlı heç bir əsas yoxdur. İddiaçı isə öz növbəsində bələdiyyənin verdiyi həmin sənədə etimad etmişdir. İddiaçının bələdiyyənin protokolunu əldə edib ona düzəliş vermək kimi səlahiyyəti olmamışdır. Ona qərar təqdim olunan da inanmışdır ki, rəsmi bütün hərəkətlər icra olunmuşdur.
17. Bundan sonra isə iş üzrə cavabdeh xxxnin hüquqi varisi olduğu keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən Rayon Şöbəsinin və onun iştirakı ilə aralarında "Torpaqların alqı-satqısına dair" Akt tərtib ol unmuş və həmin akt 27 mart 2007ci il tarixdə, 329 nömrə ilə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən Rayon Şöbəsində qeydiyyata alınmışdır.
18. Göründüyü kimi, İddiaçı inzibati orqan olan - yerli özünüidarəetmə orqanı Balakən rayonu, Qazbinə bələdiyyəsinin və dövlət orqanı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən Rayon Şöbəsinin yazılı bəyanlarına və aktlarına etimad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Re spublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı ü çün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı o lmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şə xslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həm in qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının təl əblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyasının qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Torpaq sahəsinə münasibətdə iddianın əsassızlığı aşağıdakılardan irəli gəlir. Belə ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyi şdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.
27. Lakin, hazırkı iş üzrə iddia olunan torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici mötəbər sənədin mövcudluğu müəyyən olunmur. Belə ki, iddiaçı tərəfindən təqdim edilən Balakən rayonu Qazbinə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 3 saylı protokolu ilə Balakən rayon İcra Hakimiyyəti Balakən rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş xx.xx.2007-ci il tarixli 3 saylı protokolun məzmunu arasında ciddi fərqlər mövcuddur.
28. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş sənəddə iddiaçıya həyətyanı üçün torpaq sa həsinin verilməsi qeyd edilsə də, arxivdə olan eyni nömrəli eyni tarixli protokolda başqa şəxslərə torpaq sahəsinin ayrılması, su arxlarının təmizlənməsi və bəzi yerlərdə yenidən qazılmasına pul ayrılması, eləcə də 8 mart qadınlar bayramı ilə əlaqədar olaraq şəhid analarına və idarədə işləyən qadınlara pul ayrılması qeyd edilmişdir.
29. Belə bir halın mövcudluğu onu deməyə əsas verir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənəd mötəbər sənəd olmamaqla mövcud vəziyyəti düzgün şəkildə əks etdirmədiyindən hüquqların qeydə alınmasından imtina üçün əsasdır.
30. Kassasiya şikayətində qeyd edilmiş etimad hüququna gəlincə məhkəmə kollegiyası bildirir ki, etimad hüququ qanuni əsaslarla qəbul edilmiş inzibati aktlara münasibətdə tətbiq edilən anlayışdır.
31. Yuxarıda da qeyd edildiyi kimi iddiaçı t ərəfindən təqdim edilən inzibati aktın mötəbərliyi müəyyən edilmədiyindən etimad hüququ ilə bağlı müddəalar tətbiq edilə bilməz.
32. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
33. Beləliklə, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-192/2024 nömrəli, 27 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.